Month: January 2019

  • Fikrət Fəraməzoğlu: Heç bir aclıq aksiyasına başlamamışam – FOTO

    Yanvarın 14-də məhkum Fikrət Fəraməzoğlu (İbişbəyli Fikrət Fəraməzoğlu) Kütləvi İnformasiya Vasitələri nümayəndələrinə müraciət ünvanlayıb.

    Median.az F.Fəraməzoğlunun əllə yazdığı müraciəti təqdim edir:

    “Hörmətli media nümayəndələri!

    Sosial şəbəkələrdə mənim adımdan Mehman Hüseynova dəstək olmaq məqsədi ilə aclıq aksiyasına başladığım barədə məlumat yayılıb. Nəzərinizə çatdırım ki, mən heç bir aclıq aksiyasına başlamamışam. Hal-hazırda qida qəbul edirəm, saxlanılma şəraitimdən və qidalanmadan narazılığım yoxdur. Ona görə də, hər kəsdən xahiş edirəm ki, mənim adımdan gələcəkdə hər hansı məlumatlar yayan zaman mənimlə və ya mənim vəkillərimdən dəqiqləşdirilmə aparılısın.

    Onu da diqqətinizə çatdırım ki, hal-hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Hal-hazırda aclıq aksiyası keçirmirəm, eyni zamanda, bu müəssisədə saxlanılan məhkumlardan da aclıq aksiyası keçirən yoxdur”.

  • Zakir Həsənov İranın müdafiə nazirinə başsağlığı verib

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığında deyilir:

    “Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus yük təyyarəsinin Kərəc şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin ağrınız bizim də ağrımızdır.

    Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

  • Emin Ağalarov və dostları Moskvada buz altına düşdülər (VİDEO)

    Müğənni və biznesmen Emin Ağalarovun dostları ilə birlikdə Moskvaətrafında qar üzərində aeroxizəklərdə sürüşmə cəhdi uğursuz olub.

    Gənclər buzun altına yıxılıblar və hahalı texnikanı batırıblar.

    Belə ki, Köhnə Yeni il ərəfəsində, 13 yanvarda, Emin tam təchizatda İlinski kənd yaxınlığındakı qarlı yerləri fəth etməyə yollanıb. Onunla birlikdə bir neçə dostu da olub. Onların əyləncələri aeroxizəklərdən birinin buz altına düşməsi səbəbindən yarımçıq qalıb. Müğənni sonra video çəkib və təbəssümlə baş verənlər haqda danışıb.

    Əvvəlcə onlar qar basmış sahə ilə gedib, müxtəlif fəndlər ediblər. Amma sonra buzun altına düşüblər. “Balıq tutan bu dayının ovunu korladıq. Yan körpüyə 10 dəqiqəlik yol qalmışdı. Yaxşı odur ki, hər şey yaxşı qurtarır. Batanlar sağdılar!” — Emin şərh edib.

    Çarxda müğənni dəyəri milyon yarım rubla çatan batmış Yamaha aeroxizəyini göstərir. O qeyd edir ki, baş verənlərdən dərya qədər yeni hiss və enerji alıb. Onun dostları da sağ-salamatdılar və nahara yola düşüblər. (Virtualaz.org)

  • Federasiya ölkə çempionatını boykot edən klublara xəbərdarlıq etdi

    Bu gün Azərbaycan Basketbol Federasiyasında (ABF) qurumun prezidenti Nadir Nəsibovun iştirakı ilə iclas keçirilib.

    İclasda əsas məsələ ölkə çempionatının ikinci dövrəsinin iştirakçı beş klubu tərəfindən boykot edilməsi ilə bağlı olub.

    İclasa klub nümayəndələri dəvət edilsə də, heç bir komanda üzvü iclasa qatılmayıb. Nəticədə ABF bəyanat yayıb:

    “ABF kişilər arasında XXVI ölkə çempionatında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirir. ABF hesab edir ki, ölkə çempionatını boykot edərək üsyan qaldırmaq idman hərəkatına zidd və qanunsuzdur.

    Hal-hazırda federasiya gənclərdən ibarət yığma komandanın Bakıda keçiriləcək Avropa Olimpiya Yeniyetmə Festivalının hazırlığına başlıca önəm verir. Basketbol Federasiyasına qarşı atılan təxribat xarakterli hərəkətlər bu dövlət səviyyəli idman tədbirinin hazırlıq prosesinə zərbə vurmaqdadır. Bununla əlaqədar, bütün məsuliyyət basketbol ictimaiyyəti adından danışmaq səlahiyyətini mənimsəyən bəzi basketbol “xadimlərinin” üzərinə düşür.

