Month: January 2019

  • Ağdaşda naməlum avtomobil yaşlı kişini öldürüb, qaçıb


    Median.Az
    xəbər verir ki, yanvarın 26-i gecə saat 1 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 65-70 yaşlı kişi vurulub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  • Минздрав Азербайджана проверил аптеки

    Отдел по работе с фармацевтическими субъектами Центра аналитической экспертизы Министерства здравоохранения Азербайджана в минувшем году провел проверку в 21 аптеке.

    Как передаёт Median.Az, об этом Trend сообщили в центре.

    Проверки были проведены по письмам, поступившим от физических, юридических лиц и государственных органов.

    Только во второй половине прошлого года проверки прошли в семи аптеках.

    В проверках, проведенных в некоторых фармацевтических учреждениях, в качестве специалистов участвовали сотрудники Службы государственной безопасности, Главного управления по борьбе с организованной преступностью при генеральном прокуроре, Генеральной прокуратуры и Агентства пищевой безопасности.

  • Stomatoloji kabinetlər və klinikalar HİV və “Hepatit” yayır?

    Elə bir insan tapılmaz ki, həyatında bir dəfə olsun stomatoloqa müraciət etməsin. Son vaxtlar diş həkimlərinin istifadə etdiyi alətlərin dezinfeksiyası və sterilizasiyası məsələsi geniş müzakirə olunur.

    “Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, VİÇ və “Hepatit C” xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında birinci yerdə stomatoloji xidmətlər göstərillib. Bu gün Azərbaycanda həkim və ya biznesmen olan istənilən şəxs müvafiq lisenziya alıb, stomatoloji mərkəz aça bilər. Hal-hazırda ölkəmizdə göstərilən stomatoloji xidmətlər beynəlxalq standartlara cavab vermir”.

    Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Məlahət İbrahimqızı danışıb.

    Xanım millət vəkili parlamentin yaz sessiyasında bu məsələ ilə əlaqədar dinləmə keçirməyi təklif edib.

    “Bu məqsədlə bir sıra ölkələrin qanunlarından nümunələr toplamışam. Stomatoloqlar da bu məsələnin Milli Məclisin iclasının gündəminə salınmasını istəyirlər”.

    Milli Məclisin deputatı Musa Quliyev isə Azərbaycanda stomatoloji kabinetlərin HİV və “Hepatit” virusuna yoluxma hallarının bir hissəsinə cavab verdiyinə dair heç bir sübutun olmadığını hesab edir.

    “Stomatoloji klinika və kabinetlərin fəaliyyəti onlara müvafiq lisenziya verən dövlət orqanları tərəfindən tənzimlənir. Komitədə qaldırılan məsələ Azərbaycanın səhiyyə sistemində stomatoloji yardım seqmentinin ümumi vəziyyətinin qiymətləndirilməsi məqsədini daşıyır.

    Düşünürəm ki, Azərbaycan stomatoloji xidmətlərin fəaliyyətinin nizamlanması haqqında qanun qəbul edəcəyik. Biz artıq bu mövzunu Səhiyyə komitəsində müzakirə etmişik. Bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyi araşdıracağıq, bundan sonra, yəqin ki, müvafiq qanunverici akt qəbul edəcəyik. Qanun ya stomatoloji kabinetlərin fəaliyyətinin tənzimlənməsi, ya da əhaliyə stomatoloji xidmətlərin göstərilməsinə aid olacaq.

    Ancaq bu, o anlama gəlməməlidir ki, qanun qəbul olunan kimi yerli stomatoloji kabinetlər bağlanmağa başlayacaq. Statistik məlumatlara əsasən, dünyada bütün stomatoloji kabinet və klinikaların 80 faizi özəl səhiyyə sektoruna aiddir”, – deyə M.Quliyev fikrini tamamlayıb.

    Həkim stomatoloq İsmayıl İsmayılov isə düşünür ki, stomatoloji klinikalarda alətlərin mütəmadi şəkildə sterilizasiyası və dezinfeksiya işlərinə nəzarət edəcək orqanı yaratmaq mümkün deyil.

    “İstənilən ciddi stomatoloji klinika alətlərin sterilizasiyasına məsuliyyətlə yanaşır. Ən azından ona görə ki, tibbi personalın da sağlamlığı bu alətlərin nə dərəcədə steril olmasından asıldır.

    Bir neçə il əvvəl stomatoloji klinikanın açılması üçün lisenziya almaq faktiki olaraq mümkün deyildi. Bunun üçün külli miqdarda sənəd tələb olunurdu. Ancaq prezidentin tibbi klinikalara lisenziyaların verilməsi ilə bağlı mexanizmin sadələşdirilməsi haqqında fərman verməsindən sonra bu səlahiyyətlər “ASAN xidmət”ə ötürülüb. Ona görə bu gün lisenziyanı almaq daha asan olub.

    Hesab edirəm ki, stomatoloji klinikalar və kabinetlər üzərində nəzarəti gücləndirməyə dəyməz. Çünki onlarla bağlı hər şey qaydasındadır. Bunun əvəzinə alətlərin sterilizasiyası üçün faktiki olaraq heç bir aparatları olmayan bərbərxanalar, tatu salonları və digər obyektlərə diqqət ayırmaq lazımdır. Sizi əmin edirəm ki, bu gün stomatoloji klinika və kabinetlərdə yoxlama keçirsək, ölkənin stomatoloji müəssisələrinin 99,9 faizinin sterilizasiya üzrə kliniki protokola əməl etdiyinin şahidi olacağıq.

