Month: January 2019

  • Sabah “güzəştli mənzillər” satışa çıxarılır: seçim necə olacaq?

    Sabah – yanvarın 25-də Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılmalıdır.

    Elektron satış saat 11:00-da başlayacaq və fevral 8-də eyni saatda başa çatacaq.

    Birinci satışda olduğu kimi, bu dəfə də “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək.

    Bu barədə iqtisadçı Vüqar Bayramov özünün “Facebook” səhifəsində bildirib ki, mənzil almaq istəyində olanların iki faizinin arzusu gerçəkləşəcək:

    “10 min nəfərin qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu istəkdə olanların iki faizindən azı mənzilə sahib olacaq. Bu isə o deməkdir ki, sosial ev axtaranların 98 faizi mənzil seçimi edə bilməyəcək. Təbii ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazır olan evləri satışa çıxarır. Bütövlükdə, Yasamal Yaşayış Kompleksində 1843 ailə mənzillə təmin ediləcək. Bu isə o deməkdir ki, kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artdığını ödəyəcək.

    Satışda mənzil sahib olacaq ailələrlə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək, deyə bilərik ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur. Aydındır ki, MİDA Yasamalda və daha sonra Hövsanda mənzilləri mərhələli şəkildə satışa çıxaracaq və tələb də mərhələli şəkildə ödəniləcək. Agentliyin tələbi tam və ya əsasən qısa zamanda ödəməsi texniki baxımdan mümkün də deyil”.

    Satış zamanı narazılıqların olmaması və eləcə də, prosesin daha da təkmilləşdirilməsi üşün iqtisadçı aşağıdakıların tətbiqini məqsədəuyğun hesab edir:

    1. Əvvəllər də qeyd etdiyimiz kimi, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipli seçimi birmənali qarşılanmır. Doğrudur, belə seçim şəffaflığın təmin edilməsi üçün texniki imkanlar yaradır, kənar müdaxilələri minimumlaşdırır və əslində uyğun Strateji Yol Xəritəsində də bu meyar qeyd edilib. Bununla belə, “first-come, first-served” və ya “ilk müraciət ilk mənzil” prinsipinin özünün qruplaşdırılması mümkündür və bu zaman ev sahibi ola bilməyənlərin arasındakı inamsızlığı aradan qaldırmaq olar. Çünki mövcud qaydalara görə, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir.

    Aydındır ki, bu yanaşma daha çox texniki vərdişlərlə bağlıdır. Bu baxımdan güzəştli kateqoriya prinisipi saxlanılmaqla “çevik seçim” mexanizmi çərçivəsində sosial sub-qruplaşmada tətbiq olunması vacibdir. Daha məqsədə uyğun olardı ki, MİDA müraciətlərinin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır.

    İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar (həsas qruplar) evlə təmin edilməlidir. Həsas qrupların müəyyənləşdirilməsində qanunvericilikdə boşluq olduğu halda bununla bağlı hüquqi bazanın möhkəmləndirilməsi mümkündür. Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər.

    Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir.

    Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bu zaman isə satışda potensial 10 min nəfər eyni vaxtda deyil, mərhələli şəkildə iştirak edəcək və bu da seçim zamanı fərqli səbəblərdən yaranan narazılığı və inamsızlığı ciddi şəkildə azaldacaq.

    2. 2019-cu ildə dövlət büdcəsinin xərclərinin 17 faizi artacağını nəzərə alsaq, bu istiqamətə daha çox vəsaitin ayrılması mümkündür. Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq.

    Mənzillərin qiyməti həmin ərazidə yerləşən anqloji mənzil ilə müqayisədə aşağı olsa da belə, sosial mənzillərin qiymətinin daha da ucuzlaşması məqsədəuyğundur. Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibari ilə qiymətin aşağı düşməsinə gəririb çıxardacaq.

    Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır.

    Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqlı mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər.

    3. MİDA tərəfindən hər elektron satışda mənzil alan şəxslərin ad və soyadları və onların hansı güzəştli qrupa aid olunması ilə bağlı listin mətbuat vasitəsi ilə yayımlanması və agentliyin internet səhifəsində yerləşdirilməsi vacibdir. Hazırkı iqtisadi islahatların hədəfinin şəffaflığın gücləndirilməsi oduğundan, bu, sosial evlərin satışı zamanı şəffaflığın və hesabatlılığın artmasına səbəb ola bilər. Nəticədə, sosial mənzillərin satışına inamı gücləndirər.

