Month: January 2019

  • Paytaxtda ikimərtəbəli evdə yanğın olub

    Bakının Xəzər rayonunda ikimərtəbəli evdə yanğın olub.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda 154 alman şirkəti qeydiyyatdan keçib

    İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Nazirlikdən verilən məlumata görə, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, yüksək səviyyəli səfərlərin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

    Ş.Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Almaniya arasında indiyədək ölkələrimiz arasında 70-dən çox sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.

    Nazir iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 61 faizdən çox artdığını qeyd edib.

    Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 mln. dollar, Azərbaycan tərəfindən isə Almaniyaya 124 mln. dollar investisya yatırılıb. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran nazir Şahin Mustafayev vurğulayıb ki, Dünya Bankının açıqladığı “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

    Ş.Mustafayev İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək 379 sahibkar və menecerin Almaniyada ixtisasartırma kursu keçdiyini, 2019-cu ilin martında daha 16 sahibkar və menecerin Almaniyada təcrübə keçəcəklərini bildirib. Qeyd edilib ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzində Almaniya təcrübəsindən istifadə olunacaq.

    İqtisadiyyat naziri ölkələrimiz arasında energetika, sənaye, kənd təsərrüfatı, İKT, nəqliyyat, kiçik və orta sahibkarlıq, tullantıların emalı, investisiya, ticarət, turizm, təhsil, əczaçılıq, və s. sahələrdə əməkdaşlığın inkişafı imkanlarını vurğulayıb.

    T.Barays Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qruplarının rolunu qeyd edib.

    Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin Azərbaycanın sənaye parklarında, dövlət proqramları çərçivəsində həyata keçirilən layihələrdə Almaniya şirkətlərinin iştirakı, kiçik və otra biznesin inkişafı, Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzində işləyəcək mütəxəssislərin Almaniyada ixtisasartırma kurslarına cəlb edilməsi və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.//milli.az

  • Kişilər həyat yoldaşının işləməyindən niyə qorxurlar? – VİDEO – FOTO

    Qadın evdə oturmalı, evini yığışdırmalı, ərinə, uşaqlarına qulluq etməlidir düşüncəsi get-gedə köhnəlir. Artıq onlar həyatlarını dörd divar arasında, məişət qayğıları ilə məhdudlaşdırmaq istəmirlər.

    Median.Az bildirir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    Sakin: “Hər ailə eyni deyil axı, ailə var ki, əksinə deyir get iş tap, işlə”.

    Sakin: “İş yoxdur, xanımlar ona görə işləmir”.

    Sakin: “Bir-iki il ola bilər ki, ailəsinə qulluq etsin. Mən işləyən qadınam hər şeyi də çatdırıram”.

    Vəfa Əkbər – psixoloq: “Təəssüf ki, hələ də bəzi kişilər o fikirdədirlər ki, qadın isti ocağının başında, uşaqlarının yanında olmalı, evin bütün işlərini məhz qadın görməlidir. Xanımların özlərinə karyera qurmasına, iqtisadi müstəqillik əldə etməsinə münasibət birmənalı deyil”.

    Zemfira Ağayeva – Sahibkar Qadınlar İctimai Birliyinin sədri: “Bilir ki, bunun həyat yoldaşı potensiallı qadındır, işləsə, daha seçilmiş qadınlardan biri ola bilər. Bunu bəzən kişilər qısqanclıqla qəbul edir, onun işləməsinə maneçilik törədir”.

    Bir çox səbəblər var ki, ailə qadınların təhsil almasına baxmayaraq evdə oturmağa məcbur qoyur. Kimisi qısqanclıq səbəbi ilə bunu edirsə, bir çoxları da cəmiyyətdə işləyən qadına münasibətin birmənalı olmamasını əsas gətirərək həyat yoldaşını iş həyatından məhrum edir.

    Əhməd Mansurov – sosioloq: “Cəmiyyətdə özünü göstərməsi üçün münasib şərait yaradılmır. Həm iş yerlərində, həm karyera mərkəzlərində zorakılıqla üzləşən, karyerasında uğur əldə etməyə çalışan ailə tərəfindən, yaxud da cəmiyyət tərəfindən qarşısı alınan qadınlara dəstək göstərilməməsi ilə bağlıdır”.

    Bəzən “ailə qurum bir-iki uşaq dünyaya gətirəndən sonra işləyəcəm” desələr də bu hal çox zaman gözlənilən sonluğa gətirmir. Çünki illərlə istifadəsiz qalan diplom, iş təcrübəsi hər növbəti ildə daha da yararsız olur.

    Zemfira Ağayeva – Sahibkar Qadınlar İctimai Birliyinin sədri: “4 il, 5 il, bəlkə də 10 il sonra o insan diplomun orda qalmasına heyifslənərək işlə təmin olunmaq, işləmək istəyir. Onda da onun təcrübəsi azalır və öz seçdiyi ixtisasına da kənardan baxası olur”.

    Məşhur fraqmentdə deyildiyi kimi “Qadın böyük qüvvədir”. Bəzi kişilər də bu “böyük qüvvə”nin iş həyatı qurarsa, daha da böyüyüb, onları üstələyəcəyindən qorxur.

