Month: January 2019

  • Güzəştli mənzil seçimində şübhəli məqam – “Qismət məsələsidir…”

    Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə başlanılıb və mənzillərin seçimi təşkil edilib. Agentliyin yaydığı məlumatda bildirilir ki, bugünkü satış zamanı 174 mənzilin seçimində iştirak edənlərin sayı 5909 nəfər olub, artıq seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib. 

    Ancaq BakuPost Bərdədən olan bir müəllimin mənzil seçimi prosesini müşahidə edib və Agentliyin seçim prosesində müəyyən çatışmazlığın olduğunu üzə çıxarıb. Yenə də Agentliyin nəticəsi sonradan ləğv edilmiş ilk mənzil seçimində olduğu kimi şübhəli proses yaşanıb.

    Median.Az  xəbər verir ki, bakupost müşahidələri ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yeni mətbuat xidmətinin rəhbəri Diana Dadaşovaya suallarını ünvanlayıb…

    – BakuPostun mənzil seçimini müşahidə etdiyi müəllim bir neçə saniyə ərzində səhifəyə daxil olsa da, son mərhələdə mənzil seçimi edə bilmədi. Konkret, 7 saylı binadan mənzil seçmək istəsə də, yarım saatdan artıq müddətdə binaya “daxil olmaq” və mənzil seçmək mümkün olmadı. Yarım saatdan sonra sistemdən çıxıb daxil olanda yenə eyni hal təkrarlandı. Yalnız 3-cü cəhddə 7-ci binaya “daxil olduqda” bütün mənzillərin seçildiyi məlum oldu…

    – Mübarizə 174 mənzil uğrunda gedib. Burada kompüter, internet vacibdir. Bu, hər şeydən əvvəl bir qismət məsələsidir. Biz kifayət qədər adamlar tanıyırıq ki, onlar hansısa qurumda İKT mütəxəssisidir, mənzil seçə bilməyiblər. Amma sadə insanlar sosial şəbəkələrdə şərhlərdə yazıblar ki, sistemə daxil olub, mənzil seçə biliblər. Burada başqa amil axtarmaq düzgün deyil. Bu dəfə 174 mənzil uğrunda 5909 insan mübarizə aparıb. Əlbəttə, 174 nəfər 174 mənzili seçibsə, yerdə qalan 5 mindən çox insan fikirləşəcək ki, mənzil seçə bilməyib. İnşaallah, həmin müəllim növbəti satışlarda mənzil seçə bilər. Kifayət qədər insan var ki, indi bizə yazırlar ki, birinci dəfə mənzil seçə bilməmişdi, bu dəfə seçə bildi, təşəkkür edir. O müəllim inşallah, növbəti satışlarda mənzil seçər, mənzil alar, bilər ki, hər şey qaydasındadır. Düzdür, internetin sürəti, insanın bacarığı önəmlidir, amma qismət də var. 

    – Məsələnin sadəcə, texniki tərəfi maraq doğurur. Niyə 7-ci binanın üzərinə gəlib mausu basanda açılmadı? Əgər açılsaydı, 7-ci binada mənzillərin hamısının artıq seçildiyini görsəydi, bu, anlaşılan idi. 

    – Yəqin ki, internet zəif olub. 

    – Həmin internet klubda sürət 50 Mbit/s idi. Öncədən gözümüzün qarşısında internetin sürəti yoxlandı. 

    – İndi mən sizə necə sübut edim ki, 50 Mbit/s yox, lap 100 Mbit/s girmək lazımdır ki, belə olsun. Elə insan var ki, 20 Mbit/s ilə daxil olur, səhifə daha tez açılır. O halda həmin insan 20-30 Mbit/s ilə internetə daxil olan adamdan soruşsun ki, mənzili necə seçib. “Facebook”da o qədər bizə yazan var ki, mənzil seçimi etmişik. Artıq insanlar bir-biri ilə yazışır. Mənzil seçənlər yazır ki, 10 saniyə çəkmədi, mənzili seçdim. Siz artıq bizdən yox, vətəndaşlardan soruşun.

    – Əgər həmin müəllim 7-ci binaya daxil olub, görsəydi ki, bütün mənzillər seçilib, məsələ aydın olardı ki, gecikdi. Bu məqam qaranlıq qalır. 

    – İnterneti zəif olub ki, aça bilməyib. Gərək, internetin sürəti yüksək olsun ki, yükləmə da tez olsun. Siz onu yükləyənə qədər başqa bir vətəndaş onu seçir. 

    – Həmin dəqiqə 7-ci binanı bütün götürür? 

    – Bütün binanı deyil. Nəzərə alın ki, sizin kimi eyni vaxtda ora minlərlə insan daxil olur. Tək siz deyilsiniz ki?! Sizinlə bərbər o sistemə 5 min insan girir, kimin qismətidir, o da alır. 

    – O müəllim 7-ci binaya seçim üçün daxil olsaydı və bütün mənzillərin artıq seçildiyini görsəydi, bu, başa düşülən idi. 

    – Mən sizə izah etdim. Başqa sualınız yoxdursa, sağ olun….

  • Özünü asan 3 uşaq anasının intihardan öncəki səs yazısı: O, məni yaşamağa qoymadı – VİDEO

    Ötən il Şəkidə 3 uşaq anası Səidənin özünü asaraq öldürməsinin təffərüatları ortaya çıxıb.

    Səidənin anası Elmira xanım Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış” proqramına gələrək qızının ölümündə qudasını günahlandırıb.

    Gözü yaşlı ana Səidənin intihar öncəsi qardaşı Zaminə və bacısı qızı Aytaca göndərdiyi səs yazısını təqdim edib.

