Month: January 2019

  • “Çelsi”nin futbolçusu “Fənərbaxça”da – FOTO

    İngiltərənin “Çelsi” klubu futbolçusu Viktor Mozesi icarəyə verib.

    Median.az xəbər verir ki, Nigeriya millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək.

    28 yaşlı futbolçu 1,5 illik icarə əsasında İstanbulun “Fənərbaxça” klubunda çıxış edəcək.

    Qeyd edək ki, Viktor Mozes 2012-ci ildə “Uiqan”dan “Çelsi”yə keçib. O, italiyalı Antonio Kontenin vaxtında daimi müdafiənin sağ cinahında oynamaq şansı əldə etsə də, Mauritsio Sarrinin gəlişindən sonra ehtiyatda qalırdı.

  • Дива азербайджанской сцены отмечает День рождения – ВИДЕО

    Народная артистка Азербайджана, звезда азербайджанской эстрады Айгюн Кязымова празднует 48-летие.

    В канун праздника певица поделилась с многотысячной армией подписчиков своего Instagram-аккаунта следующими словами:

    «Жизнь, я выучила все уроки, которые ты мне преподнесла. По одним получала «отлично», по другим – оставалась на второй год. Я смеялась даже тогда, когда сердце было разбито на осколки. Когда оно билось от радости, я делилась этим с любимыми. Я научилась извлекать уроки из пережитого. Сегодня я очень спокойна. Жизнь, я люблю тебя!», – написала в соцсети именинница.

  • Səhnəmizin divası 48 yaşını qeyd edir – VİDEO

    Bu gün Azərbaycanın Xalq artisti, estrada səhnəmizin ulduzu Aygün Kazımovanın ad günüdür. Xalq artisti 48 yaşını qeyd edir.

    “Instagram” səhifəsində sevənlərinin saysız-hesabsız təbriklərinə görə təşəkkür edən müğənni ötən illərinin ona öyrətdiklərinə dair ürək sözlərini də yazıb:

    “Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərindən nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarımla birlikdə. Həyat, səni sevirəm”.//oxu.az

  • Bakıda narkobaron saxlanıldı – FOTO

    Paytaxtın Yasamal rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarına paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Əsədovun yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

    Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin, psixotrop dərmanların sıyahısına daxil olan “Tramadol” həbləri, elektron tərəzi və şpristlər aşkar olunub.

    Aşkar edilən maddi sübutlar ekspetrziya təqdim edilib. Ekspertiza ilə müəyyən edilib ki, M.Əsədovun evindən aşkar edilən heroinin təmiz çəkisi 1 kiloqram 141 qramdır.

    Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.

  • Сахиль Бабаев освободил от должности главу Госфонда – ФОТО

    Председатель Государственного фонда социальной защиты Азербайджанской Республики Закир Бабаев отстранен от должности.

    З.Бабаев был назначен на эту должность после Эльмана Мехдиева.

    Решение же о его отстранении было принято несколько дней назад. Информацию об этом подтвердил начальник отдела по связям с общественностью Министерства труда и социальной защиты населения Фазиль Талыбов.

    По его словам, в данный момент обязанности исполняет начальник отдела политики социального обеспечения Министерства труда и социальной защиты населения Хималай Мамишов.

  • Sahil Babayev “Sosial fond”un sədrini işdən çıxardı – FOTO

    Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Zakir Babayev işdən çıxarılıb.

    Z.Babayev bu vəzifəyə Elman Mehdiyevdən sonra gəlmişdi.

    Onun işdən kənarlaşdırılması isə bir neçə gün əvvəl olub.

    Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov da təsdiqləyib.

    Onun sözlərinə görə, hazırda bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcra Aparatının Sosial Təminat Siyasəti şöbəsinin müdiri Himalay Məmişov icra edir.

  • Şəmkir sakinindən “Makarov” və ov tüfəngi götürüldü – FOTO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə birgə əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Şəmkir sakini Turan Hüseynovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

    Onun yaşadığı evin zirzəmisinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar olunaraq götürülüb.

    T.Hüseynov ifadəsində silah-sursatın ona tanışı, Şəmkir sakini İbrahim İbrahimovun saxlamaq məqsədi ilə verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Faktla bağlı cinayət işi başlanılıb. T.Hüseynov və İ.İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//Oxu.Az

  • Çörək daşıyan maşın “Mal bazarı”nda qəzaya düşdü – VİDEO

    Paytaxtın Binəqədi rayonunda “Mal bazarı” adlanan ərazidə yol qəzası baş verib.

    Hadisə şahidinin verdiyi məlumata görə, çörək daşıyan “Ford” markalı yük maşını “Kia” markalı minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində çörək daşıyan maşın aşıb. Üç nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

    Qeyd edək ki, görüntülər Aydın Zamanov tərəfindən Baku TV-nin “Mobil reportyor” bölməsinə göndərilib//Oxu.Az

  • Отели Азербайджана пустуют – ЦИФРЫ

    В Азербайджане 78,6% отелей пустуют. Государственный комитет статистики согласно цифрам, полученным от действующих в стране отелей, обнародовал показатели 2018 года.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно показателям, число ночевок в гостиницах страны в прошлом году по сравнению с 2017 годом увеличилось на 15,9%, составив 3 млн 2,6 тыс.

