Month: January 2019

  • Ankara-İstanbul yolu BAĞLANDI

    Yanvarın 15-də axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Ankara-İstanbul şosesi bağlanıb.

    Median.az xəbər verir ki, yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.

    Həmçinin yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

    Ölkənin əksər bölgələrində havaların kəskin soyuması və güclü qarın yağması səbəbindən məktəblərdə iki günlük tətil elan olunub.

  • Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı (VİDEO)

    Avtomobili icbari sığorta olunan şəxsə 3 dəfə cərimə yazılıb. Hadisə paytaxt sakini Canbaxış Nəcəfovun başına gəlib.

    O, ötən ilin oktyabr ayının 25-də dövlət qeydiyyat ”90-VS-037” olan avtomobilini növbəti 1 il üçün icbari sığorta etdirib. Buna baxmayaraq, onun avtomobilinə noyabr ayının 4-də, dekabr ayının 7-də və bu ilin yanvar ayının 2-də sığorta olunmadığına görə cərimə protokolları tərtib edilib.

    Bundan sonra avtomobil sahibi məsələnin araşdırılması üçün aidiyyatı qurumlara ərizə ilə müraciət edib.

    Məsələ ilə bağlı, avtomobilin sığorta olunduğu şirkətlə əlaqə saxladıq. Şirkətin nümayəndəsi bildirdi ki, avtomobilin sığortasının qüvvəyə minməməsinin səbəbi sistemdə yaranan texniki problem olub. Buna görə də, avtomobilə cərimə protokolu tərtib edilib. Bu gündən həmin müqavilə qüvvəyə minib. Həmçinin o da bildirildi ki, sığorta şirkət tərəfindən sürücüyə yazılan həmin cərimələr də bu gün ödəniləcək.

  • Ağdaşda “Mercedes” velosipedçini vurub öldürdü

    Ağdaş rayonunda yol qəzası baş verib.

    Median.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Zeynəddin kəndi ərazisində olub.

    1968-ci il təvəllüdlü Nəsimi Məsimov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə velosiped sürən kənd sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Osmanovu vurub.
    Hadisə nəticəsində xəsarət alan M.Osmanov xəstəxanaya aparılsa da, orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане сгорел частный жилой дом – ФОТО – ВИДЕО

    В частном жилом доме в Кюрдамире произошел пожар.

    Как передает Median.az со ссылкой на Report, инцидент произошел селе Мурадхан.

    Таким образом, пожар вспыхнул в четырехкомнатном доме общей площадью 91 кв. м, принадлежащем жителю села Нематову Абульфату Немат оглы.

    На месте происшествия были задействованы две пожарные машины Кюрдамирского районного противопожарного отряда, пожар был потушен.

    По факту ведется расследование.

  • “Azəriqaz” əhaliyə müraciət etdi – Sayğaclara baxış keçiriləcək, icazə verin, yoxlasınlar

    Mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub.

    Median.az xəbər verir ki, qurumdan “Ölkə.Az”a verilən məlumata görə, əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır:

    “Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər”.

    Birlik qaz istehlakçılardan “Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edir.

  • İnsan üçün ən dözülməz ağrılar hansılardır?

    ABŞ-ın Stenford Universitetinin alimlər ağrıların gücü ilə bağlı araşdırma aparıb.

    Median.az xəbər verir ki, mütəxəssislər ağrını 0-dan 10-a qədər olan ballarla qiymətləndirib.

    Belə ki, araşdırma nəticəsində ən güclü ağrının üçlü sinirin nevralgiyası zamanı yaranan ağrı olduğu məlum olub.

    Üçlü sinirin nevralgiyası zamanı ağrıları xüsusi dərmanlar vasitəsilə azaltmaq mümkündür, lakin əksər hallarda tibb işçilərinin müdaxiləsi tələb olunur.

    Qeyd edək ki, üçlü sinirin nevralgiyası zamanı yaranan ağrını hiss edən qadınlar doğuş zamanı olan ağrılardan qat-qat dözülməz olduğunu bildirib.

  • Gənc futbolçunu meydanda ildırım vurdu (VİDEO)

    Braziliyanın U-20 liqasında bədbəxt hadisə yaşanıb.

    Median.az xəbər verir ki, “Aqua Santa” ilə “Atletiko Mineyro” klublarının qarşılaşmasının 47-ci dəqiqəsində ildırım futbolçu Pedro Enrikenin üzərinə düşüb.

