Month: January 2019

  • Bakıda maye qaz daşıyan yük maşını aşdı – VİDEO

    Ötən gecə paytaxtın Mikayıl Əliyev küçəsində yük maşını aşıb.

    İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə, 22 tonluq yük maşınını aşırıb.

    Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb.

    Qeyd edək ki, qəzaya uğrayan yük maşınının içərisi boş olub.
    //oxu.az

  • Врачи поставили крест на певце Андрее Губине

    Российский музыкант Андрей Губин, рассказавший о проблемах со здоровьем, заявил, что врачи махнули на него рукой.

    Как передает Median.Az со ссылкой на gazeta.ru, певец уточнил, что «уже давно должен был загнуться».

    Он также добавил, что не привык сдаваться.

    Он также рассказал, что в последнее время «болячки преобладают в его жизни» и поэтому он старается не выходить на публику и разлюбил фотографироваться.

  • В Закатале за кражу из маркета задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Закатальского РОП в результате проведенной операции задержали жителей города, ранее судимого Ашрафа Гаджизаде, Садуллаха Айдаева и Натика Айдамирова, которые в селе Чокак незаконно проникли в маркет, принадлежащий жителю района Рамину Джавадову, вследствии чего украли 100 манатов, сигареты на сумму 500 манатов и продукты.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Zaqatalada mağazadan oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Zaqatala RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əşrəf Hacızadə, Sədullah Aydayev və Natiq Aydəmirovu saxlayıblar.

    Məlum olub ki, onlar Çökək kənd sakini Ramin Cavadova məxsus mağazadan 100 manat pul, 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Qaradağda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTOLAR

    Qaradağın Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

    Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, mərasimdən öncə 20 Yanvar faciəsinin iştirakçılarının və 20 yanvar şəhidinin ailəsinin Qaradağ rayon rəhbərliyi ilə görüşü təşkil olunub. Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak edib.

    20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən rayon rəhbərliyi Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib.

    Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini alıb.

    Milli Məclisin deputatı A.Hüseynov çıxış edərək bildirib ki, 20 yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaq. Dövlət tərəfindən faciə qurbanlarının əziz xatirəsi daim xatırlanacaq, 20 yanvar əlilləri, iştirakçıları isə daim diqqət və qayğı ilə əhatə olunacaq.

    Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

    Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərilib.

    Görüşdən sonra 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 yanvar – xalqımızın Qəhrəmanlıq salnaməsidir” adlı ümumrayon anım mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 5 nömrəli Uşaq İncəsənət Məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı 20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgiləri ilə tanış olublar.

    Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mərasim 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başlanıb.

    Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha izlənilib.

    Qaranlıq gecəni işıqlandıran güllələr, qorxulu səsi ilə irəliləyən tanklar, nifrət hissləri ilə dolu amansız əsgərlər mübariz xalqın üzərinə gedirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu.

    Görünməmiş qəddarlıqla keçən gecədə heç bir günahı olmayan onlarla dinc sakin öldürüldü, yaralandı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı.

    Daha sonra tədbir Qaradağ rayonunun Müşviqabad qəsəbəsindəki Mədəniyyət evi kollektivinin və Qaradağ rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

    Tədbir Azərbaycan Respublikası Dövlət himnin sədaları ilə yekunlaşıb.

  • Крушение судна у берегов Ливии: число погибших может возрасти

    Число погибших мигрантов при крушении судна, произошедшем в пятницу у берегов Ливии, может достигать 117 человек. Об этом сообщил в субботу новостной канал Rai News 24 со ссылкой на итальянских представителей Международной организации по миграции, передает Median.az со ссылкой на ТАСС.

    По его данным, по свидетельству трех выживших и спасенных вертолетом ВМС Италии мигрантов – двух суданцев и одного гамбийца, из Ливии они отплыли на надувной лодке в четверг, и на борту было 120 человек, включая 10 женщин и двух детей, в том числе новорожденного. После 11 часов в море лодка сдулась, и находившиеся на ней люди начали тонуть.

    Еще накануне стало известно, что терпящее бедствие судно было замечено итальянским военным самолетом. Мигрантам были сброшены спасательные круги. Позднее итальянский вертолет доставил на остров Лампедуза трех спасенных. В районе бедствия были обнаружены тела троих погибших.

    Прибывшее к месту кораблекрушения судно, направленное ливийской службой береговой охраны, координировавшей операцию, не обнаружило никаких следов лодки. Ранее заявлялось, что на ней находилось около 20 человек и 14 считались пропавшими без вести.

  • Müəllim ailəsidən nümunəvi addım (VİDEO)

    Bu xəbərimiz Qazaxda yaşayan bir müəllim ailəsindən bəhs edir. Bu ailənin üzvləri öz təşəbbüsləri və daxili imkanları hesabına Azərbaycan həqiqətləri ilə bağlı videolar hazırlayıb sosial şəbəkələrdə yayırlar. Maraqlıdır ki, onlar bu rolikləri Fransız dilində hazırlayırlar və bu işə tələbələrini də cəlb edirlər.

