Month: January 2019

  • Sabunçuda qonşusunu öldürən şəxsə prokuror 19 il cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emil Heydərovun (1998-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti proses keçirilib.

    Median.Az xəbər verir ki, 2017-ci il dekabrın 18-də Sabunçu qəsəbəsi ərazisində, qəsəbə sakini Emil Heydərov münaqişə zəminində həmyerlisi, Nicat Həziyevə (1992-ci il təv.) bıçaqla xəsarətlər yetirib, nəticədə zərərçəkən kəskin qanitirmədən hadisə yerində keçinib. Həmin tarixdə Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Heydərovu saxlayaraq, istintaqa təqdim ediblər.

    Araşdırma zamanı məlum olub ki, həmin gün Həziyev məhəlləyə qızla gəlib. Bunu görən təqsirləndirilən şəxs ona iradını bildirib, bu zəmində aralarında mübahisə başlayıb və nəticədə Emil Nicata bıçaqla ölümlə birbaşa əlaqəsi olan zərbələr endirib. Məhkəmə prosesində çıxış edən prokuror E.Heydərova 19 il cəza təyin olunmasını xahiş edib.

    Növbəti proses yanvarın 17-nə təyin edilib.

  • Азербайджанка похитила своих внучек в России

    В полицию Омской области России обратилась гражданка, заявившая, что свекровь похитила ее двух малолетних детей.

    Как передает Median.Az, oб этом сообщил источник Федерального агентства новостей.

    Уроженка Азербайджана 1962 года рождения, жительница Ямало-Ненецкого автономного округа собиралась навестить сына в тюрьме, расположенной в Омской области.

    Заявительница сообщила, что 5 января свекровь выехала на поезде вместе с девочками 2011 и 2013 года рождения.

    Она перестала выходить на связь 6 января, а 9 января вместе с внучками женщина прибыла в город Кизилюрт республики Дагестан. Правоохранительные органы проверяют информацию.

  • “Maşın şou”nun qalibi Xəyaləyə avtomobilin açarları təqdim edildi – VİDEO

    “Maşın şou”nun 17-ci sürətinin qalibi, aktrisa Xəyalə Quliyevaya qazandığı avtomobilin açarları təqdim edilib.

    Açarları ona avtomobil şirkətinin rəsmisi verib.

    Xəyaləni bu xoş günündə həyat yoldaşı da tək buraxmayıb.

    Xatırladaq ki, “Hind kinosu” devizi ilə yayımlanan “Maşın şou”nun 17-ci sürətinin finalında iştirakçılar Xəyalə Quliyeva və Ranar Musayev mübarizə aparmışdılar.

    Daha dözümlü olan Xəyalə rəqibinə qalib gələrək maşına sahib çıxmışdı.//baku.ws

  • Bakıda kişinin “Unibank”ın şirkətinə hücum etməsinin SƏBƏBİ BİLİNDİ (VİDEO)

    Ötən gecə Bakıda baş verən xuliqanlıq hadisəsi ilə bağlı təfərrüat məlum olub.

    Hadisə ilə bağlı “Unibank” KB-dən Trend-ə bildiriblər ki, həmin şəxsin “Unicapital” ilə heç bir əlaqəsi yoxdur, o, sərxoş olduğundan nə etdiyini bilməyib:

    “Ötən gecə saat 19.00 radələrində həddən artıq içkili və əlində kəsici alət olan bir şəxs “Unicapital” İnvestisiya şirkətinin Rəşid Behbudov küçəsi 142 D ünvanında yerləşən ofisinə hücum edərək, ofisin şüşəsini sındırıb, avadanlıqlara ciddi ziyan yetirib. Ofisin qarşısında başqa vətəndaşlara məxsus maşınlara da ziyan vurub. Hadisə barədə dərhal polis idarəsinə məlumat verilib və şəxs yaxınlıqdakı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb”.

    Adıçəkilən şirkətin rəhbərliyi tərəfindən Nəsimi rayon Polis idarəsinin 21-ci bölməsinə baş vermiş hücum hadisəsi və əmlaka vurulmuş ziyana görə şikayət ərizəsi təqdim edilib.

    Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

  • Qaz limiti yanvarın 8-də yenilənib – Abonentlər narazıdır – VİDEO

    Yevlaxın Malbinəsi kəndinin sakinləri qaz sayğaclarının son oxunma tarixindən narazıdırlar. Söhbət ondan gedir ki, yanvarın 1-dən etibarən abonentlərə yeni limit verilməli olduğu halda, vətəndaşların ünvanına bildiriş yanvarin 8-də oxunan sayğaca əsasən gəlib. Yəni limiti keçən vətəndaşlar 8 günün sərfiyyatina görə hər kub üçün 10 yox, 20 qəpiklə ödəniş etməyə məcbur olublar.

