Month: January 2019

  • Prezidentdən məmurlara xəbərdarlıq

    “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər”.

    Median.az xəbər verir ki, bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

    Dövlət başçısı bildirib: “Bütün dövlət məmurları – prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

  • Süni intellektdən inqilabi kəşf: Yeni bir insan növü…

    “Nature Communications” adlı elmi dərgidə tam fərqli bir araşdırma yer alıb.

    Median.az Publika-ya istinadən xəbər verir ki, süni intellekt alqoritmi sayəsində yeni bir insan növü kəşf edilib.

    Sözügedən insan növünün DNT-si bugünkü Afrikadan Asiya qitəsinə köç edən insanlara bənzərliyi ilə seçilir. Bu növ neandertal və denisovan növlərinin hibridləşmiş formasıdır.

    Araşdırmaçılar bu kəşfi hazırda Asiya qitəsində məskunlaşan insanların DNT hüceyrələrindən istifadə edərək yaradılan alqoritmi sayəsində əldə edib. Sözügedən yenilik insanlığın təkamülünün daha yaxşı öyrənilməsini təmin edəcək. Lakin eyni zamanda, arxeoloq peşəsinin “gələcəyi olmayan peşələr” siyahısına düşməsinə də səbəb olacaq.

    Neandertal növünün kökü Avropaya, denisovan növünün kökü Sibirə, Cənubi Asiya və Okeaniyaya dayanır. Bu sirli insan növünün on minlərlə il öncə Afrikadan köçən müasir Asiya irqi ilə qarşılaşması və irqlərin qarışması nəticəsində yaranması ehtimal olunur.

    Qeyd edək ki, süni intellektin inqilabi alqoritmi fərqli məməli növlərinin sinir sistemlərinə dair modelləri təyin edə bilir. Həmçinin, insanların əcdadlarının tarixi inkişafı prosesini təsvir edə bilir.

  • “Pullu”da oxuyanlar yalnız bu hallarda təqaüd ala bilirlər

    2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə tələbələrə təqaüd ödənir.

    2015-ci ildən öncə isə, yalnız dövlət hesabına (pulsuz) təhsil alan və kəsiri olmayan tələbələrə təqaüd verilirdi.

    Sərəncam qüvvəyə mindikdən sonra ödənişli (pullu) təhsil alan tələbələr də aylıq təqaüd almaq imkanı qazandılar.

    Bəs, ödənişli əsaslarla təhsil alan tələbəyə hansı hallarda təqaüd ödənir?

    Təhsil üzrə mütəxəssis Adil Vəliyev azedu.az-aaçıqlamasında bildirib ki, ixtisaslar üzrə dövlət hesabına nə qədər tələbə təhsil alırsa, ayrılan təqaüdün miqdarı da o qədər müəyyənləşdirilir:

    “Məsələn, sizin qəbul olduğunuz ixtisas üzrə ümumlikdə 15 nəfər dövlət hesabına (pulsuz) təhsil alır. Deməli, ödənişli (pullu) və ödənişsiz əsaslarla (pulsuz) təhsil almasından asılı olmayaraq 15 nəfər üçün təqaüd ayrılıb.

    Əgər dövlət hesabına oxuyan hər hansı tələbə kəsilərsə, və ya onun ortalama balı ödənişli təhsil alan tələbədən az olarsa, bu zaman kəsiri olmayan və ortalama balı yüksək olan tələbə həmin dövlət hesabına oxuyan tələbənin yerinə təqaüd alır.

    I kursun II semestrından etibarən ödənişli və ödənişsiz oxumasından asılı olmayaraq kəsiri olmayan və ortalama balı ən yüksək olan 15 (və ya x) tələbəyə təqaüd verilir”.

    Qeyd edək ki, hər bir ixtisas üzrə Azərbaycan, rus və ingilis (əgər varsa) bölmələrinin tələbələri də təqaüd uğrunda birlikdə mübarizəyə qoşulurlar. Bu o deməkdir ki, təqaüd alan 15 nəfərin hamısı eyni qrupda olmaya bilər.//qaynarinfo.az

  • В Баку разоблачена наркосеть – ФОТО/ВИДЕО

    В Хатаинском районе Баку задержаны члены преступной группы, занимающиеся незаконным оборотом и продажей наркотических средств.

    Как передает Median.az со ссылкой на пресс-службу МВД, операция была проведена сотрудниками Отдела уголовного розыска Управления полиции Хатаинского района, Отделения по борьбе с наркотиками и 37 отдела полиции.

    В ходе операции задержан житель столицы, ранее судимый Мурад Мамедов. В ходе досмотра его автомобиля было обнаружено 25, 324 грамма героина, 26 таблеток метадона и охотничье ружье без соответствующего документа. Кроме того, в ходе дополнительного осмотра в его квартире обнаружено и изъято 101, 686 граммов героина.

    В ходе операции были задержаны и другие члены преступной группы: жители Лянкярана Ялчын Гурбанов и Замиг Джавадов.

    При личном досмотре у Замига Джавадова было обнаружено 100, 840 г героина, 100 таблеток метадона, 2, 985 г опиума, а в его автомобиле 8 кг высушенной марихуаны.

    В ходе расследования установлено, что Я.Гурбанов приобрел наркотики у неизвестного гражданина Ирана и отправил их М.Мамедову через Замига Джавадова.

    По факту возбуждено уголовное дело.

  • 63 yaşlı kişini maşın vurdu – Vəziyyəti ağırdır

    Gəncədə piyadanı avtomobil vurub.

    “Qafqazinfo”nun məlumatına görə, şəhərin Cavad Xan qəsəbəsində yolu keçmək istəyən şəhər sakini, 1956-cı il təvəllüdlü Allahverdiyev Etibar Qiyas oğlunu “VAZ21011” markalı avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qaçqınkom” məcburi köçkünləri yeni evlərinə köçürtdü

    Məcburi köçkün ailələrinə dövlətin qayğısı davam etməkdədir. Bir neçə gün əvvəl daha 300 məcburi köçkün ailəsinə Qaradağ rayonunun Ümid qəsəbəsində tikilmiş yeni binalardan mənzillərin orderləri verilmişdi. Artıq həmin ailələrin köçürülməsinə başlanılıb. Məcburi köçkün ailələrinin 200-ə yaxını yeni mənzillərinə köçüb. Köçürülmə bu gün də davam edib.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, bu, dünənə qədər yaşadıqları evlər, bu isə yeni köçdükləri mənzillər.

    Bir neçə gün əvvəl Qaradağ rayonunun Ümid qəsəbəsində 300 mənzillik yeni yaşayış binalarından ev alan məcburi köçkün ailələrinin köçürülməsi davam edir. Artıq bir neçə ailə yeni mənzilinə yerləşib.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyir ki, Ümid qəsəbəsinə köçürülənlər əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir

    İbrahim Mirzəyevin sözlərinə görə, artıq şəhərcik 200-ə yaxın yeni sakinini qəbul edib. Digər məcburi köçkün ailələri də köhnə mənzillərindən yenilərinə köçməyə hazırlaşırlar

    Qeyd edək ki, qəsəbədə 220 şagird yerlik məktəb, həmçinin 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana da inşa edilib.

  • Messi mövsümün ən yaxşısı seçildi

    “Barselona”nın argentinalı hücumçusu Lionel Messi “El Mundo Deportivo” idman qəzetinin təşkil etdiyi 71-ci “Qrand qala” gecəsində 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.

    Median.az xəbər verir ki, tədbirdə “Barselona”nın prezidenti Xosep Bartomeu, eləcə də İvan Rakitiç, Samuel Umtiti, Andres İniesta, qadın futbolçulardan Klaudi Pina və basketbolçu Xuan Karlos Navarro iştirak ediblər.

    2017-2018-ci il mövsümündə “Barselona”nın heyətində növbəti dəfə İspaniya çempionu olan Leo La Liqada 34 qol vuraraq karyerasında beşinci dəfə “Qızıl buts” mükafatına layiq görülüb.

  • Хабиб Нурмагомедов дисквалифицирован за потасовку

    Чемпион Абсолютного бойцовского чемпионата (UFC) Хабиб Нурмагомедов дисквалифицирован на девять месяцев за потасовку после титульного поединка против ирландца Конора Макгрегора, сообщает ТАСС, передает Median.az со ссылкой на Gazeta.ru.

    Решение об отстранении было принято на заседании Атлетической комиссии штата Невада. Также россиянин должен будет выплатить штраф в размере $500 тыс.

    На турнире UFC 229, который прошел в Лас-Вегасе 6 октября, Нурмагомедов в четвертом раунде победил Макгрегора удушающим приемом и защитил титул чемпиона в легком весе. После боя россиянин выбежал в зрительный зал и устроил потасовку с тренером ирландца Диллоном Дэнисом. Секундант Хабиба Зубайра Тухугов и двоюродный брат бойца Абубакар Нурмагомедов в октагоне напали на Макгрегора.

