Month: January 2019

  • Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 20-yə çatdı

    Gürcüstanın Zuqdidi şəhərində “donuz qripi” adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb.

    Median.az xəbər verir ki, həmin şəxs qrip simptomları ilə xəstəxanaya yerləşdirilib və ötən gün dünyasını dəyişib.

    Bununla da qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 20 nəfərə çatıb.

    Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur. Onlardan 6-sı uşaqdır.//Report

  • Qaraçuxur ərazisindən silah-sursat tapılıb

    Bakının Qaraçuxur qəsəbəsində silah-sursat tapılıb.

    Median.az xəbər verir ki, bu haqda DİN Mətbuat Xidmətindən məlumat verilib.

    Daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.

  • Vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə proqramlar hazırlanacaq

    Dövlət qulluğunda kadr siyasətinin inkişafı istiqamətində rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modulları və proqramlar hazırlanacaq.

    Median.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

    Təlim proqramları “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə hazırlanacaq.

    Strategiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İmtahan Mərkəzi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.

    Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

  • В Анталье торнадо перевернул автобусы – ФОТО/ВИДЕО

    Торнадо привело к последствиям в турецкой провинции Анталья.

    Как передает Median.az со ссылкой на турецкую прессу, торнадо перевернуло два автобуса в аэропорту Антальи, был нанесен ущерб самолету и вертолету.

    В результате 12 человек пострадали и были госпитализированы.

    В результате сильной бури, которая длится уже третий день, погибли по меньшей мере два человека, более 20 пострадали. Местные власти рекомендуют людям не выходить на улицу.

  • Qaxda silsilə oğurluq edən gürcülər ələ keçdi

    Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elman Səfərov Qaxbaş kəndindəki evindən 490 manatlıq dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin rayonun Qaxingiloy kənd sakinləri Eristo Lomaşvili və Zviadi Zurabaşvili olduqları müəyyən edilib.

    Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər və dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalarla onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, Eristo Lomaşvili və Zviadi Zurabaşvili qabaqcadan əlbir olaraq ötən ilin sentyabr ayında rayon sakini H.Məmmədova məxsus evdən 1000 manat dəyərində televizor və digər məişət əşyaları, A.Tağıyevə məxsus mağazadan pul və tütün məmulatları, həmçinin, Zviadi Zurabaşvili qanunsuz olaraq təkbaşına daxil olduğu Qaxingiloy kəndindəki evlərin birindən pul, mobil telefon, fotoaparat və digər əşyalar da oğurlayıb.

    Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.//Oxu.Az

  • В Ясамальском районе у бывшего зэка изъяли свыше 1 кг. героина

    Как сообщает Median.Az, сотрудники Ясамальского РУП и 28-го отделения полиции в результате проведенной совместной операции задержали жителя столицы, ранее судимого Мехмана Асадова, у которого в доме обнаружили 1 кг 141 грамм героина, психотропные препараты “Трамадол”, электронные весы и шприцы.

    В Следственном отделе Ясамальского РУП возбуждено уголовное дело, ведется следствие.

  • Yasamalda keçmiş məhkumdan 1 kq-dan artıq heroin götürülüb

    Median.Az xəbər verir ki, Yasamal RPİ və 28-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Əsədov saxlanılıb.

    Onun yaşadığı evdə 1 kq. 141 qram heroin, “Tramadol” həbləri, elektron tərəzi və şpristlər aşkar olunub.

    Yasamal RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • İnsanlar niyə zərərli qidalara üz tutur və kökəlir?

    Alimlər insanların nə üçün zərərli qidalara meyil saldığını və kökəldiyini müəyyən edib. Məlum olub ki, bunun dieta ilə o qədər də əlaqəsi yoxdur. Məsələ hər bir konkret fərdin DNT özəlliklərindədir.

    Kembric Universitetinin tədqiqatçıları 14 minə yaxın insanın sağlamlığı ilə bağlı məlumatları araşdırıb.

    Alimləri müəyyən edib ki, az çəkili insanların arıq qalması təkcə onların iradə baxımından güclü olmasını göstərmir, eyni zamanda, “arıqlığa” genetik təmayülünün olmasından irəli gəlir.

    Minlərlə könüllü arasından tədqiqat qrupu aşağı bədən çəkisi indeksi olan 1600 nəfəri seçə bilib. Üstəlik, onların 40 faizi əmin edib ki, istənilən qədər yemək yemələrinə baxmayaraq, artıq çəki yığmırlar.

    İkinci mərhələdə genetiklər arıq insanlardan biomateriallar toplayıb. Araşdırma prosesində məlum olub ki, bu qrupdan olan əksər insanlarda “arıqlıq geni” var. Bu gen maddələr mübadiləsi prosesinin sürətləndirilməsinə xidmət edir.

    Genetiklər qeyd edirlər ki, maddələr mübadiləsinin sürətləndirilməsinə cavab verən genlərin sekvenləşdirilməsi gələcəkdə kökəlmə problemini tamamilə aradan qaldırmağa kömək ola bilər.

  • В Германии отказались считать героями жертв блокады Ленинграда

    В Германии заявили, что годовщина снятия блокады Ленинграда превратилась в России в торжество, хотя это событие необходимо воспринимать как масштабную трагедию.

    Как передает Median.Az, об этом пишет журналистка Süddeutsche Zeitung Сильке Бигальке (Silke Bigalke).

    В частности, автор недоумевает, почему в Санкт-Петербурге устраивают военный парад.

    По ее мнению, мероприятие напоминает «танцы на костях». «В очередной раз власти отправляют солдат вместо того, чтобы проявить сочувствие, и делают акцент на национальной гордости, а не на памяти», — размышляет она.

    По словам журналистки, после разгрома фашистской армии обе стороны предпочитали не упоминать о том, что блокада Ленинграда — геноцид жителей. Вместо этого они представляли жертв героями, мужественно сопротивлявшихся врагам. «О том, что люди едва держались на ногах от голода, ели клей и кошек, а некоторые были наказаны за каннибализм, стало известно только в 90-е годы», — отмечает она.

    Честное освещение блокады советскими властями неизбежно породило бы вопросы о возможностях властей предотвратить катастрофу или о готовности Иосифа Сталина пожертвовать жизнями жителей города.

    Бигальке признает, что блокада Ленинграда была чудовищным преступлением вермахта, однако современная героизация жертв ведет к оправданию их смерти. Такая позиция упрощает произошедшее и может быть опасна, считает она. Журналистка напоминает, что выжившие жители и их семьи все чаще поминают жертв трагедии не в день снятия блокады, а в день ее начала, 8 сентября.

  • Sumqayıtda film kimi oğurluq: 3 nəfər avtomobili bu hala saldı – VİDEO

    Sumqayıtda maşınlardan oğurluq edən dəstə peyda olub.

    Sumqayıtda baş verən oğurluq hadisəsi ətrafda olan təhlükəsizlik kamerasına düşüb.

    Belə ki, maşına yaxınlaşan gənc ilk olaraq maşının ön şüşəsini sındırıb. Daha sonra başqa bir dəstə üzvü ona yaxınlaşaraq maşından pul götürərək hadisə yerindən uzaqlaşıb.

    Həmin görüntüləri təqdim edirik: