Month: January 2019

  • Bakıda FACİƏ – 23 yaşlı oğlan öldü

    Ötən gecə Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.az xəbər verir ki, Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Alim Mahmudov Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən mənzildə dəm qazından boğulub. O, hamam otağında olarkən qazdan zəhərlənib və hadisə yerindəcə keçinib. 23 yaşlı oğlanı yaxınları huşsuz vəziyyətdə tapıb və onun artıq vəfat etdiyi məlum olub.

    Alim Mahmudov bu gün doğulduğu Kürdəmir şəhərində dəfn edilib.

  • Bakıda küləkdən zərərçəkənlər olub

    Bakının müxtəlif ərazilərində küləkdən zərərçəkənlər olub.

    Median.az xəbər verir ki, Lökbatanda qarajda kişinin üstünə darvaza aşıb.

    Xəsarət alan şəxs döş qəfəsinin əziyi diaqnozu ilə Neftçilər Xəstəxanasına yerləşdirilib.

    Daha bir hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Güclü külək vətəndaşı yıxıb. Nəticədə o, başından xəsarət alıb. Xəsarət alan şəxs Sabunçu xəstəxanasına aparılır. Vəziyyəti normaldır.

  • Facebook удалила страницы Sputnik

    В пресс-службе Sputnik прокомментировали блокировку соцсетью Facebook более 500 аккаунтов, связанных с Россией, включая страницы агентства.

    В сообщении отмечается, что было заблокировано в том числе семь страниц редакций в странах ближнего зарубежья. Такое решение названо “однозначно политическим”, “фактической цензурой”.

    “Редакции Sputnik занимаются новостями — и делают это хорошо. И если блокировка это единственная реакция Facebook на качественную работу СМИ, то вопросов у нас нет — тут все очевидно. “, — заявили в пресс-службе.

  • В Баку сильный ветер обрушил рекламный щит на мужчину

    В Баку сильный ветер сорвал рекламный щит и опрокинул его на прохожего. Как стало известно haqqin.az, инцидент произошел в торговом центре Бина.

    Информацию подтвердили и в пресс-службе Минздрава.

    Пострадавшим является мужчина средних лет. Его состояние оценивается как средней тяжести.

  • Azərbaycanda “Xoşbəxt” kafesində iki ailəni MƏHV EDƏN DƏHŞƏTLİ OLAY – Təfərrüat

    Yanvarın 16-na keçən gecə Xaçmaz rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Median.az xəbər verir ki, gecə saatlarında Xudata gedən yolun kənarında yerləşən “Xoşbəxt” kafesinin qarşısında meyiti tapılan 27 yaşlı Tamerlan Həmidovun elə həmin kafedə çalışan şəxs tərəfindən öldürülməsi məlum olub.

    Belə ki, T.Həmidov kafedə olarkən həmin obyektdə işləyən və əvvəlcədən tanıdığı Mürşüdoba kənd sakini Nazim Həsənovla mübahisə edib. Mübahisə daha sonra dava-dalaşa keçib və həmin şəxs Tamerlana bıçaqla zərbələr endirib. 27 yaşlı kənd sakini hadisə yerində keçinib. Onun meyiti morqa aparılıb. T.Həmidovun ailəsi onun ölümündən dünən səhər saatlarında xəbər tutub.

    Bildirilir ki, qətlə yetirilən 27 yaşlı şəxs ailəli, 3 uşaq atası olub.

    Hadisəni törədən şəxs artıq tutulub, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb

    Bakıda gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 40-a yaxın ağac aşıb və bir neçə ağacın budağı sınıb.

    Median.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

    Birliyin heyəti hazırda gücləndirilmiş iş rejimində çalışır və aşan ağacların ərazilərdən götürülməsi üçün iş aparır.

    Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

    Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin keçəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

  • Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı – VİDEO – FOTO

    Hadisə şəhərin Olimpiya məhəlləsində baş verib.

    Median.az ARB TV-yə istinadən xəbər verir ki, Şəki şəhər sakini 14 yaşlı Zülfüqar Zeynalov qoyun otaran atasının yanına gedərkən kolluq ərazidə qəribə dəmir parçası görüb.

    Nə olduğunu anlamayan məktəbli tapıntını atası Səbuhi Səmədova göstərib. Dəmir parçasının partlamamış mərmi olduğunu anlayan Səbuhi Səmədov dərhal Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzinə xəbər verib.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentli xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Səbuhi Səmədova – Şəki sakini: “Oğlum mənə yemək gətirmişdi. Bir də gördüm uşaq əlində mərmiyə oxşar nəsə gətirir. Ərəstun adlı bir hərbiçi var ona göstərdim ki, bu nədir? Dedi, bu partamamış mərmidi, dərhal “102” xidmətinə zəng vur, məlumat ver. Mən də məlumat verdim, gəlim apardılar”.