    “Aqua Santa”nın oyunçusu yerə yıxılıb, daha sonra isə onu ildırım vurub. Enrike paltardəyişmə otağına aparılıb və orada huşunu itirib. Futbolçu dərhal xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

  • Deputat: Azərbaycan 2018-ci ildə mühüm nailiyyətlər əldə edib

    Yanvarın 11-də Azərbaycan Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf, dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi.

    Median.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

    H.Babaoğlu qeyd edib ki, bu qiymətləndirmə əslində 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir:

    “Çünki iqtisadiyyat ümummilli inkişafın əsas hərəkətverici qüvvəsi olmaqla digər bütün sektorların inkişafını da şərtləndirir. Lakin bu da məsələnin hamısı deyil. Müstəqil iqtisadi münasibətlər sisteminə malik ölkə həm də müstəqil xarici siyasət həyata keçirmək gücünə malik olur ki, bu da hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev çıxışının əvvəlində diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf etməyə nail olub. Bu fikirlər həm dünyada və regionda baş verən prosesləri düzgün qiymətləndirməyimiz baxımından, həm də ölkəmizin bu şərtlər içərisində nailiyyətləri necə əldə etməsi baxımından olduqca qiymətlidir”.

    Millət vəkilinin sözlərinə görə, heç şübhəsiz ki, belə ağır şərtlər içərisində inkişafımızı və siyasi maraqlarımızı təmin etmək üçün olduqca ciddi iqtisadi konsepsiyaya və xarici siyasətdə dərin siyasi strategiyaya malik olmaq lazımdır:

    “Qısaca deməyə çalışsaq, Azərbaycan 2018-ci ildə öz milli maraqlarını tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırmağı bacararaq mühüm nailiyyətlər əldə edə bilib. Bu kontekstdə Prezident İlham Əliyev ilk növbədə regionların inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarına toxunaraq, növbəti ildə də belə bir proqramın qəbul ediləcəyini söylədi. Çünki bu, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin olunması və iqtiadiyyatın coğrafi diferensiallaşdırılması baxımından olduqca vacib komponentdir. Regionlarımızda ötən illər ərzində həyata keçirilən yol-nəqliyyat və digər kommunikasiya layihələrinin də rayonlarımızda münbit sərmayə mühiti yaratması yatırımçıların diqqətini cəlb edib. Ona görə də qeyri-neft sektorunun inkişafında regionlarımızda formalaşan aqrar sənaye və yüngül sənaye xüsusi iqtisadi çəkiyə sahib mühüm komponent kimi çıxış edir”.

  • Mənzildə köməksiz qalan şəxslər xilas edilib

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Median.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

  • Названы самые дорогие футболисты мира

    Аудиторская компания KPMG назвала самых дорогих футболистов планеты.

    Как передает Median.az со ссылкой на РИА Новости, по оценке аналитиков проекта Football Benchmark, больше всех стоит бразильский полузащитник ПСЖ Неймар – его трансфер оценивается в 229,1 миллиона евро. Вторым в списке значится самый молодой участник первой десятки – 20-летний чемпион мира и нападающий ПСЖ Килиан Мбаппе – 215 миллионов евро. Замыкает тройку пятикратный обладатель “Золотого мяча”, лучший бомбардир в истории “Барселоны” Лионель Месси – 203,3 миллиона евро.

    Следом расположились египетский нападающий “Ливерпуля” Мохаммед Салах (168,3 миллиона), лучший бомбардир ЧМ-2018 англичанин Харри Кейн (151,1 миллиона) из “Тоттенхема”, бельгийский нападающий “Челси” Эден Азар (148,2 миллиона), его соотечественник из “Манчестер Сити” Кевин де Брейне (129,4 миллиона), французы Антуан Гризманн (125, 6 миллиона) и Поль Погба (119,3 миллиона) из “Атлетико” и “Манчестер Юнайтед” соответственно.

    Замкнул десятку бразилец Филипе Коутиньо (118,2 миллиона), выступающий за “Барселону”.
    Действующий обладатель “Золотого мяча”, 33-летний хорват Лука Модрич не попал в число 50 самых дорогих игроков.

    Пятикратного обладателя этого трофея, португальца Криштиану Роналду аналитики оценили в 107,3 миллиона евро – это 12-е место.