Paytaxtda ikimərtəbəli evdə yanğın olub

Bakının Xəzər rayonunda ikimərtəbəli evdə yanğın olub.

Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.