Month: January 2019

  • ETSN: Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq

    Polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

    Onun sözlərinə görə, bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir:

    “Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik”.

    İ.İbrahimova bildirir ki, marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür:

    “Alıcılar da pulsuzdur deyə, bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Mənimlə, yəqin razılaşarsınız ki, bu torbalar qısa müddət istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır”.

    Nazirlik rəsmisi qeyd edib ki, ETSN bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb:

    “Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir.

    ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır”.

  • Prezident fərman verdi: Türkmənistanla əlaqələr genişləndirilir

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərmək tapşırılır.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Əməkdaşlıq Proqramı 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Fərmanda Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.

    Xarici İşlər Nazirliyinə tapşırılır ki, Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

    Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərmək tapşırılır.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılır.

    Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərəcək.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Saziş 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Milli Elmlər AkademiyasıNA onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılır.

    Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərəcək.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Əməkdaşlıq Proqramı 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanıb.

    Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

    Xarici İşlər Nazirliyinə tapşırılır ki, Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

  • Rusiyada maşınların texniki baxışı ləğv oluna bilər

    Rusiya Dövlət Dumasına şəxsi avtomobillər üçün texniki baxışın ləğvini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

    Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq təşəbbüslə “Ədalətli Rusiya” partiyasının deputatları çıxış ediblər.

    Qanun layihəsinin müəllifləri DİN yol hərəkəti təhlükəsizliyi elmi mərkəzinin statistik məlumatlarına əsaslanıblar. Belə ki, 2018-ci ilin ilk doqquz ayı ərzində yol-nəqliyyat hadisələrinin yalnız 3,8 faizinə avtomobillərin texniki nasazlığı səbəb olub. Qəzaların 37,1 faizi isə yol-küçə şəbəkəsinin vəziyyəti ilə bağlı olub.

    Deputatların fikrincə, mövcud sistem qəzaların sayının azalmasına xidmət etmir, yalnız sürücülərin xərclərini artırır.

  • В Сингапуре преступник выложил в интернет данные о тысячах ВИЧ-инфицированных

    В Сингапуре конфиденциальные данные более чем 14 тысяч человек, включая иностранных граждан, с диагнозом ВИЧ были похищены и выложены в интернет. Об этом, как передает Median.az со ссылкой на Gazeta.ru, сообщает “Би-би-си”.

    Отмечается, что конфиденциальная информация включала имена, адреса, ВИЧ-статус и другую медицинскую информацию.

    За утечкой данных стоит 33-летний ВИЧ-инфицированный американец Мики Фаррера Брочез, который жил в Сингапуре с 2008 по 2018 год и чьим партнером был сингапурский врач.

    Брочез был депортирован из Сингапура после отбывания 28-месячного тюремного заключения за “многочисленные мошенничества и преступления, связанные с наркотиками”. Одно из обвинений в мошенничестве было связано с собственным ВИЧ-статусом, о котором Брочез солгал.

    До 2015 года в стране действовал запрет на въезд в страну ВИЧ-инфицированных иностранцев. Скрыть свой статус Брочезу помог сингапурский врач Лер Тек Сянг, который дал свой образец крови Брочезу и тот выдал его за собственный. Через Лера американец получил доступ к реестру ВИЧ-инфицированных и скопировал из него записи.

    На данный момент полиция разыскивает Брочеза, чье местоположение неизвестно.

  • Mihayloviçin yeni klubu bəlli oldu

    “Bologna”ın yeni baş məşqçisi məlum olub.

    Median.az Goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Sinişa Mihayloviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Serbiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

    Karyerası ərzində “Milan”, “Torino”, “İnter”, “Sampdoria” kimi komandaları çalışdıran Mihayloviç, 2012-2013-cü illər aralığında Serbiya millisinə rəhbərlik edib. 49 yaşlı mütəxəssisin son iş yeri Sporting klubu olub.

    Qeyd edək ki, “Bologna” A Seriyasında 21 turdan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.

  • Nəsiminin dərisi necə soyulub? – 300 illik nadir FOTO

    İmadəddin Nəsiminin bizə gəlib çatan təsviri. Bu təsvir 1700-cü illərə aiddir, Mərkəzi Asiyada tapılıb. Təsviri 2009-cu ildə elmə təqdim edən şəxs – ilk alman nəsimişünası, türkologiya professoru Maykl Reinxard Hessdir.

