Month: January 2019

  • В поселке Мардакан совершено ножевое происшествие

    Как сообщает Median.Az, 1-го января в больницу с поселка Мардакан с колото-резанной раной был доставлен житель поселка Ильхам Халилов.

    Приступившим к разбирательству сотрудникам 1-го отделения полиции Хазарского РУП потерпевший показал, что получил ранение якобы вследствии неудачного падения. Несмотря на это полицейские выяснили, что в тот день между Ильхам Халиловым и жителем поселка Пярвизом Назари произошел инцидент, в результате чего последний ранил первого ножом.

    П.Назари задержан и передан следствию.

    В Хазарском РУП ведется расследование.

  • Mərdəkan sakinini bıçaqlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 1-də Mərdəkan qəsəbəsindən, qəsəbə sakini İlham Xəlilov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Araşdırmaya başlayan Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşlarına zərərçəkmiş, izahatında xəsarəti yıxılması nəticəsində almasını göstərib.

    Lakin araşdırma nəticəsində həmin gün qəsəbədə, İlham Xəlilovla həmyerlisi Pərviz Nəzəri arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

    P.Nəzəri saxlanılıb.

    Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Пожар в жилом доме в Баку

    В жилом доме в Баку произошел пожар.

    Как сообщили Median.Az со ссылкой на МЧС, инцидент зафиксирован в Наримановском районе столицы.

    В результате пожара в пятикомнатной квартире общей площадью 68 кв. метров, сгорел коридор, потолок ванной комнаты и воспламеняющиеся конструкции крыши.

    Остальную часть квартиры удалось уберечь от огня.

  • Bakıya yeni zibil qutuları gətirilib – FOTO

    Bakının dörd rayonunda yeni zibil qutuları yerləşdirilib.

    Bunu oxu.az-a çıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

    Onun sözlərinə görə, Bakı şəhərində məişət tullantılarının yığılması və utilizasiya edilməsi üçün proqramı hazırlanır:

    “Bura BŞİH tərəfindən müxtəlif sahələr üzrə yerli və xarici mütəxəssislər cəlb olunub. Həmin proqram mart və aprel ayında fəaliyyətə başlayacaq. İlkin mərhələdə xaricdə istehsal olunmuş 660 plastik konteyner Bakıya gətirilib. Onlar müxtəlif rənglərdədir və digərlərindən daha tutumludur”.

    Qurumun sözçüsü bildirib ki, zibil qutuları həm əl, həm də ayaqla açılır:

    “Qapaqları var. Bu da külək əsən vaxtı zibillərin ətrafa yayılmasının qarşısını alacaq. Qutular hər rayon üçün ayrı-ayrı rəngdə hazırlanıb. Onlar bir rayondan götürüb, başqa rayona aparmaq mümkün olmayacaq. Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonu ərazisinə artıq yeni konteynerlər yerləşdirilib”.

    İsrafil Kərimov qeyd edib ki, yeni zibil qutuları digər rayonlar üçün də gətiriləcək:

    “Onlar mərkəzi küçələrdə yerləşdiriləcəklər. Köhnə zibil qutuları da təmir olunacaq və ətraf ərazilərə paylanacaq. Gələcəkdə məişət tullantılarının daşınması üçün yeni texnika gətiriləcək. Eyni zamanda Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri də yeni iş forması ilə təmin olunacaqlar”.





  • İstirahət gününə olan hava proqnozu

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Abşeronda gecə 1-4°, gündüz 8-11° isti, Bakıda gecə 1-3°, gündüz 8-10° isti təşkil edəcək.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

    Rayonlarda əsasən yağmursuz olacaq. Lakin axşam bəzi qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7°-dək isti təşkil edəcək.

  • Bir də olmaz: Boru oğrusunun “göz yaşardan” etirafı – VİDEO

    Tərtər Regional Qaz İstismar İdarəsi Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Evoğlu kənd ərazisində yerləşən qaz borularının oğurlandığı barədə məlumat verilib.

    Median.Az-ın ARB TV-yə istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən kənd sakini Hüseyn İsmayılov saxlanılıb.

    Onun Tərtər Rayon Qaz İstismar İdarəsinin balansında olan ümumi uzunluğu 60 metrə yaxın qaz borularını oğurladığı müəyyən edilib.

    H. İsmayılovun həyətyanı sahəsinə baxış keçirilən zaman torpağa basdırdığı qaz boruları tapılaraq maddi sübut kimi götürülüb.

    “Axşam gəlirdim gördüm orada kəsilmiş boru var. Kimsə kəsmişdi, geri qayıdıb ardını da mən kəsib götürdüm. Tutduğum işdən peşmanam. Bir daha belə hadisə olmaz”, – saxlanılan şəxs Hüseyn İsmayılov deyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda inək qeysəriyyə olundu – VİDEO

    Qax rayonunda inək üzərində qeysəriyyə əməliyyatı aparılıb.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, rayonunun Qaradolaq kəndində heç bir şərait olmadan doğum zamanı ölüm ayağında olan inək üzərində qeysəriyyə əməliyyatı edilib.

