Month: January 2019

  • Azərbaycan vətəndaşlığını itirənlərin sayı açıqlandı

    2018-ci ildə 85 nəfər Azərbaycan vətəndaşlığını itirib.

    Bunu Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı xidmətin rəisi Vüsal Hüseynov bildirib.

    Xidmət rəisi qeyd edib ki, vətəndaşlığın itirilməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib.//oxu.az

  • İlham Əliyev nazirləri topladı

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib.

    Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış ediblər.

    Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

  • Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?

    2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım qeydə alınıb və 1.9 mln. ədədə yaxın elektromobil satılıb.

    Artıq 2019-cu ildən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib.

    Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.

    Elektromobillərə maraq azdır

    Qeyd edək ki, son illər bütün dünya ekologiyaya maksimum az zərər verməklə yaşamağa çalışır. Bu yolda atılan addımlardan biri də benzinlə işləyən avtomobillərin əvəzinə elektromobillərdən istifadənin genişləndirilməsidir.

    Ətraf mühitə zərər vermədən işləyən bu avtomobillər artıq bir çox ölkələrdə geniş populyarlıq qazansa da, hələ ki, Bakı küçələrində gözə dəymir. Halbuki ən bahalı avtomobilləri istehsal olunandan bir müddət sonra dərhal şəhərimizdə görmək mümkündür. Artıq bir çox ölkələr avtomobil parkını elektromobillərlə yeniləməyi qarşısına məqsəd qoyub. 

    Azərbaycana gəlincə, bu avtomobillərin sayının 100-ə çatdığı qeyd edilir və səbəb olaraq, elektromobillərin inkişafı üçün müvafiq strukturun, enerjidoldurma stansiyalarının sayının azlığı, eləcə də, qiymətlərinin baha olması göstərilir.

    Klassik avtomobil bazarının böyüməsi dayandı

    İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, 2018-ci ildə 2017-ci illə müqayisədə, təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 mln. ədədə yaxın olub. 2017-ci ildə isə elektromobil satışının həcmi 1.2 mln. ədəd olmuşdu. Elektromobil inqilabı artıq sərhədlərimizə də çatıb, belə ki, Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb.

    Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş bir elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada isə bu göstərici altı ədəddir.

    Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb, halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı.

    “Bu, o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə, yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq.

    Daha bir ümidverici proqnoz odur ki, artıq 2025-ci ildə elektromobillərin qiyməti ənənəvi avtomobillərdən ucuz olacaq. Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”.

    Aylıq xərc 15-20 manat

    Ekspertlərin fikrincə, elektromobillərin Azərbaycana gətirilməsi üçün böyük bir infrastruktur qurulmalıdır ki, bu da böyük vəsait tələb edir.

    Avropada bu bir tələbdir və xidmət, eləcə də, ticarət mərkəzləri 30 avtomobil üçün enerjidoldurma stansiyası qurmağı öz üzərinə götürür. Üstəlik, elektromobillərin qiyməti neft məhsulları ilə işləyən avtomobillərdən təxminən iki dəfə bahadır, ona görə də bu avtomibillərin alıcısı da müəyyən kateqoriyadır. 

    Buna baxmayaraq, artıq bəzi tanınmış markaların Bakı nümayəndəlikləri elektromobil satışı ilə bağlı fəaliyyətlərini aktivləşdiriblər. Məsələn, Bakıda 165 km/saat sürətə malik “İONİQ Electric” markalı avtomobil satılır, qiyməti isə 64 min 600 manatdır. Deyilənə görə, avtomobilin idarə edilməsi üçün enerji üzrə aylıq xərc 15-20 manatdan yüksək deyil.

    “Yol xəritəsi”nə salınıb

    Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastruktur yaradılması nəzərdə tutulub. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir. 

    Sənəddə qeyd olunub ki, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdiriləcək:

    “Birincisi, sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaqdır. Hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaq. Məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği həyata keçiriləcək.

