Month: January 2019

  • В Барде столкнулись два “ВАЗ”а, погиб один человек

    Как сообщает Median.Az, 4-го января на территории села Ковар Бардинского района столкнулись автомобили марки “ВАЗ”, управляемые жителями района Яшар Амраховым и Вугар Гаджиевым.

    В результате Я.Амрахов скончался на месте происшествия, В.Гаджиев был помещен в Центральную районную больницу.

    В Главном Следственном Управлении МВД по факту ведется расследование.

  • Bərdə rayonunda 2 “VAZ” toqquşub, 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, yanvarın 4-də Bərdə rayonunun Kövər kəndi ərazisində, rayon sakinləri Yaşar Əmrahovun və Vüqar Hacıyevin idarə etdikləri iki “VAZ” markalı avtomobil toqquşub.

    Nəticədə Y.Əmrahov hadisə yerində ölüb, V.Hacıyev isə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeni avtovağzal tikilib

    Paytaxt ərazisində yeni avtovağzal inşa edilib.

    Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az -a bildirib ki, yeni avtovağzal Cənub, Cənub-Şərq istiqamətində daşımaları həyata keçirəcək.

    “Bakı Beynəlxalq Avtovağzalında ölkənin bütün istiqamətlərinə, həmçinin beynəlxalq istiqamətlər üzrə reyslər var. Cənub və Cənub-Şərq istiqamətində isə sərnişin daşımaları Lökbatan dairəsindən həyata keçirilirdi. Həmçinin orada olan ticarət mərkəzlərinə gələn və qayıdan insan axını çox olduğu üçün dairədə avtomobil sıxlığı müşahidə edilirdi. Nəticədə avtonəqliyyat vasitələrinin gediş-gəlişinə maneçilik törədilirdi. Dövlət Yol Polisi ilə birlikdə həmin dairədə avtonəqliyyat vasitələrinin dayanması yığışdırılıb”.

    N.Allahyarova qeyd edib ki, artıq ərazidə Bakı-Cənub Avtovağzalı tikilib və sərnişinlərin daşınması qismən oradan həyata keçirilir. “Avtovağzal tam olaraq hazırdır. Artıq bir hissəsindən sərnişinlərin daşınması üçün istifadə edilir. Lakin bəzi tamamlanma işləri bitdikdən sonra fevral ayından etibarən avtovağzal tam istifadəyə veriləcək. Bir daha qeyd edirik ki, sərnişin daşımaları həmin avtovağzalda həyata keçirilməlidir. Avtovağzaldan kənar həyata keçirilən bütün daşımalar qeyri-qanunidir”.

  • Таможенный комитет: Слова Сафара Мехдиева неверно истолкованы

    В последние дни в ряде средств массовой информации неверно истолковывают слова председателя Государственного таможенного комитета (ГТК), генерал-лейтенанта таможенной службы Сафара Мехдиева о защите внутреннего рынка, и ставят под сомнение деятельность комитета.

    Об этом говорится в информации, распространенной ГТК.

    Некоторые СМИ и пользователи социальных сетей обвинили комитет и его руководство в защите интересов Baku Steel Company и предоставлении ей преимущества перед другими предпринимателями:

    «Хотя, отвечая на вопросы, Сафар Мехдиев сообщил о мероприятиях по защите внутреннего рынка в целом и рассказал не только о производстве арматуры, но и о мерах в других отраслях.

    Чтобы снизить влияние снижения цен на товары в соседних странах на внутренний рынок, Центр управления рисками Комитета следит за процессом и принимает необходимые решения. Сегодня стоимость арматуры в Иране составляет 200 долларов. Мы декларируем ее за 500 долларов, повышение составило 300 долларов.

    Вопрос не в пошлине, а в стоимости товара. Проведя переговоры с внутренними производителями, самым крупным из которых является Baku Steel Company, мы решили, насколько надо поднять пошлины, чтобы защитить внутренних производителей. Как видно из цитаты, председатель комитета говорит о ПРОИЗВОДИТЕЛЯХ, и упоминает эту компанию (Baku Steel Company – ред.) в качестве примера. Позже председатель ГТК также рассказывает о мерах, принятых для защиты внутреннего рынка птицы и мяса птицы, производителей картофеля.

