Month: January 2019

  • В ДТП в Гяндже погиб один человек, еще двое получили травмы

    Как сообщает Median.Az, 6-го января примерно в 01 часов ночи на проспекте Хатаи столкнулись автомобили марки “ВАЗ 2107”, управляемый жителем г.Гянджа Джейхун Алыевым и “ВАЗ 21011”, управляемый жителем Шамкирского района Сакит Гасановым.

    В результате дтп пассажир “ВАЗ 2107” Айдын Гарибов скончался на месте происшествия, оба водителя с различными травмами были помещены в городскую больницу скорой помощи.

    В Кяпазском РУП по факту ведется расследование.

  • Gəncədə iki “VAZ” toqquşub : 1 nəfər ölüb, 2 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, yanvarın 6-ı gecə saat 1 radələrində Xətai prospektində, şəhər sakini Ceyhun Alıyevin idarə etdiyi “VAZ-2107” və Şəmkir rayon sakini Sakit Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

    Nəticədə C.Alıyevin sərnişini Aydın Qəribov hadisə yerində ölüb, sürücülər Təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

    Kəpəz RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Путин выстрелил из пушки – ВИДЕО

    Президент России Владимир Путин во время народных гуляний в Петропавловской крепости выстрелил из пушки.

    Как передает Median.Az со ссылкой на Рен ТВ, вместе с В.Путиным из пушки Д-30 выстрелил почетный строитель России Владимир Бендет. Ему 7 января исполняется 85 лет.

    Президент поздравил В.Бендета с Днем рождения и подарил ему ручку.

    После этого глава государства пообщался с воспитанниками Суворовского военного училища.

  • Putin topdan atəş açdı – VİDEO

    Rusiya prezidenti Vladimir Putin Petropavlovsk qalasında xalq gəzintisi zamanı topdan atəş açıb.

    Median.Az “Ren” TV-yə istinadən xəbər verir ki, Rusiya lideri ilə yanaşı, tanınmış rusiyalı inşaatçı Vladimir Bendet də D-30 topundan atəş açıb.

    Prezident Bendeti ad günü münasibətilə təbrik edib və ona qələm hədiyyə edib.

    Daha sonra Putin Suvorov hərbi məktəbinin yetirmələri ilə görüşüb.

  • Daha bir yüksək vəzifəli məmur vəfat etdi – Bu dəfə general

    Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə bu gün dünyasını dəyişib.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

    Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

    Mərhum “İcra hüququ” kitabının müəllifidir.

    Qeyd edək ki, dünəndən Azərbaycanda bir neçə tanınmış ictimai xadim və yüksək vəzifəli məmur vəfat edib. Onlar “Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov, Cəbrayıl Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev və Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevdir.

  • Pensiya ödənişində yeni QAYDALAR

    Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb. Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Çingiz Əliyev pensiya qanunvericiliyində həyata keçirilən bu yeniliyin məğzini şərh edərək deyib: “Vətəndaşın qanunvericilikdə nəzərdə tutulan pensiya yaşı çatdığı təqdirdə heç bir təşkilata müraciət edib sənəd toplamadan, pensiya yaşı tamam olan gün ona elektron qaydada pensiya təyin olunacaq. Ona, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır, həmin vaxtdan sonrakı dövr isə fərdi hesabında olan pensiya kapitalı da nəzərə alınmaqla müvafiq hesablama aparılaraq pensiya təyin edilir. Əgər pensiya təyin edilənlərdən kimlərinsə faktiki stajı 2006-cı ilədək 25 ildən çox təşkil edirsə, onların faktiki stajı əsasında pensiya təyinatı həyata keçirilir”.

    Şöbə müdiri qeyd edib ki, pensiya təyin olunan kimi vətəndaşa SMS və e-mail vasitəsilə bu barədə, həmçinin pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumat çatdırılır: “2019-cu ildə pensiya yaşına çatanlardan 70 faizinə, təxminən 36 min nəfərə pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək və onların pensiyalarının məbləğlərində, gəlirlərində artımlar gözlənilir, çünki 2006-cı ilə qədər vətəndaşlara təqdim edilən 25 il sosial sığorta stajı minimum 122 manat pensiya qazanılması deməkdir. 2006-cı ildən sonra işləyənlər üçün həmin məbləğin üzərinə fərdi hesabında qeydə alınmış pensiya kapitalının hesablanması yolu ilə əlavələr də edilir”.

