Month: January 2019

  • Sumqayıtda külək binanın damını uçurdu – VİDEO

    Sumqayıtda güclü külək fəsadlar törədib.

    Külək şəhərin 13-cü mikrorayonunda yerləşən ATS binasının damını uçurub.

    Hadisənin görüntülərini təqdim edirik:

  • В столице за мошенничество задержан житель Апшерона

    Как сообщает Median.Az, сотрудники 8-го отделения полиции Сабаильского РУП в ходе оперативно-розыскных мер задержали жителя Апшеронского района Ахмеда Ахмедова, который 3-го января путем обмана присвоил у двух жителей столицы в общей сложности 5000 манатов.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 178 (мошенничество) УК Азербайджана.

  • Bakıda dələduzluq edən Abşeron sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də, paytaxt sakinləri olan 2 nəfərin hər birindən dələduzluq yolu ilə 2500 manat ələ keçirən Abşeron rayon sakini Əhməd Əhmədov saxlanılıb.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə istintaq aparılır.

  • Prezident fərman verdi: Bu institutlar birləşir

    Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanda mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd daxil edilib.

    Median.az xəbər verir ki, fərmanda Prezident Administrasiyasına İşçi Qrupu yaratmaq və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

  • Azərbaycan dünya nəhənglərini geridə qoydu

    2019-cu il üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi açıqlanıb.

    Median.az xəbər verir ki, reytinq “Numbeo” portalı tərəfindən hazırlanıb.

    118 ölkənin adının yer aldığı reytinqin zirvəsində Qətər yer alıb. 13.26 cinayət indeksinə sahib olan Qətər siyahıda Yaponiya və BƏƏ kimi ölkələri qabaqlayıb.

    Dünyanın ən təhlükəli ölkəsi kimi isə Venesuela seçilib.

    Ölkəmiz siyahının 27-ci pilləsində qərarlaşıb. Bu nəticə ilə Portuqaliya, İspaniya, Almaniya, İsrail, İtaliya, Fransa, Rusiya və ABŞ kimi ölkələr reytinqdə Azərbaycandan aşağı pillələrdə qərarlaşıb.

  • Abşeronda bataqlıqdan meyit tapıldı

    Abşeron rayonu, Novxanı qəsəbəsində bataqlıqdan meyit tapılıb.

    Median.az xəbər verir ki, araşdırma zamanı onun Bakı sakini 49 yaşlı Elşən Pəncəliyev olduğu məlum olub.

    Onun ölümünün səbəbləri araşdırılır./Report/

  • Предсказано полное исчезновение кофе

    Специалисты Королевских ботанических садов Кью (Великобритания) пришли к выводу, что многие виды кофейных деревьев вымрут из-за изменений климата, распространения болезней и масштабной вырубки лесов. Об этом пишет издание Science Alert, передает Median.az со ссылкой на Lenta.ru.

    Исследователи подсчитали, что из 124 известных видов кофе около 60 процентов находятся под угрозой исчезновения. В некоторых регионах мира ситуация тяжелее, чем в других. Например, на Мадагаскаре и в других частях Индийского океана под угрозой находятся до 71 процента диких сортов кофе. 13 видов кофе находятся на грани полного исчезновения, 40 относятся к вымирающим, а 22 – к уязвимым.

    По словам ученых, хотя далеко не все из этих растений используются для приготовления напитков, генетическое разнообразие играет ключевую роль для дальнейшего существования кофе. Кроме того, арабика (Coffea arabica), которая составляет 60-70 процентов всего продаваемого в мире кофе, также включена в список находящихся под угрозой из-за вырубки лесов и чувствительности к изменениям климата.

  • İlham Əliyev Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

    Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

    Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

    Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Nurməhəmmədovdan Makqreqora rədd cavabı

    Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov Konor Makqreqorla revanş döyüşü keçirtmək istəmir.

    Median.az “Report”a istinadən xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı bu barədə “TMZ Sports”a açıqlamasında bildirib. O, deyib ki, irlandiyalı döyüşçü ilə təkrar qarşılaşmağa lüzum görmür: “Revanş görüşü nəyə görə verilməlidir? O, sonuncu döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.

    Qeyd edək ki, H.Nurməhəmmədov ötən ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.

  • “Azərenerji”: Hər şey nəzarət altındadır

    “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş xüsusi iş rejimində çalışır.

    Median.az xəbər verir ki, bunu “Report”a qurumun Mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

    Onun sözlərinə görə, Səhmdar Cəmiyyətin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərləri yanvarın 17-18-də enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcəklər:

    “Enerji sistemində qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır. Bu ana kimi bütün elektrik stansiyaları və yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərində heç bir problem yaranmayıb. Hər şey nəzarət altındadır”.