Month: January 2019

  • Facebook разрабатывает сервис для просмотра шуток

    Сотрудники соцсети Facebook разрабатывают сервис, с помощью которого пользователи смогут просматривать видеозаписи и анимацию с популярными в интернете шутками, передает TechCrunch.

    По сведениям его источников, работа над данным проектом продолжается уже несколько месяцев. В настоящее время сервис находится на стадии закрытого тестирования, в котором принимают участие около сотни учащихся старших классов. Они, с согласия родителей, подписали документы, обязующие их не раскрывать информацию о данном продукте.

  • Son illərdə SOCAR-da həyata keçirilən islahatlar açıqlanıb

    Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.

    Median.az xəbər verir ki, bu barədə Report-un SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğusuna cavabda qeyd edilib.

    “Azərbaycan Prezidenti İlham Əliyev in beynəlxalq neft-qaz şirkətinə çevrilməklə bağlı SOCAR-ın qarşısına qoyduğu vəzifəyə uyğun olaraq, SOCAR 2007-ci ildən etibarən bu istiqamətdə mühüm addımlar atıb, qabaqcıl təcrübəyə malik dünyanın aparıcı audit məsləhətçi şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb.

    Hazırda bir çox əsas hədəflərə nail olunub, SOCAR hazırda effektli transmilli şirkət kimi fəaliyyət göstərir, Azərbaycan üçün gəlirlərin böyük hissəsini beynəlxalq bazarlarda əldə edərək, ölkəmizin qlobal brendinə çevrilib. Bu məqsədə nail olmaq üçün aparılan islahatlar hələ 2008-ci ildə başlayıb. SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi üzrə rəqəmsal SAP ERP sistemi və Hesabatlarının Beynəlxalq Standartlarının (BMHS) tətbiqinə başlanıb, korporativ idarəetmənin əsas elementləri tətbiq edilib və SOCAR-ın idarəetmə strukturu buna uyğun olaraq təkmilləşdirilib.

    Belə ki, SOCAR-ın idarəetmə strukturuna beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsinə uyğun olaraq müvafiq müstəqil, kolleqial idarəetmə qurumları (Risklərin idarə edilməsi komitəsi, Audit komitəsi, Satınalmalar komitəsi, Kadrların idarə edilməsi komitəsi, İnformasiya Təhlükəsizliyi və s.) yaradılıb”, – şirkətdən qeyd edilib.

    Bildirilib ki, SOCAR-da davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.

    Şirkətdən xatırladılıb ki, 2012-ci ildən başlayaraq tanınmış beynəlxalq “Ernst & Young” (EY) audit şirkəti ilə birgə SOCAR-ın əsas istehsalat müəssisələrində əməliyyatların səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində layihələrə başlanıb, SOCAR strukturuna daxil olan bir çox qurumlarda üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçid tətbiq olunub və xərclərin azaldılması istiqamətində digər tədbirlər görülüb: “Bu layihələrin əsas məqsədi müəssisələrdə problemli biznes prosesləri müəyyən edərək, istehsalat, texnologiya, personal, təchizat, nəqliyyat, podrat işləri və s. istiqamətlər üzrə aparılan əməliyyatların səmərəsini artırmaq, xərclərin azaldılmasına nail olmaqdan ibarətdir.

    Nəticədə illik iqtisadi səmərənin artımı 128,7mln. manatdan çox olub, şirkət üzrə işçilərin fəaliyyəti 27% optimallaşdırılıb. 2016-cı ildən başlayaraq, istehsalatın vaxtında və fasiləsiz mal-material resurslarına olan tələbatını təmin etmək, dövriyyə kapitalından səmərəli istifadə etmək, anbar qalıqlarının optimal səviyyəsinn müəyyən etmək məqsədi ilə SOCAR EY şirkəti ilə birgə mal-material ehtiyatlarının normalaşdırılması layihəsinə başlayıb.

    2015-ci ildən etibarən SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi” icra olunur.

    Bu layihə çərçivəsində işçi sayının planlaşdırılması, işə qəbul və adoptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası və s. üzrə qabaqcıl beynəlxalq təcrübələr SAP ERP sisteminin vasitəsilə tətbiq edilir.

    2018-ci ildən etibarən beynəlxalq neft və qaz şirkətləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, həmin şirkətlər tərəfindən ortaq razılaşdırılan istehsalat standartlarına uyğunlaşmaq və həmin standartların yaradılmasında iştirak etmək məqsədi ilə SOCAR Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasına (IOGP) üzv olub, həmin beynəlxalq qurumda aktiv fəaliyyətə başlayıb.

    SOCAR-ın daha da effektli qlobal şirkətə çevrilməsi istiqamətində həyata keçirilən islahatlar tanınmış reytinq şirkətləri tərəfindən mütəmadi olaraq yoxlanılır.

    Nəticədə, “Ernst&Young” şirkəti 2018-ci ildə SOCAR-ın korporativ idarəetmə sistemini “güclü şirkət” kimi qiymətləndirib”.

  • UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı

    UFC rəhbəri Deyna Uayt irlandiyalı Konor Makqreqorun çempionluq kəməri ilə əlaqədar istəklərindən danışıb.

    Median.az xəbər verir ki, onun fikirlərini “MMA Junkie” yayımlayıb.

    “Konor daima bizimlə əlaqədədir. O, qayıtmaq və yenidən çempion olmaq ideyasından danışır”, – D.Uayt bildirib.

    O əlavə edib ki, hazırda yüngül çəkidə çempion rusiyalı Həbib Nurməhəmmədov hesab edilmir.

    “Konor istənilən şəxslə döyüşməyə hazırdır”, – UFC rəhbəri qeyd edib.

  • Zaqatalada dükanı yardılar

    Zaqatala rayonunda mağazadan oğurluq edən şəxslər tutulub.

    Median.az xəbər verir ki,oğurluq hadisəsi rayonun Çökək kəndində baş verib. Naməlum şəxslər dükanın qapısını sındıraraq içəri daxil olub oradan 100 manat pul ,tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.

    Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • Baləkən sakinindən silah sursat götürüldü

    Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir.

    DİN Mətbuat Xidmətinddən verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.
    Faktla bağlı RPŞ-də araşdırma aparılır.//”Ölkə.Az”

  • Günəşin ətrafında nəhəng halqa — Bakı səmasında fenomen təbiət hadisəsi (FOTO)

    Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.
    “Median.az”ın Report-a istinadən xəbərinə görə, bu hal bir neçə dəqiqə davam edib.

    Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.
    Qeyd edək ki, Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

    Xatırladaq ki, yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində bu təbiət hadisəsi müşahidə olunub.

  • 8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək

    16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.
    Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib. Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Qao Ley, Uşakov Dmitri və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda Olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

    Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.
    Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

    – (Belarus) Qonçarov Vladislav – Olimpiya Oyunları 2016 – qızıl
    – (Kanada) Maklennan Rosannah – Olimpiya Oyunları 2012, 2016 – qızıl
    – (Kanada) Burinet Ceyson – Olimpiya Oyunları 2008 – gümüş
    – (Çin) Donq Donq – Olimpiya Oyunları 2012 – qızıl
    – (Çin) Gao Ley – Olimpiya Oyunları 2016 – bürünc
    – (Böyük Britaniya) Peyc Brioni – Olimpiya Oyunları 2016 – gümüş
    – (Rusiya) Uşakov Dmitriy – Olimpiya Oyunları 2012 – gümüş
    – (Avstraliya) Vizani Benni – Yeniyetmələrin Olimpiya Oyunları 2018 – bürünc
    – (Belarus) Rabstau Aleh – Dünya Çempionatı 2018 – qızıl (sinxron)
    – (Rusiya) Yudin Andrey – Dünya Çempionatı 2018 – bürünc
    – (Rusiya) Pavlova Yana – Dünya Çempionatı 2018 – bürünc
    – (Avstriya) Klarke Dominik – Dünya Çempionatı 2018 – bürünc (sinxron)
    – (Portuqaliya) Gançinho Dioqo – Avropa Çempionatı 2018 – qızıl
    – (Belarus) Litvinoviç İvan – Avropa Çempionatı (yeniyetmə) 2018 – qızıl
    – (Belarus) Qonçarova Hanna – Avropa Çempionatı – gümüş
    – (Fransa) Morante Allan – Avropa Çempionatı 2018 – bürünc
    – (Qazaxıstan) Aliyev Pirmammad – Asiya Oyunları 2018 – bürünc

    Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.//”Ölkə.Az”

  • Lənkəranda 2 ədəd mina tapıldı

    Lənkəran şəhərində 2 ədəd mina tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, yanvarın 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda qeyd olunan ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Minanın ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//Publika.az

  • Narkotik ticarətilə məşğul olan mütəşəkkil şəbəkə ifşa olundu – Aralarında qadın da var – FOTOLAR

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri ifşa edilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Ruslan Məlikov narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1,027 qram heroin aşkar edilib. R.Məlikov ifadəsində narkotik vasitəni Nurlan adlı şəxsdən aldığını bildirib.

    Əməliyyat tədbirlərinin davamı olaraq Qaradağ rayon sakini Nurlan Məmmədyarov da polislər tərəfindən saxlanılıb. Həmin şəxsin yaşadığı evdən və yardımçı təsərrüfata baxış zamanı 1 kiloqram 279 qram heroin, 5,026 qram tiryək, 2 kiloqram 109 qram marixuana. həmçinin 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Elman və Nəzrin adlı şəxslərdən aldığını qeyd edəndən sonra, onların da axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat zamanı adları qeyd edilənlər – paytaxt sakinləri Nəzrin Fərzullazadə və Elman Əlverdiyev saxlanılıblar. N.Fəzrullazadənin Lökbatan qəsəbəsində yaşadığı evdən 1 kiloqram 627 qram heroin və 465 qram tiryək, E.Əlverdiyevin Xırdalan şəhərində yaşadığı evdən isə 230 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onlar narkotik vasitələri tanımadıqları İran vətəndaşından Sumqayıt şəhərində yaşayan Vüsal adlı şəxsin vasitəsi ilə aldıqlarını bildiriblər. İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Vüsal Əzizov da saxlanılaraq istintaq təqdim edilib.V.Əzizov narkotik vasitələri bir müddət əvvəl tanış olduğu İran vətəndaşının köməkliyi ilə satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.

    Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.//Publika.az

  • Azərbaycandan yaşı 70-dən yuxarı olan 221 nəfər evlənib

    2018-ci ildə respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 50 yaşdan yuxarı şəxslərlə 2877 nikah qeydiyyata alınıb.

    Median.az-ın xəbərinə görə, bu barədə Azvision.az saytı məlumat yayıb.

    Həmin şəxslərdən 959-u 60 yaşdan yuxarı, 221-i isə 70 yaşdan yuxarı şəxslərin nikahının qeydiyyatıdır.