    Mənzil sahib olanlar ilə bağlı məlumat kommersiya sirri hesab edilməməlidir və MİDA həmin məlumatların ictimailləşdirilməsi ilə bağlı öncədən potensial alıcılar ilə elektron anlaşma bağlaya bilər.

    4. Ötən həftə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilən dəyişikliklər mütərəqqidir və bu baxımdan satış mexanizminin daha da təkmilləşdirilməsi imkanları var. Belə ki, yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır.

    “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

    Digər dəyişiklik agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək.

    Qeyd edək ki, “güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.

    Ümid edək ki, mənzilə ciddi ehtiyacı olanlar evə sahib ola biləcəklər.

  • Özümdən elm kəşf etmək istəyirdim: Ayağı tutulan meyxanaçı danışdı – VİDEO

    Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub. Meyxanaçı hazırda paytaxtın özəl klinikalardan birinə yerləşdirilib.

    Median.Az-ın məlumatına görə, Baku TV-nin əməkdaşları söz ustasının vəziyyəti ilə maraqlanmaq üçün həmin klinikaya yollanıblar.

    İntiqam Rüstəmov açıqlamasında səhv əməliyyat olunmadığını bildirib.

    Meyxanaçı vurğulayıb ki, ayaqları öz səhlənkarlığı ucbatından tutulub.

    “Müalicəmi düz aparmamışam. Özümdən elm kəşf etmək istəyirdim, düşdüm bura”, – deyə o bildirib.

  • Azərbaycan və İran birgə avtomobil istehsal edəcək

    Azərbaycan və İranın müştərək avtomobil zavodu olan “AzerMaş-İKCO” fevral ayının ortalarından Neftçala sənaye parkında “Peugeot” avtomobilinin istehsalına başlayacaq.

    Median.Az “Mehr News” agentliyinə istinadən xəbər verir ki, bu barədə “AzerMaş”ın sədri Emin Axundov açıqlama verib.

    “Xəzər-Pejo” adlı yeni avtomobillər avtomatik ötürücülər qutusu ilə təchiz olunacaq. “AzərMaş-IKCO” şirkətinin istehsal həcmi ilə 10 min avtomobil olacaq. Birinci mərhələdə (2019-cu ilin sonuna) altı min avtomobil istehsal olacaq. Müəssisənin ilə iki min avtomobil ixrac edəcəyi gözlənilir. Müəssisə 300 nəfəri işlə təmin edəcək.

    İlkin mərhələdə “Xəzər” modelindən olan “Khazar SD” və “Khazar LD” avtomobilləri buraxılacaq. E.Axundovun bildirdiyinə görə, “Khazar SD”nin başlanğıc qiyməti 16 min manat, “Khazar LD” isə 18 min manat olacaq.

    “Iran Khodro” və onun törəmə şirkəti olan “AzərMash-AzEuroCar” MMC 6 avqust 2016-cı ildə Neftçala sənaye parkında müştərək avtomobil zavodunun yaradılması haqında müqavilə bağlayıb. Layihənin ümumi dəyəri 14,08 milyon dollar qiymətləndirilir. Azərbaycanın investisiya payı 75%, İranın investisiya payı 25% təşkil edir.

  • Кадровые изменения в «Азеришыг»

    В ОАО «Азеришыг» произошли кадровые изменения.

    Начальник управления энергоснабжения и продаж Баглар Таир Алиев освобожден от занимаемой должности.

    Глава пресс-службы ОАО «Азеришыг» Танрыверди Мустафаев подтвердил данную информацию.

    По его словам, на место Таира Алиева назначен Расим Гасанов.
    //oxu.az

  • “Azərişıq”da kadr dəyişikliyi – RƏSMİ

    “Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

    Bakı Regionunun Bağlar enerji təchizatı və satış idarəsinin rəisi Tahir Əliyev vəzifəsindən azad edilib.

    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiq edib.

    O bildirib ki, Tahir Əliyevin yerinə Rasim Həsənov təyinat alıb.
    //oxu.az

  • Азербайджан намерен экспортировать молочную продукцию в арабские страны

    «Азербайджан будет экспортировать молочную продукцию в Катар и Объединенные Арабские Эмираты».

    Как передает Median.Az со ссылкой на Report, об этом сказал председатель Ассоциации производителей и экспортеров молока и молочной продукции Азербайджана Самир Эюбов.