  • Buraxılış və qəbul imtahanları: Bu il abituriyentlər üçün çətin olacaq

    Məlumdur ki, bu il ali məktəblərə qəbul imtahanları yeni qaydalar əsasında keçiriləcək. Burada həm imtahanın keçirilməsi formasından, həm də sualların modellərindən söhbət gedir. Bu yenilik özü belə abituriyentlərin həyəcanını artırmağa kifayət edir. Ancaq bu həyəcanı daha da artıran yeni bir məsələ ortaya çıxıb. Məsələ ondan gedir ki, humanitar fənnlər üzrə keçiriləcək imtahanların proqramı yenicə açıqlanıb. Ekspertlər deyirlər ki, burada çoxsaylı yeniliklər var. Söhbət hansı yeniliklərdən gedir və dövlət imtahan mərkəzinin bu məsələyə münasibəti nədir? Cavabı növbəti xəbərimizdə.

    Bu il buraxılış və qəbul imtahanlarında edilən bir sıra dəyişikliklər abituriyentləri çətin vəziyyətdə qoyub. Ekpertlər hesab edirlər ki, istər buraxılış imtahanı modelində sınaq imtahanının keçirilməməsi, istərsə də proqramın gec elan edilməsi abituriyentlərin bəzi mövzuları mənimsəmələrinə çətinlik yaradır.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, təhsil işçisi Elxan Nəcəfovun sözlərinə görə, builki imtahanlarda çox ciddi dəyişikliklər edildiyindən qəbul imtahanları üçün bütün fənlər üzrə proqram daha tez elan olunmalı idi. Əksər abituriyent və müəllim yeni proqramla cəmi 10 gündür tanış olduğu üçün imtahana hazırlaşmaq üçün az vaxt qalır.

    Proqramdakı dəyişikliklər əsasən humanitar fənlərlə bağlıdır. Ən çox dəyişiklik isə ədəbiyyat fənnini əhatə edir. Ekspertin sözlərinə görə, ənənəvi Ədəbiyyat proqramı ilə yenisinin yeganə üst-üstə düşən mövzuları Ədəbiyyat nəzəriyyəsinə aid hissələrdir. Yeni proqram əvvəlki qəbul proqramından 80%fərqlənir.

    Elxan Nəcəfov onu da qeyd edir ki, bu il buraxılış imtahanının sınaq versiyasının keçirilməməsi də abituriyetləri çətin vəziyyətdə qoyub.

    Dövlət İmtahan Mərkəzindən iddialara cavab olaraq bildirildi ki, qəbul proqramları abituriyentlərin imtahanlara hazırlaşmalarına yardım məqsədilə çap edilir və məktəb dərsliklərinə əsaslanır. Sınaq imtahanlarına gəldikdə isə, Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, imtahanların keçirilməsi və yoxlanılması kifayət qədər vaxt tələb edir. Hər həftəsonu mərkəz tərəfindən ayrı-ayrı imtahanlar keçirildiyindən əlavə sınaq imtahanı keçirmək mümkün olmur. Lakin onlayn qaydada abituriyentlər otk.az portalında sınaq imtahanı verə bilərlər.

  • Şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək

    Dövlət başçısının şəhid olan şəxslərlə bağlı fərmanda dəyişiklik edərək 11 min manatlıq birdəfəlik ödənişin bütün şəhidlərə aid edilməsi öncədən bu kateqoriyaya daxil edilməyən polis şəhidlərin ailələrini də sevindirib. Bunlardan biri də milli qəhrəman Sadiq Hüseynovun ailəsidir. Həyat yoldaşı Nəzakət Bəşirova bildirir ki, illər sonra şəhidə belə yüksək qiymətin verilməsi şəhid ailələrinin diqqət mərkəzində olmasının göstəricisidir.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət başçısının fərmanda etdiyi dəyişikliklə maddi yardım alacaq ailələrdən biri də şəhid polis Əfruz Cəfərovun ailəsidir. Həyat yoldaşı Natəvan Cəfərova bildirir ki, dövlətin şəhid polis ailələrinə olan diqqəti onları sevindirib.

    Qeyd edək ki, prezident İlham Əliyev dünən şəhid olan şəxslərlə bağlı fərmanda dəyişiklik edərək 11 min manatlıq birdəfəlik ödənişin bütün şəhid ailələrinə şamil edilməsini tapşırıb. Bununla da öncədən bu fərmanın əhatə dairəsinə düşməyən 461 şəhid polis ailəsi də birdəfəlik ödəniş ala biləcək.