    Eyni sözləri gözəllik salonları və tatu studiyalarına şamil etmək olmaz. Yeri gəlmişkən, sterilizasiya təkcə xüsusi avtoklavlarların olması ilə bitmir, sterilizasiyada alətlərə tətbiq olunan xüsusi kimyəvi maddələrin tərkibi böyük əhəmiyyət kəsb edir”, – deyə İ.İsmayılov bildirib.
    //Media.az

  • Elman Rüstəmov 2019-cu ildə pul siyasətinin əsas hədəfini açıqladı

    Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qurumun İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında qarşıda duran başlıca vəzifələrə diqqəti çəkib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, sədr bildirib ki, prezidentin irəli sürdüyü inkişaf strategiyasına, eləcə də, AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir.

    Bu məqsədlə qurum öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək.

    Sədrin sözlərinə görə, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq AMB özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

    2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin AMB-nin səlahiyyətləri çərçivəsində qorunması olacaq. Buna nail olmaq üçün AMB-nin sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə ediləcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcər.

    Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.

    Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

    E.Rüstəmov onu da vurğulayıb ki, “2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə prezidentinin 22 dekabr 2018-ci il tarixli fərmanına uyğun olaraq AMB inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək. Qurum uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək.

    Sədr qeyd edib ki, pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq AMB nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

    Prezidentin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın üç ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcək.

    AMB-nin vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2019-cu ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.

    E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Prezidentin irəli sürdüyü inkişaf vəzifələrindən, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən, eləcə də, AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında qurumda strateji planlaşdırmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını diqqətə çatdırıb.

  • Зрителей шокировали отвратительные факты из фильма о Майкле Джексоне

    На фестивале «Санденс» состоялась премьера документальной ленты «Покидая Нетландию» (Leaving Neverland) о Майкле Джексоне, в которой рассказываются истории о педофилии и насилии музыканта над детьми.

    Как передает Median.Az со ссылкой на The Sun , зрители были шокированы фильмом.
    Четырехчасовая картина раскрывает показания двух предполагаемых жертв Джексона — Уэйда Робсона и Джеймса Сэйфчака, которым сейчас около 30 лет. Они рассказали о насилии, пережитом в особняке музыканта, который тот называл «Нетландия».

    Отмечается, что кадры, показанные в фильме, шокировали публику. Критики назвали ленту хоррором. Джефф Уэллс, автор портала Hollywood Elsewhere, поведал, что в «Покидая Нетландию» в красках описывается то, как два мальчика стали «специальными друзьями» Джексона в то время, как их родители потакали происходящему.

    «Вы бы видели лица зрителей, когда начался антракт. Они выглядели так, будто их мутит, смотрели с отвращением, пытаясь скрыть это», — отметил он, добавив, что благодаря этому фильму защитники Джексона больше не посмеют поддерживать его.

    Хореограф Уэйд Робсон в 2016 году обвинял принадлежавшие Джексону компании MJJ Productions и MJJ Ventures в потворстве педофилии. По его словам, фирмы «совершали самые изощренные операции в области сексуального насилия над малолетними, какие только можно себе представить».

  • Прогноз погоды на завтра

    В Баку и на Абшеронском полуострове завтра ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов, ночью и утром в некоторых местах будет туман. Подует переменчивый юго-западный ветер.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 4-6, днем 8-12 градусов тепла, в Баку ночью ожидается 4-6, днем 10-12 градусов тепла.

    Атмосферное давление понизится с 762 мм до 757 мм ртутного столба. Ночью относительная влажность составит 70-80%, днем 50-55%.

    Синоптики предупреждают, что в Баку и на Абшеронском полуострове 27 января ожидается усиление юго-западного ветра до 15-18 м/с, временами до 20-25 м/с, 28 января со второй половины дня до вечера 29 января скорость северо-западного ветра составит 15-20 м/с, временами 23-28 м/с.

    В районах Азербайджана преимущественно пройдет без осадков, местами будет туман. Западный ветер днем местами усилится.

    Температура воздуха ночью составит от 1 градуса мороза до 4 градусов тепла, днем 9-14 градусов тепла, в горах ночью ожидается от 2 градусов мороза до 3 градусов тепла, днем 6-10 градусов тепла.

    Министерство предупреждает, что 27-29 января в некоторых районах скорость западного ветра временами составит 9-14 м/с, в некоторых районах Куринской долины – 23-28 м/с.
    Днем 28 января и 29 января в некоторых районах временами ожидаются осадки, в отдельных местах ожидаются интенсивные осадки.

  • Sinoptiklərdən hava xəbərdarlığı

    Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.

    Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək.

    Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti təşkil edəcək.

    Sinoptiklər xəbərdarlıq edir ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Eləcə də yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

  • В поселке Маштага автобус сбил пешехода

    Как сообщает Median.Az, 20-го января в поселке Маштага автобус марки “Daewoo”, управляемый жителем столицы Магеррам Маиловым сбил жителя столицы Равиля Алиева.

    Потерпевший был помещен в клиническую больницу №3, где скончался 25-го января.

    В Сабунчинском РУП по факту ведется расследование.

  • Maştağada avtobus piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, yanvarın 20-də Maştağa qəsəbəsində, Bakı şəhər sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Ravil Əliyevi vurub.

    3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmiş R.Əliyev ayın 25-də orada ölüb.

    Sabunçu RPİ-də faktla bağlı araşdırmalar aparılır.

  • В поселке Гарачухур обнаржены оружие и боеприпасы

    Как сообщает Median.Az, сотрудники Сураханского РУП на основании полученной оперативной информации на территории поселка Гарачухур обнаружили пистолет марки “Макаров”, две ручные гранаты “Ф-1”, два запала и 7 патронов.

    По факту ведется расследование.