    Qazaxın Kosalar kəndində yaşayan müəllim ailəsi 20 yanvar faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün maraqlı addım atıb. Onlar xalqımızın azadlığı uğrunda apardığı mübarizə və bu yolda canlarını fəda etmiş şəhidlərimiz haqqında video çəkərək, sosial şəbəkələr və video portallar vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

    Videoda faciə haqqında məlumatları şagirdlər fransız dilində təqdim edirlər. Bu da məlumatların fransızdilli əcnəbilər tərəfindən daha rahat anlamalarına kömək edir.

    Tələbbüskar ailə dərsdən sonra şagirdləri evə dəvət edib, faciə ilə bağlı onları daha dolğun məlumatlandırır. Bundan sonra evdə quraşdırılan yüksək keyfiyyətli kamera və xromokeydən istifadə olunmaqla videolar ərsəyə gətirilir.

    İndiyədək bu məzmunda bir neçə video material hazırlayan ailə bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir. (Xəzər TV)

  • İnternetdə şəxsi məlumatları necə qorumaq olar?

    “ESET Russia”nın mütəxəssisi Andrey Yermilov istifadəçilərə öz şəxsi hesablarını qorumaq üçün tövsiyələr verib.

    Median.az “ICTnews”a istinadən xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə parollar müntəzəm olaraq dəyişdirilməlidir:

    “Eyni paroldan istifadə etdikdə məlumat itkisi qaçılmazdır. Parollar müntəzəm dəyişdirildikdə və aktuallığını itirdikdə, spam və reklam göndərmələrindən başqa heç bir təhlükə yoxdu”.

    Mütəxəssis, həmçinin bir neçə poçt qutusu yaratmağı tövsiyə edib: biri şəxsi, ikincisi isə müxtəlif xidmətlərdə qeydiyyatdan keçmək üçün:

    “İndiki dövrdə belə məlumat itkilərindən qorunmaq, demək olar ki, qeyri-real səslənir. İndi istənilən mağaza və ya internet xidmət öz istifadəçiləri haqqında informasiya toplayır”.

    Məlumat üçün bildirək ki, dünən hakerlər internetdə təxminən 700 milyon elektron poçt ünvanı və 20 milyondan çox parol yerləşdiriblər. Ekspertlər hər ehtimala qarşı istifadəçilərə öz hesab və elektron poçtlarında parolu dəyişməyi tövsiyə ediblər.

  • Klublarımız Antalyada: 2 qələbə, 1 heç-heçə

    Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klubları yoxlama oyunları keçirir.

    Median.az xəbər verir ki, bu gün 3 klubumuz meydana çıxıb.

    Topaz Premyer Liqasının debütantı “Sabah” Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib. Bunadək keçirdiyi oyunlarda uduzmayan paytaxt təmsilçisi uğurlu seriyasını davam etdirib. Rəqib hesabı açmasına baxmayaraq, təmsilçimiz onları buna peşman edib – 3:1. “Sabah”ın qollarına Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev imza atıb.

    Qeyd edək ki, Bakı klubu Antalyadakı ilk oyununda Türkiyə “Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gəlmiş, ardınca Qazaxıstan “Tobol”u ilə heç-heçə etmişdi – 2:2.

    Digər Premyer Liqa təmsilçisi “Səbail” isə İsveçrənin “Sürix” klubu ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə yekiunlaşıb. Təmsilçimizin qoluna Ağabala Ramazanov imza atıb.

    Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunu olub. “Səbail” İlk matçında Macarıstan klubu “Aqvital”a 3:2 hesabı ilə qalib gəlmişdi.

    “Qarabağ” iəs Çexiyanın “Bohemians” klubu ilə görüşüb. Hesabı çexlər açsa da, “Qarabağ” 36-cı dəqiqədə Filip Ozobiçin qolu ilə bərabərliyi təmin edib. 62-cı dəqiqədə Donald Gerye ikinci qolu vurub. Son dəqiqədə isə Simeon Slavçev fərqlənib – 3:1.

    “Qarabağ” Antalyadakı ilk oyununda Macarıstanın “Uypeşt” klubuna 0:1 hesabı ilə uduzmuşdu.

  • Сын Шумахера официально стал членом команды “Феррари”

    Немецкий гонщик Мик Шумахер официально присоединился к академии “Феррари”. Об этом он сообщил в Twitter, передает Median.az со ссылкой на ТАСС.

    Шумахер в прошлом сезоне стал чемпионом в категории “Формула-3”. В грядущем сезоне 19-летний автогонщик будет выступать в “Формуле-2”.

    “Я в восторге от того, что стал частью команды “Феррари”. Я сделаю все, чтобы осуществить свою мечту – попасть в “Формулу-1”. “Феррари” занимает большое место в моем сердце, а также в нашей семье”, – написал он.

    Также немец выложил официальное письмо, в котором сообщается о его присоединении к команде “Феррари”.