    Vəfa Əkbər – psixoloq: “Bir insan, həqiqətən, özünə güvənirsə, özündən əmindirsə, o insan kimisə idarə altında saxlamaq istəyi olmayacaq. O, əksinə dəstək olmağa çalışacaq. Dəstək olan insan da ağıllı insandır, müdrik insandır”.

    Sevindiricidir ki, son illər ölkəmizdə qadınların məşğulluğu, rəhbər vəzifələrdə çalışması istiqamətində müsbət dəyişikliklər hiss olunur. Yaxın keçmişdə təəccüblü görünən işgüzar qadın anlayışı da get-gedə adiləşir. Amma ailəsi ilə birgə iş həyatını da davam etdirmək fürsəti hər xanıma verilməlidir.

  • Emin Ağalarovdan narkotik və alkoqolizmdən əziyyət çəkənlərə böyük dəstək

    Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiya Milli Antinarkotik Birliyində (MAB) mini konsert proqramı ilə çıxış edib. Artist burada narkomaniya və alkoqolizmdən əziyyət çəkən insanlarla ünsiyyət qurub.

    Müğənni bu görüşlə bağlı videoçarxı “Instagram” sosial şəbəkəsində paylaşıb: “İşdən sonra bu qışın əsas tədbirlərindən birinə – MAB Beynəlxalq antinarkotik düşərgəsindəki konsertə getməli oldum. Mən Nikita Luşnikovun rəhbərliyi ilə bütün ölkə üzrə çox ciddi bir problemlə məşğul olan və ən əsası, bu problemin öhdəsindən əla gələn uşaqlarla tanış olmuşam”.

    “Mən, tamamilə normal həyata qayıtmağı bacaran 700 qəhrəmanla görüşmüşəm. Onların bir çoxu hazırda analoji asılılıq problemindən əziyyət çəkən digər insanlara kömək edir” – Ağalarov bildirib.

    Qeyd edək ki, Milli Antinarkotik Birliyi narkomaniya və alkoqolizmdən müalicə edən reabilitasiya mərkəzlərini birləşdirir. Onların məqsədi bu bəlaya mübtəla olan hər kəsin asılılığını aradan qaldırmaqdır.

    Emin Ağalarov “World Music Awards”, “Azərbaycandan olan ən yaxşı ifaçı”, “Qızıl qrammafon”, “MUZ-TV Mükafatı” və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilis dilli albom, “Warner Music” və “Sony ATV Music Publishing” kimi aparıcı şirkətlərlə müqavilə də var. Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

  • В Азербайджане офицеров запаса будут готовить по новой программе

    В Азербайджане внесены изменения в военную подготовку студентов гражданских высших учебных заведений по программе офицеров запаса.

    Соответствующие решение, как передает Median.Az со ссылкой на Trend, подписал премьер-министр Новруз Мамедов.

    Согласно решению, отменена первая часть (военная подготовка студентов гражданских высших учебных заведений по программе офицеров запаса осуществляется в целях подготовки офицеров запаса для Вооруженных сил Азербайджана) решения Кабинета министров от 27 февраля 1999 года “Об утверждении положения о военной подготовке студентов гражданских высших учебных заведений по программе офицеров запаса”.

  • Azərbaycan paralimpiya hərəkatının tarixində bir ilk – FOTO

    Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılar qış idman növü üzrə beynəlxalq yarışa qatılırlar.

    Median.Az xəbər verir ki, Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq Qış idman
    növü üzrə Paralimpiya Milli Komandasının idmançıları Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snovbord) Asiya Çempionatında iştirak etmək üçün yanvarın 31-də İran İslam Respublikasının Tehran şəhərinə yola düşüblər.

    Yarışlar 31 yanvar – 07 fevral 2019-ci il tarixlərində keçiriləcək. Bu münasibətlə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançıları qəbul edərək, onların hazırlıq vəziyyəti ilə maraqlanıb və ilk beynəlxalq yarışda iştirak etmələrini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

    İdmançılarımız yarışa hazırlıq məqsədi ilə 14-25 Yanvar 2019-ci il tarixlərində “Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində təlim məşq toplantısı keçiblər.

    Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində “Şahdağ Turizm Mərkəzi” QSC və Dağ Xizək federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılıb. Komanda üzvləri 31 oktyabr – 13 noyabr tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilmiş birinci təlim məşq toplantısında iştirak ediblər.

  • “Çətinliklə öldürdüm” – Çaqqal çobanın barmağını qopardı – VİDEO – FOTO

    Hacıqabul sakini qoyun otaran zaman Çaqqal hücumuna məruz qalıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Ağacanlı kəndi ərazisində baş verib.

    Kənd sakini Mətləb Mirzəyev səhər saatlarında heyvanlarını örüş sahəsinə ötürüb geri qayıdarkən çaqqal ona hücum edib. Mirzəyev üzərinə atılan yırtıcını kənarlaşdırmaq istəyərkən vəhşi heyvan onun diz nahiyəsini və barmaqlarını dişləyib.

