Month: January 2019

  • В Барде за совершение разбоя задержан житель района

    Как сообщает Median.Az, 7-го января в дежурную часть Бардинского РОП поступило сообщение о том, что на территории района неизвестный угрожая несовершеннолетнему тупым предметом, отобрал у потерпевшего мобильный телефон.

    Сотрудники полиции в ходе оперативно-розыскных мер задержали жителя района Рашада Ахмедова.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Bərdə polisi quldurluq edən şəxsi saxlayıb

    Median.Az xəbər verir ki, yanvarın 7-də Bərdə rayonu ərazisində naməlum şəxs, şəhər sakini olan bir yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alıb.

    Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Əhmədov saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə ilə cinayət işi başlanılıb.

  • Azərbaycanda toyda kütləvi dava – VİDEO

    Tovuzda şadlıq evlərinin birində toy zamanı xoşagəlməz hal yaşanıb.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini 31 yaşlı Zülfüqar Məhərrəmov qonşularının toyunda iştirak edən zaman əvvəl bir nəfər tərəfindən qəfil vurulub. Daha sonra 11 nəfərin hücumuna məruz qalıb.

    Kütləvi dava zamanı toya qonaq gələn şəxslər onu döyərək xəstəxanalıq ediblər. Kəllə-beyin travması alan Zülfüqar Məhərrəmov təcili yardım vasitəsi ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafi olsa da həyatı üçün təhlükə yoxdur.

    Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.

  • 2019 год объявлен «Годом исламского культурного наследия»

    Исламская организация по вопросам образования, науки и культуры (ИСЕСКО) объявила 2019 год «Годом исламского культурного наследия» во исполнение предыдущего решения, принятого Исламской конференцией министров культуры.

    Как сообщили в Министерстве культуры Азербайджана, в своем заявлении ИСЕСКО призвала государства-члены принять все необходимые меры для празднования этого важного события, подчеркнув важность культурного наследия во всех его материальных и нематериальных проявлениях в деле сохранения коллективной памяти и самобытности народов.

    Было отмечено, что исламский мир имеет богатое и разнообразное культурное наследие, которое является результатом открытости мусульманских стран и их взаимодействия с многими мировыми культурами, а также плодотворной работы творческой интеллигенции, ученых, писателей, поэтов, художников, архитекторов и мастеров традиционных ремесел.

    В рамках этого года будет уделено особое внимание популяризации исторических и археологических памятников исламского мира, выдающихся архитектурных сооружений, художественных шедевров, рукописей, чеканных монет, исламских символов и современных деятелей, внесших вклад в развитие исламской культуры.

    Также ИСЕСКО предлагает включить большее число своих памятников материального и нематериального наследия в список Всемирного наследия и в список культурного наследия исламского мира.

    Помимо этого, в течение года будут организованы Дни открытых дверей, посвященные данной теме. Более того, ИСЕСКО займется восстановлением, защитой и сохранением необходимой документации, особенно в районах конфликтов и войн или в районах, подвергавшихся действиям экстремистов, сектантов и террористов.

    ИСЕСКО также призвала мусульманские страны обеспечить подготовку специалистов, работающих в области материального и нематериального культурного наследия, совершенствовать их профессиональные, технические и научные навыки.

  • Sabah bu ərazilərdə işıq olmayacaq

    Yanvarın 9-u saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

    “Azərişıq” ASC-dən daxil olan məlumata görə, buna səbəb Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada aparılan təmir işləridir.

  • “28 Mall”da salto vurmaq istəyən oğlanın başı yerə dəydi – VİDEO

    Bakıda “28 Mall Alış-veriş Mərkəzi”ndə qəribə olay lentə alınıb.

    Gənc oğlan eskalatordan enərkən hər kəsi həyəcanlandırıb.

    Belə ki, o salto vurmaq istəsə də, arzusu ürəyində qalıb.

    Nəticədə gənc oğlan yıxılıb və başı yerə dəyib.

    Ətrafdakılar onun bu hərəkətini lentə alıblar.

    Həmin görüntüləri təqdim edirik:

  • Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

    İqtisadçı ekspertə görə, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır

    Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

    Unun qiymətinin artmasını çörək istehsalçıları da təsdiqləyiblər.

    Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə 27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: “50 kiloqramlıq ”Mehriban” unu 27 manatdan 28.50 manata qalxdı, “Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. “Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu”.

    “Yeni Müsavat”a açıqlama verən “Gilan Holdinq №1″ çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da təsdiqləyib ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük”.

    Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.

    İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu, dünya bazarında taxılın qiymətində baş verən dəyişikliyə daxili bazarın reaksiyasıdır: “Bu daha çox informativ təsirlərdir. Ticarətlə məşğul olan insanlar hər fürsətdən məharətlə istifadə edirlər. Bundan öncə baş verən qiymət artımlarında da biz bunun şahidi olduq. Qiymət artımında hazırda əsas faktor manatın məzənnəsi ola bilərdi ki, o da hələ ki sabitdir və yaxın zamanlarda dəyişəcəyi gözlənilmir”.