    Bütün sivil dünyada qəbul edilmiş qaydalara əsasən, istənilən idman təşkilatı onun təsdiq edilmiş nizamnaməsinə əsasən fəaliyyət göstərir. Federasiya rəhbərliyinin dəyişdirilməsi növbəti hesabat-seçki konfransında bu qurum üzvlərinin səsverməsi yolu ilə həyata keçirilir.

    Azərbaycan Basketbol Federasiyası basketbol ictimaiyətimizə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən çempionatın boykotuna sövq edən addımları qətiyyətlə pisləyir.

    ABF bütün Azərbaycan basketbolsevərlərini basketbola hörmətlə yanaşaraq, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasətinə dəstək verməyə çağırır”.

    Qeyd edək ki, ölkə çempionatının reqlamentinə əsasən, boykot edən komandaları texniki məğlubiyyət və cərimə gözləyir.

  • Азербайджанец назначен на высокую должность в международной организации

    Азербайджанец назначен на высокую должность в международной организации.

    В прошлом месяце в Москве состоялось официальное собрание исполнительного совета Международного студенческого футбольного объединения.

    На повестке дня стоял вопрос о новом назначении на пост генерального секретаря в связи со смертью 29 сентября генсека организации Олега Первушкина.

    Генеральный директор объединения Андрей Стукалов предложил избрать на данную должность азербайджанца Афгана Гамзаева.

    А.Гамзаев был избран единогласно на должность, которую он будет занимать в течение пяти лет.

    А.Гамзаев родился в 1955 году, окончил филологический факультет Бакинского государственного университета. С 2001 года он работал в качестве футбольного судьи. Он был судьей на азербайджанской премьер-лиге, турнирах в Турции, Беларуси, России и Грузии.

    С 2009 года он был арбитром ФИФА по пляжному футболу. За работу на чемпионате мира в Дубае он был награжден специальной медалью ФИФА . В настоящее время А.Гамзаев является членом судейского комитета Всемирной федерации мини-футбола.

  • “10 manat köməklik edin” – Müəllimdən valideynə məktub

    167 №-li tam orta məktəbdə ayaqyolu və ingilis dili otaqları tikildiyi üçün şagirdlərdən pul yığılması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, müəllim valideynlərə məktub yollayaraq hər iki otağın təmirinə görə 10 manat (hərəsinə 5 manat olmaqla) məbləğində köməklik etmələrini istəyib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən məktəbin direktoru Qasım Qasımov bildirib ki, hazırda məktəbdə hər hansı bir təmir işi getmir:

    “Sözügedən işlər sentyabr ayında görülüb. Bu zaman da sadəcə bir arakəsmə sökülüb. Yaxşı olar ki, bunu paylaşan valideyn elə birbaşa mənə müraciət etsin, məsələni araşdıraq. Bəlkə həqiqətən hansısa müəllim yalandan uşaqlardan pul istəyib.

    Sentyabr ayında bu məktəbə təyin olunmuşam və elə o vaxt valideynlərlə görüşümdə bildirmişəm ki, hər hansı səbəblərdən uşaqlardan bir qəpik də yığılmayacaq. Çünki qulağıma çatmışdı ki, əvvəllər nəsə xoşagəlməz hallar baş verib. Odur ki, bu kimi məqamlarda valideynlər birbaşa mənimlə əlaqə saxlasın”.

  • Etik qaydaları pozan aparıcıların adları açıqlandı (SİYAHI)

    Milli Televiziya və Radio Şurası keçən il bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinin mütəmadi olaraq pozulduğunu aşkarlayıb.

    MTRŞ bu halların daha çox ARB, ATV və Xəzər TV-nin efirində müşahidə edildiyini bildirib.

    MTRŞ nəzərə çatdırıb ki, milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verib. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir. Müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, video faktlar ortaya qoyulur.

    Məsələn, Space TV-də 17 sentyabr 2018-ci il tarixdə saat 16.37-də yayımlanmış “Gəl, dərdini danış” verilişində ərin arvadını başqa kişi ilə yataqda tutarkən çəkdiyi videosu efirə verilib. Verilişin 23 oktyabr 2018-ci il tarixli buraxılışında isə ər arvadını ona xəyanətdə ittiham edir və hətta uşaqlarından birinin onun olmadığını, başqa kişidən dünyaya gəldiyini bildirib.

