Month: January 2019

  • Новое назначение в НСТР

    В Национальном совете по телерадиовещанию произошло новое назначение.

    Как передает Median.Az, новым руководителем Аппарата НСТР стал Асаф Гаджиев.

    Соответствующий приказ подписал председатель совета Нуширеван Магеррамли.

    А.Гаджиев подтвердил Oxu.Az информацию о своем назначении. Он сообщил, что приступил к исполнению своих обязанностей с сегодняшнего дня.

  • 1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? – ALİMLƏR AÇIQLADI

    Britaniyanın Sasseks universitetinin tədqiqatçıları “Quru yanvar” müsabiqəsinin nəticəsini elan ediblər.

    Median.Az “ölkə.az”-a istinadən bildirir ki, aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki qəbul etməyiblər. Bu barədə “EurekAlert” portalı məlumat yayıb.

    Məlumata əsasən, aksiyada 800 nəfər iştirak edib. “Quru yanvar”dan sonra bir il ərzində alimlər iştirakçıların vəziyyəti ilə maraqlanıb qida vərdişlərində yaranan dəyişikliyi tədqiq ediblər.

    Nəticələrə əsasən, spirtli içkidən 1 ay müddətinə imtina etmək orqanizmin tonusunu qaldırır, dərinin vəziyyətini yaxşılaşdırır və spirtli içki qəbulunu növbəti aylarda azaldır.

    Bundan başqa spirtli içkidən imtina iştirakçıların 88 faizinə pula qənaət etməyə imkan verib. Bundan başqa, britaniyalılar qeyd ediblər ki, spirtli içkiyə qarşı münasibət dəyişir, yuxu yaxşılaşır, özünənəzarət artır, çəki azalır və diqqət güclənir.

  • Azərbaycanda yeniyetmə qız zəhərlənib

    Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

    Median.Az report-a istinadən bildirir ki, şəhərin 16 yaşlı sakini yaşadığı evdə qəbul etdiyi dərmandan zəhərlənib.

    Yaxınları tərəfindən xəstəxanaya aparılan yeniyetmə qıza həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Üç sutkadır ki, suyumuz gəlmir…”

    Bakının mərkəzində yaşayırıq, ancaq üç sutkadır ki, suyumuz gəlmir.

    Median.Az bildirir ki, bu sözləri qafqazinfo-ya müraciətində Yasamal rayon sakini Elvin Məlikov deyib. O bildirib ki, yaşadığı Ümid Ələkbərov küçəsi daxil olmaqla 3 sutkadır ki, 7-8 küçəyə içməli su verilmir.

    “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələylə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, artıq sözügedən ərazidə içməli suyun verilməsi bərpa olunub:

    “Söhbət ASAN xidmətin yaxınlığındakı ərazidən gedir. Bəli, yenidənqurma işləri ilə əlaqədar olaraq orada suyun verilməsində fasilələr yaranmışdı. Yeni su xətləri çəkildi – 600-lük, köhnə xətt 300-lük yeni xətlə əvəz olundu. Bu gün səhər saatlarında işlər tam yekunlaşıb, artıq əhaliyə içməli suyun verilməsi bərpa olunub.

  • “Maşınımdan cadu tapmışam” – Namiq Qaraçuxurlu

    Maşınımdan, evimdən o qədər cadu tapıram ki… Son günlər axtarmıram, bilirəm ki, baxsam tapacam.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Söhbət var” verilişində deyib. Sənətçi bildirib ki, tez-tez evindən, avtomobilindən cadu tapır:

    “Maşında bir neçə qıfıl tapmışdım, yanında da başqa şeylər var. Əvvəl maşına dəmir kimi baxırdım, kimə oldu verirdim. Kimsə istəyirdi, deyirdim götür. Son edilən cadular sənət adamları tərəfindəndir. Hətta üzümə də deyib ki, mən etdirmişəm. Bir yox, bir neçə sənətçi var ki, cadu ilə məşğul olur”.

  • Gələn ay Azərbaycanda yeni vəkil orderinin istifadəsinə başlanılacaq

    Fevralın 1-dən etibarən Azərbaycan üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq.

    Median.Az bildirir ki, bu barədə report-a Vəkillər Kollegiyasından bildirilib.

    Məlumatda xatırladılıb ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2019-ci il tarixli qərarı ilə “Vəkil orderi və order markası haqqında” Əsasnamə qəbul olunub. Əsasnaməyə ilə vəkil orderinin yeni nümunəsi və ilk dəfə olaraq vəkil orderinin həqiqiliyinin müəyyən edilməsi məqsədi ilə order markasının forması təsdiq olunub. Rəyasət Heyətinin qərarına uyğun olaraq, 01.02.2019-cu il tarixdən etibarən Respublika üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq.

    Əsasnaməyə əsasən, 2 növdə vəkil orderi mövcuddur. Onlardan biri dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order, digəri isə müqavilə əsasında təqdim edilən orderdir. Bu orderlər öz rənglərinə görə də seçilirlər. Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order çəhrayı, müqavilə əsasında təqdim edilən order isə yaşıl rəngədidir. Yeni orderlər 2 nüsxədə tərtib olunur və vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənir.

