Month: January 2019

  • Şəki sakini özünü yandıraraq intihar etdi

    Şəkidə kişi özünü yandıraraq intihar edib.

    Şəki rayon Prokurorluğundan oxu.az-a verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

    1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev üzərinə neft məhlulu tökərək yandırıb. Aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

  • В Нефтчале, Балакане и Шабране задержаны квартирные воры

    Как сообщает Median.Az, сотрудники Главного управления уголовного розыска (ГУУР) МВД и Нефтчалинского РОП в ходе проведенной совместной операции задержали жителя района, ранее судимого Фариза Ширалиева, который 8-го апреля прошлого года украл из дома 3570 манатов.

    Кроме этого, сотрудники Балакенского РОП в результате проведенной операции задержали жителя Бардинского района, ранее судимого Адалята Гараджаева, который с 30-го декабря по 5-е января украл из трех домов водяной бак, электрические провода, предметы быта, из двух дворовых участков 11 домашних птиц.

    Сотрудники Шабранского РОП задержали жителя района Гусейна Биналиева, который из дома в селе Рагимли украл из дома золотые украшения и предметы быта на сумму 7000 манатов.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Neftçala, Balakən və Şabranda evlərdən oğurluq edən şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il aprelin 8-də rayon ərazisindəki evldən 3570 manat oğurlayan Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fariz Şirəliyev saxlanılıb.

    Bundan başqa, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan bu il yanvarın 5-dək olan müddətdə rayon ərazisindəki 2 həyətyanı sahədən 11 ev quşu, 3 evdən su çəni, elektrik naqili və məişət əşyaları oğurlayan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ədalət Qaracayev saxlanılıb.

    Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evdən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan kənd sakini Hüseyn Binəliyev saxlanılıb.

    Araşdırma zamanı onun, yanvarın 3-də bir həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması məlum olub.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Турция стягивает бронетехнику на границу с Сирией

    Турция продолжает перебрасывать военную технику в воинские части, дислоцированные на границе с Сирией, сообщает Median.Az со ссылкой на агентство Анадолу.

    В провинцию Хатай на границе с Сирией прибыла очередная колонна бронетранспортеров и военных автомобилей.

    Военная техника, перебрасываемая на границу из разных воинских частей Турции, прибыла на железнодорожную станцию в Искендеруне.

    Военная техника направлена для усиления воинских частей, дислоцированных на границе с Сирией.

    Война в Сирии началась в марте 2011 года, когда мирные демонстрации протеста переросли в вооруженный конфликт после того, как военные открыли огонь по демонстрантам. По данным Управления Верховного комиссара ООН по делам беженцев (УВКБ), за годы конфликта в Сирии 6,6 миллиона человек стали вынужденными переселенцами, 5,6 миллиона – беженцами.

  • Арестованы двое таможенных чиновников

    Арестованы двое должностных лиц Государственного таможенного комитета.

    Об этом говорится в совместной информации Государственного таможенного комитета и Генпрокуратуры.

    В ходе проведенного расследования появились основательные подозрения в том, что Исмаил Абдуллаев, занимавший должность начальника таможенного поста Управления почтовых посылок Главного таможенного управления на воздушном транспорте, войдя в преступный сговор со своим заместителем Рашадом Рзаевым, получил от исполнительного директора ООО Camex Гурбана Марданова 18 тысяч манатов, а от исполнительного директора ООО Mover Арифа Шамистанлы – 12 тысяч манатов взятки.

    В отношении И.Абдуллаева и Р.Рзаева избрана мера пресечения в виде ареста. Расследование продолжается.

  • Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs edildi

    Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı həbs olunub.

    Bu barədə Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

    Bildirilib ki, Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi gömrük işinin səmərəli təşkili sahəsində reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin icrası uğurla davam etdirilir.

    Ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində müstəsna rola malik gömrük sisteminin cinayətkarlıq və digər hüquqpozmalarla mübarizə sahəsində də mühüm nailiyyətlər əldə olunmaqdadır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gömrük sahəsində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

    Belə ki, müxtəlif şəxslərin adlarına “Camex” daşıma şirkəti vasitəsi ilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində səkkiz ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib.

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb.

    Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də, səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gönədərilib.

    Baş İdarədə aparılmış istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni “Camex” və “Mover” məhdud məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda “Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manat olmaqla cəmi 18 min manat, habelə “Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manat olmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edildiyindən İ.Abdullayev və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bu qablar xərçəng yaradır – Alimdən qorxunc xəbərdarlıq

    Plastik qabları 80º C və daha artıq qızdırdıqda onlardan zərərli kimyəvi birləşmələr ifraz edilir. Bu birləşmələr qida və içkilərə daxil olur və nəticədə onlar insanlar üçün təhlükə yaradır.

    Plastiklər istifadəsi hər gün bir az daha artan və təbiətdə uzun illər məhv olmayan maddələrdir.

    Zaman-zaman onların zərərləri və istifadəsinin məhdudlaşdırılması gündəmə gəlir.

    Bəs bu maddələrin təbiətə və insanlara zərəri nədir?

    Türkiyəli onkoloq, professor Gökhan Dəmir bu maddələrin hansı xəstəliklərə səbəb olacağı ilə bağlı suallara cavab verib.

    Düzdür, bu gün təbiətdə məhv ola bilən polietilen torbalar istehsal edilir. Lakin onların neçə ilə məhv olacağı ilə bağlı sübutlar yoxdur.

    Həkim bildirib ki, Bisfenol A maddəsi plastik və epoksid qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir. Həmçinin bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur.

    Onkoloqun sözlərinə görə, Amerikada araşdırma aparılaraq 6 yaşdan yuxarı 2517 nəfərin sidiyi təhlil edilib.

    “Nümunələrin 93 faizinin tərkibində Bisfenol A maddəsi aşkar edilib. Bu maddənin zərəri ilə bağlı illərdir müzakirə edilir, bu məsələdə iki fərqli fikir var. Bəziləri zərərli, ikinci qisim isə o qədər də zərərli olmadığını deyir. Son illər ABŞ, İngiltərə, Kanada, Avropa Birliyi ölkələri və Norveçdə qadağan edilməsinə də diqqət etməliyik.

    Bu maddənin hormonal və toksiki təsiri var. Sinir sistemi, hormonlar və çoxalma orqanlarına mənfi təsir edə bilir. Bununla yanaşı bədəndə şəkərin səviyyəsinə, ürək xəstəliklərinə səbəb ola bilir”.

    Poliproetilen və polietilen kimi kimyəvi maddələr daha çox torbalar və qablaşdırmalarda istifadə edilir. 1950-ci ildən bu vaxta qədər 8.3 milyard ton plastik istehsal edilib. Bu məhsulun 80 faizi təbiətdə toplanıb, hələ də məhv olmayıb.

    Həkim bildirib ki, polikarbonat plastiklər təbiətdə məhv olsalar belə, onlar 5 mm–dən kiçik olan parçalar şəklində qalırlar.

    “Bu maddələrin qidalarımızda və nəfəs aldığımız havada varlığı təsdiq edilib. Ümumiyyətlə, plastik maddə insan bədəninə daxil olubsa, parçalanmaz, həmişə orada qalar. Bu məhsulların hazırlanmasında istifadə edilən kimyəvi maddələr xərçəngə səbəb ola bilir”.//yenicag.az

  • Стало известно, сколько места отнимет обновление Windows 10 у пользователей

    Компания Microsoft разослала участникам программы Insider Preview очередную тестовую сборку Windows 10 под номером 18312. Как передает Median.Az со ссылкой на Вести, она содержит в себе важное изменение: теперь, при следующем апдейте, система будет заранее резервировать себе 7 гигабайт дискового пространства, чтобы процесс обновления прошел максимально гладко и без ошибок.

    Недостаток свободного места – одна из самых распространенных причин, по которым Windows 10 не может установить апдейт. Выделенный дополнительный объем под файлы должен защитить от сбоев и гарантировать, что все пакеты обновления будут установлены.

    7 ГБ – средний объем пространства, который “съест” следующая версия Windows 10. Точный размер занимаемого места будет зависеть от указанного пользователем набора функций и языковых пакетов.

    Windows 10 и без того требует значительного свободного места на диске: как до обновления (для скачивания и распаковки файлов), так и после (для старой Windows 10, чтобы пользователь в случае ошибок мог “откатиться” к предыдущей версии).

    Скорее всего, новая функция будет добавлена весной, с очередным обновлением Windows 10. Сейчас при установки апдейта система не проверяет, достаточно ли на диске свободного места. Если окажется, что его не хватает, процесс обновления автоматически прекращается.

  • Alimlər xərçəngin potensial simptomlarını açıqladı

    ABŞ-ın Makmillan Mərkəzinin alimləri xərçəngin əsas ilkin simptomlarını açıqlayıb.

    Bu haqda “Daily Express” məlumat yayıb.

    Əsas simptomlar arasında – bağırsaqların və ya sidik kisəsinin işində yaranan dəyişikliklər, möhkəm öskürəklər və səsin xırıldaması, həzm sisteminin pozuntuları və ya qidanın udulması ilə bağlı çətinliklər sadalanır.

    Bundan başqa, digər əlamətlər arasında yaranın gec sağalması, anormal qanaxma, xalların öz formasını dəyişməsi və s. göstərilib.

    Alimlər bildirirlər ki, bu simptomlar heç də bütün hallarda xərçəng xəstəliyinin olması anlamına gəlmir.

  • Имбирь признан настоящим лекарственным средством

    Исследователи обратили внимание на корень имбиря как потенциальное средство, показанное гипертоникам и диабетикам.

    Как сообщает Median.Az со ссылкой на МедДэйли, эксперимент показал: корень имбиря улучшает долгосрочный контроль уровня сахара в крови у лиц с диабетом 2-го типа.

    Оказывается, экстракт имбиря взаимодействует с рецепторами серотонина, усиливая их влияние на секрецию инсулина. В целом благодаря имбирю уровень глюкозы в крови может снизиться на 35 процентов, а уровень инсулина повыситься на 10 процентов.

    При этом корень имбиря снижает вязкость крови, разжижая ее. Таким образом улучшается кровоток в сосудах, стимулируется их самоочищение от холестериновых отложений. Итог – сокращение риска тромбоза. Также за счет улучшения кровотока и эластичности сосудов, очищенных от отложений, снижается артериальное давление.