Month: January 2019

  • Bakıda və regionlarda qanunsuz silah-sursat aşkar edilib

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında Bülbülə qəsəbəsi ərazisində “F-1” markalı qumbara aşkar ediblər.

    Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Şiriyevdən nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.

    Mingəçevir ŞPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapıblar.

    Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar ediblər.

    Araşdırmalar aparılır.

  • Житель Гянджи украл с банковской карты женщины деньги

    Как сообщает Median.Az, сотрудники Кяпазского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Гянджа Фикрета Надирова, который 19-го января украл с бакновской карты жительницы столицы 1522 маната.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Gəncədə qadının bank kartından pul oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da paytaxt sakini olan bir qadının bank kartından 1522 manat pulu çıxararaq, oğurlayan Gəncə şəhər sakini Fikrət Nadirov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Milli Şuranın 26 yanvar mitinqinə icazə verilmədi: Generalın müraciəti əsasında

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.

    Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli “Report”a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

    “Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək”, – R.Əhmədli bildirib.

    Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib. Bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov BŞİH-ə müraciət edərək təhlükəsizlik təbdirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatət verib.

  • Объявлен приговор жителю Шабрана, который ранил знакомого ножом

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя Шабранского района Илькина Новрузова (1992-го года рождения), обвиняемого по статье 126.1 (умышленное причинение тяжкого вреда здоровью) УК Азербайджана.

    Как сообщает Median.Az, в октябре прошлого года на рынке в г.Шабран Илькин Новрузов на почве возникшего инцидента нанес ножевые ранения знакомому Эльмаддину Амирасланову (1996-го года рождения), вследствии чего потерпевший был помещен в Центральную районную больницу. В тот же день Новрузова задержали сотрудники Шабранского РОП.

    Суд приговорил обвиняемого к 5 годам 8 месяцам лишения свободы.

  • Şabran bazarında tanışını bıçaqlayan şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini İlkin Novruzovun (1992-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən ilin oktyabr ayında Şabran şəhərinin mərkəzi bazarında İlkin Novruzov mübahisə zamanı tanışı Elməddin Əmiraslanova (1996-cı il təv.) bir neçə bıçaq zərbəsi vurub. Zərərçəkmiş Mərkəzi rayon xəstəxanasına çatdırılıb, onun həyatı xilas edilib. Həmin gün Şabran RPŞ-nin əməkdaşları tərəfindən İ.Novruzov saxlanılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • В Сиязаньском районе “KİA” сбил пешехода

    Как сообщает Median.Az, 23-го января в селе Еникенд автомобиль марки “KİA”, управляемый жителем села Н.Алиевым сбил жителя села У.Салимову, которая позже скончалась в Центральной районной больнице.

    В Сиязаньском РОП по факту ведется расследование.

  • Siyəzəndə “KİA” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, yanvarın 23-də Yenikənd kəndi ərazisində, kənd sakini N.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə həmkəndlisi U.Səlimovanı vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Siyəzən RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Deputat: “Kurikulum” sözünü deyəndə az qalır ağzımız əyilsin

    “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Vallah, bu sözü deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin.

    Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında millət vəkili Ağacan Abiyev deyib.

    O qeyd edib ki, bu məsələ təhsildə xaos yaradır:

    “Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər? Bu, xaosdur, “şum”dur… Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.

  • Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək

    Azərbaycanda kinorejissor Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək.

    Bu barədə müvafiq sərəncamı yanvarın 24-də prezident İlham Əliyev imzalayıb.

    Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Qeyd edək ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoyub.

    Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir.

    Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.