Month: January 2019

  • Xətai rayonunda soyğnuçuluq edən yeniyetmə saxalanılıb

    Median.Az xəbər verir ki, DİN Çevik Polis Alayı və Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də paytaxt sakini olan bir qadının, içərisində pul və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Ağstafa rayon sakini olan bir yeniyetmə saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyşğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Diqqət ! Bu yolda hərəkət məhdudlaşdırılacaq

    Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq 15 yanvar tarixində sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

    Verilən məlumata görə, sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur.

    Öncədən təşəkkürümüzü bildiririk!

  • Arvadını yandırmaq istəyərkən, səhvən oğlunu öldürdü — Ömürlük məhkumun etirafları – VİDEO

    ARB TV-nin “Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb.

    Median.Az ömürlük məhkumun həbsxana hekayəsini təqdim edir.

    Lazimat Vəliyev – Məhkum (Cəzası: Ömürlük həbs): “Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim.

    Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim. Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər?

    Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik.

    Mənə 15, digərlərinə də 8 il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də 4 il çıxdılar. Xanımımı istəyib qaçırtmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum.

    Elə oldu ki, dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır?

    Dükan sahibiylə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxartdım pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracam.

    Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədi. Saat 1 olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim biraz.

    Həmin gün də yağış yağırdı. Saata baxdım ki, 3-ə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım. Bilsəydim ki, oğlum oradadır etməzdim.

    Oğlum da orada idi. Rusiyaya getdim. 1 ay işləyəndən sonra dayana bilmədim qayıtdım.

    Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib.

    Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq.

    Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi.

    Dedi ki, paltarları görürsən də?

    Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq.

    Dedim onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm”.

  • Üç günlük körpənin qəbiristanlığa atılmasının səbəbi bilindi

    Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda tapılmış 3 günlük qız uşağı qeyri-rəsmi nikahdan doğulub.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, körpənin anası N.Ağayeva əvvəllər ailəli olsa da, həyat yoldaşı 7-8 il əvvəl dünyasını dəyişib. Xanımın bu rəsmi nikahdan 2 qızı, bir oğlu var.

    Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb.

    N.Ağayevanın saxlanılmadığı, hazırda evində səhhəti ilə bağlı müalicə aldığı da bildirilib.

    Qeyd edək ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda 3 günlük qız uşağı tapılıb və polislər tərəfindən 1 saylı Körpələr Evinə təhvil verilib. Uşağın anası 37 yaşlı Nailə Ağayeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

  • Parkinq qiymərlərində artım olacaqmı? – VİDEO

    Bakının nəqliyyat problemlərinin içərisində parkinq yerləri həmişə öz aktuallığı ilə seçilib. Məsələnin həlli üçün kifayət qədər danışılsa da, problem öz aktuallığını qoruyur. İndi isə küçə və qapalı parkinq yerlərinin qiymət artımı gündəmə gəlib.

    Ekspertlər deyir ki, indiki vaxtda həmin qiymətlərin artırılması qanunsuz parklanmanın daha da çoxalmasına gətirib çıxarar.

    Median.Az-ın xəbərinə görə, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

    Hazırda yerüstü, yol kənarı parkinqlərdə saatı 50 qəpik, qapalı parklama yerlərində isə bu məbləğ 1-2 manat civarında dəyişir.

    Qiymətlərin tənzimlənməsi üçün günlük, həftəlik və aylıq tariflərin yaradılması da vacib sayılır. Bununla da, sürücülərin qapalı parkinqlərə marağı artmış olar.

  • Azərbaycanda “quş qripi” ilə bağlı monitorinq başlayıb

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı yenidən monitorinq keçirməyə başlayıb.

    Bu barədə DBX-dən bildirilib.

    Məlumata görə, milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinqə bu gün start verilib. Monitorinq Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.

    Artıq Pirallahı adasındakı Abşeron Milli Parkından səkkiz baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin, Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürülüb.

    Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də, təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.

    Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

    DBX bəyan edib ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub-saxlamaq üçün aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.

  • “Qarabağ”a 600 min avro pul ayrıldı

    UEFA Ağdamın “Qarabağ” klubuna pul ayırıb.

    UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, Avropa Liqasının 2018/2019-cu il mövsümünün qrup mərhələsində bir qələbə qazandığına görə “Qarabağ” Futbol Klubuna 570 min avro pul vəsaiti ayrılıb.

    Əlavə olaraq, “Qarabağ” FK-nın qələbələrinin sayına əsasən, əlavə bonuslar 52 min avro həcmində hesablanıb. Beləliklə, UEFA-dan ayrılmış ümumilikdə 622 min avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

    Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində yeganə qələbəsini Poltavada Ukraynanın “Vorskla” komandası üzərində qazanıb – 1:0.

  • Xalq artisti: Bakıda ilk Şaxta baba mən olmuşam – VİDEO

    Atam, Məlik Dadaşov çox məşhur Şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı.

    Median.Az xəbər verir ki, bunu ARB TV-nin “Hüseynova bacıları” verilişində Xalq artisti Rafael Dadaşov deyib.

    “Naxçıvandan gəlmişdim, bir-iki il idi Bakıda idim. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966-1967-ci illərdə Şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çamadanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim”, – Dadaşov qeyd edib.

  • Энергетики вновь подешевели – ПРИЧИНЫ

    Ранее сообщалось, что стоимость алкогольных напитков и энергетиков в Азербайджане выросла после внесения изменений в налоговое законодательство.

    Как удалось выяснить oxu.az, внедрение акцизного налога запаздывает, поэтому стоимость энергетических напитков вновь снизилась.

    К примеру, энергетик Hell, подорожавший с одного до двух манатов, вновь продается по старой цене – в один манат.

    Напиток Bizon тоже продается по старой цене. Однако стоимость остальных энергетиков не изменилась.

    Отметим, что согласно решению Кабмина, импортные алкогольные напитки и безалкогольные энергетические напитки, а также электронные сигареты стали облагаться акцизным налогом.

  • Enerji içkiləri yenidən ucuzlaşdı – SƏBƏB

    Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə satış məntəqələrində enerji içkilərinin də qiymətlərinin artması barədə məlumat vermişdik.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngidiyinə görə, enerji içkilərinin qiyməti yenidən əvvəlki vəziyyətinə qaytarılıb.

    Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan “Hell” bu gün yenə əvvəlki qiymətinə – 1 manata satılır.

    “Bizon” adlı enerji içkiləri də hazırda köhnə qiymətlərlə satışdadır. Lakin bahalaşan digər enerji içkilərinin qiymətində dəyişiklik olmayıb.

    Xatırladaq ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

    Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz enerji içkiləri, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu enerji içkilərinin hər litrinə 2 manat, alkoqolsuz enerji içkilərinin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.