    Order markaları yalnız müqavilə əsasında təqdim edilən yaşıl orderlərə yapışdırılırlar. Bundan başqa, order markaları xüsusi mühafizə nişanı ilə qorunur. Belə ki, markaya xüsusi cihazla ultrabənövşəyi şüalar altında baxdıqda orada Dövlət gerbinin həkk olunduğunu müəyyən etmək olar. Müqavilə əsasında təqdim edilən yaşıl orderin unikalığını order markasının nömrəsi təmin etdiyi halda, dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən çəhrayı orderin unkiallığını təmin etmək üçün orderi dolduran şəxs onu özü nömrələyir.

  • 25 yaşlı azərbaycanlı Almaniyada onlarla velosiped oğurladı

    Almaniyanın Güterslo şəhərində velosiped oğurluğunda ittiham olunan azərbaycanlı gənc saxlanılıb.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, polisin gəldiyi ilkin qənaətə görə, gənc və onun əlaltıları ən azı 51 dəfə oğurluq törədiblər. Cinayətkarlar əsasən bahalı velosiped markalarını, o cümlədən mauntinbaykları (dağ velosipedləri) oğurlayıblar ki, sonuncular adi velosipedlərdən daha bahadır.

    Oğrular daha çox məktəblərin ətrafında fəaliyyət göstəriblər. Oğurlanmış velosipedləri başqa rəngə boyayıb gizli yollarla satıblar. Müəyyən vaxtdan sonra cinayətkarlar o qədər cəsarətləniblər ki, oğurluq velosipedləri “eBay” internet saytında satışa çıxarmağa başlayıblar. Velosipedlərdən birinin sahibi öz nəqliyyat vasitəsini tanıyıb və bundan sonra polis cinayətkarların izinə düşə bilib.

    Tezliklə hüquq-mühafizə orqanları 25 yaşlı azərbaycanlını, onun ailəsini və yaxın ətrafını izləməyə başlayıb. Dəstənin başçısı həbs edilib, çoxsaylı axtarışlar keçirilib və onların nəticəsində xeyli sayda velosiped aşkarlanıb. Mənbəyə görə, 2018-ci ilin iyul ayından dekabra qədər ən azı 51 velosiped oğurlanıb ki, bunların da ümumi dəyəri təxminən 34 min avroya bərabərdir.

    Elə zərərçəkmişlər də var ki, onların velosipedləri qısa müddət ərzində iki dəfə oğurlanıb. Almaniya nəşri Anton adlı 13 yaşlı yeniyetmədən yazır və qeyd edir ki, bir ay ərzində onun iki bahalı velosipedi oğurlanıb. Bu hadisələrdən sonra valideynləri ona ucuz və işlənmiş velosiped alıblar ki, oğurluq halı təkrarlanmasın.

    Almaniyada velosiped oğurluğu kifayət qədər yayılmış cinayət növüdür. Virtualaz.org 2017-ci ildə Almaniyanın Qall şəhərində velosiped oğurluğu ilə məşğul olan cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə yazmışdı. Həmin dəstənin də başında azərbaycanlı şəxs dururdu. Bu dəstə bir neçə il ərzində yüzlərlə velosiped oğurlaya bilmişdi. Dəstənin 26 üzvü arasında Ermənistanın, Rusiyanın, Qazaxıstanın, İraqın, Almaniyanın, Bosniya və Herseqovinanın və digər ölkələrin vətəndaşları vardı.

  • В ДТП в пригороде столицы погибли 2 человека

    Как сообщает Median.Az, на территории поселка Сангачал Гарадагского района столкнулись автомашины марки “Daewoo”, управляемый жителем Сальянского района Исраил Ганиевым и “İveco”, управляемый жителем столицы Джейхун Мирзоева. После столкновения потерявший управление “Daewoo” врезался в грузовую автомашину марки “КАМАЗ”, управляемую жителем Габалинского района Садиг Гаджиевым.

    В результате дтп И.Ганиев и пассажир Чимназ Гюльмалыева погибли на месте происшествия, еще три пассажира были помещены в больницу.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Qaradağda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, Qaradağ rayonun Səngəçal qəsəbəsi ərazisində, Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi, dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomaşınlar toqquşub, sonradan idarəetməni itirmiş “Daewoo” Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomaşına çırpılıb.

    Nəticədə İ.Qəniyev və sərnişini Çimnaz Gülmalıyeva hadisə yerində ölüblər, daha 3 sərnişini xəstəxanaya yerləşdirilib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Hansı oyun, hansı kanalda? – TV AFİŞA

    Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

    Median.Az komanda.az-a istinadən sizi canlı yayımlanacaq qarşılaşmaların siyahısı ilə tanış edir:

    14 yanvar

    İngiltərə, Premyer Liqa
    00:00 “Mançester Siti” – “Vulverhemtpon” (İdman Azərbaycan, Match! TV, Futbol 1, S Sport)

    İtaliya kuboku
    00:00 “Roma” – “Entella” (TRT Spor)

    İspaniya, La Liqa
    00:00 “Real Sosyedad” – “Espanyol” (CBC Sport, beİN Sports 1, Futbol 3)