Month: February 2019

  • Azərbaycanda zəlzələdən sonra yollarda çatlar yaranıb

    Şamaxı və İsmayıllı rayonlarında baş vermiş güclü zəlzələ yollara da təsirsiz ötüşməyib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, zəlzələ nəticəsində hər iki rayonda avtomobil yollarının bəzi hissələrində çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

    Təkcə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində 10-a yaxın çat yaranıb.

    Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib ki, problem qısa zamanda aradan qaldırılacaq.

    Qeyd edək ki, yollarda yaranan çatlara baxmayaraq, avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı ləngimə qeydə alınmır.

  • Röya 3 kişi ilə yataqda – VİDEO

    Əməkdar artist Röya Ayxan sosial şəbəkədə paylaşdığı video ilə yenə gündəmi dəyişib.

    Median.Az-ın məlumatına görə, müğənni 3 kişi ilə yataq görüntülərini paylaşıb. “Biz yıxılaq yataq .. Sizə isə pozitiv sabahlar…” deyə əməkdar artist videoya şərh yazıb. Qısa zamanda müğınninin paylaşımına 134 mindən çox baxış olub.

    Videoçarxdan hiss olunur ki, müğənni yeni bir layihə üçün kamera qarşısına keçib,

    Həmin görüntünü təqdim edirik:

  • Число жертв обрушения дома в Стамбуле достигло 10

    Число погибших в результате обрушения жилого дома в Стамбуле увеличилось до 10 человек.

    Как передает Median.Az со ссылкой на турецкие СМИ, при обрушении также пострадали около 13 человек.

    Как отмечается, в настоящее время спасатели продолжают разбирать завалы.

  • İstanbulda bina çökdü: ölənlərin sayı 10-a çatdı

    İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

    Bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

    Bildirilir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

    Ərazidə xilasetmə işləri davam etdirilir.

  • Bakı Nəqliyyat Agentliyinin cərimələdiyi sürücülərin sayı AÇIQLANDI

    “Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib”.

    Median.Az “Report”-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli “ASAN radio”nun “QəbuldASAN” verilişində bildirib.

    Onun sözlərinə görə, BNA-nın iki həftə ərzidə 54 min sürücünü cərimələdiyini deyirlər: “54 min nəfər nəqliyyat vasitəsini almaq imkanı olan insanlardır. Biz 54 min insanın narazılığına qulaq asmalıyıq, yoxsa ictimai nəqliyyatdan istifadə edənlərin? Cərimə 20 AZN-dir, əgər üç gündə ödənilirsə bu, 18 AZN olur: “Hazırda 73 min nəfərin cəriməsi araşdırılır. Ola bilsin ki, nömrələrində problemlər mövcuddur. Şikayətçiləri qəbul edib, onların tələblərini nəzərə alırıq”.

    V.Kərimli dayanacaqlarla bağlı məsələdən də danışıb: “Hazırda dayanacaqlarla əlaqədar işi yekunlaşdırmaq üzrəyik. Belə ki, intellektual kameraların quraşdırılması nəzərdə tutulur. Bu, şəhərin bütün dayanacaqlarında təşkil ediləcək. Məqsədimiz işi il ərzində yekunlaşdırmaqdır. Martın ortalarında Yeni Yasamalda, əsasən Şərifzadə küçəsində bu istiqamətlərdə kameralar quraşdırılacaq”.

  • OPEC+in tərkibi Bakıda keçiriləcək iclas ərəfəsində hələ təsdiqlənməyib

    OPEC+in sazişin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin yeni tərkibi OPEC+in martın 17-18-də Bakıda keçiriləcək iclası ərəfəsində hələ təsdiqlənməyib. Venesuela, Əlcəzair və Omanın yerinə BƏƏ, İraq və Qazaxıstanın komitəyə daxil edilməsi müzakirə olunur.

    Median.Az “Report”a istinadən bildirir ki, bu barədə TASS OPEC+in Yaxın Şərq nümayəndə heyətlərində və OPEC katibliyində olan üç mənbəyə istinadən məlumat yayıb.

    Onların sözlərinə görə, buna qədər monitorinq komitəsinin üzvü olan Venesuela, Əlcəzair və Oman artıq komitə üzvləri deyil.

    “Yeni üzvlərin seçilməsi məsələsi çox güman ki, aprel ayında OPEC+in fövqəladə nazirlər iclasında müzakirə olunacaq”, – agentliyin həmsöhbətləri deyiblər.

    Komissiyanın işində qeyri-OPEC ölkələri adından iştirak edən Omanın yerinə daha əvvəl komitə üzvü kimi işləmək istəyini təsdiq etmiş Qazaxıstanın seçilməsi təklif olunur.

    Venesuelanın isə Bakıdakı iclasda komitə üzvü yox, 2019-cu il üçün seçildiyi OPEC konfransının prezidenti qismində iştirak edəcəyi gözlənilir.

    Qeyd edək ki, komitənin tərkibinin dəyişəcəyi barədə nazirlər 2018-ci ilin dekabrında Vyanada keçirilmiş iclasda xəbər veriblər, lakin yeni tərkibin seçilmə tarixi məlum deyil.