    ARB-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” adlı verilişdə də mütəmadi olaraq ailə-məişət müstəvisində Azərbaycan xalqı və ailəsi üçün uyğun olmayan, qeyri-ənənəvi ailədaxili problemlər xarakterik ictimai problem kimi qabardılır, müzakirəyə çıxarılıb. Məsələn, verilişin 22 oktyabr 2018-ci il buraxılışında ən pis ailə nümunələrindən biri – övladlarını atıb başqası ilə aillə quran qadın və ondan aliment tələb edən ərin “hekayəsi” müzakirəyə çıxarılıb.

    Verilişdən aydın olur ki, məhkəmə artıq bu problemlə bağlı yekun qərar verib və məsələ hüquqi müstəvidə həllini tapıb. Belə olduğu halda problemin verilişdə müzakirəyə çıxarılması əlbəttə, ki, ucuz sensasiya və şou naminə edilir. MTRŞ bu cür hallara həmin verilişdə mütəmadi olaraq rast gəlindiyini vurğulayıb.

    İl ərzində milli-mənəvi dəyərlərlə bağlı ən mühüm pozuntu faktlarından biri ATV-də yayımlanmış “10-dan sonra” verilişi olub. Verilişin 9 iyul 2018-ci il tarixli buraxılışında qonaq qismində dəvət olunmuş Aşıq Namiq Fərhadoğlu və Aşıq Fəzail Miskinli arasında mübahisə yaranıb, mübahisə zəminində gərginlik yaşanıb və tərəflər bir-birinə ünvanına ədəbsiz ifadələr işlədiblər. Baş vermiş olayla bağlı Şura tərəfindən telekanala qarşı inzibati tənbeh tədbiri (rəsmi xəbərdarlıq) tətbiq edilib.

    Milli-mənəvi dəyərlərin pozulması hallarına bilavasitə aparıcıların özlərinin də rəvac verməsi halları diqqət çəkib. Məsələn, ARB-də 17.10.2018-ci il tarixdə saat 16.00-17.30 arası yayımlanmış “Canım sənə desin” verilişinin aparıcısı Mehriban Xanlarovanın efirdə yol verdiyi hərəkətlər cəmiyyətdə ciddi müzakirə və tənqidlərə səbəb olub.

    Lider TV-də cari ilin birinci yarısı efirdə olmuş “Evimin qonaqları” verilişində aparıcı Sərxan Kərəmoğlunun davranışları, dəvət etdiyi qadın qonaqları öpməsi, qucağına götürməsi və digər bu kimi hərəkətləri tamaşaçılarda haqlı qıcıq və narahatçılıq yaradıb. “LİDER” TV-nin efirində yayımlanan “7 gün” verilişinin 25.04.2018-ci il tarixli buraxılışında isə aparıcıların efir imkanlarından sui-istifadə hallarına yol verməklə Quba rayonu və camaatı barəsində xoşagəlməz ifadələr işlədiblər ki, bu da milli-mənəvi dəyərlərə zidd hal kimi qeydə alınıb.

    Xəzər TV-nin “Hər şey daxil” verilişinin aparıcısı Tolikin davranışları, leksikonu da mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb edib. Həmçinin Tolik verilişdə iştirakçıların efir etikasına zidd olan xoşagəlməz davranışlarının da qarşısını almağa cəhd etməyib, əksinə, belə hərəkətlərə təhrik edilməsi hallarına da yol verib.

    Məsələn, verilişin 21 avqust 2018-ci il tarixli buraxılışında müğənni Mətanət Əsədova Lider TV-nin aparıcısı və şoumen Sərxan Kərəmoğlu adlı birisi barədə təhqiramiz ifadələr işlədib, lakin verilişin aparıcıs Tolik bu halın qarşısını almayıb. MTRŞ ifadələr aşağıdakılardan ibarət olduğunu qeyd edib: “Ayə, kişi adını korlama. Kişi adına xələl gətirən, mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadınına ləkə gətirirəm. Gəl çıx çölə, səni aparacam həkimə. Mən qadın kimi özümü sübut edəcəm, amma sən kişi kimi özüvü sübut edə bilməyəcəksən… Yerə soxum səni. Murdar…”

    MTRŞ il ərzində milli-mənəvi dəyərlər prizmasından yol verilən xoşagəlməz hallardan birinin də müzakirə verilişlərinə ekspert qismində, nümunəvi olmayan təsadüfi və qeyri peşəkar insanların, xüsusilə də bayağı müğənnilərin, rəqqasələrin, ekstrasens və falçıların dəvət edilməsi olduğunu bildirir. Belə hallara xüsusilə ilin birinci yarısında efirə getmiş verilişlərdə daha çox rast gəlinib.