    İqtisadçı onu da vurğulayıb ki, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır: “Azərbaycanın taxılla bağlı əsas problemlərindən biri də budur ki, əlavə növ taxıl buğdasını xaricdən idxal edirik. Yüksək keyfiyyətli un üçün lazım olan taxılı istehsal edə bilmirik. Ona görə də bizim taxılın keyfiyyəti o səviyyədə deyil ki, bazarın tələbatı onunla ödənilsin. Gərək məhsulun əkininin strukturunda müəyyən dəyişikliklər edilsin. Mən bu mövzuda mütəxəssislərlə də söhbət eləmişəm. Yerli şəraitin də müəyyən təsirləri var. Ancaq bunu təkcə şəraitlə bağlamaq düzgün deyil. İndi müasir texnologiyalar imkan verir ki, hətta şoran torpaqda belə istədiyiniz məhsulu əldə edəsiniz. Bu mərhələni adlamaq mümkündür. Hazırda bazarlarda satılan yüksək keyfiyyətli unun taxılı xaricdən gətirilir. Ona görə də buğda idxalı çox böyük rəqəmlərlə ifadə olunur. Əsasən Rusiya və Qazaxıstandan idxal olunur”.

    F.Yusifovun sözlərinə görə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı çıxışlarında bu məsələ çox ciddi şəkildə qoyulub: “Kənd Təsərrüfatı Nazirliyinin qarşısında tələb qoyulub ki, taxıl balansında olan vəziyyəti düzəltmək üçün tədbirlər görülsün. Ancaq o proqramların reallaşması nə zaman baş verəcək, bunu demək çətindir. Digər bir məsələ isə odur ki, çox ciddi investisiya tələb edən bu sahədə iş adamlarının vəsaiti sığortalanmır. Çünki aqrar sığorta məsələsi tam reallaşmayıb. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu işi görən sahibkar öz yatırımını sığortalamaq istəyir. Biz bu sahənin problemlərini həll edib idxaldan asılılığımızı azaltmaq istəyiriksə yüksək keyfiyyətli taxıl əkini üçün hər şəraiti yaratmalıyıq”.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında ölkəmizə 992 353.87 ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.

    Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında 1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün 200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib. Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.

    Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi. Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.

  • “2600 ödədik, bizə köhnə mebel satdılar” – Fotolar

    Bakı sakini Sona Həsənova “Dellora” mebel salonunun onlara köhnə mebel satdığını iddia edir.

    Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, elana əsasən köhnə mebelini yeni mebellə əvəzləmək üçün şirkətə təqdim edib. Ancaq onlara yenidən köhnə mebel verilib:

    “Ötən il sentyabrın 5-də öz köhnə mebelimi “Dellora” mağazalar şəbəkəsinə təhvil verdim. Mən işdə, həyat yoldaşım isə xəstəxanada olanda yeni mebeli qaynıma təhvil veriblər. O da fikir verməyib. Sonradan biz gördük ki, mebel köhnədir. Üzərində xeyli cızıqlar var. Mağaza işçilərinə dedik, gəlib baxdılar. Ancaq dəyişmirlər. 2600 manat pul ödəmişik, əvəzində köhnə mebel verildi”.

    Məsələylə bağlı şirkət nümayəndəsi Səbinə Mirzəyeva “Qafqazinfo”ya bildirilib ki, mebeldəki cızıqlar və qeyd onunan digər problemlər sonradan yaranıb:

    “Mebeldə hər hansı bir problem yarandığı təqdirdə 14 gün ərzində dəyişmək və qaytarmaq mümkündür. Ancaq sözügedən şəxs bizə 3 ay sonra müraciət edib. Qeyd etdiyi bütün səbəblər sonradan yaranıb. Sadəcə bir detalında problem var, onu düzəltmək istəyirik, razı olmur”.




  • Bakıda sürücülərə parkinq şoku – Qiymətlər 2 dəfə qaldırıldı

    Bakı şəhərində parkinqlərdə qiymət artırılıb.

    Median.Az xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.

    Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin münasibətini öyrənmək mümkün olmayıb.

  • Mehmanla görüşən komitə üzvü: “Vəziyyəti yaxşıdır, heç bir narazılığı yoxdur” – FOTO

    “Mehman Hüseynovun vəziyyəti yaxşıdır. O, özünü normal hiss edir, heç bir problemi yoxdur”

    Median.Az xəbər verir ki, bu barədə AzVision.az -a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Milli QHT Formunun prezidenti Rauf Zeyni məlumat verib.

    O, bildirib ki, M.Hüseynov bu gün atası ilə də görüşüb: “Mehman bu gün atası, Qırmızı Xaç Komitəsinin, digər beynəlxalq təşkilatların, o cümlədən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri ilə görüşüb. Mehmanın saxlanma şəraiti, yemək və digər məsələlərlə bağlı narazılığı yoxdur. Səhhəti yaxşıdır. Həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı bir az da qaydasına düşsün. Bizimlə bir saatdan artıq görüşdə səhhətindən şikayət etmədi”.