    Efirdə səsləndirilən səs yazısında həyatına son qoyan üç uşaq anası ərini sevdiyini, lakin qayınanası üzündən xoşbəxt ola bilmədiyini deyir:

    “Mənim bu gün həyatıma son qoymağımın səbəbkarı qayınanamdır. O arvad qoymadı bu dünyada xoş gün görüm. Daha dözə bilmirəm. Məni bağışlayın. Sizdən xahişim budur ki, meyitimi burada qoymayın. Rövşəni də tutdurmayın, qoyun uşaqlarıma baxsın. Sizin başınızı aşağı salacaq bir iş görmədim. Sevdiyimə ərə getdim, axıra qədər də tək onu sevdim”.//Baku.ws

  • Karate müəllimini borc üstündə güllələyib öldürdülər – TƏFƏRRÜAT

    Ağdaş rayon Məhkəməsində karate müəllimini qətlə yetirməkdə təqsirli bilinən Hüseyn İbadovun barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Median.Az “oxu.az”a istinadən xəbər verir ki, hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

    H.İbadov barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

    İttihama görə, ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib. Sonra o, könüllü olaraq polisə gəlib.

    Hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil verib.

    Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Hüseyn İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Məlum olub ki, Hüseyn İbadov və Nizami İsmayılov arasında münaqişə pul üstündə yaşanıb. 2017-ci ilin martında Hüseyn İbadov Nizami İsmayılova 500 manat borc pul verib.

    Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Nizami İsmayılov borcu qaytarmaq istəməyib. Hadisə baş verən gün onlar qəbiristanlığın yanında görüş təyin ediblər. Hüseyn İbadov özü ilə silah da gətirib. Onun məqsədi pulunu qaytarmadığı halda, Nizamini öldürmək olub.

    Görüş zamanı Hüseyn İbadov pulunu istəyərkən Nizami İsmayılov onu sərt şəkildə təhqir edib. İncik düşən Hüseyn İbadov silah dalınca gedib və geri qayıdaraq İsmayılovu güllələyib.

    Qeyd edək ki, Nizami İsmayılov karate üzrə müəllim və məşqçi olub.

  • İki uşaq atası intihar etdi – Oğlunun toyu olacaqdı

    Göyçayda iki övlad atası özünü öldürüb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.

    Kənd sakini 1963 il təvəllüdlü İslamov İkram Müseyib oğlu özünü həyətlərində olan tövlədə asaraq intihar edib.Məlumata görə intihar edən İkram İslamov bir neçə gün əvvəl oğluna nişan mərasimi keçirdib və yaxın günlərdə toy edəcəkmiş.

    Hələlik 56 yaşlı kişinin özünə qəsd səbəbi bəlli deyil.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda altı minə yaxın adam “güzəştli ev” almaq istəyib – NƏTİCƏ

    Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə yanvarın 25-də saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatıb.

    MİDA-nın yaydığı məlumata görə, 174 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

    “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10 242 nəfərdir.

    Güzəştli mənzillərin ilk satışı zamanı 324 mənzilin seçimində 4 542 şəxs iştirak etmişdirsə, bu günkü satış zamanı 174 mənzilin seçimində iştirak edənlərin sayı 5 909 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir.

    Bu saata olan məlumata görə seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

    Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

  • “Şkoda” Azərbaycanda elektrobus istehsal etməyi təklif edir

    Çexiyanın tanınmış “Şkoda Transportation Group” şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.

    İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, “Şkoda Transportation Group” şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib.

    Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.

    Əməkdaşlıqda maraqlı olan azərbaycanlı iş adamları AZPROMO-ya müraciət edə bilərlər.

  • Обнародована дата приема документов в магистратуру

    Стала известна дата приема документов в магистратуру высших учебных заведений и Национальной академии наук Азербайджана на 2018/2019 учебный год.

    Председатель Совета директоров Государственного экзаменационного центра Малейка Аббасзаде сообщила, что прием документов начнется 1 февраля.

    Первый этап вступительных экзаменов в магистратуру пройдет 24 февраля, второй – 26 мая.

    3 февраля на бумажных носителях будут проведены испытательные экзамены по первому этапу экзамена для желающих поступить в магистратуру.

  • В Азербайджане ожидается сильный ветер – ПРЕДУПРЕЖДЕНИЕ

    В Баку и на Абшеронском полуострове 27 января скорость юго-западного ветра усилится до 15-18 метров в секунду, временами будет достигать 20-25 метров, 28 января со второй половины дня до вечера 29 января скорость северо-западного ветра составит 15-20 метров в секунду, временами – 23-28 метров в секунду.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В районах днем 28 и 29 января временами ожидаются осадки, которые местами будут интенсивными.

    27-29 января в некоторых районах западный ветер усилится до 9-14 метров в секунду, порой его скорость будет достигать 23-28 метров в секунду.

  • Azərbaycanda güclü külək gözlənilir – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin 15-18, arabir 20-25 m/s, yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Rayonlarda isə yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

    Yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

  • Житель Сумгайыта украл в столице из сумки женщины 1800 манатов

    Как сообщает Median.Az, 24-го января в 29-е отделение полиции Ясамальского РУП обратилась жительница столицы З.Исаева, сообщив о том, что из ее сумки похитили 1800 манатов.

    Сотрудники Главного управления полиции (ГУП) г.Баку, Насиминского РУП и 29-го отделения полиции Ясамальского РУП в результате проведенной совместной операции задержали жителя г.Сумгайыт, ранее судимого Э.Мамедова.

    В Следственном отделе Ясамальского РУП ведется следствие по статье 177.1 (кража) УК Азербайджана.