Month: January 2019

  • Eldar Əzizov əmr verdi – BŞİH-də YENİ TƏYİNAT

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.

    Median.az Report-a istinadən xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.

    Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.

    İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazonov isə yeni vəzifəyə təyinat almayıb.

  • “Gövhər Həsənzadə mənə hədiyyə etdiyi mahnıları Türkiyədə satdı” – İzzət Bağırov – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni İzzət Bağırov olub.

    Median.az xəbər verir ki, aparıcı Elgiz Əkbər bəstəkar Gövhər Həsənzadənin bəstələrinin qiymətini açıqlayarkən, İzzət Bağırov bəstəkardan 3 mahnının ona hədiyyə edildiyini bildirdib:

    “Mənə 3 mahnı hədiyyə verib. Amma daha sonra onları Türkiyədə satıb. “Bəs indi mən neyləyim” mahnımı 5 ildən sonra Nilüfərə satdı. Nilüfər onu oxudu da, klip də çəkdi”.

  • В Испании родится ребенок от трех родителей

    Испанские врачи впервые в мире провели операцию по зачатию ребенка от трех родителей – двух женщин и мужчины. Благодаря этому жительница Греции, страдающая бесплодием, вскоре станет мамой. Сейчас она находится на 32-й неделе беременности. Все трое родителей ждут сына.

    Как передает Median.az, об этом пишет «Ридус».

    Медики объяснили, что во время операции и извлекается ядро оплодотворенной яйцеклетки, после этого его переносят в донорскую яйцеклетку, откуда предварительно удаляют ядро.

    «Несмотря на то, что мы используем гаметы от одного мужчины и двух женщин, ядерная ДНК будущего ребенка, от которой зависят все его черты, наследуется только от биологической матери, как при нормальном оплодотворении», – рассказали специалисты.

    Такая операция возможно, по словам медиков, если яйцеклетка и сперматозоиды, от которых ребенок наследует генетический материал, могут слиться и хотя бы на самых ранних этапах развития начать нормальное деление.

    Отмечается, что такой способ зачатия защитит малыша от многих генетических заболеваний, а бесплодные женщины смогут забеременеть.

  • Arvadından küsən kürəkən qayınatasını bıçaqladı – VİDEO – FOTO

    Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub.

    Median.az ARB TV-yə istinadən xəbər verir ki, 48 yaşlı Kamaləddin Əliyev kürəkəni 27 yaşlı Elşən Yolçuyev tərəfindən döş qəfəsindən bıçaqlanıb.Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

    Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Həmin axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.

    Ağstafa polisi hadisənin təfərrüatını araşdırır.

  • Qvardiola nədən qorxurmuş?

    “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun yarımfinalında “Barton”la qarşılaşmanı(1:0) təhlil edib.

    Median.az goal.az-a istinadən xəbər verir ki, çalışdırıcı yaxşı oynadıqlarını deyib. “Meydan sürüşkən idi. Son ötürmələrdə dəqiqlik çatmırdı. Ümumən matç pis keçmədi. Birinci oyunla müqayisədə budəfəki qarşılaşma fərqli alındı. Matça 9 top üstün çıxmışdıq. Düzü, buna görə narahat idim. Futbolçularımın həvəssiz oynayacağından, arxayınçılıqdan qorxurdum. Yaxşı ki, belə olmadı. Artıq finaldayıq. Kuboku ardıcıl ikinci dəfə qazanmaq istəyirik”, – mütəxəssis bildirib.

    Qvardiolanın komandası finalda “Çelsi” – “Tottenhem” cütünün qalibi ilə qarşılaşacaq.

  • Dünyanın borcu 2 dəfə artdı – 66 trilyon

    2018-ci ilin sonunda dünyanın ümumi borcu 66 trilyon dollara çatıb.

    Median.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Fiç” beynəlxalq reytinq agentliyi yayıb. Məlumata görə, dünyanın borcu qlobal ümumdaxili məhsulun 80%-nə çatıb. Beləliklə, dünyanın borcu 2007-ci ilin göstəriciləri ilə müqayisədə 2 dəfə artıb.

    “Fiç” hazırda dünyanın ən çox dövlət borcu olan ölkələrin ABŞ (21 trilyon dollar), Yaponiya (12 trilyon) və Çin (6 trilyon) olduğunu vurğulayıb. Agentlik 2012-ci ildən bu yana inkişaf etmiş ölkələrin borcluluq səviyyəsinin stabil vəziyyətdə qaldığı və təxminən 50 trilyon dollar təşkil etdiyini bildirib. İnkişafda olan ölkələrin borcu isə bu dövr ərzində 10 trilyon dollardan 15 trilyon dollara qədər yüksəldiyi açıqlanıb.

  • Gürcüstanda Avaqyana büstün qoyulması məsələsi XİN-in nəzarətindədir

    Rəsmi Bakı Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması ilə bağlı Gürcüstan tərəfinə etirazını bildirib.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

    O qeyd edib ki, bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb:

    “Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir”.

  • В Абшероне возникнут перебои с электричеством

    Завтра в электроснабжении поселка Мухаммеди Абшеронского района возникнут перебои.

    Об этом сообщили в ОАО «Азеришыг».

    Ограничения связаны с ремонтными работами.

    В связи с этим, 25 января с 11:00 до 14:30 электричество в поселок Мухаммеди местами будет подаваться с перебоями.//Oxu.az

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

    Median.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

    Binanın altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış doqquz ədəd elektrik sayğacı, üç ədəd elektrik açarı və 0.5 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В столице и регионах обнаружены оружие и боеприпасы

    Как сообщает Median.Az, сотрудники 31-го отделения полиции Сураханского РУП на основании поступившей информации на территории поселка Бюль-Бюля обнаружили ручную гранату “Ф-1”.

    Кроме этого, сотрудники 4-го отделения полиции Сумгайытского ГУП задержали жителя города, ранее судимого А.Шириева, у которого изъяли обрез модели “ИЖ-16” и 2 патрона.

    Сотрудники Мингячевирского ГОП на основании поступившей информации на Гянджинском шоссе обнаружили одну ручную гранату “Ф-1”, две гранаты “РГД-5” и 53 патрона, сотрудники Ленкораньского РОП задержали жителя города, ранее судимого Н.Джафарова, у которого изъяли одну гранату и обрез модели “ИЖ-16”.

    По фактам ведется расследование.