    По его словам, ситуация на внутреннем рынке, проблемы с реализацией продукции заставили перерабатывающие предприятия задуматься об экспорте.

    «Речь идет в основном об экспорте сыра. Сейчас идет подготовка, и экспорт продукции начнется в ближайшее время», – сказал он.

  • Куда уходят собранные на автостоянках деньги? – ВИДЕО

    На днях председатель Правления Бакинского транспортного агентства Вусал Керимли заявил, что агентство не имеет никакого отношения к собранным на паркингах денежным средствам. Но всех интересует один вопрос. Куда же уходят эти деньги?

    Как передает Median.Az, ARB TV в связи с данным вопросом начало расследование в различных частях города.

    Так, на паркинге перед станцией метро «28 Мая» работают более 20 контролеров без документов, подтверждающих эту деятельность.

    «Здесь парковка небесплатная, мы выдаем чеки. Подчиняемся БТА», – сказал один из них.

    По словам экспертов, несмотря на то, что паркинги переданы БТА, данная структура пока контролирует лишь подземные парковки, следовательно, пользование надземными парковками пока должно быть бесплатным.

    «Это незаконная деятельность. Эти аппараты не подключены ни к какой центральной базе и системе. Так пугают водителей, мол, если не заплатишь, то будешь оштрафован, и требуют с них один-два маната», – подчеркнул эксперт Эльмаддин Мурадлы.

  • Parkinqlərdən yığılan pullar hara gedir? – VİDEO

    Ötən gün BNA-nin sədri Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirdi ki, Bakıda fəaliyyət göstərən yerüstü parkinqlərdə yığılan vəsaitin agentliklə heç bir əlaqəsi yoxdur. İndi hər kəsi bir sual maraqlandırır. Bəs, yığılan pullar hara gedir?

    Median.Az-ın xəbərinə görə, ARB TV məsələ ilə bağlı paytaxtın müxtəlif istiqamətlərində araşdırma aparıb.

    Bura 28 May metrosunun qarşısında fəaliyyət göstərən yerüstü parkinq yeridir. Ərazidə təqribən 20-dən çox işçi parkinq xidməti ilə məşğul olur. Bu şəxslərin göstərdikləri fəaliyyətə dair hər hansı sənədlərinin olmadığını da demək yerinə düşər.

    “Bura ödənişsiz deyil, qəbz verirəm. Biz BNA-ya baxırıq”, – deyə parkinq nəzarətçisilərində biri bildirib.

    Digəri isə hələ iki gün işlədiyini və bu səbəbdən danışa bilməyəcəyini qeyd edib.

    Ekspertlər isə bildirirlər ki, parklanma yerləri BNA-nə həvalə olunsa da, hələlik qurum yalnız yeraltı parinqlərə nəzarət edir.

    Yerüstü parkinqlər hələlik heç bir quruma həvalə olunmadığı üçün xidmətdən istifadə ödənişsizdir.

    “Qanunsuz fəaliyyətdir. O aparatlar heç bir mərkəzi bazaya, heç bir sistemə qoşulu deyil. Sürücüləri qorxudurlar. Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”, – deyə ekspert Elməddin Muradlı vurğulayıb.

    Görünən odur ki, məsələ ilə bağlı xüsusi normativlər olmadığından pulsuz fəaliyyət göstərməli olan parkinqlərdə dayanmaq üçün hələ bir müddət nəzarətsiz nəzarətçilərə pul ödəməli olacağıq.

  • İki məcəlləyə və bir neçə qanuna dəyişikliklər edilir

    Yanvarın 24-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

    İclasda 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı, gündəlikdəki digər məsələlər müzakirə olunub.

    İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “mərkəzləşdirilmiş” sözü əlavə edilir.

    Bundan başqa sənədin 14-cü maddəsinin 3-cü hissəsinin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və “əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir.” məzmunlu dördüncü abzas əlavə edilir.

    Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsi isə yeni redaksiyada verilir.

    Sonra “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

    Qanun layihələri hamısı yaz sessiyasına tövsiyə olunub.
    //oxu.az

  • Электрички Баку-Сумгайыт-Баку не будут работать один день

    Электрички Баку-Сумгайыт-Баку не будут работать 27 января.

    Об этом сообщили в ЗАО «Азербайджанские железные дороги».

    Сообщается, что это связано с ремонтно-восстановительными работами на станции Сумгайыт-пассажирская.