    Məsələn, ARB-də “Sirdaş Rövşanə” verilişinin 6 iyun 2018-ci il tarixli buraxılışında (saat 17.42-də) verilişə dəvət olunan idmançı və rəqqasə bir-birinə qarşı təhqiramiz ifadələr işlədib, hətta onlar arasında əlbəyaxa dava da baş verib. Bundan başqa, verilişin 7 may 2018-ci il tarixli buraxılışında “ekstrasens” Bayram adlı şəxslə kulturoloq kimi tanınan Aydın Xan Əbilov arasında gərginlik, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr və jestlərdən istifadə ediblər.

    Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram” verilişinin 25 iyun 2018 və 26 iyun 2018-ci il tarixli buraxılışlarında eyni səpkidə problem yaşanıb. Verilişində qonaq-ekspert qismində cəmiyyətdə falçı-ekstrasens kimi tanınan Bayram Nurlu ilə problemi müzakirəyə çıxarılan şəxs arasında gərginlik yaşanıb, efir mədəniyyətinə zidd xoşagəlməz hallara rast gəlinib. Söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr işlədib, qeyri-etik söz və ifadələrdən istifadə olunub.

    İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır. Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışılıb.

    Məsələn, belə hallardan biri cari ilin may ayında (05 may 2018-ci ildə) Space TV-də yayımlanan “El sizin, sirr bizim” verilişində baş verib. Verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.

  • Azərbaycanda uşağın cinsiyyətini öyrənmək QADAĞAN edilir

    Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il yaz sessiyasında müzakirəyə çıxarılacaq.

    Bu barədə parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev report-a məlumat verib.

    O bildirib ki, qanun layihəsi tam hazıdır, yaxın vaxtlarda müzakirəyə çıxaracaq: “Yəqin ki, bu ilin yaz sessiyasında qəbul ediləcək”.

    Qeyd edək ki, qanun qəbul edildikdən sonra Azərbaycanda uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək. Layihədə qeyd olunub ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

  • Təqvim aylarına yeni adlar təklif edən deputat onu tənqid edənlərə cavab verdi

    “Təqvim aylarına yeni adların verilməsi təklifinə ikili yanaşma var. Bir qisim insan var ki, sosial şəbəkələrdə tənqid edir. Maraqlıdır, irəli sürülən təklifin mahiyyəti ilə bağlı deyil, şəxsiyyətlə bağlı, konteksdən kənar mülahizələr yürüdürlər.

    Deyirlər, deputatların işi, sənəti yoxdur ki, bu cür təkliflər irəli sürürlər. Halbuki bunu deputat kimi deyil, vətəndaş, Vəhdət Partiyasının sədri kimi demişəm. Təkliflə demək istəmişəm ki, özümüzə oxşayaq”.

    Median.Az xəbər verir ki, bunu “report”a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

    O, ad məsələsinin çox önəmli olduğunu vurğulayıb: “Övladlarımıza qoyduğumuz adlar da milli olmalıdır. Xalqımızın getdikcə özündən uzaqlaşması, digər millətlərə – özündən başqa hamıya oxşaması məni narahat edir.

    Bu, bütün sahələri əhatə edir. Soyad sonluqları qanunvericiliyə uyğun olaraq milliləşdirilməlidir. Yəni aylara yeni adların verilməsini də milliləşməyə görə demişəm.

    Bu, ictimai hərəkat kimi olmalıdır. Məqsədim odur ki, təklif etdiyim adlar məişətdə paralel olaraq istifadə edilsin, getdikcə dilimiz öyrəşsin. Nənəm deyərdi ki, zəlzələ ilinin biçin ayında doğulmuşam.

    Biz də bilirdik ki, zəlzələ 1902-ci ildə olub, biçin ayı da avqustdur. Yəni babalarımız bu cür sözlərdən istifadə ediblər. Təəssüflər olsun ki, bəzi saytları başlığa çıxarırlar ki, Tahir Kərimli ayların adını dəyişdirmək istəyir.

    Onlar başa düşmür ki, mən ayların adının dəyişdirilməsinin deyil, həmin adlarla paralel olaraq işlənilməsi üçün adlar təklif etmişəm. Türkiyədə ayların milli adlarına mahnılar da qoşublar”.