    Число ночевок в отелях Баку составило 59,1%, в Габале – 10,4%, Хачмазе – 5,4%, Нафталане – 4,1%, Губе – 3,8%, Гусаре – 3,6%, Нахчыване – 2,9%, Гахе и Гяндже – по 0,9%, Лянкярани – 0,8%, в других районах – 8,1% от общего числа ночевок в гостиницах страны.

    Число ночевок туристов и лиц без гражданства по сравнению с предыдущим показателем возрасло на 20,3%, составив 68,3% от общего числа ночевок или 2 млн 49,7 тыс.

    Так, в гостиницах страны в 2018 году ночевали 13,8% туристов из Объединенных Арабских Эмиратов, 11,3% – из Российской Федерации, 8,8% – из Саудовской Аравии, 4,9% – из Ирана, 4,3% – из Турции, 4,2% – из Индии, 3,8% – из Израиля, 3,1% – из Кувейта, 2,7% – из Ирака, по 2,6% – из Великобритании и США, 2,5% – из Пакистана, 2,4% – из Катара, 1,6% – из Казахстана, 1,3% – из Омана, 1,2% – из Германии, 1,1% – из Украины, 1% – из Бахрейна, 26,8% – туристы из других стран.

    74,2% туристов и лиц без гражданства ночевали в отелях Баку, 10% – Габалы, 3,7% – Нафталана, 3,2% – Гусара, 3,1% – Нахчывана, 3% – Губы, 2,8% – в других районах и городах.

    Число ночевок среди граждан Азербайджанской Республики также повысилось. Так, по сравнению с 2017 годом оно увеличилось на 7,5%, достигнув 952,9 тыс. в 2018 году.

    В 2018 году доходы отелей по сравнению с предыдущим годом выросли на 26,3%, составив 359,4 млн. манатов.

    66,9% из полученных средств составили средства за услуги по предоставлению гостиничных номеров, 24% – услуги по продаже еды и напитков, 3,3% – услуги по лечению и оздоровлению, 5,8% – другие услуги.

    В 2018 году средний показатель уровня использования гостиниц составил 21,4% (17,1% в 2017 году).

    Этот показатель в Нафталане составил 54,8%, Габале – 37,3%, Баку – 36,1%, Кюрдямире – 34,7%, Агстафе – 32,7%, Шамкире – 30,4%, Бейлягане – 26,3%.

    Самый высокий показатель пользования гостиницами зафиксирован в августе – 37,5%.

  • Azərbaycanda hotellər boş qalıb – RƏQƏMLƏR

    Azərbaycanda hotellərin 78,6%-i boş qalır. Dövlət Statistika Komitəsi Azərbaycanda fəaliyyət göstərən otellərin verdiyi rəqəmlər əsasında 2018-ci il üçün göstəriciləri açıqlayıb.

    Median.az xəbər verir ki, Statistikanın açıladığı rəqəmlərə görə, 2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 2,6 min gecələmə olub, bu isə 2017-ci illə müqayisədə 15,9 faiz çoxdur.

    Gecələmələrin 59,1 faizi Bakıda, 10,4 faizi Qəbələdə, 5,4 faizi Xaçmazda, 4,1 faizi Naftalanda, 3,8 faizi Qubada, 3,6 faizi Qusarda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasında, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 0,8 faizi Lənkəranda, 8,1 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb.

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3 faiz artaraq 2 milyon 49,7 min olub, bu da ümumi gecələmələrin 68,3 faizini təşkil edir.

    Gecələmələrin 13,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İran, 4,3 faizi Türkiyə, 4,2 faizi Hindistan, 3,8 faizi İsrail, 3,1 faizi Küveyt, 2,7 faizi İraq, hər biri üzrə 2,6 faiz olmaqla Böyük Britaniya və ABŞ, 2,5 faizi Pakistan, 2,4 faizi Qətər, 1,6 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Ukrayna, 1,0 faizi Bəhreyn, 26,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 74,2 faizi Bakı şəhərində, 10,0 faizi Qəbələdə, 3,7 faizi Naftalan şəhərində, 3,2 faizi Qusarda, 3,1 faizi Naxçıvan Muxtar Respublikasında, 3,0 faizi Qubada, 2,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı da artıb, belə ki, 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 952,9 minə çatıb.

    2018-ci ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 26,3 faiz çox və ya 359,4 milyon manat olub.

    Gəlirlərin 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,0 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

    2018-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4 faiz (2017-ci ildə 17,1 faiz) təşkil edib (tutumun 78,6%-dən istifadə edilmir).

    Bu göstərici Naftalanda 54,8 faiz, Qəbələdə 37,3 faiz, Bakıda 36,1 faiz, Kürdəmirdə 34,7 faiz, Ağstafada 32,7 faiz, Şəmkirdə 30,4 faiz, Beyləqanda 26,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (37,5 faiz) avqust ayında qeydə alınıb.
    //oxu.az