    Mənbələrdən birinin sözlərinə görə, qarşıdakı görüşün əsas məsələsi OPEC+ ölkələri arasında əməkdaşlıq haqqında xartiyanın müzakirəsi olacaq.

    Daha əvvəl bildirilib ki, OPEC+ ölkələri apreldə keçiriləcək nazirlər görüşündə müddətsiz əməkdaşlıq haqqında bəyannaməni nəzərdən keçirə bilər.

  • В Шамкире задержан грабитель детсада – ВИДЕО

    В Шамкире ограблен детский сад.

    Как передает Oxu.Az, преступление зарегистрировано в селе Ашагы Сейфяли.

    Злоумышленник проник в учреждение, вскрыв парадную дверь. Грабитель похитил столовый инвентарь из буфета, а также компьютер и другие ценные предметы из кабинета заведующей детсадом. Преступник позарился также на спальню малышей.

    В результате оперативно-разыскных мер Шамкирского райотдела полиции, по подозрению в совершении кражи был задержан житель указанного села – 34-летний Махир Гурбанов.

    Похищенные предметы были обнаружены в доме задержанного.

    Задержанный, раскаявшись в содеянном, признался, что ограбил детсад в нетрезвом состоянии.

  • Dünyanın 12 ən bahalı vegetarian məhsulu arasında Abşeron zəfəranı ikinci olub

    Azərbaycanda yetişdirilən Abşeron zəfəranı 12 ən bahalı vegetarian məhsul arasında ikinci yeri tutub.

    Median.Az Trend-ə istinadən bildirir ki, “Luxurylaunches” saytında bu haqda yazılan məqlədə qeyd olunur ki, bir kiloqram Abşeron zəfəranının qiyməti 11 min dollardır.

    Məqalədə vurğulanır ki, Azərbaycan zəfəranın sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. 0,5 kiloqram quru zəfəranın alınması üçün 75 mindən çox çiçəkdən istifadə olunur:

    “Abşeron zəfəranı təkcə ekzotik ədviyyat deyil, həm də müalicə xarakteri daşıyır”.

    Ən bahalı vegetarian məhsul isə Yaponiyada yetişdirilən “Kral Yubari” yemiş sortudur. Bunun qiyməti 12 min dollara bərabərdir.

  • Azərbaycanda toy günü DƏHŞƏTLİ HADİSƏ: bakirə çıxmadı və…

    Bakıda nişanlısını intihar həddinə çatdırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Elvin Quliyevin (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, ibtidai istintaq orqanı tərəfindən Elvin Quliyevə qarşı irəli sürülən ittihama əsasən o, 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş Samirə Əhmədovanı intihar həddinə çatdırıb.

    Sosial şəbəkədə tanışlıq

    Ali təhsilli olan Elvin Quliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında əyani təhsil alan Samirə ilə sosial şəbəkədə tanış olub. Onların isti münasibəti yaranıb və ilk dəfə Şamaxı şəhərində 2016-cı ilin mayın 17-də görüşüb, yaxından tanış olublar.

    Bundan sonra onlar evlənməyə qərar veriblər.

    Həmin görüşdən bir neçə gün sonra Elvin Samirə ilə evlənmək məqsədi ilə valideynlərini onun ailəsinin evinə elçi göndərib.

    Samirənin valideynləri Elvinin yaxınlarına müsbət cavab veriblər.

    İlk görüş, intim əlaqə

    Bundan sonra Elvin ilə Samirə tez-tez görüşməyə başlayıblar. İyulun 29-da Elvin Şamaxı şəhərində yerləşən mənzillərdən birində Samirə ilə görüşüb. Həmin vaxt onlar ehtiraslı hərəkətlər ediblər.

    Elvin toydan əvvəl Samirə ilə cinsi əlaqədə olub.

    Bundan sonra, yəni avqustun 24-də Elvin Samirə ilə el adəti üzrə ə nişanlanmaqla onu özündən asılı vəziyyətə salıb. Nişanlanandan sonra Elvin Samirəyə qarşı əxlaq normalarına uyğun olmayan hərəkətlər edib.

    Kafedə oxumaq, alçaldıcı hərəkətlər

    O, Samirənin başqa şəxslərlə sevgi münasibətində olması, kafelərdə mahnı oxumaqla yüngül həyat tərzi sürməsini deməklə özünün yaxın qohumları, tanışları, eləcə də cəmiyyət arasında nişanlısının əxlaqı ilə əlaqədar mənfi rəy yaradıb.

    Elvin mütəmadi olaraq Samirənin ləyaqətini alçaldıb.

    Buna baxmayaraq, Samirə toya hazırlaşmaqla iyul-avqust aylarında cehizlərini Elvinin yaşadığı Bakı şəhəri, 9-cu mikrorayondakı mənzilinə yerləşdirib.

    Toy hazırlığı və dava

    Samirənin valideynləri toy məclisinin qurulması üçün müvafiq hazırlıq işləri görüblər, dəvətnamə paylayıblar, toy məclisini sentyabrın 7-nə təyin ediblər.

