Month: January 2019

  • Regionlarda narkotiklərlə əlaqədar 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Fikrət Cabbarov narkotik vasitə satarkən cinayət başında yaxalanıb, ondan 17 qram tiryək götürülüb.

    Onun yaşadığı evdən əlavə olaraq 5 kq. 655 qram tiryək və 10 qramdan artıq metamfetamin götürülüb.

    Bundan əlavə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İbrahim İsmayılovdan 41,469 qram tiryək, Həşim Talıbovdan 1,553 qram heroin və 350 qram marixuana aşkar edilib.

    Masallı RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırovdan 430 qram marixuana götürüblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Bibisi Oksanadan şikayətləndi: “Mənə dedi ki, səni tanımaq da istəmirəm” (VİDEO)

    Rəqqasə Oksana Rəsulovanın bibisi Rəfiqə xanım Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət edib.  

    Övladının axtarışına çıxan Rəfiqə xanım bildirib ki, rəqqasə Oksana Rəsulova verilişdə onun adını hallandırdığından narahatdır. Məlum olub ki, O. Rəsulova 24 ildir bibisi ilə danışmır. 
      
    “Mənə zəng etdi. Dedim ki, qızım, səhv etmişəm, qohumluq əlaqəmizi bildirmişəm. Üzr istəyirəm. Dedi ki, mən səni tanımaq da istəmirəm.  Canı sağ olsun. Qardaşımın balasıdır”, – deyə Rəfiqə xanım bildirib.  

    Bunları eşidən aparıcı Xoşqədəm Hidayətqızı isə çox təəccüblənib: 

    “Mən buna inanmıram. Bəlkə Oksana deyil, başqası zəng edib”. 

    /Baku.ws

  • Abituriyentlərə şad xəbər: Ödənişsiz əsaslarla qəbul planı artırılır

    Ali məktəblərə qəbul zamanı dövlət planına ayrılan yerlər artırılacaq.

    Bunu oxu.az-a açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib.

    O bildirib ki, əgər əvvəl qəbul zamanı tələbələr üçün ödənişsiz əsaslarla 13 min yer ayrılırdısa, artıq bu yerlər 20 min olacaq:

    “Qəbul zamanı ödənişli təhsillə bağlı bir sıra yeniliklər gözlənilir. Lakin bu istiqamətdə hansı dəyişikliklərin ediləcəyi ilə bağlı konkret məlumat vermək tezdir. Ödənişsiz əsaslarla artım, əsasən, Azərbaycanın əmək bazarında tələbat olan sahələrlə bağlı olacaq. Xüsusilə texnoloji sahələrə üstünlük veriləcək. Humanitar və digər sahələr üzrə isə elə böyük artım gözlənilmir. Əsasən, qəbulda dövlət planına ayrılan yerlərdə artım olacaq”.

    Nazir müavini onu da əlavə edib ki, ali məktəblərdə tələbələrin qış imtahanları məlum hava şəraiti ilə əlaqədar olaraq daha irəli tarixlərə keçirilib.

  • Instagram-da “Giveaway” saxtakarlığı – bahalı hədiyyə yalanları (VİDEO)

    Sosial şəbəkələrdə son günlər yeni müsabiqə trend halı alıb.

    “Giveaway” adlı müsabiqədən əksər şirkətlər reklam məqsədi ilə istifadə edir.

    Müsabiqədə sosial şəbəkə istifadəçilərinə mükafat vəd edilir. Paylaşılan müsabiqə postuna çoxlu rəy yazılır və sonda istifadəçilər arasından qalib seçilir. Adətən bu tip müsabiqələr ədalətli hesab olunan random proqramlar, veb saytlar vasitəsi ilə edilir.

    Ancaq bəzi random seçim edən saytlara müdaxilə etməklə nəticəni saxtalaşdırmaq mümkündür. Suleyman Suleymanlı adlı istifadəçinin bunun necə mümkün olduğunu video vasitəsi ilə göstərir.

    Kənardan müdaxilə ilə istənilən istifadəçini qalib etmək mümkün olur.

    Random.org saytı üzərindən edilən əməliyyatın görüntüsü təqdim edirik:

    //Baku.ws

  • Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü

    Xəbər verdiyimiz ki, ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ömürlük məhbus, 1967-ci il təvəllüdlü Elbrus İbrahimov vəfat edib. 

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, E.İbrahimovun meyiti artıq yaxınlarına verilib və o, dəfn edilib. 

    E.İbrahimov 27 il idi ki, məhkum həyatı yaşayırdı və cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkirdi. Onun son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir. 

    E.İbrahimov vaxtilə bütün ölkənin danışdığı bir hadisəyə – 1991-ci ilin 11 dekabrında Şuşanın icra başçısı Mikayıl Gözəlovu qətlə yetirdiyinə görə həbsxana həyatı yaşayırdı.

    Kim idi Mikayıl Gözəlov?

    Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun sənaye və mülkü tikintilər fakültəsinə qəbul olub. 1969-cu ildə təhsilini başa vuraraq təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib. 

    1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gözəlov Şuşanın və Dağlıq Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirdib. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. 

    Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub. Məzarını Mərzili kəndindədir.

    Bəs qatil?

