Month: January 2019

  • Будем ли мы работать 21 января?

    В этом году 20 января – День всенародной скорби – попадает на воскресенье. Следующий день – 21 января – считается рабочим.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно Трудовому кодексу, в случае, если праздники попадают на выходные дни, следующий рабочий день считается выходным.

    Однако 20 января является днем траура, поэтому следующий день, то есть понедельник, будет рабочим.

  • Yanvarın 21-i iş günü olacaqmı?

    Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Günü bu il həftənin bazar gününə düşür. Lakin həmin gün Hüzn günü olduğu üçün həftənin birinci günü, yəni yanvarın 21-i qeyri-iş günü hesab edilməyəcək.

    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Lakin yanvarın 20-si Ümumxalq Hüzn Günü həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-i ölkədə rəsmi iş günü hesab ediləcək.

    Qeyd edək ki, bu il 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilməyəcək.

    Bununla yanaşı, bu il 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınacaq.//oxu.az

  • Uşaqlarda öskürəyi azaltmağın 5 SADƏ YOLU

    Evinizdə edə biləcəyiniz sadə yollarla uşağın öskürəyinin azalmasına yardımçı ola bilərsiniz

    Qış aylarının gəlişi ilə birlikdə xəstəliklər də artıb. Uşaqların immunitet sistemi zəif olduğu üçün infeksiyalara daha tez yoluxurlar. Xəstəlik sağalsa da, uzun müddət davam edən öskürək əl çəkmək bilmir.

    Burnu tez-tez duzlu su ilə yuyun

    Dəniz suyu tərkibli burun damcısı, spreyi, ya da evdə hazırladığınız duzlu su ilə uşağınızın burnunu gün ərzində təmizləyin.

    Yastığını yüksəldin

    Uşaq düz yerdə yatanda öskürürsə, yastığını bir az dikəldin.

    Soyuq buxar tətbiq edin

    Uşağınıza 3-4 saat ara ilə 5-10 dəqiqə boyunca soyuq buxarı qəbul etdirin. Bu, tənəffüs yollarındakı qıcıqlanmanı aradan götürür.

    Öskürək siropunu özbaşına istifadə etməyin

    Bəzi dərmanlar öskürəyi zəiflədərkən bəziləri bəlğəm dağıdıcı olduğu üçün öskürəyi gücləndirir. Həm də bu siropların uşağın sinir sistemi üzərində mənfi təsiri var. Buna görə uşağa ehtiyacı olan öskürək siropunu həkimin tövsiyəsi ilə verin.

    Ballı limonlu su hazırlayın

    Bir neçə damcı ilıq suyun içində əridilmiş bala limon suyu əlavə edərək, gecə yatmadan əvvəl uşağa içirin. Boğaz qıcıqlanmasını rahatladır.
    ///milli.az

  • Появился парфюм имени Путина – ФОТО

    В Москве появились в продаже мужской и женский ароматы, создатели которых вдохновились президентом России Владимиром Путиным.

    Как передает Median.Az, на флаконах парфюма изображен профиль российского лидера и герб страны. Мужской аромат получил название Number One, женская версия — Russian woman. Простой флакон стоит 10 тысяч (247 AZN) рублей, вариант в подарочной коробке обойдется в 19 тысяч (469 AZN).

    Продавец-консультант рассказал агентству РИА новости, что это лимитированный выпуск аромата.

    Пресс-секретарь президента Дмитрий Песков заявил, что использование имени главы государства в коммерческих целях никем не одобрялось.

    Образ и имя Владимира Путина часто используются в оформлении различных вещей и аксессуаров.


  • Azərbaycanda rektor vəfat edib

    Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də, 56 yaşında vəfat edib.

    Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən bildirilib.

    Qeyd edək ki, Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb, sonra kapitan vəzifəsinədək yüksəlib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi beş il işləyib.

    1993-1996-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb.

    Bu dövrdə “Günəşli” yatağında platformaların 30 faizinin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

    Azərbaycan Respublikası prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

    23 senytabr 2015-ci ildə texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.

    “Donanmanın fəxri işçisi” olan Ç.Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, dövlət başçısının 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

    17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev ölkənin ictimai həyatında da yaxından iştirak edirdi.

    Allah rəhmət eləsin.

