Month: January 2019

  • В Азербайджане ожидаются сильный ветер и дожди

    3 января в Баку и на Абшеронском полуострове временами ожидаются осадки, которые местами будут интенсивными.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Со второй половины 4 января до утра 5 января будет преобладать временами усиливающийся юго-западный ветер, вечером 5 января его сменит временами усиливающийся северо-западный ветер.

    В районах Азербайджана днем 4 января и 5 января в отдельных местах ожидается усиление западного ветра.

  • Bakıda avtobus qəzaya düşdü – Yaralılar var

    Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

    Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun “28 May” stansiyasının yaxınlığında baş verib.

    “BakuBus” MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu “KİA” markalı minik avtomobili ilə toqquşub.

    Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, “KİA” markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    “Bakı Nəqliyyat Agentliyi”nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, faktla bağlı araşdırma aparılır, araşdırmadan sonra qəzanın səbəbləri müəyyən ediləcək.

    Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.

    ///Unikal.org

  • “Şahdağ”da faciə – Turist öldü

    Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Qusar rayonu ərazisindəki “Şahdağ” Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

    1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

    Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.

    Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

  • Баку примет ряд международных мероприятий по гимнастике

    Федерация гимнастики Азербайджана в 2019 году проведет ряд крупномасштабных соревнований по различным видам гимнастики.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, 16-17 февраля будет дан старт Кубку мира по прыжкам на батуте. Через месяц (14-17 марта) в стране в 4 раз будет проходить Кубок мира по спортивной гимнастике. Апрель и май ознаменуются выступлениями спортсменов по художественной гимнастике. 26-28 апреля пройдет Кубок мира по этому виду, спустя неделю, 17-19 мая, – чемпионат Европы.

    24-26 мая в столице соберутся самые сильные спортсмены по аэробной гимнастике.

    20-28 июля 2019 года впервые в Баку пройдет еще одно соревнование – Европейский юношеский олимпийский фестиваль. Соревнования по спортивной гимнастике в рамках этого фестиваля пройдут в Национальной арене гимнастики.

    Последним соревнованием станет чемпионат мира по художественной гимнастике.

    Главными особенностями всех трех кубков мира, а также чемпионата мира станет то, что они будут носить лицензионный характер на Олимпийские игры 2020 года.

    Постоянные зрители соревнований по гимнастике смогут на выгодных условиях приобрести сезонный абонемент и наблюдать за всеми международными соревнованиями в Национальной арене гимнастики.

  • Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

    Bakı və Abşeron yarımadasında yanvarın 3-ü axşam saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Yanvarın 4-ü günün ikinci yarısından səhər saatlarınadək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

    Rayonlarda 4-5 yanvar tarixində qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

  • Bakıda təmir olunan yol yenidən çökdü – FOTO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Nobel prospektində bərpa olunan yolun yenidən çökməsi barədə açıqlama yayıb.

    Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Nobel prospektində çökmə baş verən kimi əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq çökmənin səbəbləri araşdırılmağa başlanılıb:

    “Aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edildi. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

    “Hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentliyimiz tərəfindən çökmüş hissə bərpa olunacaq”, – deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.



    //oxu.az

  • Bacısını telefonla danışdığı üçün öldürdü – DƏHŞƏTLİ QƏTL

    Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

    Hadisə rayonun Üçtəpə qəsəbəsində qeydə alınıb.

    1987-ci il təvəllüdlü Arzu Cəfərova qardaşı Hikmət Sadıqov tərəfindən bıçaqlanaraq öldürülüb.

    İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

    Belə ki, Arzu Cəfərova telefonda danışarkən qardaşı Hikmət ondan kiminlə danışdığını soruşub. Arzu isə telefonda kiminlə danışdığını bildirməyib. Qardaş və bacı arasında mübahisə yaranıb.

    Mübahisə nəticəsində Hikmət Arzunu qətlə yetirib.

    Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.//oxu.az

  • Ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl sikkələr keçirmək istədi – VİDEO

    Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı onun əynindəki gödəkçənin sağ və sol ciblərindən hər cibində bir ədəd olmaqla, cəmi iki ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində “10 rubl 1899”, yeddi ədəd, arxa tərəfində “10 rubl 1900”, bir ədəd, arxa tərəfində “10 rubl 1901” və iki ədəd, arxa tərəfində “10 rubl 1902” yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib.

  • Şəhid vərəsələrinə ödənilən vəsait açıqlandı

    Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) ilə bağlı 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.

    Ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.

    Eyni zamanda, dövlət başçısının qeyd olunan fərmanının icrası işləri şəffaf, vərəsələr üçün rahat müraciət prosedurunu nəzərdə tutan mexanizm üzərində qurulub. Vərəsələr yalnız notariat kontorlarına müraciət edir, aidiyyəti sənədləri təqdim edərək vərəsəlik şəhadətnaməsi alır.

    Bundan sonra notariat kontorları tərəfindən müvafiq sənədlər elektron şəkildə nazirliyin informasiya sisteminə ötürülür. Növbəlilik qaydasında sənədlərə baxılaraq qərar qəbul olunur, daha sonda ödəniş vərəsənin bank hesabına köçürülür. Bu barədə ona SMS vasitəsilə bildiriş göndərilir.

    Digər şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində yekunlaşacaq.

  • Türkiyədə azərbaycanlı damarlarını kəsib özünü eyvandan atdı – VİDEO

    Türkiyənin Yalova şəhərində 30 yaşlı azərbaycanlı intihar edib.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı H.H. qaldığı hotelin vanna otağında güzgünü sındıraraq damarlarını kəsib, ardınca eyvana çıxaraq özünü atıb.

    Ağır yaralanan H.H. qaldırıldığı xəstəxanada həyatını itirib.

    Hadisə şəhərin Cümhuriyyət prospektində yerləşən hotelin üçüncü mərtəbəsində qeydə alınıb.

    Hotelin altındakı dönərçinin qabağına düşən H.H.-yə ətrafdakı vətəndaşlar kömək etməyə çalışıb. O, Yalova Dövlət Xəstəxanasına aparılsa da, gec olub.

    Polis hadisə yerində araşdırmaya başlayıb.