Month: January 2019

  • Sabah bəzi avtobusların hərəkəti dəyişdiriləcək

    20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

    Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

  • МВД внес ясность в вопрос передачи ряда своих полномочий ASAN

    МВД внес ясность в вопрос передачи ряда своих полномочий “ASAN хидмет”.

    Как передает Median.Az, глава пресс-службы МВД, полковник полиции Эхсан Захидов сообщил Report, что непрофессиональные комментарии в ряде сайтов относительно указа главы государства от 17 января 2019 года о дополнительных мерах по оптимизации структуры ряда госорганов в Азербайджанской Республике и усовершенствованию управления ими вконец запутали читателей.

    По словам Э.Захидова, в подобных комментариях, опубликованных под заголовком “У МВД отняты эти полномочия”, говорится о том, что, якобы, МВД отныне не сможет выдавать удостоверения личности, общегражданские паспорта и менять их, а также выдавать справки о судимости, регистрации по месту жительства и менять водительские права: “Вновь доводим до сведения граждан, что указанные документы выдаются и будут выдаваться в центрах “ASAN хидмет” сотрудниками МВД. В административно-территориальных единицах, где нет центров “ASAN хидмет”, указанные документы будут выдаваться городскими, районными и региональными подразделениями МВД”.

  • Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb? – RƏSMİ CAVAB

    “Bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar”.

    Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov trend-ə bildirib. Mətbuat Xidməti rəisinin sözlərinə görə, “DİN-in bu hüquqları əlindən alındı” sərlövhəli həmin şərhlərdə iddia edilir ki, guya bundan sonra Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların verilməsi funksiyalarını həyata keçirə bilməyəcək:

    “Bir daha diqqətə çatdırırıq ki, qeyd edilən sənədləri məhz Daxili İşlər Nazirliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları hazırlayıb vətəndaşlara təqdim edir və bu vəzifələrin icrası gələcəkdə də davam edəcək. Yəni, yuxarıda göstərilən sənədlər “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi şəhər və rayonlarda həmin mərkəzlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən veriləcək”.

    E.Zahidov qeyd deib ki, müvafiq funksiyalar “ASAN xidmət” mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində də Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçiriləcək.

  • Azərbaycanlı müğənninin avtomobilinə hücum etdilər – FOTO

    “Səs Azərbaycan” müsabiqəsinin qalibi Emilya Yaqubovanın avtomobilinə hücum olub.

    Bununla bağlı müğənni “Instagram” hesabında məlumat verib.

    “Maşınımın pəncərəsini sındırıb yarmaq istədilər. Xoşbəxtlikdən maşında qiymətli əşya saxlamıram. Siz də saxlamayın. Bir külək idi, oldu keçdi”, – ifaçı paylaşımında qeyd edib.


  • 20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardımlar verilib

    20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib.

    Hələ ötən əsrin 90-cı illərində ulu öndərimizin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə sosial cəhətdən həssas əhali qrupları, o cümlədən 20 Yanvar əlilləri və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

    Hazırda Azərbaycan Respublikasının Prezidentinin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri ayda 300 manat və 20 Yanvar əlilləri – I qrup əlillər 182 manat, II qrup əlillər 158 manat, III qrup əlillər 121 manat təqaüdlə təmin olunurlar. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir.

    Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar əlilləri və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

    Bununla yanaşı, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verilib.

    Bu təbəqədən olan insanlar üçün qanunvericlik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar əlilləri daim diqqətdə saxlanılır.

  • Михаилу Гусману вручена награда Государственной Думы

    Первому заместителю генерального директора информационного агентства ТАСС Михаилу Гусману вручена награда Комитета по информационной политике, информационным технологиям и связи Государственной думы РФ.

    Как передает Median.Az, премия вручена на Бале прессы, организованном Союзом журналистов Москвы и приуроченном ко Дню российской печати. Михаил Гусман удостоен награды за эффективное управление и развитие новостного агентства ТАСС.

  • В Сальяне и Балакане в связи с наркотиками задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Западного регионального отдела Главного управления по борьбе с наркотиками (ГУБН) МВД на основании полученной оперативной информации задержали жителя города Кямиля Таралова, у которого изъяли 340 грамм марихуаны.

    Кроме этого, сотрудники Сальянского РОП в ходе проведенных операций задержали жителей города Сафара Меликова и Джаббара Вахабова, у которых изъяли соответственно 425 и 485 грамм марихуаны.

    По фактам возбуждены уголовные дела.

  • Salyan və Balakəndə narkotiklə əlaqədar 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Balakən şəhər sakini Kamil Taralovdan 340 qram marixuana götürülüb.

    Bundan başqa, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Səfər Məlikov və Cabbar Vahabov saxlanılıblar. Onlardan 425 və 485 qram marixuana aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

    Qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb.

    Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir.

    Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab edilən yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcəkdir.

  • В парламенте обсудят увеличение помощи онкобольным

    В Милли меджлисе планируется провести слушания на тему «Состояние и перспективы медицинской помощи онкобольным».

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сообщил академик, председатель Комитета здравоохранения Милли меджлиса Ахлиман Амирасланов.

    Он отметил, что в последние годы в Азербайджане растет число онкологических больных.

    По словам академика, в то же время объем средств, выделяемых на эту сферу из госбюджета, остается неизменным:

    «Полагаю, что в будущем эту сумму необходимо увеличить. Это серьезный вопрос. На весенней сессии планируется провести общественные слушания на эту тему».