Month: January 2019

  • Sumqayıtda qadını bıçaqlayan şəxs saxlanılıb


    Median.Az
    xəbər verir ki, yanvarın 23-ü saat 6 radələrində Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə şəhər sakini olan qadının bıçaq xəsarəti ilə Təcili Tİbbi Yardım xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Abşeron rayon sakini R.Nəcəfov saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

  • Малейка Аббасзаде: Профессиональные кадры уходят в частный сектор

    Мы выступили с инициативой включить в законодательную базу новые предложения об оценивании деятельности госслужащих.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом журналистам сказала председатель Совета директоров Государственного экзаменационного центра Малейка Аббасзаде.

    По ее словам, на сегодняшний день в стране профессиональные кадры чаще устремляются в частный сектор.

    «Это происходит потому, что зарплаты в частном секторе выше, чем в государственном. Чтобы сохранить профессиональные кадры в государственном секторе, необходимо предпринять мотивирующие меры.

    Поднятие зарплат окажет положительное влияние. Это повысит мотивацию молодежи работать на госслужбе, профессиональные специалисты не будут стремиться перейти в частный сектор», – сказала М.Аббасзаде.

    Она отметила, что в действующем законодательстве также имеется система оценки государственных служащих:

    «Но работа специалистов в рамках этой системы оценивается только с моральной точки зрения. То есть выговор за плохую работу и похвала за хорошую».

  • Məleykə Abbaszadə: Peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar

    Biz dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni təklifləri qanunvericilik bazasına daxil etmək təşəbbüsündən çıxış etmişik.

    Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    Onun sözlərinə görə, bu gün ölkədə peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar:

    “Bu da ona görə baş verir ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda əməkhaqqı daha yüksəkdir. Peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya yönlü addımlar atılmalıdır”.

    DİM sədri bildirib ki, hər bir dövlət qulluqçusu öz işində meyarları əvvəlcədən bilib işləyəndə o, daha həvəsli olacaq:

    “Maaşın da müsbət təsiri olacaq. Bu, gənclərin dövlət qulluğunda işləmək üçün motivasiyalarını artırmış olacaq, peşəkar mütəxəssislər işləmək üçün dövlət sektorundan özəl yerlərə keçməyəcəklər.

    Hazırkı mövcud qanunvericilikdə də dövlət qulluqçularının qiymətləndirilməsi sistemi var. Amma bu fəaliyyətin nəticəsi yalnız mənəvi baxımdan dəyərləndirilir. Yəni pisdirsə, töhmət, yaxşıdırsa, təşəkkürnamə ala bilər. Bu fəaliyyətin nəticəsi dövlət qulluqçusunun əməkhaqqına heç bir təsir göstərmir”.//oxu.az

  • Автор «50 оттенков серого» выпустит новый роман

    Автор мирового бестселлера «50 оттенков серого», британская писательница Эрика Леонард Джеймс в апреле опубликует новый эротический роман под названием «Мистер».

    Как передает Median.Az со ссылкой на издательство Penguin, новый роман повествует о молодом английском аристократе, который влюбился в некую загадочную женщину, только-только приехавшую в Лондон. По словам писательницы, эта книга, по сути, является историей Золушки в XXI веке.

    Книга будет представлена в США и Великобритании 16 апреля.

  • “Bozun əlli çaları” müəllifinin yeni romanı çıxacaq

    Dünya ədəbiyyatının bestsellerlərindən sayılan “Bozun əlli çaları” kitabının müəllifi, britaniyalı yazıçı Erika Leonard Ceyms aprel ayında “Mister” adlı yeni erotik romanını nəşr etdirəcək.

    Median.Az xəbər verir ki, bu barədə “Penguin” nəşri məlumat yayıb.

    Yeni roman Londona təzə gəlmiş sirli qadına bir könüldən min könülə aşiq olan gənc ingilis zadəgandan bəhs edir. Yazıçının sözlərinə görə, kitabın süjet xətti bir növ “Zoluşkanın” XXI əsr variantıdır.

    Kitab ABŞ və Böyük Britaniyada aprelin 16-da işıq üzü görəcək.

  • В Лерике за хранение и сбыт наркотиков задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники Лерикского РОП задержали жителя села Худжу, ранее судимого М.Рустамова и жителя села Бибиани Э.Мурадова, у которых изъяли 270 грамм марихуаны.

    В результате проведенной очередной операции полицейские задержали жителей села Бузеир Н.Калбиева и Э.Аманова, у которых обнаружили соответственно 50 и 235 грамм марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • Lerikdə narkotiklərlə əlaqədar 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hücü kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan və Bibiyanı kənd sakini E.Muradovdan 270 qram marixuana götürülüb.

    Narkotik vasitəni onlara satan Buzeyir kənd sakinləri N.Kəlbiyev və E.Əmənov saxlanılıblar. Şəxsi axtarış zamanı Əmənovdan 235 qram, Kəlbiyevin evindən isə 50 qram marixuana aşkar edilib.

    Lerik RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • “İnanırıq ki, qatil Avaqyana ucaldılmış abidə götürüləcək” – Əflatun Amaşov

    Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əflatun Amaşov qrupun üzvləri adından Gürcüstan parlamentinin Azərbaycan Milli Məclisi ilə Dostluq qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət edib.

