Month: January 2019

  • Vasif Talıbov bu işçilərin maaşını 50 faiz artırdı

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.az report-a istinadən bildirir ki, sərəncam Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

    Sərəncamla Şərur rayonunda icbari tibbi sığorta tətbiq edilir, Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilir.

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti sərəncamla yaradılan publik hüquqi şəxslərin Nizamnaməsini təsdiq etmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il iyunun 1-dən həmin publik hüquqi şəxslərin fəaliyyətlərini təmin etməli, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il iyunun 1-dən 50 faiz artırılmasını təmin etməlidir.

    Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şərur Rayon İcra Hakimiyyətinə tapşırılır ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

    Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

  • Цукерберг решил объединить WhatsApp, Instagram и Facebook Messenger

    Основатель Facebook Марк Цукерберг планирует объединить Facebook Messenger, WhatsApp и Instagram. Об этом сообщает The New York Times со ссылкой на источники, передает Median.az со ссылкой на Gazeta.ru.

    По данным издания, сотрудникам Facebook придется изменить конфигурацию сервисов на базовом уровне для осуществления плана Цукерберга.

    Как отмечается, три сервиса продолжат работать как отдельные приложения.

    При этом Цукерберг намерен использовать в сервисах сквозное шифрование.

  • Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarınızı bağçalara zamanında qoyun – VİDEO – FOTO

    Azərbaycan Respublikasının 14 aprel 2017-ci il tarixli 585 nömrəli əmrinə əsasən körpələr evi uşaq baxçasında 3 aydan 6 aya kimi, 6 aydan 1 yaşa kimi körpələr qəbul edilə bilər.

    Median.az bildirir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

    Valideyn: “Körpələr qrupu olsa, yaxşı olardı ki, analar gedib işləyə bilsin, həm də ürəkləri rahat olsun ki, uşağa baxan var”.

    Lənkəranda 53 bağça var ki, onlardan yalnız ikisi – 16-17 saylı körpələr evi – uşaq baxçası fəaliyyət göstərir.

    Bayramova Gülarə – bağça müdirəsi: “Biz 1 yaşlı körpəni qəbul edə bilirik. Hazırda 1 və 2 yaş arası körpələr qrupumuz var”

    Bağçalarsa azyaşlı körpələrin az halda bağçaya gətirildiyini və buna görə də həmin yaş üzrə qrup yarada bilmədiklərini əsas gətirir.

    Fərzullayeva Səbirə – bağça müdirəsi: “6 aylığından 1 yaşa qədər uşaqlarımız yoxdur. Bəzi valideyinlər uşaqları ev şəraitində təlim-tərbiyə verməyə üstünlük verir. Amma bizim, xüsusən də körpələr qurupunda işləyən tərbiyəçilərimiz var və onlara ana qayğısı göstərilir”.

    Mütəxəssislər bildirir ki, körpələrin 1 yaşından başlayaraq bu müəsissələrə verilməsi onların gələcək inkişafına da müsbət təsir göstərir.

    Pişanova Solmaz – Baş tibb bacısı: “Körpə nə qədər tez bağçaya qoyularsa, bir o qədər tez inkişaf edər. Çünki burada uşaqlar rejimə düşür və bezdən istifadəyə gərək qalmır”.

    Qeyd edək ki, qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabradək, uşaqların məktəbəqədər təhsilə qəbulu isə iyunun 1-dən avqustun 31-dək həyata keçirlir.

  • Tanınmış plastik cərrah Vaqif Qələndərli məhkəməyə verildi – FOTO

    Tanınmış plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli prokurorluğa verilib və törətdiyi əməllə bağlı cinayət işinin açıldığı bildirilir. Buna səbəb səkkiz yaşlı uşağı səhv müalicə etməsi, nəticədə, barmaqlarından birini itirməsi olub.

    Median.az xəbər verir ki, bu barədə AFN-ə səkkiz yaşlı Murad Şaldıyevin anası Pərvanə Şaldıyeva məlumat verib.

    Onun sözlərinə görə, keçən il oktyabrın 16-da axşam saat 5-6 radələrində evlərinin həyətlərində uşaq yıxılıb. Bu zaman həyətdəki mərmər daşın başlığı qırılıb və sağ əlinin üzərinə düşüb. Valideynləri dərhal M.Şaldıyevi Travmatologiya İnstitutuna aparıblar, xəstəxanada rentgenə salınıb, əl gipsə qoyulub. Axşam olduğu üçün məsləhət görülüb ki, uşaq evə aparılsın, səhər acqarına xəstəxanaya gətirilsin. Çünki narkoz verilərək əməliyyat olunmalı imiş.