    Median.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri yazıçı, filosof Ağalar Qut sosial şəbəkədə qeyd edib.

    O, Nəsiminin nadir təsvirinin fotosunu paylaşaraq, onun edamı haqda maraqlı fikirlər yazıb:

    “Şəkildə Nəsiminin edam edildiyi görülür. Hess yazır ki, dərisini soyaraq edam etmək hətta orta əsrlər ənənələrinə görə də qeyri-adi edam növü idi, görünür, belə dəhşətli ölümlə xalqın hürufiliyə get-gedə artan meyilinin qabağını almaq istəyiblər. Hessə görə, əgər təsvir həqiqəti əks etdirirsə, onda ola bilsin, Nəsimini diri-diri yox, Nəsimidən təxminən min il qabaq yaşayan, manixeizmin qurucusu Mani kimi, edam etdikdən sonra dərisini soyublar. Yeri gəlmişkən, akademik Ziya Bünyadov Nəsiminin ancaq üzünün dərisinin soyulduğunu yazır”.

  • Sürücülər yol nişanlarını tanıyırlar? – VİDEO

    Ümumiyyətlə, hər il dünyada üç milyondan çox insan yol qəzasında həyatını itirir. Statistikaya görə, hər 20 saniyədə bir insan, 30-40 saniyədən bir isə körpə uşaq yol qəzasında dünyasını dəyişir.

    Bəs bu ölümlərin səbəbləri nədir?

    Median.az
    oxu.az-a istinadən xəbər verir ki, yol qəzalarına piyadaların yolu düzgün keçməməsi, sürücülərin yol nişanlarına bələd olmaması kimi problemlər səbəb olur.

    Odur ki, biz də paytaxt sürücülərinin yol nişanları haqqında nə qədər bilgiləri olduğunu yoxlamaq üçün qısa eksperiment keçirdik.

  • Записка китайской медсестры иностранцу развеселила пользователей Сети – ФОТО

    Пользователь Reddit опубликовал записку китайской медсестры, не знавшей английского. Содержание письма умилило пользователей соцсети, при этом часть из них посчитало записку смешной, а другие же, напротив, сочли ее пугающе, передает Median.az со ссылкой на РИА Новости.

    Девушка попыталась объяснить пациенту, что ему не следует есть и пить после 10 часов вечера, поскольку в 8 утра ему предстоит операция.


    “Худшее печенье с предсказанием из всех”, – предположил один из комментаторов.

    “Еда и вода закончились, поэтому мы съедим тебя завтра в 8”, – ответил другой.

    “Вне контекста это больше выглядит как записка от кого-то, кто остался без еды и воды и хочет положить конец своим страданиям, но почему-то в строго определенное время”, – написали пользователи Reddit.

    Нашлись и те, кто посочувствовал пациенту: “Бедный парень, даже у убийц есть право на последний обед”.

  • İnternet klublardan çıxanlara qənim kəsilən “zek” həbs edildi – FOTO

    Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib, Teleqraf.com məlumat yayıb.

    Median.az xəbər verir ki, yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edib.

    O, bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu əlindən alıb.

    Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.

    Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib.

    Amma orada istəyinə nail ola bilməyən Ceyhun Sultanov Fərid Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.

    Qeyd edək ki, saxlanılan şəxs zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün Fərid Həsənovun özünə geri qaytarıb.

    Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib

    Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsi və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.//milli.az

  • Rafael Ağayevi hakimlər uduzdurub? – VİDEO – FOTO

    Xəbər verdiyimiz kimi, karate üzrə beşqat dünya, 11 qat Avropa çempionumuz, Avropa Oyunlarının və İslamiadanın ikiqat qalibi Rafael Ağayev bu ay Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer Liqa turnirinin finalında hakim haqsızlığı ilə üzləşib.

    Median.az oxu.az-a istinadən xəbər verir ki, o, finalda karatenin vətəni olan yaponiyalı Ken Nishimura ilə görüşdə hakimlər tərəfindən sıxışdırılıb.

    Belə ki, yaponiyalı karateçinin yan keçən zərbəsi xal kimi dəyərləndirilib. Əksinə, Rafael Ağayevin dəqiq zərbəsi xal kimi qiymətləndirilməyib. Bunu təqdim etdiyimiz görüntülərdə daha dəqiq görmək mümkündür.