Month: January 2019

  • Boliviyada futbolçuların olduğu avtobus uçuruma aşıb: 13 ölü

    Boliviyanın cənubunda avtobus 100 metr hündürlükdən uçuruma aşıb, 13 nəfər ölüb, daha 26 nəfər isə yaralanıb.

    Bu haqda yerli “Pagina Siete” nəşri məlumat verib.

    Hadisə bazar günü Tarixa və Potosi şəhərlərini birləşdirən avtomagistralda baş verib. İlkin məlumatlara əsasən, avtobusun uçuruma düşməsinə səbəb əyləc sisteminin işləməməsi ola bilər.

    “Clarin” portalının verdiyi məlumata görə, avtobusda argentinanın “Cicles Club Lavalle” klubunun futbolçuları olub, onlardan dördü olüb, daha yeddi nəfər isə xəsarət alıb.

  • Испытательные экзамены будут проведены по новой модели

    Государственный экзаменационный центр 10 февраля проведет испытательный экзамен по новым образовательным программам в соответствии с моделью вступительного экзамена 2019 года.

    Как сообщили в центре, тестовые задания для участников испытательных экзаменов будут представлены по трем экзаменационным предметам в каждой группе.


    Абитуриентам предлагается выполнить 30 тестовых заданий по каждому предмету: 22 закрытых и 8 открытых задания. Экзамен продлится три часа.

    Регистрация на испытательный экзамен начнется 4 февраля в 09:00.

    Экзамены пройдут в Баку, Сумгайыте, Абшероне, Нахчыване, Гяндже, Шамкире, Газахе, Товузе, Шеки, Мингячевире, Загаталах, Барде, Агджабеди, Гейчае, Шамахы, Исмаиллы, Имишли, Физули, Сабирабаде, Сальяне, Кюрдямире, Ширване, Хачмазе, Лянкяране, Джалилабаде, Масаллы.

    Желающим принять участие в испытательном экзамене необходимо перейти в раздел «Испытательный экзамен» на сайтеekabinet.dim.gov.az . Плата за участие в сдаче испытательного экзамена составляет 20 манатов.

  • DİM yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçirəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə fevralın 10-da sınaq imtahanı keçirəcək.

    Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:


    Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

    İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.

    Sınaq imtahanına qeydiyyat fevralın 4-ü saat 09:00-dək aparılacaq.

    İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

    Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

    Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları,telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.

    Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

    Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

    Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. İmtahanlar ali təhsil müəssisələri və məktəblərdə tədris prosesinə mane olmamaq üçün həftə sonları keçirilir. DİM tərəfindən təşkil olunan ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, qəbul imtahanları (iki şans), eləcə də digər müxtəlif təyinatlı imtahanlar və onların kütləvi xarakteri kağız daşyıcılar vasitəsilə əlavə sınaq imtahanlarının keçirilməsini məhdudlaşdırır. Lakin DİM tərəfindən mütəmadi olaraq onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər http://otk.az portalı vasitəsilə onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

    Xatırladaq ki, qəbul imtahanlarının həm I, həm də II mərhələsinə aid yeni sual paketləri daimi olaraq portala yerləşdiriləcək.

    Abituriyentlər imtahanda iştirak etmək üçün ödənişi edərkən diqqətli olmalıdırlar. Kağız daşıyıcılar vasitəsilə keçirilən sınaq imtahanları üçün ödəmə DİM-in saytında olan şəxsi kabinet və ödəmə üsulları vasitəsilə aparılır. Onlayn sınaq imtahanlarına yazılma və ödəniş isə otk.az portalında aparılır.

  • Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı – Foto

    Əməkdar artist Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub.

    Müğənni sosial media hesabında “Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. Unudulmazdır, çünki neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fərizə var idi, qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu” sözlərini yazıb.

    Lakin ifaçının yazısında hərf səhvinə yol verərək, “Fərizə” sözünü “Fəridə” yazması sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb. Onlar Röyanın adı səhv yazmasını qınayıblar.

    Ayxan isə onları cavabsız qoymayaraq İnstaqramın “Story” hissəsində izləyicilərə cavab verib:

    “Rəylərdə hərf səhvinə görə əziyyət çəkmisiniz, amma onu yazarkən həyəcandan bir neçə söz səhv yazılmışdı. Onu qoyaq kənara, çünki səhv tutanların həyat səhvləri əlindən parka uşaqla çıxmaq olmur. Danışsaq, daha dərin olar, vedrələr daşır, fındıqlar çoxalır. Bəli, sizə idi sözüm, “ağıllızadə”lər”.(Axşam.az)


  • Dayanacaq çaşqınlığı: Sərnişinlər hansı dayanacaqda dayansın? – Video

    Paytaxtın Yasamal rayonunda aralarında cəmi 30 metr məsafə olan iki avtobus dayanacağı qoyulub.

    Bu hal isə sərnişinlərin və sürücülərin çaşqınlığına səbəb olur. Onlar hansı dayancaqda dayanmalı olduqlarını bilmirlər. Aidiyatı qurum isə əslində orada bir dayanacağın olduğunu yalnız iki pavilyonun qoyulduğunu bildirir.