    P.Şaldıyeva qeyd edib ki, axşam ailə üzvləri qohumları olan professor, plastik cərrah Vaqif Qələndərli ilə danışıblar. V. Qələndərli səhər M. Şaldıyevi yanına gətirmələrini məsləhət görüb:

    “Səhər Vaqif Qələndərlinin rəhbəri olduğu Qələndərli Klinikasına getdik. Vaqif Qələndərli indi uydurar ki, telefon danışığı hadisədən bir gün sonra olub. Bu, uydurmadır. Sonradan onu da bildik ki, o, travmotoloq yox, sadəcə, plastik cərrah imiş. Həmin vaxt bizə dedi ki, qopmuş qol tikib, Azərbaycanda ondan başqa bu əməliyyatı heç kim edə bilməz. Mən də qohum olduğu üçün ona inandım. Dedi ki, narahat olmayın, barmaq yerində olacaq, sadəcə, 20 faiz qatlanmağında problem ola bilər.

    Biz də dedik ki, qatlanmağında eybi yoxdur, barmaq yerində olsun. 17 oktyabr səhər saatlarında əməliyyat oldu. Xəstəxanada bir gün qaldıq, 18-də çıxdıq. Dörd gün sonra Vaqif Qələndərli dedi ki, ABŞ-a gedir, iki həftə orada olacaq, xəstəxanaya gəlin, tibb bacısı sarğısını dəyişəcək. Tibb bacısı baldızı, klinikanın baş həkimi isə atasıdır”.

    P.Şaldıyeva sarğı dəyişən zaman uşağın barmağının qaraldığını, sarğıdan iy gəldiyini görüb. Tibb bacısından soruşanda isə həkimin xəbərinin olduğunu, narahatlığa əsas olmadığını söyləyib:

    “Tibb bacısı dedi ki, narahat olmayın, dırnaq qaralıb düşəcək, yerinə yenisi bitəcək. Sonradan uşağın əlinin şəklini çəkdim, başqa həkimlərə göstərdim, qanqrena olduğunu dedilər. Bir həftədən sonra Vaqif Qələndərli gəldi, bizə dedi ki, narahat olmayın, qanqrena yoxdur. Uşağın əlinin şəklini Türkiyəyə göndərdim, oradan həkim rəyi gəldi ki, qanqrenadır, ələ keçir.

    Türkiyədə, Bakıda heç bir həkim uşağı götürmədi ki, qanqrenadır. Vaqif Qələndərli noyabrın 13-də yenidən uşağı əməliyyata saldı, barmağını kəsdi. Dedi ki, alınmadı, barmaq bitişmədi. Hətta mənin əvəzimdə razılıq kağızı imzaladıb, prokurorluğa təqdim edib. Guya mən barmağın kəsilməsinə icazə vermişəm. Prokurorluğa müraciət etmişəm, cinayət işi açılıb. Həmin imzalanan sənəd ekspertizadadır, inşallah, kimin mənin əvəzimə qol çəkdiyi üzə çıxacaq”.

    V.Qələndərlinin ikinci əməliyyatından sonra M.Şaldıyev yenidən Travmatologiya İnstitutuna aparılıb. Noyabrın 15-də yenidən uşağın əli rentgenə salınıb. İnstitutun əl cərrahiyyəsi şöbəsinin müdiri Fikrət Qafarov V.Qələndərlinin özü ilə də danışıb:

    “Fikrət Qafarov dedi ki, barmaqda yara irinli, iltihablıdır, əgər keçməsə, yenidən əməliyyat olunmalıdır, sümük qırıntıları qalıb. İndi uşağı heç bir həkim götürmür ki, iş prokurorluqdadır, qorxuruq. Vaqif Qələndərli hazırda ekspertizaya təzyiq edir. İnsanın klinikası olanda belə olmalıdır?! İnşaallah, bu körpənin ahı yerdə qalmaz”.

    Ana bildirir ki, əməliyyat üçün xəstəxanaya 1000 manat məbləğində pul ödəyiblər:

    “Amma indi məni daha çox uşağımın sağlığı maraqlandırır. Dörd aydır məktəbə gedə bilmir, idmandan qalıb. Sağ əlidir, onun gələcəkdə axırı necə olacaq?!”

    V.Qələndərli açıqlamasında bildirib ki, iddialarla razı deyil:

    “Uşağın barmağı daş altında çox möhkəm əzilmişdi. Bir sutkadan sonra bizə gətirildi, müayinə edəndə gördük ki, barmağın üzü göyərib, artıq çürümüşdü. Biz onu dibindən kəsməmək, yarıdan çoxunu qorumaq üçün müalicəyə başladıq, müəyyən müddət gözləməli idik ki, görək, barmaq necə reaksiya verəcək. Bizim təcrübəmizdə belə əməliyyatlar çox olub. Mən iki dəfə bədəndən qopmuş qolu bərpa etmişəm. Təəssüf ki, bu uşaqda barmağın qurtulmaq şansı yox idi. Barmağın boynunu nə qədər qoruyub saxlaya bildiksə, saxladıq”.

