Month: January 2019

  • Gömrük-keçid məntəqələrində “donuz qripi” əleyhinə xüsusi avadanlıq quraşdırılıb

    Azərbaycanın bütün gömrük-keçid məntəqələrində “donuz qripi” əleyhinə xüsusi avadanlıq quraşdırılı.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

    Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir: “Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir”.

  • Moskva aeroportlarında bomba həyəcanı

    Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.

    Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.

    Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.

    Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.

    Hər üç aeroportda axtarışlar davam etdirilir.

  • Azərbaycan çempionatında oyun baş tutmadı – Rəhbərliyin istefası tələb edilir (VİDEO)

    Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb.

    Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. “80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı qafqazinfo-ya basketbol millimizin üzvlərindən biri verib.

    O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər.

    Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün basketbolçularla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.

  • Məktəbi vaхtından əvvəl bitirmək istəyənlərə VACİB XƏBƏR

    Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, eksternat imtahanları 14-15 yanvar tarixlərində paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

    Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq.

    Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

    Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.

  • Новый взрыв в многоэтажке в России: под завалами люди – ВИДЕО

    Сегодня утром в жилом доме в городе Шахты в Ростовской области произошел взрыв бытового газа.

    Как передает Median.Az со ссылкой на российские СМИ, в результате обрушения в одном из подъездов погиб один человек. Под завалами могут находиться еще шесть человек, включая несовершеннолетнего ребенка.

    По данным МЧС, эпицентр взрыва находился в квартире на девятом этаже здания. При взрыве повреждены четыре квартиры на девятом и восьмом этажах, где проживали 14 человек, в том числе трое детей. Семеро человек спасены из-под завалов. Еще двое обнаружены живыми, их извлекают из-под обломков.

    После взрыва из дома в общей сложности эвакуированы 140 человек.

    Предварительной причиной взрыва названа «неисправность или ненадлежащая эксплуатация газового оборудования» в доме. «Признаков теракта не просматривается», — сказал источник издания.

  • DİN-in avtomobilləri satışa çıxarıldı – QİYMƏTLƏR

    Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.

    Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək.

    12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb.

    DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, QAZ-3110 və “Volksvagen Passat” avtomobilləri təqdim edib.

    Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.

    “Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manatdır.

    Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır.

  • Hindistandan Azərbaycana üç manata ət gətirilir – AÇIQLAMA

    Ukraynadan Azərbaycana mənşəyi məlum olmayan dondurulmuş ət gətirilir.

    Bunu açıqlama verərək, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

    Onun sözlərinə görə, Azərbaycana dondurulmuş ətlər, əsasən, Hindistandan gətirilir:
    “Həmin ölkədə mal əti yeyilmir, amma heyvandarlıq inkişaf edib. Bu ölkədən Azərbaycana dondurulmuş ətin gətirilməsi üç manata başa gəlir.
    Bununla belə, Azərbaycan Ukraynadan donmuş quş əti alır. Araşdırma aparılan zaman məlum olub ki, oradan gələn quş ətlərinin tərkibində naməlum kimyəvi maye var. Bu maye təxminən quşun 20 faizini təşkil edir”.

    Ekspert bildirib ki, Hindistandan gətirilən ətlərin mənşəyi məlum olsa da, Ukraynadan gətirilən ətin tərkibi məlum deyil:
    “Ukraynadan Azərbaycana at əti donmuş mal əti adı altında gətirilir. Onların da mənşəyi məlum deyil. Güman ki, ölmüş heyvanların əti ölkəmizə idxal olunur. Qida Təhlükəsizliyi Agentliyi bu işlə ciddi məşğul olmalıdır”.

    “Ət dondurulan zaman təhlükəli mikroblar ölür. Onlar, əsasən, kolbasa istehsalında istifadə olunur. Azərbaycana gətirilən dondurulmuş ət şadlıq evlərinə, restoranlara, uşaq bağçalarına daha çox verilir. Bu cüt ətlərin mənşəyi ciddi araşdırılmalıdır. Eyni zamanda, insanlar donmuş ət alan zaman sertifikatını tələb etməlidirlər”.

    Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

    “Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.

    Həmçinin, dondurulmuş ət məhsulları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların dondurulmuş ət məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.

    Bəs dondurulmuş ətin saxlanma müddəti nə qədərdir?
    Agentlikdən bildirilib ki, ərzaq məhsullarının uzunmüddətli təzəliyinin qorunub-saxlanması üçün ən çox üstünlük verilən üsul dondurmaqdır:
    “Lakin dondurucudan istifadə etdikdə bir sıra problemlər yarana bilər. Məsələn, ətlər buzlu halda qətiyyən bişirilməməli, mütləq şəkildə donu açılaraq istehlak olunmalıdır. Ətin bişirilməsi qədər saxlanması da vacibdir. Dondurulmuş ətlərdə qida dəyər göstəricilərinin qorunub saxlanması və bakteriyalarla yoluxmanın qarşısının alınması sağlamlıq üçün olduqca vacibdir.

    Donun açılması zamanı ayrılan ət şirəsinin miqdarı dondurma və donun açılması sürətindən asılıdır. Sürətli dondurulan və yavaş soyudulan ətlərdə ayrılan ət suyunun miqdarı az, yavaş dondurulan və sürətli donu açılan ətlərdə isə əksinədir. Bundan əlavə, əti hissələrə ayıraraq donunun açılması tövsiyə olunmur, çünki belə olduqda ətin qida dəyəri aşağı düşür.

