Month: January 2019

  • Fevralın 10-dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək

    Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi ilə bağlı Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli qərarları ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

    Komitədən Milli.Az-a verilən məlumata görə, bəzi məlumatlarda yanlış şərhlərə yol verilir, gömrük rüsumlarının artırılması ilə bağlı fikirlər irəli sürülür:

    “Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.

    Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarına əsasən həmin malların Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər , elektron siqaret üçün maye, siqaret, siqar ve siqarillaların müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib.

    Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.

    Bildiririk ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilib və hazırda tətbiq edilən idxal gömrük rüsum dərəcələrində heç bir dəyişiklik edilməyib.

  • Yerevanda etirazçılarla polis arasında toqquşma – Video

    Ermənistanın paytaxtı Yerevanda sabiq deputat, ehtiyatda olan general Manvel Qriqoryanın azadlığa buraxılmasına etiraz əlaməti olaraq aksiya keçirilib. 

    Nümayiş iştirakçıları Yerevan aeroportuna gedən yolları bağlayıblar.

    Şəhər polisi etirazçılara qarşı güc tətbiq edərək, yolu açmağa çalışıb. Bu zaman polislərlə etirazçılar arasında toqquşmalar baş verib.

    Xatırladaq ki, qanunsuz silah saxlamaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Qriqoryan 2018-ci il dekabrın 21-də Yerevan məhkəməsinin qərarı ilə 25 milyon dram (486 min dollar – red.) qarşılığında azadlığa buraxılıb.

  • Получена первая в истории фотография черной дыры

    Астрономы, пытающиеся получить первую в истории фотографию горизонта событий массивной черной дыры в центре Млечного Пути, заявили, что они получили очень качественные данные с высоким разрешением. Это позволит увидеть «тень» черной дыры, если она действительно существует.

    Как передает Median.Az, oб этом сообщает издание The Guardian.

    Ученые использовали глобальную сеть телескопов, названную Event Horizon Telescope, для изучения сверхмассивной черной дыры, располагающейся в созвездии Стрельца на расстоянии 26 тысяч световых лет от Земли. Объект обозначается как Стрелец A* и находится в центре Млечного Пути. Поскольку черную дыру невозможно увидеть из-за того, что она не излучает свет, а вращающийся вокруг нее диск вещества неотличим от такового у нейтронных звезд, исследователи надеются, что им удастся запечатлеть «тень» черной дыры – темную область на фоне видимого излучения, соответствующую горизонту событий.

    Пока исследователи не могут сказать, действительно ли они смогли получить снимок горизонта событий Стрельца А* или другой изучаемой гигантской черной дыры – М87. Ожидается, что результаты будут обнародованы весной 2019 года. В настоящее время исследователи завершают обработку полученных данных.

    В Event Horizon Telescope входят восемь обсерваторий, которые, по словам астронома Майкла Бремера (Michael Bremer), все вместе действуют как один телескоп диаметром 10 тысяч километров. Это позволяет значительно увеличить разрешение получаемых снимков и уровень их детализации.

  • В столице и в регионах за хранение и сбыт наркотиков задержаны 6 человек

    Как сообщает Median.Az, сотрудники 18-го отделения полиции Наримановского РУП в результате проведенной операции задержали жителя столицы, ранее судимого Ядигяра Новрузова, у которого обнаружили 16,1 кг. марихуаны.

    Кроме этого, сотрудники Апшеронского РУП задержали жителя поселка Сарай, ранее судимого Рафаэля Бабаева, у которого в доме обнаружили 7 кг. 23,5 грамм опиума, у жителя столицы, ранее судимого Ильгара Ахмедова, у которого изъяли 1 кг. 15,2 грамм гашиша, сотрудники Бейлаганского РУП задержали жителя района Валеха Алышова, у которого изъяли 620 грамм, у Ализамина Мамишова, у которого изъяли 405 грамм марихуаны, сотрудники Гаджигабульского РОП задержали жителя района Исмета Исмайылова, у которого изъяли 480 грамм марихуаны и 1,427 грамм героина.

    По фактам возбуждены уголовные дела по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Bakı və regionlarda narkotiklə əlaqədar 6 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kq. marixuana götürülüb.

    Bundan başqa, Abşeron RPİ-nin əməkdaşları Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəfayel Babayevin evindən 7 kq. 23,5 qram tiryək, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əhmədovdan 1 kq. 15,2 qram həşiş, Beyləqan RPŞ-nin əməkdaşları rayon sakinləri Valeh Alışovdan 620 qram, Əlizamin Məmişovdan 405 qram marixuana,
    Hacıqabul RPŞ-nin əməkdaşları rayon sakini İsmət ismayılovdan 480 qram marixuana və 1,427 qram heroin götürüblər.

    Faktlarla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Doğuşdan Xoşqədəmə QADAĞA – O kadrların kameraya düşdüyünü bilmirdik – FOTO

    45 yaşı tamam olan Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuş və əkiz övladları ilə birgə “5/5″də qonaq olub.

    Zaur Kamal xanım həmkarının “Səni axtarıram”ın çəkilişləri üçün Suriyadakı kadrlarını izləyərkən dəhşətə gəldiyini bildirib. O, Xoşqədəmi “müharibə ocağında” kamera önündə qorxmazlığından heyrətləndiyini sözlərinə əlavə edib.

    X.Hidayətqızı həmkarının dediyi o anları canlı yayımda olduğu kimi danışıb:

    “Sözün açığı, biz o kadrların kameraya düşdüyünü bilmirdik. Çünki maşın yol gedərkən düşürdü çala-çuxura. O vaxt mənim şəxsi operatorum var idi. O, kameranı qoydu dizinin üstünə, dedi “Çəkmək olmur”. Elə bilib ki, kameranı söndürüb. Amma çəkirmiş, düzdür, tam çəkilməyib. Üzümü həmin an görmək istəyərdim. O görüntülərdən sonra mən şok oldum. İndi getmək istəyirəm, amma Doğuş qoymur”.


