Month: January 2019

  • Aygünlə Namiq 15 il əvvəl – VİDEO

    Xalq artisti Aygün Kazımova ilə keçmiş duet ortağı, müğənni Namiq Qaraçuxurlunun arxiv görüntüləri yayılıb.

    Hər iki məşhur 2004-cü ildə “SOY” prodakşnın 6 yaşının tamam olması ilə bağlı keçirilən çıxış ediblər.

    Görüntüləri prodakşnın rejissoru Səyavuş Hüseynli “Facebook” hesabında paylaşıb.

    Bir zamanlar duet ortağı olan Aygünlə Namiq tamaşaçıların yaddaşında “Bağlanıram”, “Sevirəm”, “Dözmədi qəlbim”, “Sevdi ürək”, “Dedi-qodu”, “Mənim deyil” və s. mahnılarla

  • За попытку грабежа в магазине задержан житель столицы

    Как сообщает Median.Az, 28-го января в магазине в поселке Бакиханова неизвестный путем грабежа пытался отобрать у гражданина мобильный телефон, но в это время был задержан находящимся в данное время там сотрудником Хатаинского районного управления охраны.

    Для дальнейшего разбирательства его доставили в 13-е отделение полиции Сабунчинского РУП, выяснилось, что задержанный житель столицы З.Керимов.

    Ведется расследование.

  • Bakıda mağazada soyğunçuluq etməyə cəhd edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazadan 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs, xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşı tərəfindən yaxalanıb.

    13-cü polis bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olması müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Минздрав сделал заявление в связи с распространением кори

    «В результате проведенных в Азербайджанской Республике широких профилактических мероприятий с 2013 года заболевание корь не зарегистрировано.

    В 2018 году в большинстве стран Европы, в том числе в граничащей с Азербайджаном Грузии произошла вспышка кори. В нашей стране случаи заболевания регистрируются с конца 2018 года, когда вирус проник в страну из соседних стран».

    Об этом говорится в заявлении, распространенном Министерством здравоохранения Азербайджана.

    «Случаи болезни имели место среди населения 20-40 лет, которые не были привиты в свое время. С целью предотвращения распространения в стране кори Министерством здравоохранения даны поручения усилить работы по полному охвату детей привитием и внимательно расследовать все случаи подозрения на корь.

    Кроме того, в ближайшее время планируется провести меры по вакцинации населения, которое по тем или иным причинам не было привито. С этой целью министерство заказало приобрести 160 тыс. доз вакцины», – сообщили в министерстве.

    В заявлении министерства также отмечается, что эпидемиологическая ситуация в связи с корью находится под контролем.

  • Nazirlikdən qızılca xəstəliyinin yayılması ilə bağlı – AÇIQLAMA

    ​Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.

    Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən, Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.

    Xəstəlik halları, əsasən, 20-40 yaşlı vaxtilə peyvənd olunmamış əhali arasında baş verib.

    Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

    Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik
    160 min doza peyvənd alınmasını sifariş verib.

    Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.

  • Bakıda VƏHŞİLİK – pişiyi diri-diri yandırdılar (VİDEO)

    Bakıda insanlığa sığmayan hadisə baş verib.

    Median.Az-in məlumatına görə, Xəzər rayonunun Mərdəkan qəsəbəsində naməlum şəxslər pişiyi diri-diri yandırıblar.

    Gördüklərindən dəhşətə gələn digər qəsəbə sakini görüntüləri Baku.ws-ə təqdim edib.

  • Bakıda gəlinlik mağazasında oğurluq anı kameraya düşdü – VİDEO

    “Laçın” ticarət mərkəzində oğurluq hadisəsi baş verib.

    Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat verib. Verilən məlumata görə, oğurluq gəlinlik mağazasında qeydə alınıb. Hadisə müşahidə kamerasına düşüb.

    Videonu redaksiyamıza göndəriblər. Bildirilir ki, oğurluq dünən səhər saatlarında qeydə alınıb.

    Videodan da göründüyü kimi gənc oğlan mağazada gəlinliklərin şəklini çəkir. Sonra baş qarışıq olan zaman kassaya yaxınlaşır. O, kassadan içərisində bank kartları olan pul kisəsini və 150 manat pulu götürür.

    Mağazanı işlədən xanım bu barədə polisə şikayət edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda gözəllik salonundan 15 min manatlıq saç oğurlandı (VİDEO)

    Pəncərəni qıraraq gözəllik salonuna girən şəxslər ordan saç və külli miqdarda pul oğurlayıblar.

    Hadisə paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsində Ramal İslamlıya məxsus gözəllik salonunda baş verib. Zərərçəkmişin sözlərinə görə, səhər saatlarında salonu açıb içəri daxil olarkən hər tərəfin dağınıq olduğunu görüblər. Dərhal seyfə baxış keçirən zərərçəkmiş külli miqdarda pulun oğurlandığını görüb.

    Hadisə yerinə ərazi üzrə 17-ci polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, cinayəti törədən şəxslər izi itirmək məqsədi ilə gözəllik salonundan çıxarkən təhlükəsizlik kameralarını və onun yaddaş kartını da sökərək özləri ilə aparıblar. Başqa maraqlı bir nüans odur ki, oğurluq edən şəxslər salonun mühafizə polisi tərəfindən qorunduğunu bildikləri üçün qapıdan daxil olmayıblar ki, ”həyacan” siqnalı işləməsin. Onlar arxa tərəfdəki pəncərədən daxil olub oğurluq etdikdən sonra ordan da çıxıblar.

    Nərimanov rayon 17-ci polis şöbəsindən bildirildi ki, hadisə ilə əlaqədar əməliyyat qrupu yaradılaraq axtarış aparılır. Fakta görə rayon polis idarəsində cinayət işi başlanıb.

  • В Гейгеле обнаружено растерзанное дикими животными тело мужчины

    В Гейгельском районе на территории села Надил обнаружено растерзанное дикими животными тело мужчины.

    Как передает Median.Az со ссылкой на Report, тело было передано на медэкспертизу.

    В результате расследования было установлено, что это Замеддин Мисир оглу Зейналов 1963 г.р.

    По словам близких, мужчина пропал без вести неделю назад.

    Обстоятельства происшествия выясняются.

    Факт расследуется Гейгельской районной прокуратурой.

  • Bakıda faciə — Gözəlik salonundan toya gedən gəlin yolda öldü

    Toy günü gəlinin ölümünə səbəb olan sürücü azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Yusibov Teymur Rəsul oğlunun məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.

    İttiham aktılna görə, yol-nəqliyyat hadisəsi 2015-ci il iyun ayında baş verib. Zirə qəsəbəsində 29 yaşlı Sail Bədərlinin idarə etdiyi “Hyundai” markalı avtomobil Teymur Yusifovun idarə etdiyi “VAZ” markalı maşınla toqquşub. Qəza zamanı zərbənin təsirində “Hyundai” markalı maşın aşıb.

    Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.

    Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza onlar salondan qayıdarkən baş verib.

    Onu da qeyd edək ki, Teymur Yusifov hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə edib.

    Bakə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Teymur Yusifov 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.