    Müraciətdə qeyd olunur ki, Gürcüstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər zaman özünün nümunəviliyi ilə diqqət çəkib: “Sevindirici haldır ki, müasir dövrdə bu münasibətlər strateji tərəfdaşlığa əsaslanaraq yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə də böyük məsuliyyət düşür və hər iki ölkənin ali qanunverici orqanlarının tarixi dostluğumuzun dərinləşməsi istiqamətdəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Parlamentlərimiz səviyyəsindəki qarşılıqlı işbirliyi hər iki xalqın ortaq maraq və mənafelərinin qorunmasına yönələn müstəsna təminatdır. Bu təminat zaman-zaman yaşanmış anlaşılmazlıqların və incikliklərin tez bir zamanda aradan qaldırılmasında da mühüm mənəvi dividentdir.

    Məlum olduğu kimi, 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyanın büstü qoyulub. Bu hadisə ölkəmizin ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. M.Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir”.

    Bildirilir ki, müasir dövrdə xalqlarımızı birləşdirən ağrı və acılar eynidir. Buna görə Azərbaycan dövləti hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstəyi özünün regional xarici siyasətinin başlıca prioriteti hesab etməkdədir. Azərbaycan üçün Gürcüstan həm də soydaşlarımızın kompakt məskunlaşdıqları, dost gürcü xalqı ilə mədəniyyət və məişəti, dövlətçilik ənənələrini birgə bölüşdükləri və yaşatdıqları vətəndir:

    “Biz, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri bu müraciətimizlə Gürcüstan-Azərbaycan Dostluq qrupunun üzvlərini xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırırıq. Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk.

    İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcək. Məsələyə həssas yanaşacağınıza əminliyimizi ifadə edir, hər birinizə uğurlar arzulayırıq”.

  • “Azərenerji”dən kütləvi ixtisarlarla bağlı yayılan xəbərə – Reaksiya

    “Bəzi internet xəbər saytlarında “Azərenerji” ASC-də kütləvi ixtisarların aparılması və bunun qanunsuz olması ilə bağlı məlumatlar verilib. Əslində isə ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra yaradılan Dövlət Komissiyasının yekun rəyinə əsasən bu müəssisədəki mühafizə postlarından 3-ü ləğv edilərək, nəzarəti həyata keçirmək mühafizə polisinə həvalə edilib”.

    Bu barədə qurumun yaydığı açıqlamada deyilir. “Azərenerji”nin məlumatına görə, eyni zamanda hazırda stansiyada perimetr boyu ağıllı kamera və hasarlama işinə başlanılıb:

    “”Mingəçevir” Su Elektrik Stansiyasının 2 hissəsini və Mingəçevir Su Anbarını, o cümlədən “Varvara” Su Elektrik Stansiyasını Fövqəladə Hallar Nazirliyi qoruduğu üçün daxildə eyni işi görən mühafizə dəstəsini ən azı ixtisar etməyə ehtiyac vardı. Bütün bunlara görə də, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bir hissə mühafizəçi ştatı ixtisar edilib. Eyni zamanda ixtisara düşən mühafizəçilərə stansiyalarda müvafiq işlər təklif edilib və onların əksəriyyəti bununla razılaşıblar.

    Ötən ilin iyulunda baş verən hadisələrdən əvvəl stansiyaların ərazisini mühafizəçilər müşahidə edirdi. İndi isə bütün hər yerdə olduğu kimi, “Azərenerji” ASC-də də ağıllı kamera sistemi qurulur. “Azərbaycan” İES başda olmaqla elektrik stansiyaları strateji obyektlərdir və onların mühafizəsi olduqca mühüm məsələdir. Bu səbəbdən də müasir texnologiyalar əsasında mühafizə və müşahidə sistemini təşkil etmək, mühafizə dəstələrini optimallaşdırıb daha çevik formaya gətirmək günün tələbidir.

    “Azərenerji” ASC-nin mərkəzi aparatında təmir işlərinin aparılması ilə bağlı mətbuatda yayılan məlumatlara gəldikdə isə təmir mərkəzi aparatda deyil Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda aparılır. Sovet dövründə tikilən və yararsız hala düşən bu binada nəinki elmi fəaliyyət, heç normal iş şəraiti mövcud deyil. Bu səbəbdən də institutda təmir işlərinə başlanılıb və yaxın zamanlarda həmin bina müasir standartlara uyğun səviyyəyə gətiriləcək”.

  • Uşaqlar övladlığa veriləndə valideyn seçə biləcəklər – Azərbaycanda

    “Övladlığagötürmə ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək”.

    Bunu “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib

    O bildirib ki, hazırda övladlığagötürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı – Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: “Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da imzaladığı “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində alt sistem yaradılacaq. Çünki indiyə qədər hər üç qurumun özünün ayrıca qanunvericilik bazası var idi. Yeni alt sistem çərçivəsində bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa uşaq götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa uşaq götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq”.

    O əlavə edib ki, iyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur: “Eyni zamanda Ailə Məcəlləsinə təliflər hazırlanır, bu işlərin icrası üçün vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir”.

    Şöbə müdiri qeyd edib ki, övladlığagötürmə ilə bağlı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək və uşaq övladlığa veriləndən sonra nəzarəti də bu nazirlik həyata keçirəcək: “Övladlığa uşaq götürmək istəyən şəxslərin növbəsinin çatması əsas amil olmayacaq. Bu zaman valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi olaraq uşağa nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.