Month: January 2019

  • “Yalandan izləyici artırırlar” – Nisə Qasımovadan tənqid

    Xalq artisti Nisə Qasımova sosial şəbəkədə milyon izləyicisi olan ifaçıları tənqid edib.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində izləyicilərini süni yolla artıran tanınmışları qınayıb:

    “Sosial şəbəkədə süni izləyici, bəyəni toplamağın əleyhinəyəm. Yeni çıxan müğənnilərin çoxu bilmir ki, sünilik onlara ziyan gətirir. Yalandan uğur qazanmaq olmaz. Oxunan bəzi mahnıların fərqində olmalıdırlar.

    Deyirik, kütlənin zoşuna gəlir oxuyaq. Kütlə sevir görsün bəyəninin sayı çoxdur. Bir milyon tamaşaçım var… Bunların heç biri mənim xoşuma gəlmir”.

  • Народному артисту дали должность на AzTV

    Новый председатель ЗАО «Азербайджанское телевидение и радиовещание» (AzTV) Ровшан Мамедов продолжает проводить кадровые реформы в структуре.

    Как передает Median.az, он назначил на должность народного артиста, режиссера Рамиза Гасаноглу.

    Р.Гасаноглу назначен директором творческого объединения «Азербайджантелефильм» (Azərbaycantelefilm). Он сменил на этому посту заслуженного журналиста Сиявуша Мамедова.

  • 75 yaşlı kişi göldə batdı

    75 yaşlı İsmayıllı sakini göldə batıb.

    Median.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə İsmayıllının Aşıqbayramlı kəndi ərazisində yerləşən göldə batdığı ehtimal olunan 1944-cü il təvəllüdlü Axundov Hacalı Qasım oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu H.Axundovun axtarışlarına cəlb olunub.

    Vətəndaşın meyiti axtarış işləri nəticəsində aşkarlanaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

  • Faiq Ağayev bəstəkarlara pul ödəmir

    Xalq artistləri Aygün Kazımova və Faiq Ağayev “ASAN Radio”nun qonağı olub.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Emin Musəvi izləyicilərin müğənnilərə yazdığı sualları ünvanlayıb. A.Kazımova F.Ağayevlə duet oxuması haqda suala belə cavab verib:

    “Faiqlə çoxdan qərar vermişik. Amma Bizim duetimiz həyatımızdır”. E.Musəvi isə “Pul xərcləyin, yaxşı mahnı olsun” sözlərini bildirib.

    Aygün isə “Elə pul xərcləyən bizik də” desə də, F.Ağayev buna etiraz edib. O, heç vaxt bəstəkara pul vermədiyini bildirib:

    “Aygünlə mən hazırıq, material yoxdu. 30 ildir səhnədəyəm, nə şair, nə də bəstəkara pul xərcləmirəm. Onlar bilir ki, Aygün və Faiq oxuyanda digər ifaçılar qapıda dayanacaq, mahnı istəyəcək. Mən pulu ancaq aranjimana və klipə verirəm”.

    Kazımova isə “Mənim iş prosesim fərqlidir. Bütün işin ödənişi edilir” deyə, söyləyib.

  • Qaradağda ikimərtəbəli tikilidə yanğın

    Bakının Qaradağ rayonunda ümumi sahəsi 30 kv.m olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

    Median.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Həftə sonu üçün hava proqnozu açıqlandı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərinin hava proqnozunu açıqlayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-11, dağlıq rayonlarda 4-8 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 9-13, dağlıq rayonlarda 7-11 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 27-də axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.

    Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi yanvarın 26-da günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, yanvarın 27-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.//Publika.az

  • “Şkoda” Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal etmək istəyir

    Çexiyanın tanınmış “Şkoda Transportation Group” şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

    Belə ki, “Şkoda Transportation Group” şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib. Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması ilə bağlı təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədi ilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.

    Verilən təkliflə əməkdaşlıqda maraqlı azərbaycanlı iş adamları və sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.//Qaynarinfo.az

  • Xəzəri çirkləndirənlərə qarşı martda sərt tədbirlər görüləcək – Xəbərdarlıq

    Xəzərin çirkləndirilməsinə səbəb olan tullantılara görə sahil zolağında yerləşən obyekt, müəssisə və təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır. Xəbərdarlığa əməl etməyənlərə qarşı nazirlik tərəfindən sərt inzibati və hüquqi tədbirlər görüləcək.