    Но по некоторым причинам некоторые средства массовой информации, намеренно либо по незнанию, в своих статьях и репортажах сообщают ложные сведения, бросающие тень на деятельность комитета», – говорится в информации.

  • DGK: Komitə sədrinin fikirləri yanlış şərh olunur

    Son günlər bir sıra kütləvi informasiya vasitələrində 2018-ci ilin dekabr ayının 27-də “Gömrük-Media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin daxili bazarın qorunması istiqamətində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı fikirləri yanlış şərh olunur və komitənin fəaliyyəti şübhə altına alınır.

    Bu, DGK-nin yaydığı məlumatda yer alıb.

    Məlumata görə, bəzi media qurumları, sosial şəbəkə istifadəçiləri çıxışdan yanlış sitatlar gətirməklə komitəni və onun rəhbərliyini “Baku Steel Company” şirkətinin mənafelərini müdafiə etməkdə, digər sahibkarlarla müqayisədə onlara üstünlüklər təmin etməkdə günahlandırırlar:

    “Halbuki görüşdə bu istiqamətdə yönləndirilən suala cavab olaraq Səfər Mehdiyev ümumilikdə daxili bazarın qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib və armatur istehsalı ilə yanaşı, digər sahələrdə də görülən işlərdən danışıb”.

    “Qonşu ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazımi qərarlar verilir. İranda bu gün armaturun qiyməti 200 dollardır. Biz onu bəyan edirik 500 dollara, 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir. Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı “Baku Steel Company”dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq, daxili istehsalçıları qoruya bilərik?!” Sitatdan da göründüyü kimi, komitə sədri “İSTEHSALÇILAR”dan bəhs edir və bir şirkətin adını misal olaraq çəkir. Daha sonra DGK sədri daxili bazarın qorunması istiqamətində quş və quş əti, kartof istehsalçıları ilə bağlı həyata keçirilən tədbirlərdən də danışır.

    Lakin nədənsə bəzi media qurumları bilərəkdən və ya bilməyərəkdən hazırladıqları yazı və reportajlarda mövzudan yayınaraq komitənin fəaliyyətinə kölgə düşürən yanlış şərhlərə yol verirlər”, – komitənin məlumatında deyilir.

  • Агентство рассказало о борьбе с незаконными мясными лавками

    Названы районы Баку, в которых действуют незаконные мясные лавки.

    Как заявили в Агентстве продовольственной безопасности Азербайджана в ответ на запрос oxu.az, Агентство вместе с соответствующими структурами усиливает контроль над незаконным убоем животных:

    Проведенные агентством мониторинги показали, что большинство незаконных пунктов по убою скота сконцентрированы в Низаминском, Бинагадинском и Ясамальском районах столицы.

    Владельцы незаконных пунктов по убою скота получили строгое предупреждение. Представители органов исполнительной власти убрали незаконно установленное на обочинах дорог, не соответствующее требованиям пищевой безопасности, оборудование для убоя».

  • Bakıda qanunsuz ət kəsilən yerlər açıqlandı

    Bakıda qanunsuz ət kəsimi məntəqələrinin olduğu rayonlar açıqlanıb.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən oxu.az-ın sorğusuna cavb olaraq bildirilib ki, AQTA aidiyyəti qurumlarla birlikdə qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarət tədbirlərini gücləndirir:

    “Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınmsı üçün qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələrinin digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib.

    Qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb”.

    Agentlikdən bildirilib ki, aparılan monitorinqlər və araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhəri üzrə gündəlik tələbat ümumilikdə altı min başa yaxın xırdabuynuzlu heyvandırsa, standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin gündəlik 12 min baş xırdabuynuzlu heyvan kəsimi imkanı var:

    “AQTA əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır”.

  • В Шеки за попытку грабежа задержаны сестры

    Как сообщает Median.Az, 4-го января проживающий в селе Зунуд Шекинского района А.Идрисов поймал двух женщин, пытавшихся путем грабежа вынести из его дома 1.166 манатов и золотые украшения.

    Задержанные были переданы сотрудникам Шекинского РОП, в ходе разбирательства выяснилось, что ими являются жительницы Евлахского района, ранее судимые
    Назлы Махмудова и ее сестра Сейран.

    Возбуждено уголовное дело, ведется следствие.

  • Şəkidə soyğunçuluq etməyə cəhd edən 2 bacı saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 4-də Şəki rayonunun Zunud kəndində yaşayan A.İdrisovun evinə girmiş 2 qadın, oradan soyğunçuluq yolu ilə 1.166 manat pul və qızıl-zinət əşyalarını aparmağa cəhd göstərərkən ev sahibi tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

    Şəki ŞRPŞ-də araşdırma zamanı, onların Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nazlı Mahmudova və bacısı Seyran olması müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanlı qadın polis Almaniyanın “ən çılğın polisi” seçilə bilər – FOTO

    Azərbayanlı qız Lana Atakişiyeva Berlin polisində komissar vəzifəsində çalışır və Almaniyanın “ən çılğın polisi” qeyri-rəsmi tituluna namizəddir.

    30 yaşlı bakılı qız çox tezliklə Adrienna Kolejara məxsus titulu ələ keçirə bilər. Xanım Kolejar Drezdendə polis əmıkdaşıdır və “İnstagram” səhifəsinin 650 min abunəçisi var.

    “Adrienna şux qamətini sosial şəbəkələrdə nümayiş etdirməyi xoşlayır və bundan şou düzəldir, – mənbə qeyd edir. – Çimərlikdə bikinidə çəkdirdiyi xeyli şəkil var. O, əsas işini unudaraq, Maldiv adalarında, Dubayda, Floridada, Nyu-Yorkda və Amsterdamda səyahətlərdə olub. Hüquq-mühafizə orqanlarının 34 yaşlı qadın əməkdaşı sərfəli müqavilələr bağlayaraq, kosmetika və avtomobil reklamlarına çəkilib. Bundan əlavə, yerli televiziyada özünün fitnes-şousunu aparmağa başlayıb.

    Lakin 2019-cu ildə hər şey dəyişə bilər. Adrienna elan edib ki, fəal polis xidmətinə qayıdır və bu mənada özünün əsas rəqibi olan Lana Atakişiyeva səddini dəf etməlidir. Bunu bacaracaqmı?

    15 il ərzində Lana miqrantlıqdan Berlin polisinin komissarına kimi yol qət edib. Özünün “İnstagram”dakı səhifəsində o da bikinidə, qısa paltarlarda seksual fotoşəkilləri ilə bölüşür, həmçinin məşq vaxtı çəkdirdiyi kadrları paylaşır.

    Hələlik “İnstagram”dakı pərəstişkarlarının sayına görə o, Adrienna Kolejara aşkar uduzur. Hazırda Lananın 52 mindən azca çox abunəçisi var. Lakin bu cür cazibədar zahiri görünüşü ilə azərbaycanlı qız tez bir zamanda məşhurlaşa və Almaniyada ən çılğın polis qadın adına yiyələnə bilər. O, müqaviməti qırmağı bacarır. Bunu keçdiyi yol da sübut edir”.

    15 yaşında anası ilə Berlinə gələn və almanca bir kəlmə də bilməyən Lana Atakişiyeva haqqında yazılmışdı.

    “Məktəbdə şagirdlər mənə istehza edirdilər, – o xatırlayır. – Çox ağlayırdım, lakin hər zaman ailəsini dolandırmaq üçün Bakıda işləyən atamı düşünürdüm. O, yalnız 6 ildən sonra yanımıza gələ bilmişdi.

    Heç vaxt dostlarıma vaxtım qalmayıb, amma həmişə nə istədiyimi bilmişəm. Mən polis olmaq arzusunda idim, çünki bu dünyada nəyisə dəyişmək istəyirdim”.

    Lana ailəsinə kömək etmək üçün bir müddət ofisiant işləyib, sonra isə Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub və bu ali məktəbin polis xidməti fakültəsində təhsil alıb. Diplom işinin mövzusu isə “Berlin polisində miqrantlar: motivasiya və sədlər” olub. Azərbaycanlı qızdan bəhs edən Almaniya nəşrləri onu “alman cəmiyyətinə uğurlu inteqrasiya”ya nümunə kimi göstərirlər.

    Bu gün Lana polis komissarıdır və artıq üç ildir ki, Berlinin Noyköln rayonunun təhlükəsizliyinə cavabdehdir.

    ///Virtualaz.org