    Nəticədə kişinin sol əl barmağının uc hissəsi qopub. Özünü itirməyən Mətləb Mirzəyev çaqqalı öldürüb. Xəstəxanaya gedən şəxsə quduzluğa qarşı vaksin vurulub. Qoparılan barmaq yerinə bərpa olunub.

    Mətləb Mirzəyev – Zərərçəkən: “Sağ əlimin barmağının birini qoparıb apardı. Çətinliklə öldürdüm. Müqavimət göstərməsəydim, daha böyük xəsarət ola bilərdi”.

  • США накрыли аномальные морозы: есть жертвы ФОТО

    Сильнейшие морозы обрушились на значительную часть территории США. Наиболее низкие температуры отмечаются на Среднем Западе, где столбики термометров опустились до минус 30 градусов Цельсия, пишет Русская служба BBC.

    Сильнее всего от непогоды пострадали штаты Северная Дакота, Висконсин, Айова, Миннесота, Мичиган и Иллинойс. В Чикаго температура воздуха достигла рекордно низкой отметки в 33 градуса ниже нуля, в Северной Дакоте зафиксирован мороз в 37 градусов.

    Во многих американских городах закрыты школы, госучреждения и музеи. Общественный транспорт работает с перебоями. По последним данным, из-за морозов погибли уже как минимум восемь человек.

    Крупнейшие авиакомпании США отменили около 1,8 тысяч рейсов на Среднем Западе из-за холодов. Во вторник компания United Continental отменила около 80% рейсов из аэропорта О’Хара в Чикаго.


  • Bakıda narkotik satan və alan tutuldu

    Heroinlə saxlanılan şəxsin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

    Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.İsakov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin götürülüb.

    Araşdırma aparılır.//milli.az

  • Azərbaycanda “Beyin mərkəzləri” şəbəkəsi yaradılır – FOTOLAR

    Vətəndaş cəmiyyəti təmsilçilərinin bu istiqamətdə irəli sürdükləri təşəbbüs müsbət qarşılanıb.

    Median.Az xəbər verir ki, bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi ABŞ-ın Pensilvaniya Universitetinin Menecment və Beynəlxalq Araşdırmalar üzrə Lauder İnstitutunun “Beyin Mərkəzləri (Think Tanks) və Vətəndaş Cəmiyyətləri” proqramının 200-dək ölkədə paralel olaraq keçiriləcək “Araşdırmalar mərkəzləri niyə vacibidir? (Why Think Tanks Matter)” mövzusunda vətəndaş cəmiyyəti təsisatları üçün dəyirmi masa keçirib.

    Tədbirdə Azərbaycanda fəaliyyət göstərən araşdırma yönümlü vətəndaş cəmiyyəti təsisatlarının 20-dək seçilmiş nümayəndəsi iştirak edib. Dəyirmi masada “beyin mərkəzləri” (think tanks) adlanan təsisatların müasir dövrümüzdə əhəmiyyəti və əsas funksiyaları barədə məlumat verilib və Azərbaycanda bu yönümlü təşkilatların mövcud vəziyyəti, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

    İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı araşdırma mərkəzlərinin yaranma tarixi, məqsəd və funksiyaları, eləcə də Azərbaycan Ombudsman təsisatının araşdırma və təhlil yönümlü fəaliyyəti barədə iştirakçılara məlumat verib.

    Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli öz çıxışında qeyd edib ki, hazırda Azərbaycanda iqtisadi, sosial, hüquq sistemi, dövlət idarəçiliyi və digər sahələrdə aparılan islahatlar ölkədə mövcud olan araşdırma mərkəzlərinin təhlil və təkliflərinə, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərməsinə, bu cür qurumlar arasında informasiya mübadiləsinə ehtiyac yaradıb.

    Tədbirdə həmçinin “Araşdırma Mərkəzləri (Think Tanks) və Vətəndaş Cəmiyyəti” proqramı tərəfindən hər il hazırlanan dünya beyin mərkəzlərinin illik qlobal reytinq cədvəli (Global Think Tank İndex 2018) barədə məlumat verilib.

    Azərbaycan Respublikası Prezident Administrasiyasının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Almaniya Texniki Əməkdaşlıq (GİZ) təşkilatının və QHT-lərə Dövlət Dəstək Şurasının, o cümlədən fəaliyyətində araşdırma istiqamətinə xüsusi önəm verən QHT nümayəndələri, elmi tədqiqatlar və praktik araşdırmalarla məşğul olan ekspertlər, Ramil Məmmədli, Zaur İbrahimov, Sübhan Talibov, Elmari Məmişov, İsmayıl Kərimov və Kəmalə Aşumova müzakirələrdə iştirak ediblər.

    Tədbirdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin göstərdiyi təşəbbüsün davamı olaraq beyin mərkəzlərinin əlaqələndirmə sisteminin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bundan başqa ekspertlər barədə onlayn məlumat bazasının yaradılması, periodik olaraq beyin mərkəzlərinin iştirakı ilə kommunikasiyanın qurulması və informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə Şəbəkənin yaradılması məqsədəuyğun hesab edilib.