Month: January 2019

  • Ünvanlı sosial yardımla bağlı – MÜHÜM YENİLİK

    Bu gündən sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

    Bildirilib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl addımlar atılır.

    Belə ki, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də bu gündən etibarən ünvanlı dövlət sosial yardımın (ÜDSY) alınması üçün müraciət edə bilərlər. ÜDSY üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə (SUN) dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.

    Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət prosedurunun sadələşdirilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.

    Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ÜDSY üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.

  • Bakıda müəllimi fotolarla şantaj edən şəxs məhkəməyə müraciət etdi

    Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

    Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra onların apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilmələrini istəyiblər.

    Proses fevralın 11-də davam edəcək.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Zalov beş il müddətinə azadlıqdan məhrum edilib.

    Digər təqsirləndirilən Səkinə Hümbətovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb.

    İttihama görə, ötən ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 5100 manat alıb.

    Martın 12-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu gəlmək) maddələri ilə ittiham elan edilib.

    Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir.//oxu.az

  • Nazir sahibkarları yeni iş yerləri açmağa çağırdı

    Bu gün sahibkarlar hökumətin iqtisadi qanadını təşkil edən nazirlərin hamısının birlikdə təmsil olunduğu tədbirdə onları narahat edən məsələləri danışmaq imkanı qazanıblar. Bu dəfə müzakirə media nümayəndələrinin iştirakı ilə davam edib.

    Bu “Regionların 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda baş tutub.

    Sözü iqtisadiyyat naziri Şahin Mustafayev açıb və bildirib ki, davamlı islahatlar nəticəsində müasir iqtisadi tələblərə uyğunluq, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılıb. Nazirin sözlərinə görə, ötən il regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb.

    Kənd təsərrüfatının subsidiyalaşdırılması yoxlamaların 2021-ci ilə qədər dayandırılması, dövlət satınalmalarında yerli məhsullara güzəştlərin verilməsi və vergi güzəştlərinin tətbiq edilməsi mühüm tədbirlərdən biridir. Sahibkarları sənaye parklarında çalışmağa çağıran nazir investisiya təşviqi sənədi əsasında xüsusən regionların inkişaf edəcəyini, yeni iş yerlərinin açılacağını vurğulayıb.

    16 min sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib.
    //oxu.az

  • Раскрыта крупная кража из офиса, совершенная 5 лет назад

    Как сообщает Median.Az, cотрудники 40-го отделения полиции Бинагадинского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы Ч.Имамалиева, который в 2014-м году украл из офиса ОАО сейф, внутри которого находилось 130.692 маната и 2.270 долларов.

    По факту ведется следствие.

  • Bakıda 5 il əvvəl ofisdən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildə MMC-lərdən birindən, icərisində 2.270 dollar və 130.692 manat olan seyfi oğurlayan Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılıb.

    Faktla bağlı istintaq aparılır.

  • В Азербайджане высота сугробов достигла 32 сантиметров – ФАКТИЧЕСКАЯ ПОГОДА

    Обнародована фактическая погода в Азербайджане, наблюдаемая с полудня 28 по утренние часы 29 января.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, с полудня 28 января по утренние часы 29 января на территории страны наблюдались нестабильные погодные условия, временами шел дождь, в горных и предгорных территориях – снег.

    Количество выпавших осадков в Лянкяран-Астаринской зоне составило 2-38 мм, в Центрально-низменных районах – 2-14 мм, в Нахчыванской АР – 5-21 мм, в Баку и на Абшеронском полуострове – 5-9 мм, на Большом Кавказе -1-4 мм, в Газах-Гянджинской зоне – 0-4 мм, на Малом Кавказе – 2-4 мм.

    Высота снежного покрова в Агдере составила 32 см, Шахлаге – 8 см, Грызе – 5 см, Хыналыге – 4 см, Сарыбаше, Дашкесане – 2 см.

    Западный ветер в некоторых местах составил 15-20 м/с, временами – 25 м/с.