    Çingiz Əliyevin verdiyi məlumata görə, yaşa görə müavinət təyin ediləcək on minlərlə vətəndaş pensiya sahəsində həyata keçirilən bu islahat tədbiri nəticəsində artıq əmək pensiyası hüququna malik olacaq: “Yəni bu il təxminən 19,5 min nəfər şəxs onlara avtomatik şəkildə 25 il sosial sığorta stajı hesablanması nəticəsində yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq. Bu da yaşa görə sosial müavinətdən yaşa görə pensiyaya keçdikləri üçün onların gəlirlərində artım özünü göstərəcək”.

    Nazirliyin rəsmisi onu da bildirib ki, bu il pensiya yaşına çatanlardan 30 faizinin isə pensiyaları hələ ki, avtomatlaşdırılmış qaydada təyin edilməyəcək. Onların sırasına güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. daxildir. Lakin onların da pensiya təyinatının avtomatlaşdırılması üçün işlər aparılacaq.

  • Стоимость нефти Brent взлетела

    Цена на нефть марки Brent выросла на 3%.

    По состоянию на 14:20 по бакинскому времени, стоимость нефти марки Brent увеличилась на 3%, до 58,77 доллара за баррель.

  • “Qara qızıl” bahalaşıb

    Dünya bazarlarında “Brent” markalı neftin qiyməti üç faiz bahalaşıb.

    Bakı vaxtı ilə saat 14:20-yə olan göstəricilərə görə Şimal dənizi neft qatışığının bir barelinin qiyməti 58,77 dollara qalxıb.

    WTI markalı neftin fevral fyuçersləri (sövdələşmələri) üzrə qiyməti isə 2,81% qalxaraq, 49,31 dollar təşkil edib.

  • Türkiyədə batan gəmidəki azərbaycanlıların kimliyi bilindi – YENİLƏNİB + VİDEO

    Samsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

    1978-ci ildə inşa edilən 113 metrlik “Volgo Balt 214” adlı gəmi kömür ilə yüklü olub və hadisə zamanı iki yerə bölünüb.

    Bundan başqa, gəmidə olan 13 nəfərin şəxsiyyəti məlum olub. Onlardan ikisi azərbaycanlıdır.

    Bunlar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir.




    * * * * *

    Türkiyənin Samsun bölgəsində batan gəmidən yeddi nəfər xilas edilib.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlardan dördü xəstəxanaya yerləşdirilib.

    İki nəfərin öldüyü qəzada göyərtədə olan iki nəfərin axtarışları davam edir.






    * * * * *

    Türkiyənin Samsun bölgəsindən 130 kilometr uzaqlıqda Panama bayrağı ilə üzən gəmi batıb.

    Median.Az “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidmətinin əməkdaşları helikopterlər vasitəsilə altı nəfəri xilas edib, iki nəfərin isə cəsədini aşkar edib.

    Məlumatlara görə, gəmidə doqquzu Ukrayna, ikisi Azərbaycan və ikisi Rusiya vətəndaşı olmaqla, 13 nəfər olub. Onların xilas edilməsi prosesi davam edir.

    Hadisənin səbəbləri məlum deyil. Xilasetmə işlərinə bir təyyarə, dörd helikopter, bir gəmi və iki qayıq cəlb edilib.

  • Поезда из Грузии проходят дезинфекцию в Баку из-за угрозы «свиного гриппа»

    Все поезда с пассажирами, приезжающие из Грузии в Азербайджан, в обязательном порядке подвергают дезинфекции из-за возникшей угрозы «свиного гриппа».

    Как передает Median.Az со ссылкой на ЗАО «Азербайджанские железные дороги», железнодорожники заверяют, что делают все возможное, чтобы не допустить попадания смертельного вируса в страну.

    Отметим, что прибывающий из Грузии железнодорожный состав Баку-Тбилиси-Баку пересекает границу Азербайджана ежедневно. Дезинфекция проводится на конечной станции – в Баку.