    İlin əvvəlində abonentlərə qaz sərfiyyatı üçün yeni limit verilsə də, Yevlaxın Malbinəsi kəndinin bəzi sakinlərinə bu limit 8 gün gec verilib. Buna səbəb əraziyə nəzarət edən ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşının sayğac göstəricisini yanvarın 8-də oxumasıdır.

    Sakinlər iddia edirlər ki, bu hal onların daha çox pul ödəməsinə səbəb olub. Çünki onlar 8 günə görə qazın hər kubu üçün 10 yox, 20 qəpikdən pul ödəməli olublar.

    Sakinlərə göndərilən əksər bildirişlərdə son oxunma tarixi 8 yanvar olaraq göstərilib.

    Məsələ ilə bağlı ”Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahım Kərbalayev ”Xəzər Xəbər”ə bildirdi ki, mexaniki tipli qaz sayğaclarında qeydiyyatın aparılması növbəti ildən etibarən 4 iş günü ərzində həyata keçirilir. 1, 2, 5 və 6 yanvar tarixləri qeyri-iş günü olduğundan ayın 8-də göstəricinin oxunması tam qanunidir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Более 90 семей переселены в дома, построенные в Джоджуг Марджанлы

    Более 90 семей переселены в дома, построенные на втором этапе работ в освобожденном от оккупации селе Джоджуг Марджанлы Джебраильского района Азербайджана.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сообщил глава Исполнительной власти района Кямал Гасанов.

    По его словам, процесс переселения семей продолжается и в ближайшее время завершится.

    Глава исполнительной власти подчеркнул, что все социальные объекты в селе, в том числе почта, учреждения здравоохранения, образования, предоставляют населению услуги.

    Гасанов также отметил, что в рамках проекта, совместно реализуемого министерством экономики и посольством Турции в Азербайджане, в селе были созданы тепличные и пчеловодческие хозяйства.

    По его словам, в Джоджуг Марджанлы строится предприятие по производству сувенирной продукции, которое планируется ввести в эксплуатацию в марте.

    Отметим, что в декабре прошлого года в Джоджуг Марджанлы был введен в эксплуатацию парк отдыха.

    Согласно распоряжению Президента Ильхама Алиева от 15 июня 2017 года, на первом этапе ремонтно-восстановительных работ в селе построены 50 частных жилых домов, общеобразовательная школа на 96 мест, мечеть, электрическая подстанция, гидрометеорологическая подстанция, проведены линии газоснабжения, электроснабжения, линии питьевой воды, построена автомобильная дорога протяженностью девять километров. На втором этапе в Джоджуг Марджанлы построены 100 домов и другие социальные объекты.

  • В Баку гадалки загипнотизировали и обокрали хозяйку дома – ВИДЕО

    Гадалки применили гипноз и обокрали жительницу Баку на 4,3 тысячи манатов.

    Как передает Median.Az со ссылкой на Xezerxeber.az, проживающая на улице Нахимова Хатаинского района столицы Рухангиз Ахмедзаде подверглась мошенничеству.

    По словам пострадавшей, несколько дней назад две неизвестные женщины постучались в ее дверь под видом попрошаек.

    Женщина оказала им помощь, дав определенную сумму денег. В ходе беседы незнакомки заявили хозяйке дома, что являются также гадалками. Выдав, что в ближайшее время в ее доме произойдет неприятное событие, женщины вошли в квартиру.

    Мошенницы поручили женщине закрыть дверь изнутри, чтобы им никто не мешал. Затем они применили к Р.Ахмедзаде гипноз, после чего заявили, что возьмут ее дочь с собой в место поклонения и вернут через 1,5 часа.

    По словам пострадавшей, через полчаса после ухода женщин, она пробудилась от гипноза и обнаружила, что из дома пропали 4,3 тысячи манатов. В первую, очередь, женщина рассказала об этом членам семьи, а затем сообщила в полицию.

    Как сообщили в Управлении полиции Хатаинского района, по факту проводятся оперативно-розыскные мероприятия.

  • Пожар в мингячевирской школе: ученики эвакуированы – ФОТО

    В Мингячевире произошел пожар в средней школе.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент произошел в результате короткого замыкания в распределительном щитке на втором этаже школы.

    Один из учеников 10 класса школы частично нейтрализовал пожар огнетушителем. После этого школьники были эвакуированы.

    На место происшествия привлечены пожарные МЧС. Пожар потушен.

    В результате инцидента никто не пострадал, однако ученики, которым стало плохо от дыма, были отпущены домой.





  • Azərbaycanda məktəb yanır – Şagirdlər təxliyə edildi

    Mingəçevir şəhərində orta məktəbdə yanğın olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib.

    Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunub.

    Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər – VİDEO

    Xaçmaz rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülər rayonun Nəriman Nərimanov küçəsində çəkilib.

    Hadisə şahidləri bildiriblər ki, itləri bələdiyyə işçiləri vurublar.

    Ərazidə çəkiliş aparan xanım itlərin nə səbəbə öldürülməsini soruşsa da, bunun cavabını ala bilməyib.