    Qətli törədən E.İbrahimov Şuşada təcili yardım maşınının sürücüsü idi. Bir sürücünün icra başçısını kabinetində avtomatla qətlə yetirməsi dərhal ciddi suallar doğurmuşdu. Bu qətllə bağlı ən müxtəlif versiyalar irəli sürülürdü. Uzun müddət Şuşada müxtəlif vəzifələrdə işləmiş M.Gözəlov Ağdamda da doğulsa da, onu heç kim “yad” hesab edə bilməzdi və təsadüfi deyil ki, əhali arasında da böyük nüfuza malik idi. Daha bir iddia da bu idi ki, M.Gözəlov 1991-ci ilin 20 noyabr Qarakənd faciəsinin sirlərini bildiyi və Şuşanı ermənilərə təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürülüb. 

    Şuşada vəziyyətin gərgin olduğu bir vaxtda icra başçısının kabinetində öldürülməsi əhaliyə də təsirsiz ötüşmədi. Şuşanın boşaldılması prosesi sürətləndi. 

    E.İbrahimov qətl baş verən gün- dekabrın 11-də həbs edildi və bir neçə gün sonra Bakıya-Bayıl həbsxanasına göndərildi. Onun məhkəmə prosesində də qətllə bağlı qeyri-adi heç bir fakt ortaya çıxmadı. E.İbrahimov aralarında dartışdıqlarını və əsəbiləşdiyi üçün icra başçısına güllələdiyini iddia etdi. Məhkəmə onu güllələnmə cəzasına məhkum etsə də, sonradan onun da cəzası ömürlük həbslə əvəzlənmişdi.

    Mikayıl Gözəlovun oğlu qatillə görüşmək istəyib

    M.Gözəlovun yeganə oğlu mediaya müsahibəsinin birində qətl barədə danışıb. “Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi” sualına o, “Bu illər boyu məni də düşündürüb. Atamı otağında güllələyən Elbrus adlı şəxs bu haqda heç vaxt danışmayıb. Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib” deyib. Oğlu deyib ki, yalnız bir dəfə təsadüfən atasının qatilinin qardaşı ilə görüşüb. 

  • Bakıda unikal təbiət hadisəsi- 2 qəsəbə buludun içində qaldı – FOTO

    Bu gün səhər saatlarında Bakının bir hissəsində maraqlı təbiət hadisəsi baş verib.

    Paytaxtın Xocasən və Lökbatan qəsəbələrinin üzərinə bulud topaları çöküb. Ətrafdan baxanda qəsəbələr tamamilə görünməz olub və buludların içində itib.

    Təbiət hadisəsini əks etdirən fotonu təqdim edirik.

  • Рухани: Ограничив доступ к социальным сетям и сайтам, мы совершили ошибку

    Президент Ирана Хасан Рухани раскритиковал решение ограничить в стране доступ к интернету, сообщает Median.Az cо ссылкой на Анадолу.

    «Ограничив доступ ко многим социальным сетям и сайтам, мы совершили ошибку. Мы думаем, что получили полномочия от Всевышнего и можем издавать распоряжения о тех, кто на земле», – сказал Рухани на встрече с министром связи и информационных технологий Ирана Мухаммедом Джевадом Азери Джехроми и сотрудниками ведомства в Тегеране.

    По его словам, новые технологии, помимо пользы, несут в себе и угрозы. «Нельзя исключить из жизни населения развитые технологии. Мы не можем бороться с волей общественности. Сопротивление технологиям и новым разработкам – это подход, который не соответствует требованиям современности», – сказал Рухани.

    Гражданам, несмотря ни на что, удается получить доступ к сайтам, используя специальные программы, и решение властей об ограничении доступа к интернету оказалось неверным, отметил президент.

  • İcra Hakimiyyətinin rəsmisi rüşvət hadisəsindən danışdı – MƏHKƏMƏ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çingiz Hacıyev ifadə verib.

    Xətai Rayon İcra Hakimiyyətində memar vəzifəsində işlədiyini deyən Ç.Hacıyevin sözlərinə görə, vətəndaş müraciəti əsasında layihə razılaşdırılandan sonra tikinti başlaya bilər. O, iş üzrə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib:

    “Mənim işim eskiz layihəsi çəkib, vətəndaşa təqdim etməkdir. Bu işlə bağlı bizə də müraciət olunub, razılaşma olduğu üçün icazə vermişik. Burada adı keçən Elsevər Rufullayev adlı şəxsi tanımıram. Şəxsən o adam mənə müraciət etməyib. Mənim fikrimcə, Elsevər Qaçaya müraciət edib, o da gedib əraziyə baxıb, gəlib, mənə məlumat verib. Bundan sonda layihə çəkilib”.

    Şahid ifadəsinin sonunda zərərçəkmiş şəxsin X.Məmmədova iş müqabilində hər hansı məbləğdə pul verdiyindən xəbərsiz olduğunu qeyd edib.

    Proses yanvarın 24-də davam etdiriləcək.

    Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

    İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə rüşvət alıb.

    Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

    X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
    //oxu.az

  • Телевидение и радио не будут работать 4 дня

    Подготовлен предварительный план комплексных профилактических работ в эфирном пространстве Азербайджана.

    Как передает Median.Az со ссылкой на Trend, в этом году планируется провести четыре комплексные профилактики.

    Профилактические работы пройдут 4 марта, 10 июня, 16 сентября и 9 декабря.

    Отмечается, что в данный момент график находится на стадии согласования с телерадиокомпаниями. Он утвержден Министерством транспорта, связи и высоких технологий.

  • Bu il dörd gün TV və radio işləməyəcək

    Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, bu il dörd kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur.

    Profilaktika işləri martın 4-ü, iyunun 10-u, sentyabrın 16-ı və dekabrın 9-u keçiriləcək.

    Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir:

    “Qrafik teleradio şirkətləri ilə razılaşdırılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilib”.