    Doğuş həyat yoldaşının artıq Suriyaya getməyinin mümkünsüz bir məsələ olduğunu efirdən bəyan edib:

    “Getməyini xəyal etsin, amma getməyəcək. Artıq iki övladı var”.
    //Milli.az

  • 100-dən çox gömrük əməkdaşı işdən azad edildi – RƏSMİ

    “Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilib və nəticədə tərəfimizdən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 mln. manat olub, 416 mln. manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb”.

    Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

    S.Mehdiyev bildirib ki, ötən il 117 gömrük əməkdaşı vəzifəsindən azad edilib:

    “Xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək”.

    DGK sədri rəhbərlik etdiyi qurumun sənəd dövriyyəsini tamamilə elektronlaşdırdığını da qeyd edib:

    “Cənab Prezident, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100%-ə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 077 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib”.

  • “Kimə cərimə gəlibsə şikayət etsin” – BNA 1 gündə 3500 sürücünü qanunsuz cərimələdi

    Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti sürücülərin cərimələnməsi ilə bağlı bayram əhval-ruhiyyəli press-reliz paylaşıb.

    Məlumatı olduğu kimi təqdim edirik:

    “Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin, A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulaması halları qeydə alınır. İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsi ilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib. Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların quraşdırılması ilə bağlı tədbirlər də davam etdirilir. Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin əsas komponenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların dövlət başçısının müvafiq Fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib. Bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik.”

    Məsələ burasındadır ki, BNA-nın bu addımı tam qanunsuzluqdur, özbaşınalıqdır.

    Belə ki, dayanma-durmaya görə elektron protokol tərtib etmək hüquqi olaraq mümkün deyil və qanuna ziddir. Bununla bağlı qanunda hələ dəyişiklik edilməyib. Məsələ burasındadır ki, bu hərəkət ilk növbədə qanunda öz təsdiqini tapmalıdır. Bununçün də qanun Milli Məclisdə təsdiqlənməli, daha sonra Prezident sərəncam verməlidir. Yalnız bundan sonra bu protokol hüquqi hərəkət sayıla bilər. Bu addım birmənalı şəkildə BNA rəhbərliyinin qanuna olan biganə münasibətinin nəticəsidir. Bir dövlətdə hüquq xalqa xidmət ermək üçün formalaşdırılır, xalqı talamaq üçün yox. Ümid edirik bu özbaşınalıq aidiyyatı qurumlar tərəfindən nəzarətə götürələcək və müvafiq addımlar atılacaqdır.

    Məsələ ilə bağlı bu sahənin tanınmış mütəxəssislərindən biri Kənan Dalğa daha detallı məlumat paylaşıb. Məlumatı təqdim edirik:

    Qanunda necədir?

    Məncə Bakı şəhərində yol hərəkəti təşkili məsələsində ən böyük problemlərdən biri qanunsuz parklanmadır. Fikrimcə bu problemlə kifayət qədər mübarizə aparılmır. Ancaq qanunsuzluqla mübarizə qanuni şəkildə olmalıdır. Qanunsuzluqla qanunsuz mübarizə aparmaq olmaz. Bildiyiniz kimi Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarının pozulmasına görə nəzərdə tutulmuş İXM-nin 346.1 və 346.2 maddələri üzrə cərimə yazmaq yalnız BNA rəsmilərinin səlahiyyətindədir. BNA rəsmiləri isə bunu hadisə yerinə səfərbər olmuş əməkdaşları və şəhərin müəyyən yerlərinə quraşdırılmış kameralar vasitəsi ilə idarədə monitor arxasında nəzarət edən əməkdaşları vasitəsi ilə edirlər. Hətta idarədəki əməkdaşlar o “dəqiqliklə” edirlər ki, svetoforun qırmızı işığında dayanmış sürücüyə də elektron qərar qəbul ediblər.

    İndi keçək məsələnin qanuni tərəfinə.

    Yollarda planşetlərlə xidmət aparan əməkdaşlara heç bir sözümüz yoxdur,daha da müvəffəqiyyətlər arzu edirik. Lakin kameraya baxıb monitor arxasından protokol tərtib edənlərə və buna göstəriş verənlərə demək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinin 122.1 maddəsini diqqətlə oxusunlar.

    122.1. Bu Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

    Gördüyünüz kimi, 346.1 və 346.2-ci maddələrinin tələbini pozmağa görə monitor arxasında oturub cərimə yazmaq QANUNSUZDUR.
    Kimlərə bu formada protokol yazılıbsa BNA rəsmilərinə, Respublika prokurorluğuna rəsmi şəkildə şikayət edib BNA-nın ölkə qanunvericiliyinin tələbini pozduğuna dair şikayət ünvanlasın və yazılmış protokolun ləğvini tələb etsin. Diqqətiniz üçün təşəkkür edirəm. İmza: Kənan Dalğa.

  • Задержан бывший зэк, укравший у женщины телефон в метро

    Как сообщает Median.Az, сотрудники отделения полиции метрополитена ГУП г.Баку в результате проведенной операции задержали жителя столицы, ранее судимого Адиля Гулиева, который 11-го января на платформе станции метро “Elmlər Akademiyası” украл у жительницы Масаллинского района мобильный телефон.

    По факту ведется расследование.

  • Metroda qadının mobil telefonunu oğurlayan keçmiş məhkum saxlanılıb

    Median.Az xəbər verir ki, Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında, Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.