Month: February 2019

  • В Гяндже за совершение краж задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники Низаминского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Гянджа Г.Исмайылова, который украл мобильный телефон у жителя города С.Ахмедова.

    Кроме этого, сотрудники Кяпазского РУП задержали жителя г.Гянджа, ранее судимого А.Гулузаде, который украл с трех дворовых участков водяные насосы и трех автомобилей аккумуляторы.

    Сотрудники Кяпазского РУП задержали жителя Гейгельского района, ранее судимого Г.Фараджова, который 24-го сентября прошлого года путем мошенничества присвоил у жителя города Р.Мамедова мобильный телефон и 21-го января этого года украл из автомобиля марки “Toyota” мобильный телефон.

    Сотрудники Кяпазского РУП задержали жителя г.Гянджа, ранее судимого Ф.Рагимова, который 27-го ноября украл из киоска 665 манатов и сигареты.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Gəncədə oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaş S.Əhmədovun mobil telefonunu oğurlayan Gəncə şəhər sakini G.İsmayılov saxlanılıb.

    Bundan başqa, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində 1 həyətyanı sahədən su sayğacı oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Quluzadə saxlanılıb. Araşdırma zamanı onun, daha 2 həyətyanı sahədən su nasosu, 3 avtomobildən akkumulyator oğurlaması məlum olub.

    Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 24-də R.Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə ələ keçirən və bu il yanvarın 21-də “Toyota” markalı avtomobildən mobil telefon oğurlayan Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş H.Fərəcov saxlanılıb.

    Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 27-də köşkdən 665 manat və tütün məmulatı oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Rəhimov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Azərbaycanda anomal hava şəraiti kənd təsərrüfatına ziyan vura bilər

    Ölkədə müşahidə olunan anomal hava kənd təsərrüfatına ziyan vura bilər.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev deyib ki, havanın mülayim keçməsi əsasən də bitkiçiliyə və meyvəçiliyə öz mənfi təsirini göstərə bilər.

    Pərviz Hacıyev bildirib ki, belə hava şəraiti sahələrdə və meyvə bağlarında zərərvericilərin və xəstəliklərin yayılmasına şərait yaradır.

    Onun sözlərinə görə, fermerlər zərəvericilərin çoxalmasının qarşısını almaq üçün dərman prepartlarından istifadə etmələdirlər.

    Hidrometeoroloqlar isə belə hava şəraititinin fevralının 10-a kimi davam edəcəyini bildirir.

  • Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb, sürücü tapılmır

    Qubada bədbəxt hadisə baş verib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Vəlvələçayda qazıntı işləri aparan ekskavator aşıb. Ekskavatorun sürücüsü 41 yaşlı Şabran rayon sakini Qasımov Vüqar Eyvaz oğlunun uçqun altında qaldığı ehtimal olunur. Əraziyə hüquq-mühafizə oqranlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub. Aparılan axtarışlar hələ ki, nəticəsiz qalıb. Sürücünün taleyi barədə heç bir məlumat yoxdur. Axtarışlar davam etdirilir.

  • Sevinc və Sevil bacılarının biznesi batdı

    Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının iki il əvvəl açdıqları ayaqqabı mağazası bağlanır.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda əkizlər özləri xəbər yayıb. Onlar mağazada olan bütün əşyaların ucuz qiymətə satıldığını, məkanın bağlandığını bildiriblər.

    Qeyd edək ki, Sevil və Sevincin ötən il açdığı gözəllik salonu da fəaliyyətini dayandırıb. Belə ki, bacıların bir nəfərlə şərik işlətdiyi məkandakı bütün özlərinə aid olan əşyaları oradan daşıdıqları və işbirliyinə son qoyduqları bildirilib.

    Xatırladaq ki, Sevil və Sevinc bir neçə gün əvvəl prodüserləri Mahodan ayrılma xəbəri ilə gündəmə gəlmişdi.

  • Yüksək vəzifəli məmur canlı yayıma qoşuldu: Azərbaycanda ilk (VİDEO)

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Facebook” sosial şəbəkəsində sualları canlı yayımda cavablayıb.

    Median.Az xəbər verir ki, DMX rəisi təxminən bir saat ərzində sosial şəbəkə istifadəçilərinin suallarına cavab verib.

    Dövlət Miqrasiya Xidmətində işə düzəlməklə bağlı suallar üstünlük təşkil edib. V. Hüseynov bildirib ki, vətəndaşlar bir çox hallarda sosial şəbəkə vasitəsilə ona CV-lər göndərirlər. Həmin CV-lərə baxılsa da, işə qəbul müsabiqə əsasında keçirilir.

    Suallar arasında ikinci yerdə vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı olub.

    DMX rəisi bu formatlı ünsiyyəti davam etdirməyə çalışacağını deyib.

  • Azərbaycanda zəlzələdən qorxan dəvə adam öldürdü

    Fevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.

    “Qafqazinfo”nun məlumatına görə, dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və ilkin izahatlar alınıb.

    İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.

    Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə. Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək ayaq zərbələri ilə öldürüb.

    Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

  • Goranboyda podratçı şirkət vədinə əməl etməyib – 6 aydan çoxdur ki, qaz xətləri tamamlanmır

    Goranboyda bir məhəllənin sakinləri podratçı şirkətlə evlərinə qaz çəkilməsi üçün müqavilə bağlayıblar. Onlar bunun üçün pul ödəsələr də, 6 aydan çoxdur ki, qaz xətlərinin çəkilişi tamamlanmayıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Goranboyun Veyisli kəndinin 6 sakini öz məhəllələrinə qaz çəkdirmək üçün 5 min manatdan çox pul xərcləyib.

    Podratçı şirkət hələ də işləri yekunlaşdırmayıb.

    Ötən ilin avqustunda sakinlər 3 min manat layihənin hazırlanması və sayğacların quraşdırılması üçün podratçı şirkətə veriblər, 2 min manata yaxın pul isə evlərə qaz borularının çəkilməsinə və texnikalara xərcləyiblər. Həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, yeni məhəlləyə mavi yanacaq verilməyib. Sakinlər dəfələrlə müraciət etsələr də, onlara tezliklə məsələnin həll ediləcəyi bildirilib.

    Odur ki, yağmurlu və soyuq havalarda kənd sakinləri odun sobasından istifadə etmək məcburiyyətində qalıblar.

    Məsələ ilə bağlı Gəncə Regional Qaz İstismar İdarəsinin Goranboy rayon xidmət sahəsindən bildirildi ki, həmin sakinlər özləri şirkətlə müqavilə bağlayıblar və məsuliyyət də həmin şirkətin üzərinə düşür.

    Podratçı təşkilatın mühəndisi Səməndər Namazov isəbildirdi ki, layihə işləri tamamlanmadığına görə proses uzanıb. Sabahdan sayğaclar quraşdırılmağa başlanacaq.

    Mühəndisin dediyinə görə, sayğaclar bağlandıqdan 2 gün sonra sakinlər mavi yanacaqla təmin ediləcək.

  • Azərbaycanda cins nisbəti pozula bilər

    Selektiv abort ilə bağlı vətəndaşları narahat edən məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də diqqətindədir.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Komitə cins nisbətində süni şəkildə yaranan disbalansı aradan qaldırmaq üçün milli fəaliyyət planı üzərində işləyir. Komitənin informasiya və analitik araşdirmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib ki, hazırlanmasına ötən ildən başlanılan layihədə bir sıra məsələlər öz əksini tapıb.

    Aynur Veysəlovanın sözlərinə görə, hazırda əhalinin 49.9%-ni kişilər, 50.1%-ni isə qadınlar təşkil edir. Bu nisbət son vaxtlar yeni doğulan uşaqlar arasında oğlanların sayının artması nəticəsində yaranıb. Halbuki, təbii tempdə bu nisbət qadınların xeyrinə 51 faizə yaxın bir rəqəm olmalıdır. Komitə rəsmisi deyib ki, bu faktor gələcəkdə bir sıra problemlərə yol aça bilər.

    Hazırda sonuncu işləmə mərhələsində olduğu bildirilən Milli Fəaliyyət Planının yaxın zamanlarda qəbul edilməsi gözlənilir.

  • Futbolda yaranan mübahisə, ata və oğulun bıçaqlanması – Cəlilabaddakı cinayətin TƏFƏRRÜATI

    Сəlilabad rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

    “Report”un məlumatına görə, Alar kənd sakinləri – 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıblar.

    Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər.

    Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir.

    Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.