Month: January 2019

  • Binəqədi rayonunda “Mercedes” ər-arvadı vurub

    Median.Az xəbər verir ki, yanvarın 7-də M.Ə.Rəsulzadə qəsəbəsində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi “Mercedes” markalı yük avtomaşını ilə qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurub.

    Nəticədə X.İsmayılova hadisə yerində ölüb.

    Binəqədi RPİ-də faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане будет введен единый билет на все средства общественного транспорта

    В Азербайджане пассажиры смогут пользоваться одним билетом на всех средствах общественного транспорта.

    Как передает Median.Az со ссылкой на Trend, об этом сообщила глава пресс-службы Госслужбы автотранспорта Министерства транспорта, связи и высоких технологий Нурида Аллахъярова.

    По ее словам, эта система является новым механизмом и предусматривает несколько этапов.

    «Работа, которая будет проведена на первом этапе, связана с системой онлайн-билетов. В настоящее время приобрести онлайн-билет в Бакинском автовокзальном комплексе возможно только в одном направлении. После запуска системы единого билета билет можно приобрести в двух направлениях (туда – обратно), в том числе в онлайн-системе пассажиры из регионов могут приобрести билет в Баку», – сказала Аллахъярова.

    По ее словам, кроме того, на автовокзале будут созданы единые диспетчерские центры.

    «Сейчас Госслужба автотранспорта может контролировать продажу билетов, но нередки случаи, когда владельцы автобусов покупают много билетов и искусственно завышают на них цены. Во избежание этих случаев и будут созданы единые диспетчерские центры»,- сказала Аллахъярова.

    Пресс-секретарь подчеркнула, что система единого билета объединит внутригородские и междугородние пассажироперевозки.

    «То есть, те, кто будет выезжать из Баку или приезжать из районов, смогут использовать единый билет. Иными словами, единый билет пассажиры могут использовать во всех средствах общественного транспорта», – сказала Аллахъярова.

  • Россиянка попыталась в себе вывезти из Баку золото и бриллианты

    Сотрудники Государственного таможенного комитета (ГТК) пресекли попытку вывоза из страны ювелирных украшений в крупном количестве.

    Как передает Median.Az со ссылкой на сайт ГТК, перед вылетом рейса Баку-Москва гражданка Российской Федерации не задекларировала золотые украшения в соответствии с законом и была остановлена сотрудниками комитета.

    Когда гражданка проходила через рентгеновский аппарат сотрудники таможни обнаружили в области живота женщины мешочки с золотыми украшениями.

    В общей сложности из женщины было извлечено пять цепочек, пять комплектов колец и сережек, один комплект, состоящий из кулона, сережек и кольца, а также четыре пары сережек и одно кольцо. Общий вес конфискованных ювелирных изделий составил 219,98 грамма. Сообщается, что во всех украшениях присутствуют бриллианты.

  • Bakıdan Moskvaya mədəsində “xəzinə” aparan qadın saxlanıldı

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən, mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

    Xanım vətəndaş 1-ci terminalın A zonasında quraşdırılmış rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə saxlanılıb.

    Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub və o, içərisində beş ədəd boyunbağı olan kiçik kisəni qarın nahiyəsindən çıxararaq gömrük əməkdaşına təqdim edib.

    Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından iki ədəd kiçik həcmli kisələr müəyyən edilib.

    Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları – beş ədəd boyunbağı, beş ədəd üzük-sırğa cütü dəsti, bir ədəd kulon-üzük-sırğa cütü dəsti, dörd cüt sırğa və bir ədəd üzük aşkar edilib.

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan zərgərlik məmulatları 750 və 583 əyarlı qızıldan hazırlanıb və ümumi çəkisi 219,98 qram təşkil edir. Məmulatların üzərlərində olan ağ şəffaf qaşlar brilyantdır.

    Faktla bağlı araşdırma aparılır.

  • В Гяндже в чайном доме совершено убийство

    Как сообщает Median.Az , 7-го января в одном из чайных домов в г.Гянджа житель города, ранее судимый Мамед Мамедов на почве инцидента нанес смертельные ножевые ранения работнику объекта, двоюродному брату, ранее судимому Валеху Зейналову и скрылся.

    На основании поступившей информации место происшествия было осмотрено сотрудниками полиции и прокуратуры.

    В результате следственных и оперативно-розыскных мер М.Мамедов был задержан.

    В прокуратуре города возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Gəncədə çay evində qətl baş verib

    Median.Az xəbər verir ki, yanvarın 7-də Gəncə şəhərindəki çay evlərinin birində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovun münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetirib və hadisə yerindən uzaqlaşıb.

    Daxil olmuş məlumatla əlaqədar Gəncə ŞBPİ və şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinin müaqinəsi aparılıb.

    Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

    Gəncə şəhər prokurorluğunda CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb

  • Bakının 4 rayonunun polis rəisi işdən çıxarıldı: Ramil Usubov əmr imzaladı

    Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən Binəqədi Rayon Poli İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.

  • Часть Абшерона останется без света

    В Абшеронском районе возникнут кратковременные перебои в подаче электроэнергии.

    Об этом сообщил руководитель пресс-службы ОАО «Азеришиг» Танрыверди Мустафаев.

    «В связи с ремонтными работами 9 января с 10:00 до 14:30 на некоторых территориях поселков Мехдиабад и Сарай, в массивах Гурд Дереси и Джорат возникнут кратковременные перебои в подаче электроэнергии», – сказал Т.Мустафаев.

  • Azərbaycanlı iş adamının Moskvadakı kafesi yanıb – VİDEO

    Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin Tekistilşiki rayonunda, Qrayvaronovskiy küçəsi, ev 12 ünvanında yerləşən “Starıy Baku” kafesi yanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, yaşayış binasına bitşik olan kafenin damında baş verən yanğına səbəb elektrik cərəyanında baş vermiş qısaqapanma olub.

    Yanğın zamanı kafenin əməkdaşları və müştərilər evakuasiya edilib. Hadisə yerinə gələn hüquq mühafizə və yanğınsöndürmə orqanlarının əməkdaşlarının, həmçinin yerli azərbaycanlıların səyi nəticəsində yanğın söndürülüb.

    Kafenin damından başqa, yaşayış binasına və yaxınlıqda yerləşən ticarət obyektlərinə zərər dəyməyib.

    Kafenin sahibi, əslən Azərbaycanın Tərtər rayonundan olan Nicat İsmayılov hadisəyə elektrik cərəyanında olan gərginliyin artmasının səbəb olduğunu qeyd edib.

  • Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR – VİDEO

    Yol təsərrüfatına eləcə də dövlət əmlakına sürücülər tərəfindən ziyan vurulduqda, ona dəymiş ziyan ödənilir. Bəs vətəndaşlara həmin qurumlar tərəfindən ziyan dəydikdə necə, ödənilirmi?

    ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

    Qanunvericiliyə əsasən, əgər yolun vəziyyətinə görə avtomobilə ziyan dəyərsə və ya qəza halları baş verərsə sürücüyə dəymiş ziyan ödənilməlidir. Amma əksəriyyət bundan xəbərsizdir. Dəymiş ziyanın ödənilməsi üçün isə ilk növbədə həqiqətən bunun yolun vəziyyətinə görə baş verməsi sübut olunmalıdır.

    Elməddin Muradlı – Ekspert: “Yol polisi tərəfindən qəza ilə bağlı formalar alınır, Avtomobil texniki servisdə qiymətləndirilir və bu toplu sənədlərlə məhkəməyə müraciət edibdə dəymiş ziyanı ala bilər”.

    Sürücüyə dəymiş zərər sığorta şirkətləri tərəfindən ödənilə bilər. Amma avtomobilini icbari sığorta etdirmiş sürücülər bu halda çətinliklə üzləşə bilər. Onlar bunun üçün məhkəməyə müraciət etməli, bir müddət gözləməlidirlər. Kasko sığortda isə vəziyyət fərqlidir.

    İlkin Nəcəfov – Sığortaçı: “Kasko siğorta ilə dəymiş ziyan ödənir. Sonra sığorta şirkəti həmin qurumdan ödədiyi məbləği tələb edir. Əksər hallarda həmin orqanlar məhkəməsiz o ödənişi ödəməyə çalışır”.

    Sığorta ödənişlərindən əlavə, yolun vəziyyətinə görə dəymiş ziyanı aidiyyatı qurumlar tərəfindən də ödənilə bilər. Əgər hadisə təmir aparılan yolda müvafiq məlumatverici nişanların qoyulmaması yaxud səhv qoyulması ucbatından baş verərsə, sürücü ziyanın ödənilməsini tələb edə bilər. Bu zaman dövlət qurumunun günahı sübuta yetirilməlidir.

    Anar Nəcəfli – AAYDA-nın mətbuat katibi: “Yol infrasturukturu dedikdə təkcə AAYDA nəzərdə tutulmalıdır. Burada digər komunnal xidmətləri sahələri də var. Belə hallar baş verərsə, AAYDA-nın günahı sübuta yetirilsə, vətəndaşa dəyən ziyan ödənilər”.

    Hər bi halda xoşagəlməz sonluqlardan qaçmaq üçün yollarda son dərəcədə diqqətli olmaq lazımdır. Çünki statistika göstərir ki, əksər yol qəzalarında ən çox zərər sürücülərə dəydiyi kimi, ən böyük məsuliyyət də elə onların üzərinə düşür. Qaydalara riayət edək ki, sonda belə xoşagəlməz hallarla rastlaşmayaq.