    Eyni yolda, eyni istiqamətdə olan avtobus dayancaqlarının arasında cəmi 30 metr məsafə var. Sərnişinlər və avtobus sürücüləri isə harda dayanacaqlarını bilmirlər.

    Görüntülər paytaxtın Yasamal rayonu Şərifzadə küçəsinindən , metronun ”İnşaatçılar” stansiyasının çıxışının ətrafındandır. Beləki yaxın günlərdə yolun üzü ”20 yanvar” dairəsi istiqamətinə olan hissəsində, əvvəlcədən olan dayacaqdan 30 metr kənarda, yeni bir dayancaq qoyulub. Bu hal isə sərnişinlər arasında çaşğınlığa səbəb olur.

    Bu hal avtobus sürücülərinin də çaşqınlığına səbəb olur. Onlar harda dayancaqlarını bilmirlər.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev ”Xəzər Xəbər” -ə açıqlmasında bildirib ki, ərazidən keçən marşurut xətləri çox olduğundan avtobusların yola çıxmadan dayanması üçün iki pavilyon qoyulub.Əslində hər iki pavilyonun arasındakı məsafə də dayancaq ərazisidir. Yəni ərazidə bir dayancaq və iki pavilyon var. Sürücülər də boş olan pavilyondan birinin qarşısında avtobusu saxlayıb sərnişinləri düşürə və mindirə bilərlər.

  • 20 milyonluq yol 1 ay sonra niyə çökdü? – SƏBƏB

    Ötən ilin dekabr ayında istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a hadisə ilə bağlı açıqlama verib.

    O bildirib ki, çökmə 2-3 metrlik hissədə baş verib:

    “Hazırda əməkdaşlarımız ərazidədir. Deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır”.

    AAYDA rəsmisinin sözlərinə görə, çökməyə ilkin səbəb kimi yolun altından yenidənqurma zamanı çoxlu yeni kommunikasiya xətləri çəkilməsi ehtimal olunur.

    Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.

    Qeyd edək ki, yenidənqurma işləri zamanı yeraltı kommunikasiya xətlərinin çəkilişi digər qurumlarla birgə aparılıb, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

    Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

  • Diqqət ! Bu yolda hərəkət məhdudlaşdırılıb – XƏRİTƏ

    Sumqayıt istiqamətində yolda hərəkət məhdudlaşdırılıb.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Verilən məlumata görə, Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

    Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur.

  • Mustafa Abbasbəyli nazir müşaviri təyin edildi

    Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib.

    Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.

  • Bakıda usta işlədiyi evdən 5700 dollar oğurladı

    Bakıda evdən 5700 ABŞ dolları oğurlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.

  • Bakı mağazalarından bu dondurmalar yığışdırıldı – Səfirlik təcili işə qarışdı

    Ukraynanın Bakıdakı səfirliyi mağazalardan Krımda istehsal olunmuş dondurmaların və Krımın Rusiya ərazisi kimi göstərildiyi kitabların satışdan yığışdırılmasına nail olub.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, ötən ilin sonlarında Azərbaycanda olan Ukrayna vətəndaşları ticarət şəbəkələrində etiketində aşağıdakı qeydlər olan dondurmaları aşkar ediblər: “Dobroe” MMC: 295034 Rossiya, Krım Respublikası, Simferepol, ulitsa Kuybışeva, dom 29, kvartira 107”

    Ukraynalı turistlər bu dondurmanı aldıqları supermarketə geri qaytarıblar. Və bununla da kifayətlənməyiblər, Ukraynanın Bakıdakı səfirliyinə müraciət ediblər. Səfirlik isə öz növbəsində Azərbaycanın hakimiyyət orqanlarına müraciət edərək satışdan Krımda istehsal olunmuş dondurmaların yığışdırılmasını və onun ölkə ərazisinə gətirilməsinin qadağan edilməsini istəyiblər. Çünki bu fakt rəsmi Bakının Ukraynanın ərzi bütövlüyünə və suverenliyinə dair mövqeyinə ziddir.

    Ukrayna səfiri təcili qaydada Azərbaycanın bəzi nazirliklərinin və dövlət orqanlarının rəhbərləri ilə görüşüb, Krımda istehsal olunmuş malların ölkə ərazisinə gətirilməsi və satışının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsini istəyib. Hüquq-mühafizə orqanlarına tapşırılıb ki, ticarət şəbəkələrindən Krımın Rusiya ərazisi olduğunu göstərən bütün malların yığışdırılması üçün tədbirlər görülsün. Nəticədə dondurmalarla yanaşı kitab mağazalarından kitablar,dərsliklər, Rusiya nəşriyyatlarının ensiklopediyaları, atlaslar yığışdırılıb.

    Ukrayna səfirliyi bildirir ki, bu məsələni nəzarətdə saxlayır və Azərbaycanın hüquq-mühafizə orqanları, habelə “qaynar xətt” vasitəsilə Ukrayna vətəndaşları ilə daimi təmasdadır.