    Toy günü təyin olunmasına baxmayaraq Elvin Samirənin telefon zəngləri və yazmış olduğu mesajlarını cavablandırmayıb. Sentyabrın 6-da görüşərkən onunla amansız rəftar etməklə planlaşdırılmış toyun baş tutmayacağını və onunla ailə qurmayacağını bildirib.

    İntihar edən qız məktubunda nə yazıb?

    Bu görüşün ertəsi günü Samirə belə bir məzmunda məktub yazıb: “Mən Samirə Əhmədova 23 iyun tarixində Elvin Quliyev ilə tanış oldum. 29 iyulda onun tərəfindən zorlandım, 24 avqustda nişanımız oldu və pozuldu. Mənimlə ailə qurmaqdan imtina etdi, ekspertizadan boyun qaçırdı. Yaşayacağımız binadan ataraq canıma son verəcəm. Hər şey üçün cavabdeh uşağımın atasıdır. Bu yazını özüm yazdım, imzamla təsdiqləyirəm”.

    Nişanı qayıdan qızdan dəhşət

    Məktubu yazan Samirə sentyabrın 7-də saat 15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon qəsəbəsində hündür mərtəbəli binanın 17-ci mərtəbəsinin ümumi istifadə edilən həyətə açılan eyvanından özünü yerə atıb.

    Samirə aldığı xəsarətdən hadisə yerində ölüb.

    Günahkar kimdir?

    Binəqədi rayon Prokurorluğunda Samirə Əhmədovanın intihar etməsi ilə bağlı araşdırma başlanıb. Toyu günü atası evində məclis qurulan Samirə Əhmədovanın intihar etməsində günahkar nişanlısı Elvin Quliyev olması müəyyən edilib.

    İstintaq orqanı tərəfindən Elvin Quliyevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

    “Samirəni sevmişəm, el adəti ilə toy mərasimi keçirmək istəmişəm”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Quliyev bildirib ki, 2016-cı ilin iyununda Samirə ilə tanış olub və avqustun 24-də nişanlanıblar: “Samirə ilə nişanlandıqdan sonra onun barəsində mənə müəyyən xoşagəlməz məlumatlar çatmağa başladı. Samirəyə ciddi hislərim olduğu üçün deyilənlərə inanmadım. Bunları Samirə ilə müzakirə edib, aydınlaşdırmaq istədim.

    Samirə məlumatların az hissəsinin doğru olduğunu, o cümlədən ”Şəlalə” kafesində mahnı ifa etdiyini boynuna aldı. Artıq onunla bağlı məndə şübhələr yarandığından telefon zənglərinə cavab vermədim.

    Mən Samirəni sevmişəm və el adəti ilə toy mərasimi keçirmək istəmişəm. Onu aldatmaq və ya hisləri ilə oynamaq niyyətim olmayıb. Samirə haqqında eşitdiklərimdən sonra toyu təxirə salmaq istəmişəm”.

    Toyu günü qız niyə intihar edib?

    Binəqədi rayon Məhkəməsinin hökmü ilə Elvin Quliyevin əməli sübuta yetirilməyib. Məhkəmə belə nəticəyə gəlib ki, Elvin Quliyev tərəfindən Samirə Əhmədovaya heç bir təzyiq göstərməyib.

    Samirə Əhmədovanın bakirəliyi başqası tərəfindən pozulduğu üçün intihara əl atıb. Bu səbəbdən məhkəmə Elvin Quliyevin barəsində bəraət hökmü çıxarıb. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.

    Bəraət verildi, prokuror narazı qaldı

    Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.

    Prokuror Elvin Quliyev barəsində olan hökmün ləğvini, ona ağır cəza təyin olunmasını istəyib. Mərhumun atası da eyni tələblə apelyasiya şikayəti verib.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə nə prokurorun protesti, nə də zərərçəkmiş tərəfin şikayəti təmin olunub.

    Ali Məhkəmə də hökmü dəyişmədi

    Bu qərardan narazı qalan hər iki tərəf Ali Məhkəməyə müraciət edib. Müraciətdə cinayət işinin apelyasiya instansiyasına qaytarılması tələb olunub.

    Bu şikayətlər baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti, zərərçəkmiş tərəfin isə şikayəti araşdırılıb.

    Tərəflərin şikayətlərini araşdıran hakim heyəti sonda qərar elan edib.

    Qərara görə, prokurorun kasasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin olunmayıb.

  • Bərdədə küçəyə atılan uşaqlar körpələr evinə verilib

    Bərdə rayonunda bir neçə gün əvvəl küçəyə atılan iki azyaşlı körpələr evinə verilib.

    “Report” xəbər verir ki, bu barədə Bərdə rayon Uşaq Xəstəxanasının baş həkimi Rafael Mustafayev bildirib.

    O, qeyd edib ki, azyaşlılar Gəncə şəhərində yerləşən körpələr evinə yerləşdirilib.

    Baş həkimin sözlərinə görə, uşaqlar bir neçə gün xəstəxanada saxlanılıb. Sonra sənədlər rəsmi qaydada təqdim edilib və azyaşlılar körpələr evinə göndərilib.

    Qeyd edək ki, daha əvvəl Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb.