Month: January 2019

  • Mərkəzi Neftçilər Xəstəxanasında QALMAQAL – İşçi ilə rəhbərlik arasında nə baş verir?

    Mərkəzi Neftçilər Xəstəxanasında bəzi işçilərlə rəhbərlik arasında narazılıqlar yaranıb.

    Bu barədə xəstəxanada tibb bacısı işləyən Könül Əziz qızı Abdullayeva Baku.ws-ə şikayətində bildirib. O, xəstəxananın direktoru Ülvi Mirzəyevdən şikayətlənib.

    “Mən Abdullayeva Könül Əziz qızı Mərkəzi Neftçilər Xəstəxanasında çalışıram. Xəstəxanamızda özbaşınalıq baş alıb gedir. Yeni təyin olunmuş Ülvi Mirzəyev İşçiləri incidir, maaşları azaldır, yüzə yaxın ştatdan kənar xəstəxanaya işçi göturub”, – deyə K. Abdullayeva bildirib.

    Şikayətçi xanım bildirib ki, 01.11.2018 tarixindən etibarən xəstəxanaya direktor təyin olunmuş Mirzəyev Ülvi xəstəxanada özünün istədiyi qanunlari tətbiq edib:

    “O, tutduğu vəzifəsindən sui-istifadə edir, özünün gətirdiyi tibbi personala yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş verir, onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edib”.

    Məsələ ilə əlaqədar Ülvi Mirzəyevlə əlaqə saxladıq. Xəstəxananın direktoru Baku.ws-ə açıqlamasında bildirib ki, haqqında deyilənlərin hamısı yalandır.

    “Biz Könül Abdullayevanı başqa şöbəyə keçirmişik, maaşını da eyni məbləğdə saxlamışıq. Əgər o, həqiqətən də dürüst olsaydı, bunları deməzdi. Əslində problem odur ki, o, burada alver edirdi. Burada xəstələri pul qarşılığında müxtəlif həkimlərə “satırdı”.

    Bu ciddi xətadır. Buna görə, onu işdən qova da bilərdik. Lakin biz onun şöbəsini dəyişdik ki, bu əməlləri edə bilməsin. İllərdir bu şəbəkəni qurub, indi biz ona imkan vermədik deyə, narazı oldu. İndi sağda-solda ağzına gələni danışır”, – deyə Ülvi Mirzəyev bildirib.

    Xəstəxananın direktoru deyir ki, tibb bacısı keçdiyi yeni şöbədə istədiyini edə bilməyəcək:

    “O. əvvəllər kardioloğiya şöbəsində işləyirdi, indi onu daxili xəstəliklər şöbəsinə yerləşdirdik. Əvvəlki şöbədə dəhlizdə xəstələrlə danışıb, onları razılaşdığı həkimlərin yanına göndərirdi. İndi isə dializli xəstələr gəlir, onlara pulsuz xidmət göstərir”.

  • Ötən il 70 yaşdan sonra neçə nəfər ailə qurub?

    2018-ci ildə respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 50 yaşdan yuxarı şəxslərlə 2877 nikah qeydiyyata alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Azvision.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

    Məlumatda bildirilib ki, həmin şəxslərdən 959-u 60 yaşdan yuxarı, 221-i isə 70 yaşdan yuxarı şəxslərin nikahının qeydiyyatıdır.

  • Задержаны лица, совершившие разбойный налет на АЗС в Хырдалане

    Как сообщает Median.Az, сотрудники Главного управления уголовного розыска (ГУУР) МВД и Апшеронского РУП в результате проведенной совместной операции задержали жителей поселка Ашаги Гюздяк, ранее судимых Турала Гараева и Магомеда Мирзоева.

    Установлено, что вышеуказанные лица 11-го января примерно в 8 часов утра пришли в автозаправочную станцию (АЗС) в г.Хырдалан и угрожая оператору Руслану Амикишиеву предметом, похожим на пистолет потребовали у него деньги, но когда столкнулись с сопротивлением убежали с места происшествия.

    В Следственном отделе Апшеронского РУП возбуждено уголовное дело по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору)
    УК Азербайджана.

  • Xırdalanda yanacaq doldurma məntəqəsinə basqın edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 11-i saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsinə gələn 2 maskalı şəxsin orada operator işləyən Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçdıqlarıı barədə Abşeron RPİ-nə məlumat daxil olub.

    DİN Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev saxlanılıblar.

    Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda dəhşətli cinayət – Əmisi arvadı ilə 10 il sevgili oldu, qısqanıb qətlə yetirdi

    Sevdiyi əmisi arvadını qətlə yetirən Pirallahı rayon sakini Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki,Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunan Hüseynov Rəsul Əlövsət oğlunun məhkəmə prosesinin hazırlıq iclası 21 yanvar tarixində Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək.

    Xatırladaq ki, 16 yanvar 2018-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Bakı şəhər sakinin 35 yaşlı Rəsul Hüseynovun məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

    Qətl hadisəsi 2018-ci il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Mariya Qəhrəmanova ilə mübahisə edən R.Hüseynov onu qətlə yetirib.

    İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli şəkildə davam edib. Qaynı oğlu ilə gizli eşq yaşayan qadın Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsula qısqanclıq hissi hakim kəsilib. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib.

    Əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya hadisə yerindəcə dünyasını dəyişib.

    Təqsirləndirilən şəxs qismində dindirilən Rəsul Hüseynov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. Doqquz yaşından indiyə kimi əmisi Elşadın evində, onun ailə üzvləri, uşaqları ilə birgə yaşadığını, balıqçılıqla məşğul olduğunu deyib. Belə ki, Rəsulun anası ərindən ayrıldıqdan sonra ikinci dəfə ailə qurub. Atası isə vəfat etdiyindən, Rəsul əmisi evində böyüyüb. 22 yaşında ailə qursa da, evliliyi cəmi bir il sürüb.

    2010-cu ildə adam bıçaqladığına görə həbs olunan R.Hüseynova 6 il cəza verilib. Cəzasını başa vuran Rəsul 2016-cı ildə yenidən əmisinin evində yaşamağa davam edib.

    Rəsul azadlığa çıxdıqdan sonra isə əmisi Elşad cinayət törətdiyinə görə həbs olunub:

    “Əmim iki ildir ki, həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım”.

    Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul, əmisi arvadı ilə də məhz buna görə mübahisə etdiklərini bildirib:
    “Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Mariya mənə iradını bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi. Qanı yumaq üçün hamama keçdim. Mariya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi.

    Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Mariyanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub”.

    Əmisi arvadı ilə heç zaman yaxın münasibətdə olmadığını deyən Rəsul, istintaq zamanı belə ifadə vermədiyini məhkəmənin diqqətinə çatdırıb:
    “İstintaq zamanı ifadələr müstəntiq tərəfindən düzgün yazılmayıb. Heç vaxt Mariyanı öldürmək fikrim də olmayıb”.

    R.Hüseynovun məhkəməyə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ilkin ifadələri elan edilib. İstintaqa verdiyi ifadəsində R.Hüseynov təxminən on ildir ki, əmisi arvadı ilə aralarında intim münasibət olduğunu, bu münasibətdən heç kimin, eləcə də əmisinin xəbəri olmadığını, Mariyanı bir qadın kimi çox istədiyini, onu qısqandığını göstərib:

    “Mariyanın əmimin yanına gedəcəyini hadisədən bir həftə əvvəl eşitmişdim, qısqanclıqdan özümə yer tapa bilmirdim. Qıqanclıq hissi məni narahat etməsin deyə yenidən araq içməyə başladım. Mariya evə qayıdanda onu qısqandığımı, buna görə də neçə gündür içdiyimi dedim. O isə laqeydlik göstərərək içməyimə deyingənlik etdi, nalayiq sözlər dedi. Mən də əsəbiləşib vurdum”.

    Zərərçəkmiş şəxs qismində dindirilən Nərminə Hüseynova ifadəsində anası ilə Rəsulun arasında yaxın münasibət olduğunu hiss etdiyini, amma bununla bağlı onlara heç bir söz demədiyini söyləyib. Anasının Rəsula daha çox diqqət göstərməsi, ona qayğı ilə yanaşması Nərminənin diqqətindən yayınmayıb. Belə ki, anası Rəsula həmişə təzə paltar, ayaqqabılar alıb, harasa gedəndə narahat olub, dəfələrlə zəng vurub nə zaman gələcəyini soruşub:

    “Onların münasibətindən heç kimin xəbəri yox idi. Rəsul anamı qısqanırdı. Anam atamın yanına görüşə gedib qayıdandan sonra Rəsul həmişə evdə söz-söhbət salır, mübahisə yaradırdı. Rəsul anamın cəzaçəkmə müəssisəsinə gedəcəyini bilib, yenə də içməyə başlamışdı. Hər gün evə sərxoş gəlirdi”.
    Sübh tezdən anasının səsinə yuxudan oyanan Nərminə onun yenə də Rəsulla mübahisə etdiyinin şahidi olub. Anasının “sən məni vurdun?” deyə qışqırdığını eşidincə evdən çıxaraq hamama sarı qaçıb:

    “Anam yerdə uzanmışdı, nəfəs almırdı. Heç yerində xəsarət yox idi. Baş nahiyəsində bir az qan var idi. Əlimlə qanı sildim. Həmin qan Rəsulun kəsilmiş əlinin qanı idi. Rəsul sərxoş halda hamamda oturmuşdu. Ondan anamı niyə vurduğunu soruşdum. Dedi ki, əcəb eləmişəm. Qaçıb qonşuluqda yaşayan digər əmim oğlunu köməyə çağırdım, təcili yardıma zəng vurdum. Həkimlər anamı müayinə edərək öldüyünü dedilər. Rəsuldan şikayətçiyəm. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.