    İkincisi, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaqdır. 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

    Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir”.
    //oxu.az

  • Госкомитет об азербайджанце, поздравившем армян

    «Новость о поздравлении главой азербайджанской диаспоры Ростова-на-Дону Вагифом Мустафаевым армянского народа с праздником, особенно поздравление от имени всего азербайджанского народа, вызывает большое сожаление и беспокоит каждого нормального азербайджанца. Однако забывается одна реалия о том, что в организации, руководимой представляемым как глава диаспоры Вагифом Мустафаевым, нет никого, кроме него и его супруги, армянки по национальности».

    Как передает Median.Az, oб этом Report сообщили в пресс-службе Госкомитета по работе с диаспорой в ответ на возникшие в последнее время споры в связи с поздравлением руководителем азербайджанской диаспоры в России армян с праздником.

    «У Госкомитета нет никаких связей с человеком по имени Вагиф Мустафаев не только как с руководителем диаспоры, но и как с проживающим за рубежом индивидом», – сказали в комитете.

    По полученной от активистов азербайджанской диаспоры в России информации, у В.Мустафаева имеются близкие родственные связи с армянской семьей, он контролируется армянами:

    «Он управляется и финансируется крупным бизнесменом из Ростова Арутюном Сурмаяном. Безусловно, управляемый, финансируемый армянами Вагиф Мустафаев уже армянизировался, и такие его поступки не удивляют. Потому что у него только имя и фамилия азербайджанские. Как видно, распространенные в прессе новости отражают не всю действительность и преподносятся в раздутом виде, что противоречит общенародным и общегосударственным интересам», – сказали азербайджанские активисты.

  • Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı – AÇIQLAMA

    Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir.

    Amma bir gerçəkilik unudulur ki, diaspor rəhbəri kimi təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni olan həyat yoldaşından başqa kimsə yoxdur. Bəzi mətbuat orqanlarında Azərbaycan diasporu, diaspor liderləri və sair ifadələrlə “zənginləşdirilmiş” informasiyalar yayımlanır ki, yuxarıdakı faktlar arasında aparılan paralelliyə cəhd də bunlardan biridir.

    Median.Az xəbər verir ki, bunu “Report”un sorğusuna Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən son günlər Rusiyada Azərbaycan diaspor rəhbərinin erməniləri təbrik etməsi ilə bağlı yaranan mübahisələrə cavab olaraq bildiriblər.

    “Dövlət Komitəsinin Vaqif Mustafayev adlı adamla nəinki diaspor rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir əlaqəsi mövcud deyildir”, – komitədən bildirilir.

    Bildirilir ki, Rusiyadakı azərbaycanlıların diaspor fəallarından əldə edilən məlumatlara görə, Vaqif Mustafayevin milliyyətcə erməni ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan şəxsdir:

    “O, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin idarə etdiyi, maliyyələşdirdiyi Vaqif Mustafayev də artıq erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmur.

    Ona görə ki, onun yalnız ad və familiyası Azərbaycan dilindədir. Göründüyü kimi, mətbuat yayımlanan xəbərlər tam həqiqəti əks etdirmir və şişirdilmiş şəkildə təqdim olunur ki, bu da ümumxalq və ümumdövlət maraqlarına ziddir”, – azərbaycanlı fəallar bildiriblər.

  • Bakıda qısqanc ər arvadını öldürdü

    Bakıda daha bir ailə dramı yaşanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda Masallı rayon sakini 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib.

    R.Dadaşov tutulub hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

    Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

    Faktla bağlı cinayət işi açılıb.

  • ADU-dan dekan-rektor qalmaqalı ilə bağlı – BƏYANAT

    Azərbaycan Dillər Universiteti ali məktəbdə yaşanan son hadisələrlə bağlı bəyanat yayıb.

    Bəyanatda bildirilir ki, Azərbaycan Dillər Universiteti ölkəmizin ali təhsil ocaqları arasında öz yüksək adını və nüfuzunu daha da artırmaq, universiteti tədris və elmi istiqamətlərdə müasir tələblərə uyğun səviyyəyə qaldırmaq əzmi ilə yaşadığı zamanda bir sözündə belə həqiqət olmayan, bu təhsil ocağının məzunu və əməkdaşı olan Vüsalə Ağabəylinin şər və böhtan dolu iftiraları ilə üzləşib.