  • Аэропорт имени Ататюрка в Стамбуле прекратит работу – ДАТА

    Стала известна точная дата перевода всех коммерческих рейсов из международного аэропорта Ататюрка в новый аэропорт Стамбула. Это произойдет 3 марта, сообщает АТОР.

    Именно в этот день все рейсы, внутренние и внешние, которые прежде обслуживались в аэропорту Ататюрка, начнет принимать новая воздушная гавань, расположенная в 40 километрах к северо-западу от центра Стамбула, недалеко от берега Черного моря.

    Напомним, на начальном этапе пассажиропоток в новый аэропорт Стамбула, который может стать одним из крупнейших авиаузлов в мире, должен составить около 90 миллионов человек в год, а в течение десяти лет – увеличиться до 200 миллионов. Аэропорт планирует выполнять рейсы по 350 направлениям по всему миру.

    Аэропорт Ататюрка, который принял 68 миллионов человек в прошлом году, будет отдан под другие цели: это грузовые перевозки, ангары для технического обслуживания, учебные мероприятия, авиационные ярмарки и другое гражданское использование.

    Тем не менее, система аэронавигации в аэропорту будет действовать как минимум до 2022-2023 годов.

  • Найдена старейшая таблица Менделеева

    Периодическая таблица химических элементов, найденная в Сент-Эндрюсском университете в Шотландии, оказалась старейшей в мире. Об этом, как передает Median.az со ссылкой на РИА Новости, сообщает портал Phys.org.

    Ее во время уборки обнаружил доктор Алан Айткен. Таблица лежала на складе вместе с лабораторным оборудованием, которое скопилось после переезда факультета химии.
    Международная группа экспертов подтвердила, что находка датируется 1885 годом. Сам периодический закон был открыт Дмитрием Менделеевым в 1869 году. На таблице указано, что она отпечатана в одной из венских типографий, работавших с 1875 по 1888 год. В еще одной подписи упоминается автор литографии, скончавшийся в 1890 году.

    Отмечается, что в таблице есть галлий и скандий, открытые в 1875 и 1870 годах, тогда как германия (1886) в ней еще нет.

  • Vergilər Nazirliyi sahibkarları məlumatlandırıb

    Yanvarın 17-də Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergiödəyiciləri ilə görüş keçirilib.

    Median.az nazirliyə istinadən xəbər verir ki, görüşdə bu il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergiödəyiciləri məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

    Vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin vergi sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına dair fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

    Nazir müavini vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı vergi uçotunun və sənədləşmə işlərinin düzgün aparılmasının və elektron qaimə-fakturalardan istifadə edilməsinin zəruri olduğunu vurğulayıb. Vergiödəyicilərinin nəzərinə çatdırılıb ki, hər bir müəssisədə qanunvericiliyin tələblərinə tam əməl olunmalıdır, əks halda bu həmin müəssisələrin qanunda nəzərdə tutulmuş ciddi maliyyə sanksiyaları ilə üzləşməsi ilə nəticələnə bilər. Vergilər Nazirliyinin apardığı təhlillər nəticəsində məlum olub ki, mebel, alkoqolsuz içkilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5 faizdən aşağıdır.

    Vergiödəyicilərinə bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

    Digər mühüm bir tələb işçilərlə əmək münasibətlərinin leqallaşdırılması ilə bağlıdır. Qeyd edilib ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunla qadağandır və sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamalı, təqdim etdikləri hesabatlarda real əmək haqlarını düzgün göstərməlidirlər. Belə hallara yol verilməsi gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənlərə maliyyə sanksiyaları tətbiq edilə bilər. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

    Diqqətə çatdırılıb ki, qanunvericiliyə əsasən, yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 il müddətində belə hala birinci dəfə yol verildikdə, vergi orqanı tərəfindən vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Xəbərdarlıq edildikdən sonra vergiödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, ona maliyyə sanksiyası tətbiq edilir.

    Büdcə gəlirlərinin formalaşmasında hər bir vergiödəyicisinin rolunun olduğunu bildirən nazir müavini qeyd edib ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotunun düzgün şəkildə və vaxtlı-vaxtında aparan, qanunvericiliyin tələblərinə tam əməl edən vergiödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının, həm vergiödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir.

    Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov mal dövriyyəsinin sənədləşdirilməsi, vergi uçotunun aparılması, müəssisələrin maliyyə göstəriciləri və təqdim olunan bəyannamələrdə rast gəlinən risk faktorları barədə danışıb.

    Sonra tədbirdə iştirak edən vergiödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb. Görüşdə Bakı və regionlarda istehsal sahəsində fəaliyyət göstərən 200-dən çox vergiödəyicisi və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi iştirak edib.