  • Bakıda üçəmlər dünyaya gəldi: Mehriban, Leyla və Arzu – FOTO,VİDEO

    Bakıda yaşayan Vəliyevlər ailəsinin sevincinin həddi-hüdüdu yoxdur.

    Ailə 3 illik həsrətin sonunda 3 gözəl qız övladın dünyaya gəlişi sevincini yaşayır. Dövlətimizə və dövlət başçısının ailəsinə böyük sevgi bəsləyən ailə üçəmlərə Mehriban, Leyla və Arzu adlarını verib.

    Yenicə dünyaya göz açan qızcığazların anası Xanım Vəliyevanın sözlərinə görə, onların evləri yoxdur, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almırlar.

    Ailənin maddi vəziyyəti nə qədər pis olsa da, 3 körpənin verdiyi xoşbəxtlik gözlərindən oxunur.
    ///news24.az




  • В Британии нашли старейшую в мире таблицу Менделеева

    Старейшую в мире периодическую таблицу химических элементов (таблица Менделеева) обнаружили при разборке документов в Сент-Эндрюсском университете в Шотландии (Великобритания).

    Как сообщает Median.Az со ссылкой на «Би-би-си», документ предположительно напечатали в Вене (Австрия) между 1876 и 1886 годами.

    «Обнаружение старейшей в мире периодической таблицы в Сент-Эндрюсском университете — это удивительно. Таблица будет доступна для исследования, ее выставят на показ в университете», — рассказал профессор Дэвид О’Хаган, добавив, что 2019 год Организация Объединенных Наций объявила годом периодической таблицы химических элементов: ее создали 150 лет назад.

    Таблица Менделеева — классификация химических элементов, устанавливающая зависимость различных свойств элементов от заряда атомного ядра. Система является графическим выражением периодического закона, установленного русским химиком Дмитрием Менделеевым в 1869 году. Ее первоначальный вариант был разработан в 1869—1871 годах и устанавливал зависимость свойств элементов от их атомной массы.

  • В Азербайджан доставят вакцину против кори

    С учетом большого количества заболевших корью в соседних и европейских странах, в Азербайджан планируется ввоз вакцины против кори-краснухи для иммунизации взрослого населения.

    Как сообщает Median.Az со ссылкой на Тренд, об этом сказала заместитель директора Центра гигиены и эпидемиологии Министерства здравоохранения Афаг Алиева.

    По ее словам, Министерство здравоохранения уже заказало у ЮНИСЕФ для доставки в страну 160 тысяч единиц вакцины.

    Замдиректора центра добавила, что после того, как вакцина будет доставлена в Азербайджан, лица старше 18 лет смогут обратиться в участковую поликлинику и пройти вакцинацию.

    Алиева отметила, что поставка в Азербайджан вакцины планируется на конец марта-начало апреля. По ее словам, в Азербайджане в настоящее время имеется достаточное количество вакцины для иммунизации детей.

    «В стране для иммунизации детей имеется комбинированная вакцина против кори-краснухи. Родители должны обращаться в медицинские учреждения по месту проживания для своевременной вакцинации своих детей», – сказала Алиева.

  • В Азербайджане откроются новые центры ASAN

    В 2019 году во многих районах республики начнут действовать центры ASAN xidmət.

    Об этом сообщили в отделе информационного обеспечения Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при президенте Азербайджанской Республики.

    До конца этого года в Товузе, Агджабеди, Кюрдямире, Шамахы и Балакене начнут функционировать центры ASAN xidmət. На данный момент ведутся строительные работы.

    Отметим, в стране действуют 15 центров ASAN xidmət. Пять из них находятся в Баку, а остальные – в Сумгайыте, Гяндже, Сабирабаде, Барде, Габале, Масаллы, Губе, Мингячевире, Имишли и Шеки.

  • 20 yanvar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

    Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeronda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° isti , gündüz 6-8° isti təşkil edəcək.

    Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

    Rayonlarda hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcək.