Month: February 2019

  • Füzulidə 1 əl qumbarası və 55 müxtəlif çaplı patron aşkar edilib

    Füzuli rayonunda 1 əl qumbarası və 55 müxtəlif çaplı patron aşkar edilib.

    Bu barədə “Report”a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildirilib.

    Fevralın 27-si saat 16:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən keçmiş taxıl anbarında mərminin tapılması barədə məlumat daxil olub.

    Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısız), 40 ədəd 7.62 mm-lik və 15 ədəd 5.45 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Partlamamış hərbi sursatların (PHS) ətrafında 50 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Bərdədə 13 yaşlı uşaq enerji içkisindən ölüb? – Nazirlikdən açıqlama

    Səhiyyə Nazirliyi Bərdədə uşağın enerji içkisindən ölməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

    Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə ölən uşağın enerji içkisindən vəfat etməsi xəbərləri həqiqəti əks etdirmir:

    “Bərdə rayonu, Dəymədağıldı kənd sakini, 2006-ci il təvəllüdlü Babazadə Şamiq Namiq oğlu fevralın 26-da ağır vəziyyətdə Bərdə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Xəstənin müayinəsi zamanı ilkin olaraq rentgenoqrafiya “Sol tərəfi plevropnevmaniya, ağciyərin emfizeması” diaqnozu qoyulub.

    Xəstəyə tibbi yardım göstərilməsinə baxmayaraq, onun vəziyyətinin yaxşılaşmaması və diaqnozun dürüstləşdirilməsi üçün tibbi yardım maşını və həkim nəzarəti altında respublika klinik Uşaq Xəstəxanasına göndərilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

    Döş qəfəsinin KT müayinəsi edilib və o, “Sağ ağciyərin orta payının şişi, ağciyər emfizeması, hematoraks, hər iki ağ ciyərdə” plevropnevmaniya diaqnozu ilə Təcili Yardım Xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsinə köçürülüb”.

    “Xəstə həmin şöbəyə daxil olduğu qısa müddət ərzində vəfat edib”, – deyə qeyd edilib.

    Qeyd edək ki, ötən gün Report 13 yaşlı Bərdə sakininin enerji içkisindən öldüyü barədə məlumat yaymışdı.

  • Milli Məclisin komissiyasına sədr və katib seçildi

    Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının sədrinin və katibinin adına aydınlıq gətirilib.

    Median.Az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda Fəttah Heydərov yenidən sədr, Sədaqət Vəliyeva isə katib seçilib.

    Xatırladaq ki, fevralın 1-də Milli Məclisin plenar iclasında Hesablayıcı komissiyanın yeni tərkibi seçilib.

    Hesablayıcı komissiyasının tərkibinə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.

    Qeyd edək ki, Mlli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış Milli Məclisin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.

    Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

    Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və Milli Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.

    Milli Məclisin sədrinin seçkiləri keçirilərkən Milli Məclisin sədrliyinə göstərilmiş hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir üzv daxil edə bilər. Hesablayıcı komissiyanın bu üzvləri yalnız Milli Məclisin sədrinin seçkiləri zamanı komissiyanın üzvü olurlar.

  • Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı

    DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.

    DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

    Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

  • Qadınların pasportlarını alıb kişilərlə görüşdürən şəxs azadlığa buraxılıb

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, M. Bəşirova cəza verilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova 2018-ci ilin sonlarında həbs edilib.

    Belə ki, o, 2017-ci ildən “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib. Məlum olub ki, M.Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Malayziyaya aparıb və orada cinsi istismara məruz qoyub. O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

    M.Bəşirovadan zərərçəkmiş qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

  • Elektron qolbaq daşıyan məhbusların sayı açıqlandı

    Azərbaycanda həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb. 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

    Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verilib.

    Bildirilib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib.

    Qeyd olunub ki, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb.

  • Əmək pensiyalarının minimum məbləği artdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    “Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”, – deyə sənəddə bildirilir.

    Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

  • Замглавы посольства Пакистана вызвали в МИД Индии

    Министерство иностранных дел Индии в среду вызвало временного поверенного в делах посольства Пакистана в Нью-Дели Сайеда Хайдера Шаха на фоне возросшей эскалации напряженности в спорном регионе Кашмир.

    Как передаёт Median.Az, об этом сообщил РИА Новости источник в индийском дипведомстве.

    «Действующий глава пакистанской дипмиссии в Нью-Дели Сайед Хайдер Шах некоторое время назад был вызван в МИД», – заявил собеседник агентства.

    При этом дополнительные подробности не сообщаются.

    Напомним, ранее пакистанские военные сбили два самолета индийских ВВС в небе над Кашмиром. В ответ на это военно-воздушные силы Индии сбили пакистанский истребитель F-16, который нарушил воздушное пространство страны.

    В связи с эскалацией напряженности в отношениях между Пакистаном и Индией премьер-министр Пакистана Имран Хан заявил, что Пакистан готов сесть за стол переговоров с Индией.

  • 1 məhkəmə sədrinə, 5 hakimə töhmət verildi

    Azərbaycanda 1 məhkəmə sədrinə, 5 hakimə töhmət verilib.

    Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verilib.

    Qeyd olunub ki, Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Şabran rayon məhkəməsinin sədri Çingiz İsgəndərova, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanova, Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz rayon məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

    Bildirilib ki, 2019-cu ildə 100-dən çox hakimin, o cümlədən Ali Məhkəmənin 22, apellyasiya məhkəmələrinin 38, birinci instansiya məhkəmələrinin isə 42 hakiminin fəaliyyətinin qiymətləndirilməsinin nəzərdə tutulduğu qeyd edilərək, tələbkarlığın, xüsusilə məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılması üzrə konkret tapşırıqlar verilib. Bildirilib ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

    Ümumiyyətlə isə Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən, 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.

  • Глава УМК награжден орденом «За заслуги перед Карачаево-Черкесией»

    Глава Карачаево-Черкесии Рашид Темрезов вручил председателю Управления мусульман Кавказа Шейх-уль-исламу Аллахшукюру Пашазаде орден «За заслуги перед Карачаево-Черкесией».

    А.Пашазаде удостоен высшей государственной награды Карачаево-Черкесии «за вклад в укрепление межконфессионального мира и согласия», сообщает пресс-служба правительства республики.

    Р.Темрезов в ходе встречи отметил, что сегодня «Россия и Азербайджан – динамично развивающиеся государства, имеющие общую историю теплых взаимоотношений». «Благодаря президентам России и Азербайджана Владимиру Путину и Ильхаму Алиеву постоянно расширяются и укрепляются межгосударственные связи»,- отметил Р.Темрезов.

    Он также отметил, что А.Пашазаде и председатель Координационного центра мусульман Северного Кавказа Исмаил-Хаджи Бердиев вносят большой вклад в укрепление дружеских и братских, межконфессиональных и межнациональных отношений между народами двух стран государствами.