  • Səhv diaqnoza görə ayaqları tutulan meyxanaçı: “Çürümə ola bilər” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin komandası meyxanaçı İntiqam Rüstəmovu xəstəxanada ziyarət edib.

    Həkiminin verdiyi məlumata görə, meyxanaçı gecə saatlarında ambulansla hospitala ayaqları tamamilə tutulmuş halda gətirilib. Səhhətindəki ani problemə səbəb isə səhv diaqnoz qoyulması olub.

    Səhhəti ilə bağlı son durumu meyxanaçı özü danışıb:

    “Ayaqlarım əsəblə əlaqədar tutulmuşdu, indi şükür Allaha açılıb. Ayaq damarlarım dartılırdı, tərpənə bilmirdim. Sinir elə sıxılıb ki, çox böyükdür, çürümə ilə nəticələnə bilər. Rusiyada tədbirə getməli idim, bileti də qaytardım, Ehtiram isə orada idi, gəlmək istəyirdi, qoymadım. Dostlar hamı zəng etdi, Rəvan Qarayev, Namiq Məna və çox dostlar gəldi”.

  • Rayonlara qar yağıb

    Yanvarın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

    Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi-Aran rayonlarında 2-14, Naxçıvan MR-da 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə zonasında 0-4, Kiçik Qafqazda 2-4 mm olub.

    Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib.

    Qərb küləyi ayrı-ayrı yerlərdə 15-20 m/s olub, arabir 25 m/s-dək güclənib.

  • Bakıda bu məktəbin müəllimləri 5 gündür evlərinə gedə bilmir

    Bakı şəhəri Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin müəllimlərinin adada əsir kimi qalmaları barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən təhsil ocağının müəllimləri ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmirlər.

    Məsələ ilə bağlı Pirallahı rayonu Çilov adası 131 nömrəli tam orta məktəbdən verilən məlumatda bildirilir:

    “Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin gediş-gəlişi gəmi ilə həyata keçirildiyinə görə, bəzən hava şəraiti ilə əlaqədar işçilərin təhlükəsizliyi nəzərə alınaraq şəhərlə nəqliyyat əlaqəsində ləngimələr ola bilir. Bu dəfə də şəhərdə yaşayan bir neçə müəllimin hava şəraiti ilə bağlı evlərinə getməsi ləngiyib. Ən qısa zamanda hava şəraiti gəmilərin hərəkətinə imkan verən kimi, onların evə getməsi mümkün olacaq.

    Qeyd edək ki, müəllimlərin gediş-gəlişi məsələsində hava şəraiti ilə bağlı ləngimələr olmasa, heç vaxt digər çətinlik yaranmayıb. Çilov adasında yerləşən “28 May” NQÇİ-nin rəhbərliyi həmişə müəllimlərin gediş-gəlişi üçün yaxından köməklik göstərir”.

    Xatırladaq ki, Rasim İbrahimov adına 131 nömrəli tam orta məktəb Bakı şəhəri Pirallahı rayonu Çilov adasında yerləşir. Məktəb 1951-ci ildən fəaliyyət göstərir. Məktəbdə hazırda 80 şagirdin təlim-tərbiyəsi ilə 22 pedaqoji işçi məşğul olur. Məktəbin binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “28 May” NQÇİ-nin balansındadır. Məktəb 2007-ci ildə əsaslı təmir olunmuş və müvafiq avadanlıqlar verilib.

  • Dövlət ağır vəziyyətdə yaşayan ailələrə ev verdi (FOTO)

    Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilimiş 300 ailəlik yeni yaşayış binaları artıq ilk sakinlərini qəbul edib.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, burada, ilk növbədə, həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Belə ki, Qaradağ rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keşmiş avtobazanın inzabati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin nzibati binasında və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış 188 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Ümid qəsəbəsinə köçürülənlər, əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir. Yeni mənzillərə köçürülmə davam edir.

    Xatırladaq ki, Umid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.