    Özünün də təhsil aldığı, müəllim və dekan kimi fəaliyyət göstərdiyi ADU-nun müəllimlərini savadsız, tələbələrini biliksiz adlandıran şəxs indi isə bütün iftira və yalanlarla dövləti aldatmağa cəhd göstərir.

    Eyni zamanda, ADU-nun Müdafiə Şurasını müdafiə olunan işlərin 90 faizinin saxta və müəyyən maddiyyat qarşılığında təşkil olmasında ittiham edir. Bununla bağlı Müdafiə Şurasının üzvlərinin öz etirazlarını yazılı şəkildə universitet rəhbərliyinə bildirmiş və bu şəxsin cəzalandırılmasını tələb ediblər.

    Bu gün Vüsalə Ağabəyli tələbənin savadsız olmasına birbaşa məsul şəxs özü olduğu halda, vəzifə borcunu yerinə yetirmədiyinin günahını başqa şəxslərdə axtarır. Artıq belə bir məqamda nə ADU-nun yüzlərlə ləyaqətli əməkdaşı, nə də tələbələri səbirli ola bilirlər.

    Vüsalə Ağabəyli bir dekan kimi çalışdığı müddətdə öz işinin öhdəsindən nəinki gəlmiş, hətta öz vəzifəsindən sui-istifadə edərək tələbələrin problemlərinə etinasız yanaşmış, onların dekana ünvanlanan ərizələrinə, haqlı xahişlərinə belə göz yumub. Onlarla tələbənin ərizəsi hansısa gizlin məqsədlə bu gün də baxılmamış qalmaqdadır.

    Bununla bağlı hər həftə iştirak etdiyi rektoratlarda, ayda bir dəfə qatıldığı Elmi Şuralarda bir dəfə də olsun tələbələrin ona olan müraciətlərini dilə gətirməmiş, qeyri-məlum səbəbdən tələbə müraciətlərini cavabsız qoyub.

    Rektorun əmri ilə təşkil olunan açıq dərsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetdə qəbul edilən qaydalara məhəl qoymadan təşkil etmiş, o, dərslərdə 10 dəqiqə iştirak etməklə və nəticəni açıq dərsi deyən müəllimin iştirakı olmadan müzakirə edərək qərəzli şəkildə müəllimləri qeyri-kafi qiymətləndirib. Bununla da universitet kollektivi arasında süni şəkildə narazılıq yaratmağa çalışıb.

    Özü-özünü təkzib edən şikayətçi “Virtual kafedra” anlayışının da fərqinə varmamış və özünün gizlin arzusunda olduğu kafedraya “virtual” olsa belə başqasının ictimai əsaslarla rəhbərlik etməsini də həzm edə bilməyib.

    Öz tərcümeyi-halını da məktuba əlavə edən V.Ağabəyli nədənsə 2002-2005-ci illərdə çalışdığı “Xural” qəzetindəki fəaliyyətini yazmağı “unutsa da”, yazı üslubunda və hərəkətlərində YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının dediyi kimi “Xural”ı unutmayıb.

    Heç bir seçki keçirilmədən seçkili vəzifə olan R.Behbudov 134 üzrə ərazi ilk YAP Təşkilatının Qadınlar Şurasına özü-özünü sədr “təyin” edən V.Ağabəyli bu məqamda da ölkəmizin birinci xanımını, bununla da dövləti aldatmağa cəhd edib. Başqa bir yalan da odur ki, məktubunda tələbəliyinin birinci kursundan YAP üzvü olduğunu bildirən V.Ağabəyli öz bioqrafiyasında bunun məhz 2011-ci ildə (27 yaşında) baş verdiyini qeyd edib.

    Qaranlıq karyera yüksəlişinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasını da alət etmək ancaq öz nailiyyətinə özünün belə inanmadığı, saxtakar şəxslərin işi ola bilər. Biz bu gün ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı, özünü ictimaiyyətə ADU YAP Qadınlar Şurasının sədri kimi təqdim edən Vüsalə Ağabəylinin simasında buna şahid oluruq.