    Median.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq idarəsinin direktoru Ərəstun Həsənov bildirib.

    Onun sözlərinə görə, müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıqlar edilib, bildiriş məktubları göndərilib, icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib: “Qarşıdan yaz-yay mövsümünün gəldiyini nəzərə alaraq ötən illərdə olduğu kimi bu il də ekoloji gərgin vəziyyətin yaranmaması üçün Nazirlik hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar. Əks halda qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək”.

    Ə.Həsənov həmçinin dənizin çirkləndirilməsinin qarşısının alınması üçün görüləcək tədbirlər barədə də məlumat verib: “Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi məqsədilə şimaldan cənubadək sahil zolağı boyunca monitorinq və araşdırmalar aparılır. Monitorinqlər zamanı Xəzər dənizinin sahil zolağında yerləşən müəssisə, təsərrüfat və yaşayış məntəqələrindən dənizə tökülən yüzlərlə axar qeydə alınıb və əksər obyektlərdə təmizləyici qurğular olmadığından tullantı sularının primitiv üsullarla şambolara yığılaraq, heç bir təmizlənmə aparılmadan birbaşa Xəzərə axıdıldığı məlum olub.

    Dəniz öz təmizliyini bərpa etmək funksiyasına malik olsa da, onun davamlı çirkləndirilməsi təbii yollarla bərpa olunmasına imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur”.

    Qurum rəsmisi bildirib ki, bütün dünyada su hözələrinin tullantı sularla çirklənməsi məsələlərinə həssaslıqla yanaşılır, bu sahədə qanunvericiliyin tələbləri nəzarətdə saxlanılır: “Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz beynəlxalq konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir”.

    Ə. Həsənov “Məcburi göstərişləri yerinə yetirənlər varmı?” sualına cavabında qeyd edib: “Bəli, az da olsa belə müəssisələr var. Verilən tövsiyələri və məcburi göstərişləri yerinə yetirənlərə misal olaraq “Siyəzən Broyler” ASC, Neftçalada “Azər-Yod” MMC-ni və.s göstərə bilərik. Bu müəssisələrdə artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Onu da deyim ki, məcburi göstəriş pozuntuları aradan qaldırmaq üçün, işin həcmindən asılı olaraq 2 ayadək verilən vaxtdır. Məcburi göstəriş yerinə yetirilməyəndə isə artıq inzibati tədbirlər görülür. Məqsədimiz kimisə cərimə etmək deyil, tullantıların atılmasını aradan qaldırmaqdır”.

  • Rusiyada pişik evi yandırdı

    Rusiyanın Krasnodar şəhərində pişik yanğına səbəb olub.

    Median.az xəbər verir ki, Zipovskaya küçəsində yerləşən hündür mərtəbəli binada gecə saatlarında yanğın baş verib. Hadisə yerinə gələn yanğın söndürənlər yanğın başlayan evdə yaralı pişik tapıblar. Dərhal müalicəsinə başlanılan pişiyin vəziyyətinin normal olduğu və sahibinə qaytarılacağı bildirilib.

    Yanğınsöndürənlərin ilkin tədqiqatına görə hadisə evdəki tək canlı tərəfindən törədilib. Adətən qızdırıcının yanında yatan pişik düyməyə basıb. Daha sonra qızdırıcı işə düşüb, üzərindəki təmizlik bezlərini alışdırıb və yanğın bütün evə yayılıb.

    Hadisə pişik tərəfindən törədildiyi üçün istintaq prosesinə start verilməyib.

  • Faciəvi şəkildə ölən deputat oğlu sabah dəfn ediləcək

    Millət vəkili Əsabil Qasımovun yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən oğlu Elçin Qasımov sabah dəfn ediləcək.

    Bu barədə İmişli rayonundan deputat seçilmiş Ə.Qasımovun köməkçisi Rauf Həşimov məlumat verib. O bildirib ki, Elçinin cənazəsinin bu gecə İstanbul vasitəsi ilə Bakıya gətirilməsi nəzərdə tutulub. 29 yaşlı gənc Qurd qapısı məzarlığında dəfn ediləcək.

    Qeyd edək ki, Ə.Qasımov millət vəkili olmaqla yanaşı “Karat Holding”in rəhbəridir. Elçin Qasımov böyük qardaşı Talehlə birgə həmin şirkətdə rəhbər vəzifə tutub və bir neçə gün əvvəl dostları ilə İsveçrəyə istirahətə gedib.//publika.az