Month: February 2019

  • Naftalanın icra başçısının ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI – Onu öldürüblər?

    Fevralın 24-də Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən mənzildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

    Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Rövşən İbrahimov fevralın 25-də “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

    O, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

  • Ильхам Алиев: Грузия и Азербайджан – братские страны

    Мы придаем огромное значение Вашему визиту. Я поздравил госпожу Президента с победой на выборах. Очень рад, что спустя короткое время госпожа Президент совершает визит в Азербайджан. Это – прекрасный показатель.

    Об этом сказал Президент Азербайджанской Республики Ильхам Алиев 27 февраля на встрече, которая прошла в Баку с Президентом Грузии Саломе Зурабишвили в расширенном составе.

    «Сегодня на встрече тет-а-тет мы обсудили многие вопросы. Обсудили региональные проблемы, наше двустороннее и многостороннее сотрудничество. Еще раз убедились в том, что наши позиции совпадают по всем вопросам.

    Уверен, что этот визит станет важным шагом для развития грузино-азербайджанских связей. На сегодняшний день мы вместе решили многие вопросы. Грузия и Азербайджан являются близкими друг другу дружественными и братскими странами. Мы веками жили в атмосфере добрососедства и сегодня успешно развиваемся. Реализуемые нами совместно проекты важны и для наших стран, и для континента, и для всего мира.

    Нам удалось создать очень успешный формат сотрудничества. Убежден, что в предстоящие годы сотрудничество будет еще больше углубляться и расширяться во всех сферах. Это диктует наша политическая воля. Уверен, что мы всегда будем рядом друг с другом во всех вопросах, будем поддерживать друг друга так же, как до сих пор всегда были вместе во всех вопросах.

    Сегодня мы обсудили как вопросы внешней политики, так и ситуацию в регионе, реализацию наших транспортных, энергетических проектов. Конечно, сейчас мы будем обсуждать эти вопросы в расширенном составе, в более широкой форме. Убежден, что итоги визита будут очень позитивными и внесут новый вклад в наше сотрудничество», – сказал глава государства.

  • İlham Əliyev: Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir

    Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdim. Çox şadam ki, qısa müddətdən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Bakıda Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə geniş tərkibdə görüşdə deyib.

    “Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”, – deyə Azərbaycan prezidenti bildirib.

    Dövlət başçısı əminliyini vurğulayıb ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaq:

    “Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik.

    Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.

    Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək”.

  • Саломе Зурабишвили: В последние годы мы пережили одинаковые трагедии

    Рада, что приехала в Азербайджан. Это мой первый визит в регионе. Мне очень приятно находиться в соседней и дружественной нам стране.

    Об этом 27 февраля на встрече в расширенном составе с Президентом Азербайджанской Республики Ильхамом Алиевым сказала Президент Грузии Саломе Зурабишвили.

    «Наше сотрудничество очень важно для нас. В первую очередь нас связывают большая история, традиции. 100 лет назад мы вместе начали строить современное государство. Мы восстановили нашу независимость. В свое время у нас была и небольшая федерация. Мы вместе утратили независимость, прошли через тяжелые годы, пережили их», – сказала Президент Грузии.

    По словам С.Зурабишвили, это отразилось на государственном строительстве обеих стран.

    «Мы вместе восстановили нашу независимость. В последние годы мы пережили одинаковые трагедии. И сегодня мы переживаем то, что для страны означает оккупация территорий. Территориальная целостность еще не восстановлена. Вопрос оккупации все еще остается для нас открытой раной.

    С одной стороны, это мешает нашему развитию, а с другой, несмотря на все это, эти трагедии, мы смогли усилить наше государство, экономику. Наш путь – путь независимости, и мы будем так и продолжать. Это – большие успехи», – отметила глава государства.

    Она подчеркнула, что рада находиться в Баку:

    «Рада находиться здесь, потому что нам предстоит поговорить о многом: и о прошлом, и о будущем. У нашего региона очень большие перспективы».

  • Salome Zurabişvili: Biz son illər eyni faciələri yaşadıq

    Şadam ki, Azərbaycana gəlmişəm. Bu, mənim regionda birinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmnunluq duyuram.

    Bunu Gürcüstan prezidenti xanım Salome Zurabişvili prezident İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə deyib.

    Gürcüstan prezidenti deyib ki, iki ölkə arasında əməkdaşlıq çox əhəmiyyətlidir:

    “İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq”.

    Salome Zurabişvilinin sözlərinə görə, bunlar dövlət quruculuğuna da təsir edib.

    “Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır.

    Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır”, – Zurabişvili vurğulayıb.

    O, ölkəmizə səfərdən məmnun olduğunu dilə gətirib:

    “Şadam ki, buradayam. Çünki bizim həm keçmiş, həm də gələcək haqqında çox söhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir”.

  • Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı – ÖZƏL

    Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

    “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev azxeber.com-a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: “Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.

    Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”.

    O həmçinin deyib ki, müraciət edərsə, Mehman Hüseynovu qarşılaya bilərik.

  • Объявлены результаты перевода студентов

    Известны результаты перевода студентов из высших учебных заведений внутри страны и за рубежом, а также из средних специальных учебных заведений Азербайджана.

    Как передаёт Median.Az, отвечая на запрос oxu.az, Министерство образования сообщило, что на портал Transfer.edu.az поступило 1820 обращений от желающих перевестись из высших учебных заведений:

    «Из них 1319 человек получили положительные ответы на свои обращения. Это на 442 человека больше по сравнению с результатами прошлого года. Из 1065 человек, получивших разрешение на перевод из высших учебных заведений, 1014 человек перевелись из бакалавриата, 24 человека – из магистратуры, 27 человек – из иностранных высших учебных заведений.

    Из 316 человек, желающих перейти из средних специальных учебных заведений, 254 получили положительные ответы», – отмечается в информации.

  • Tələbə köçürülməsinin nəticələri məlum oldu

    Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə nəticələr məlum olub.

    Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Transfer.edu.az portalı vasitəsilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib:

    “Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014 nəfərini bakalavriatura, 24 nəfərini magistratura səviyyəsi üzrə, 27 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir”.

    “Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 316 nəfərdən 254-nün müraciətinə müsbət cavab verilib”, – deyə məlumatda qeyd edilib.

  • Bu il Bakı metrosuna 30 yeni vaqon gətiriləcək

    “Bakı metrosunda vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir”.

    Bu barədə Bakı Metropoliteni” QSC-nin yaradılmasının 5 illiyi ilə bağlı yaydığı məlumatda bildirilir.

    Məlumatda deyilir ki, ilk dəfə 2015-ci ildə alınmış müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 yeni vaqon alınmaqla ədəd olmaqla parkı yeniləşdirəcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yenilənəcək.

  • Bakıda 21 yaşlı qız 4 aydır yoxa çıxıb – FOTO

    Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Dadaşova Brilyant Gəray qızı itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, B.Dadaşova noyabr ayında Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Yaxınlarının verdiyi məlumata görə, xanım bundan əvvəl də bir neçə dəfə evdən gedib, ancaq bir müddətdən sonra geri qayıdıb.

    Bu dəfə isə uzun müddət yoxa çıxdığından onlar polisə müraciət ediblər.