    Pasiyentlə qohumluq əlaqələrinin olmadığını söyləyən V.Qələndərli deyib ki, onlar uzaq qohumlarının tanışlarıdır:

    “Zəng etdilər, qəbul etdik. Lap qohum olsa da, yad olsa da, vəziyyətə uyğun nə lazım idisə, etdik. İndi valideyndir, onu da anlayırıq. Amma bir həkim kimi qəti şəkildə deyirəm ki, burda tibbi səhv olmayıb. O uşaq hansı klinikaya, lap Türkiyəyə də aparılsaydı, o barmaq dibindən kəsiləcəkdi. İndi şikayət edir, prokurorluğa verir, versin. Belə hallarda uşaq 6-8 saat ərzində çatdırılsa, daha yaxşı olardı, bir sutka keçib. Barmağın sümükləri də, damarları, əzələsi də dibindən dağılmışdı, barmağa qan gəlmirdi.

    Tibb ictimaiyyəti nə dediyimi gözəl anlayır. Mən bu əməliyyatlar üzrə peşəkaram. Cihazlarda, avadanlıqda qalıb qopmuş əli, qolu yerinə tikirəm. Bir şərtlə ki, tez müdaxilə olunsun. Kaş bizim də əlimizdən nəsə gələydi, amma mümkün deyildi. Barmaq dibdən də kəsilə bilərdi. Amma biz barmağın boynunu saxladıq. Əməliyyatdan xeyli aylar keçib, həmin əldə hər hansı qaralma, nekrozlaşma bundan sonra mümkün deyil”.

  • Bakı-Qazax yolunda ağır qəza – 5 yaralı

    Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

    Median.az xəbər verir ki, hadisə magistral yolun Kürdəmir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Minik və yük avtomobillərinin toqquşması nəticəsində Kamran Ələkbərov, Samir Abasov, Nizami Ələkbərov, Gülnarə Abasova və Ziyafət Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda yeni federasiya yaradılır

    Azərbaycanda Domino Federasiyası açılır.

    Median.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Bakı Domino Klubunun rəhbəri Barat Abdullayev bildirib.

    O, Gənclər və İdman Nazirliyinə müraciət edəcəklərini və Azərbaycan Domino Federasiyası açacaqlarını qeyd edib.

  • На дороги Кюрдамира Ильхам Алиев выделил деньги

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по продолжению строительства автомобильной дороги Каррар – Багман – Беюк Кенгерли в Кюрдамирском районе, сообщает АзерТАдж.

    Согласно распоряжению, в целях продолжения строительства автомобильной дороги Каррар – Багман – Беюк Кенгерли, соединяющей семь населенных пунктов, из средств, предусмотренных для строительства и реконструкции автомобильных дорог в разделе расходов государственных капвложений госбюджета на 2019 год, Госагентству автомобильных дорог будет выделено 8,8 миллиона манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме, Кабинету министров – решить вопросы, вытекающие из распоряжения.

  • Kürdəmirdə dəhşətli qəza: bir ailənin dörd üzvü yaralandı

    Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində olub.

    “Mercedes” markalı minik avtomobilinin KamAZ markalı yük maşınına çırpılması nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri – Bakı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova xəsarət alıblar.

    Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır

  • Dəmir yolu stansiyasından silah-sursat tapıldı

    Polis əməkdaşları tərəfindən dəmir yolu stansiyası ərazisində silah-sursat tapılıb.

    DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının yanvarın 23-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu Daşburun dəmir yolu stansiyasının ərazisindən 1 ədəd “F-1” qumbarası, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd işarəverici fişəng, 7 ədəd boş avtomat sandığı, 1116 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd sökülmüş vəziyyətdə olan “TOZ 8” markalı tüfəng aşkar edilərək götürülüb.//Milli.Az

  • Şirkətdən yarım milyona yaxın pul oğurlayan: “Ehtiyacım var idi, məktub yazıb götürdüm”

    Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Median.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    R.Nəbiyev özünü ittihamlarda qismən təqsirli bilib.

    Prosesdə sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, Sumqayıt Texnologiyalar Parkında təhlükəsizlik üzrə mütəxəssis işləyib: “Həmin gün seyfdə pulun çox olduğunu gördüm. Ehtiyacım vardı, ona görə oğurlamaq qərarına gəldim. Əvvəl seyfdən 20 min manat götürmək istəyirdim. Lakin pulun çox olduğunu görüb fikrimdən daşındım. Seyfi açdım və pulun hamısını götürdüm. Qalan pulu sonra qaytaracaqdım. Əgər 20 min manat götürüb qalanını orada saxlasaydım, digər şəxslər pulu götürəcəkdilər. Seyfdən pulu götürən kimi yazıb qoydum ki, 20 min manat götürmüşəm, çünkü borcum var idi, qalanını da qaytaracağam. Səhər idarəyə zəng edib pulun qalan hissəsinin məndə olduğunu və gəlib götürmələrini istədim. Götürdüyüm pullardan kredit borcumu ödədim. Səhər idarənin əməkdaşları gəldi. Sonra polis əməkdaşları da gələrək məni həbs etdilər”.

    Məhkəmədə elan olunub ki, Sumqayıt Texnologiyalar Parkı təqsirləndirilən şəxsə qarşı 22 750 manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, götürülən puldan 427 250 manat geri qaytarılıb.

    Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

    İttihama görə, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt şəhər Polis idarəsinə müraciət olunub.

    Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini R.Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

    Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub.

    R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

    Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.