    Əslində, Qadınlar şurasının sədri seçkisinin keçirilməsi ilə bağlı da hansısa sənəd və ya protokol yoxdur. Buna görə onun belə bir ictimai-siyasi vəzifəni tutması ilk ərazi təşkilatı və ADU-da YAP üzvü olan ziyalı qadınlar tərəfindən də tanınmır. Bu haqda YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili hörmətli Məlahət İbrahimqızı da mətbuatda öz fikrini ifadə edib.

    Şəxsinə ADU-da ögey münasibətdən bəhs edən V.Ağabəyli təkcə 2017-2018-ci illərdə Gürcüstan, Macarıstan, Türkiyə, Finlandiya və İspaniyada universitetin rəhbərliyinin göndərişi ilə müxtəlif beynəlxalq proqramlarda, həmçinin ölkəmizdə keçirilən gənc alimlərin, müəllimlərin qurultaylarda, forumlarda, seminarlarda və konfranslarda iştirak etmiş və universiteti təmsil edib.

    İşində buraxdığı nöqsanlara görə aldığı tənbeh cəzasını özünə qarşı böyük ədalətsizlik aktına çevirən ərizəçi bu halı bütün əməkdaşlara qarşı hesab edir, halbuki onun müxtəlif vəzifəli şəxslərə, xüsusən ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı bu yalan və böhtan dolu müraciətə universitetin bütün kollektivi qarşı çıxır, bu halı qətiyyətlə pisləyirlər. Bu məsələ ilə bağlı Universitetin rəsmi saytına hər gün onlarla müraciətlər daxil olur.

    Bu gün özünü dekan kimi təqdim edən şəxsin tutduğu vəzifəyə seçilməsi belə doğru-düzgün aparılmayıb. Belə ki, dekan seçkiləri heç bir kafedrada müzakirə edilməyib və protokollaşdırılmayıb.//oxu.az

  • Минздрав о вакцине от «свиного гриппа» – ЗАЯВЛЕНИЕ

    В Азербайджан не завозили вакцину от «свиного гриппа» (вирус H1N1).

    Как сообщили oxu.az в Минздраве, в Азербайджане уровень сезонного гриппа в текущем году ниже по сравнению с прошлыми годами, передаёт Median.Az.

    «Вакцины от «свиного гриппа» вообще не существует. Существует вакцинация против сезонного гриппа, которая не проводилась в Азербайджане в плановом порядке.

    «В Азербайджане есть вакцина против сезонного гриппа, любой гражданин может сделать ее в клинике», – отметили в министерстве.

    Отметим, что ранее некоторые сайты сообщили об импорте в Азербайджан прививок от вируса H1N1.

  • Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilibmi? – AÇIQLAMA

    Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.

    Səhiyyə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır:

    “Ümumiyyətlə, “donuz qripi” vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib”.

    “Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər”, – deyə nazirlikdən qeyd edilib.

    Qeyd edək ki, bəzi saytlarda Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb.

  • İlin ilk yarışı üçün İsrailə gedəcək millimizin heyəti bəlli oldu

    24-26 yanvar tarixlərində cüdo idman növündə ilin ilk beynəlxalq turniri keçiriləcək.

    Cüdo millimiz İsrailin paytaxtı Təl-Əvivdə Qran-Pri yarışına çıxacaq.

    Millimiz orada 18 idmançı – 12 kişi və altı qadın cüdoçu ilə təmsil olunacaq. Həmin idmançılar bunlardır:

    Kişi millimiz: Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi -60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi -90 kq), Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq);

    Qadın millimiz: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva, Buyanxişiq Purevsuren (hər ikisi -52 kq), İçinxorlu Munxtsedev (-57 kq), İrina Kindzerskaya (+78 kq).

    Qeyd edək ki, bu yarışda 55 ölkədən 438 cüdoçu yarışacaq. Bunlardan 245-i kişi, 193-ü isə qadın idmançı olacaq.//oxu.az