    Əti isti suda saxlamaq düzgün deyil, bu zaman ətin xarici hissəsi bişərək daxili təbəqələrdə bakteriyaların yaranmasına şərait yaradır. Mikrodalğalı sobalarda ətin donunun açılması isə tövsiyə olunmur. Bu halda xarici qat bişir, daxili təbəqə isə buzlu qalır. Normal olaraq əti otaq temperaturunda bir neçə saat saxlayırıq və bu proses bir az daha uzun çəkir”.

    “Havasız şəraitdə qablaşdırılmış dondurulmuş ətlər qablaşmaya zərər gəlməyəcək şəkildə soyuq su içərisinə qoyularaq donu açıla bilər, lakin bu üsulla su hər yarım saatdan bir dəyişdirilməlidir. Ən təhlükəsiz üsul isə bişirməzdən bir gün əvvəl əti dondurucudan çıxararaq soyuducunun alt qatında yerləşdirməkdir.

    Soyuducunun alt qatlarında buzu açılmış ətlər 3-5 günə qədər saxlanıla bilər. Bu ətlər təkrar dondurula bilər, ancaq soyuducuya isti yeməklərin qoyulması donu açılmış ətlərdə temperaturun artmasına səbəb olacağından donu açılmış bu cür ətlərin təkrar dondurulmaması tövsiyə olunur.
    Mikrodalğalı sobada və suda donu açılmış ətləri ən qısa zaman içərisində istehlak etmək və bu ətləri yenidən dondurmamaq tövsiyə olunur. Çünki dondurulduqda bakteriyalar növbəti dəfə donun açılması zamanı çoxalaraq qida zəhərlənmələrinə səbəb ola bilər”, – deyə AQTA-dan qeyd edilib.

    Agentlikdən bildirilib ki, dondurulması nəzərdə tutulmuş ət, yüksək keyfiyyətli olmaqla baytarlıq sanitariya tələblərinə cavab verməlidir:
    “Dondurulmuş əti -18*C -25*C-də bir il müddətində saxlamaq mümkündür. Lakin ət saxlanılan soyuducu dolabların sanitariya normalarına uyğun olması üçün texnoloqlar tərəfindən tam nəzarətdə saxlanılmalıdır. Ət tez xarab olan yeyinti məhsuludur. Odur ki, ət yüksək temperatur nisbi nəmlik və sanitariya cəhətdən düzgün şəraitdə saxlanmalıdır. Ətin dondurulmasının ən yüksək temperaturu -10*C, ən aşağı temperaturu isə -60*C-dir.

    Ətin dondurulmasının üç növü var:
    1. Yavaş dondurulma zamanı havanın temperaturu -18 -23*C, nisbi rütubət 90-95% cərəyan etmə sürəti 0,1- 0,2 m/san olmalıdır.

    2. İntensiv dondurulma zamanı havanın temperaturu -23 – 30*, nisbi rütubət 90 – 95%, havanın cərəyan etmə surəti 0,5- 0,8 m/san olmalıdır.
    3. Surətli dondurulma zamanı havanın temperaturu -30 – 35*C-də, nisbi rütubət 95-98%, havanın cərəyan etmə surəti 1-4 m/san olmalıdır. Əgər yuxarıda göstərilən normalar pozularsa, saxlanılan ətlərdə seliklənmə, qızarma, göyərmə, işıqlanma, kiflənmə, qızışma və iylənmə müşahidə edilir”.

  • Azərbaycanda analoqu olmayan qaymaq: 30 fevrala qədər müddəti var

    “Xırman” şirkəti istehsal etdiyi “Qaymaq”məhsulun üzərində son istifadə müddətinin 30 fevral göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotoşəkilə münasibət bildirib.

    Brendin layihə rəhbəri Leyla Quliyeva Azvision.az -a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.

    “Lazımi şöbələrə iradlar bildirilib. Keyfiyyətə nəzarət şöbəsinin 2 əməkdaşı məsuliyyətsizliyə görə işdən çıxarılıb. Bu, sırf texniki səhvdir, avadanlıq səhvidir və bunu inkar etmirik. Ərazidən bütün məhsullar yığışdırılır. Buna görə də bütün müştərilərimizdən üzr istəmişik və səhvimizi düzəldəcəyik”.

    Qeyd edək ki, həmin məhsul “Qaymaq” qatılaşdırılmış şəkərli südüdür.

  • Həccə getmək istəyənlərin nəzərinə – QİYMƏTLƏR QALXIR

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu ilki Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub.

    QMİ-dən azxeber.com-a verilən məlumata görə, səfər zamanı Səudiyyə tərəfinin ziyarət ilə bağlı bu ilki şərtləri öyrənilib, zəvvarların qalacağı otellər müəyyənləşdirilib.

    Hazırda səfərdən qayıdan nümayəndə heyətinin təqdimatı əsasında idarədə bu ilki qiymətlər, ayrılacaq kvota və digər şərtlər hesablanır. Qiymətlərin bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacağı gözlənilir. Ziyarət bu il də keçən ilki kimi iki varinatda (VİP və sadə) deyil, yalnız bir variantda olacaq. Fevralın əvvəlinə qədər ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub.

    Qeyd edək ki, ötən il Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib. Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir.

  • Azərbaycanda taksidə vəhşilik: 27 yaşlı oğlanı döyüb öldürdülər

    Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb.

    Hadisə taksidə baş verib.

    Belə ki, Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu döyülmüş vəziyyətdə yaşadığı ünvana gəlib.

    O, evdə əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.

    Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    E.Mirzəyev aldığı xəsarətlərdən xəstəxanada keçinib.

    Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, müvafiq ekspertiza təyin edilib, hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq əməliyyat-tədbirləri davam etdirilir.

    ///Trend