Month: January 2019

  • У жителя Масаллы изъяли свыше 2-х кг. опиума

    Как сообщает Median.Az, сотрудники Масаллинского РОП в результате проведенной операции в доме жителя города, ранее судимого Мехмана Агабалаева обнаружили свыше 2,6 кг. опиума, а также героин и психоторопные препараты.

    В Следственном отделе Масаллинского РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Masallı sakinindən 2 kq.-dan artıq tiryək götürülüb

    Median.Az xəbər verir ki, Masallı RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığ evdə 2,6 kq-dan artıq tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar ediblər.

    RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Губе возможны подземные толчки – ПРОГНОЗ СПЕЦИАЛИСТА

    «Даже аномальные погодные условия никак не сказываются на очагах землетрясения. Сейчас сейсмическая активность на территории республики на фоновом уровне. Однако по нашим прогнозам, в течение 15 дней подземные толчки стоит ожидать в Губе. Но повода для паники нет, толчки будут слабыми».

    Об этом рассказала доктор геолого-минералогических наук Азербайджана и России, начальник отдела «Комплексные геохимические исследования» Республиканского центра сейсмологической службы Национальной академии наук Азербайджана (НАНА) Рамида Керамова.

    По ее словам, локальная магнитуда (ML) землетрясения в Губе составит 3,03-3,09. Она напомнила, что сотрудники отдела «Комплексные геохимические исследования» выполняют интерпретацию данных ежедневного сейсмофлюидодинамического (СФД) мониторинга на 27 объектах наблюдений в шести сейсмогенных зонах Азербайджана.

    Отметим, что этот мониторинг представлен сейсмогеохимическими и сейсмогидрогеодинамическими методами, которые используются для изучения подземных и морских вод, растворенных в них газах и на локальных участках поверхности Земли. Такие результаты стали возможны только после внедрения двух автономных, независимых «Автоматизированных технологий N1 и N2» для ежедневной оперативной оценки сейсмической обстановки и оперативного прогноза сильных землетрясений только на основе данных круглогодичного мониторинга СФД-полей Азербайджана.//media.az

  • Qubada yeraltı təkanlar gözlənilir: Təşvişə əsas yoxdur

    Anomal hava şəraitinin zəlzələ ocaqlarına heç bir təsiri yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir. Bizim proqnozlarımıza əsasən, yaxın 15 gündə yeraltı təkanları Qubada gözləməyə dəyər. Ancaq təşvişə ehtiyac yoxdur, çünki yeraltı təkanlar zəif olacaq.

    Bu fikirləri Media.Az-a açıqlamasında Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova deyib.

    Onun sözlərinə görə, Qubadakı zəlzələnin lokal maqnitudası 3,03-3,09 olacaq. O əlavə edib ki, “Kompleks geokimya tədqiqatları” şöbəsinin əməkdaşları Azərbaycanın altı seysmik zonasındakı 27 müşahidə obyektində hər gün monitorinqlər aparır.

    Qeyd edək ki, seysmoflüidodinamik tədqiqatlar seysmogeokimyəvi və seysmohidrogeodinamik metodlarla aparılır. Yeraltı sular və Xəzər dənizinin suyu, həll olunmuş qazlar və yer səthinin radioaktiv emissiyaları həmin tədqiqatların obyektləridir.

  • Dekabrda Azərbaycana gələn turistlərin sayı artıb

    2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb.

    Median.Az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6% artaraq 2,8 milyona çatıb.

    Rusiya, Gürcüstan və Yaxın Şərq ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq və Asiya bazar paylarını müvafiq olaraq, 1%, 2% və 2% olmaqla bir qədər artırıblar. Rusiya və Türkiyə hər biri bazar payını təxminən 1%, İran isə ən böyük azalma ilə 5% itirib.

    Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir: 35% və 55%. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.

  • Qadın keçmiş ərinə qoşulub qaçdı, qan düşdü – Azərbaycanda kütləvi dava

    Bu gün saat 00:30 radələrində Sabirabad rayonunun Qaragüney kəndində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az “report”a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü yerli sakinlər – Məmmədov Tofiq Heybət oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Məmmədov Rafiq Heybət oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

    Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla əməliyyat olunublar.

    Hadisənin digər iştirakçıları – Qaragüney kənd sakinləri, 1950-ci il təvəllüdlü Abbasov Eldar Abbas oğlu və 1983-cü il təvəllüdlü Nağıyev Sənan Sabir oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər. Davaya qadının keçmiş ərinə qoşularaq qaçması səbəb olub.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Bakıda avtobuslarla bağlı QƏRAR VERİLDİ

    Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) xüsusi rejimdə fəaliyyət göstərir.

    Bu barədə qurumdan məlumat verilib.

    Verilən məlumata görə, əvvəlcədən görülən tədbirlər nəticəsində gecə saatlarından hazırki, vaxtadək şəhər nəqliyyatında hər hansı problem müşahidə edilməyib.

    “Yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.

    Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır”,-deyə məlumatda vurğulanır.

    Qeyd edilib ki, gecə saatlarından şəhər yollarında svetoforların fəaliyyətində problem müşahidə olunmayıb: “Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.

    Məlumat üçün bildiririk ki, hazırda müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib.

    Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.

    BNA sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

    “Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, – deyə qurum bəyan edib.

  • Küçələrdə köməyə ehtiyacı olanları bu ÜNVANA aparın!

    Ölkəmizin ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.

    Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağda və ya baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

    Bu məqsədlə müvafiq Qərargah da yaradılıb. Qərargahla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.

    Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

    Sığınacaqlara yerləşdiriləcək şəxslər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.

  • Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu – Öz boğazını kəsdi

    Xəbər veriyimiz kimi, bir neçə gün öncə Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.

    Median.Az xəbər verir ki, Unikal.org baş verən hadisənin təfərrüatlarını öyrənib.

    Tərtər rayon Ələsgərli kənd icra nümayəndəsi Kamran Əhmədov açıqlamasında bildirib ki, hər ikisi sakit ailə olub:

    “Hadisənin iştirakçısı olan ailələr arasında bu zamana qədər münaqişə olmayıb. 28 yaşlı qadının əri Əliyev Fariz Fazil oğlu ilə Zöhrabov Eldəniz Sabir oğlu şərikli meyvə bağı salıblar. Sonradan gəlinlə Eldəniz birlikdə yaxalanıb. Bu zaman gəlin V.Əliyevanın əri 35 yaşlı Fariz Əliyev, qardaşları, əmisi oğlanları ilə birlikdə Eldəniz Zöhrabovu çay kənarına apararaq döyüb, onun şəxsiyyətini alçaldan hərəkətlər ediblər. Bu zaman 43 yaşlı Eldəniz bıçaqla öz boğazına xəsarət yetirib. Onun səhhəti ağır olduğu üçün təcili Bakıya gətirilib. Hadisədən sonra gəlinin həyat yoldaşı Fariz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Münaqişəyə səbəb olan gəlin isə hadisədən sonra Ələsgərli kəndini tərk edərək ata yurdu Ağcabədiyə qayıdıb.

    Başqa xanımla münasibəti olan Eldəniz Zöhrabov da ailəlidir. Onun iki oğlu var. Oğlanlarından biri yeni ailə qurub. Öz ərinə xəyanət edən qadının isə Fariz Əliyevlə birgə nigahdan iki azyaşlı övladı var”.

  • Yollar buz bağlayacaq – PROQNOZ

    18 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.

    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

    Havanın temperature Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.

    Əsasən, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.