    T.Kərimli sosial problemləri mütəmadi olaraq müzakirəyə çıxardığını qeyd edib:

    “Deyirlər ki, bu qədər problem var, amma deputatlar fərqli mövzuları qabardırlar. Axı bu problemlər nə vaxt bitəcək? 5-10 il gözləməliyik? Jurnalistlər şahiddir ki, mən və bəzi deputat həmkarlarım problemlərlə bağlı məsələ qaldırırıq.

    Elə bir problem yoxdur ki, onunla bağlı məsələ qaldırmayam. Buraya pensiyanın azlığı, kreditlə bağlı narazılıqlar, deputatı olduğum Ağsu rayonunun problemləri və s. məsələlər daxildir.

    Bunu bilmirlərsə, neyləyək? Mənim bu təklifim hansı problemin həllinə kölgə salır ki? Bəzi problemlərin olması bəlkə milli xarakterimizin olmamasından və ya tam formalaşmamasından irəli gəlir?

    Biz bunu formalaşdırmalıyıq. Bizim milli identifikasiyamız nədən ibarətdir? Haradan bilinir ki, bu, azərbaycanlıdır?.. Bəlkə adlarımızdan, soyadlarımızdan, geyimimizdən bilinir?

    Azərbaycan mətbəxini digər ölkələrin mətbəxləri üstələyir, Bakıda restoranların adları xarici dildədir. Azərbaycan dilində elanlara rast gəlmirik. Təəssüf edirəm, milliləşmə ilə bağlı təkliflərimi süngü ilə qarşılayırlar.

    100 il bundan öncə Seyid Əzim Şirvani seyid olduğu halda oğlunun adını Ömər qoyması narazılığa səbəb olub, onu qapının arasında sıxıb öldürdülər…

    Mirzə Ələkbər Sabiri çərlədib öldürənlər bu gün də var, onlar xalqa səhv məlumatlar çatdırırlar, yazı oxunmadan xəbərin başlığına baxaraq qiymət verirlər. Himnlə bağlı təklifimə də sərt reaksiya verdilər.

    Onlar bilmirdi ki, mən həmin təklifi himnlə bağlı qanun layihəsi müzakirə olunan zaman səsləndirmişəm. Elə bilirlər, durduğum yerdə himnlə bağlı təklif səsləndirmişəm.

    Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi müzakirə olunursa, nədən danışmalıyam? Himnin mətni, musiqisi qəbul edilirdi…

    Doğrusu, bu qədər düşmənimin olduğunu düşünmürdüm. Xəbərə başlıq qoyanda ki, Tahir Kərimli himni təhqir etdi, təbii ki, söyəcəklər, heç mətni oxuyan olmayacaq.

    Təsəvvür edin, himnin 3 cümləsini bilməyənlər məni təhqir edir…

    Bəzi ziyalıları da başa düşə bilmirəm. Onlar da təklifin mahiyyətini bilmədən fikir bildirirlər. Bəzi siyasətçilər deputat olmağımı həzm edə bilmirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası parlamentdə təmsil olunub.

    Necə olur, onlar demokratik yolla seçilirlər, mən saxta? Deyirlər, məni guya iqtidar seçib… Mən kimin səsini oğurlamışam, hansı saxtakarlığa ehtiyacım olub? Xalqın səsi ilə deputat seçilmişəm, iqtidara nə deyim, deyim ki, məni nahaq təsdiq etmisiz, başqası seçiləydi?”.

    Xatırladaq ki, T.Kərimli təqvim aylarının adlarına paralel olaraq bu adları irəli sürüb: İlk ay (yanvar), soyuq ay (çillə ay) (fevral), boz ay (mart), yağış ayı (aprel), çiçək ayı (may), əkin ayı (iyun), isti ay (iyul), biçin ayı (avqust), məhsul ayı (sentyabr), qızıl ay (oktyabr), xəzəl ayı (noyabr), son ay (dekabr). Onun bu təklifi sosial şəbəkələrdə tənqid edilib.

  • В Хатаинском районе за грабеж задержан несовершеннолетний

    Как сообщает Median.Az, сотрудники отдела оперативного реагирования МВД и 34-го отделения полиции Хатаинского РУП в ходе проведенной совместной операции задержали жителя Агстафинского района, несовершеннолетнего М.К, который 11-го января отобрал у жительницы столицы кошелек, где находились деньги и документ.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.