  • Azərbaycan klubu 400 min avroluq futbolçu aldı

    Qazaxıstanın “Kaysar” klubunun futbolçusu Con Kamara karyerasını Azərbaycanda davam etdirəcək.

    “Keşlə” Syerra Leonedən olan dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilədə razılıq əldə olunub.

    Qeyd edək ki, otuz yaşlı Con Kamara Qazaxıstan Premyer Liqada son iki mövsümə 53 görüşdə meydanda olub və bir qol vurub. Bu futbolçunun transfer qiyməti 400 min avro kimi qiymətləndirilir.

    Bu futbolçu Qazaxıstandan əvvəl Livanın “Tadamon Sur”, Yunanıstanın “Apollon Smirnis”, PAS (Lamia), “Aris” və Latviyanın “Riqa” klublarında çıxış edib. O, 2013-cü ildən çağırıldığı Syerra Leone millisində on oyun keçirib və bir qol vurub.//oxu.az

  • Qabonda hərbi çevriliş oldu – VİDEO

    Afrikanın ən böyük neft ixracatçılarından olan Qabonda hərbi çevriliş olub.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hərbçilər dövlət radio yayımı stansiyasını ələ keçirib və yaxın vaxtlarda Milli Restavrasiya Şurasının yaradılacağını açıqlayıb.

    Bildirilib ki, hərbçilər səhər saatlarında yayım şurasının ofisinə gəlib və radio efiri zamanı leytenant Ondo Obianq Kelli ordunun bəyanatını səsləndirib.

    Qeyd edilib ki, hərbçilər ölkə prezidenti Ali Bonqonun 31 dekabr bəyanatından qəzəbləniblər.

    Xatırladaq ki, Qabon prezidenti Ali Bonqo Ondimba oktyabrın 24-də Ər-Riyaddakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda insult keçirən Ali Bonqonun Mərakeşdəki xəstəxanalardan birində müalicəsini davam etdirdiyi bildirilib.

  • Qadınları Türkiyə və Dubayda satan şəxsin həbs müddəti uzadıldı

    Nərimanov Rayon Məhkəməsində qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirləndirilən Züleyxa Həsənovanın həbs müddətinin artırılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

    Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

    Z.Həsənovanın həbs müddəti daha üç ay müddətinə artırılıb.

    İttihama görə, Z.Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

    Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.

    Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.

    Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.

    İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.//oxu.az

  • Yollarda mal-qara keçidlərinin sayı optimallaşdırılacaq

    Avtomobil yollarında mal-qara keçidlərinin sayı optimallaşdırılacaq.

    Bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.

    Belə ki, monitorinqlər aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda avtomobil yollarının örüş-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun mal-qara keçidlərinin sayının optimallaşdırılması nəzərdə tutulur.

    Eyni zamanda, avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı ətraf mühitin və biomüxtəlifliyin qorunması məqsədilə yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun layihələndirilən avtomobil yollarının fauna növləri üçün təhlükəsizliyi təmin ediləcək.

    Həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın layihələndirilən avtomagistrallarda nadir və nəsli kəsilməkdə olan vəhşi fauna növlərinin populyasiyaları arasında təbii əlaqənin saxlanılmasının təmin edilməsi nəzərdə tutulub.

    Məsələnin həlli istiqaməti aidiyyəti qurumlara tapşırılıb.//oxu.az

  • Rusiyada saxta içkilər hazırlayan azərbaycanlı tutuldu

    Rusiyanın Yekaterinburq şəhərində Vostaniya küçəsində yerləşən avtomobil qarajında 10 min şüşədən çox saxta aksiz markalı spirtli içkinin saxlanıldığı anbar aşkarlanıb.

    Median.Az “Oblastnaya qazeta”ya istinadən xəbər verir ki, qarajın sahibi 1981-ci il təvəllüdlü azərbaycanlıdır.

    O, əraziyə “Daewoo Nexia” markalı avtomobillə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

    Rusiya DİN-nin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Valeri Qorelıxın sözlərinə görə, Əhmədov soyadlı 37 yaşlı kişi anbardar olduğunu bildirib.

    Aşkarlanmış spirtli içkilər müsadirə edilib, onların Ural Federal dairəsi üzrə Spirtli içkilərin satışının tənzimlənməsi idarəsinin ekspertizasına təhvil veriləcəyi qeyd olunur.