    Qaradolaq kənd sakini Füzuli Rəşidovun təsərrüfatdakı inəklərdən biri doğum müddətində çətin anlar yaşayıb.

    İlk dəfə bala verən heyvan qarnındakı bala ilə birgə tələf olmaq təhlükəsi ilə üzləşib. Heyvanın təbii yolla doğa bilməyəcəyini görən təsərrüfat sahibi baytar həkimə müraciət edib.

    Baytar həkim Hamlet Abbasov inəyə baxış keçirərkən onun çanaq sümüklərinin yetərincə genişlənmədiyi üçün təbii yolla doğa bilməyəcəyini müəyyənləşdirib:

    “Heyvan qeysəriyyə etdim və 25 sm-lik bir yarıqla buzov azad olundu. İlk günlər inəkdə yerimə və qidalanma zəif olsa da artıq bu proses də arxada qalıb. Hazırda müvəqqəti olaraq südü az olsa da inək və balası normaldır”.

    Təsərrüfat sahibləri hələlik yeni doğulmuş buzovu əlavə südlə təmin edirlər.

  • Ərəb qadınlar SMS yolu ilə boşanacaq

    Səudiyyə Ərəbistanında qadınlar boşanma haqqında SMS-bildiriş yolu ilə məlumatlandırılacaq. Bundan əvvəl bir çox ərəb kişilər həyat yoldaşlarını xəbərdar etmədən boşanırdı. Habelə yanvarın 6-dan qüvvəyə minən müvafiq qanun artıq belə halların qarşısını almağa kömək olacaq.

    Bu haqda Bloomberg məlumat yayıb.

    “Qanuna boşanma zamanı qadınların bütün hüquqlarının qorunacağına zəmanət verir”, – deyə hüquqşünas Nisrin əl-Həmdi bildirib.

    Bu Vision 2030 proqramı çərçivəsində qadın hüquqlarının tədricən genişlənməsi istiqamətində atılmış növbəti addımdır, və şəxsən vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə həyata keçirilir.

    Daha əvvəl onun təşəbbüsü ilə Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsinə və idman yarışlarının keçirildiyi arenalarda tamaşaçı qismində iştirakına icazə verilib. Həmçinin son 35 ildə ilk dəfə olaraq qadınlar kinoteatrlara buraxılıb.

  • Bu şəxslər avtomobil idarə edə bilməyəcək – YENİLİK

    Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq.

    Bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.

    Sənədə əsasən, nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısının təsdiq ediləcək.

    Məsələnin həlli istiqaməti aidiyyəti qurumlarına tapşırılıb.

    Professor Adil Qeybulla Oxu.Az-a açıqlamasında bildirib ki, avtomobil idarəçiliyi çox ciddi məsələdir:

    “Psixi, nevroloji xəstəliyi olan şəxslər avtomobil idarə etmədən azad olunmalıdırlar. Bir insan şizofreniya xəstəliyindən əziyyət çəkirsə, niyə maşın sürsün? Görmə problemi olan insanlar da hazırlanacaq yeni siyahıya daxil edilməlidir. Bu cür qayda Avropa ölkələrində var”.

    Adil Qeybulla qeyd edib ki, baş verən yol-nəqliyyat hadisələrinin çoxu yüksək sürətə görə olur:

    “Bunun səbəbinin çoxu sükan arxasında olan şəxsin aqressiv olmasına görə olur. Bu cür insanlar sürücülük vəsiqəsindən məhrum edilməlidirlər”.

    Qeyd edək ki, dövlət proqramında avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılması da yer alıb.

    Belə ki, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulur.

    Proqrama əsasən, təhlükə doğurmayan bəzi yollarda sürət həddi artırılacaq, qəzaların tez-tez baş verdiyi, təhlükəli hesab olunan bəzi yollarda isə araşdırmalardan sonra sürət həddi aşağı salınacaq.

  • Прогноз погоды на завтра

    6 января в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов, утром местами возможен туман, прогнозируется изморось. Временами усиливающийся северо-западный ветер днем перейдет в юго-западный ветер.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 1-4, днем 8-11 градусов тепла, в Баку ночью ожидается 1-3, днем 8-10 градусов тепла.

    Атмосферное давление понизится с 761 мм до 755 мм ртутного столба. Ночью относительная влажность воздуха составит 70-80%, днем 55-60%.

    В районах Азербайджана преимущественно пройдет без осадков. Однако вечером в некоторых западных районах ожидается дождь, в горных территориях возможен снег. В отдельных местах скорость западного ветра временами усилится.

    Ночью температура воздуха составит от 2 градусов мороза до 3 градусов тепла, днем 7-11 градусов тепла, в горах ночью от 3 градусов мороза до 2 градусов тепла, днем 4-7 градусов тепла.