Month: February 2019

  • В Азербайджане певица погибла в аварии – ФОТО

    В Гахском районе произошло ДТП с летальным исходом.

    Как передаёт Median.Az со ссылкой на Report, авария произошла сегодня в дневное время на автомобильной дороге Загатала-Гах, проходящей по территории села Гум.

    Автомобиль марки VAZ-21015 врезался в дерево, в результате чего погибла пассажирка Мехрибан Натик гызы Мустафаева 1980 года рождения.

    Водитель Полад Махмуд оглу Мамедов 1979 года рождения и два пассажира были доставлены в Гахскую районную центральную больницу с различными телесными повреждениями.

    Отметим, что покойная М.Мустафаева долгое время занималась певческой деятельностью в северо-западном регионе.

    По факту ведется расследование.







  • Azərbaycanda müğənni yol qəzasında öldü – FOTO

    Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Report məlumat yayıb.

    Hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb.

    Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

    Faktla bağlı araşdırma aparılır.







  • Россию заподозрили в подготовке к большой войне

    Россия переросла уровень локальных военных конфликтов и теперь готовится к ведению полномасштабных войн.

    Как передаёт Median.Az со ссылкой на lenta.ru, об этом говорится в докладе Шведского института оборонных исследований (FOI).

    Отмечается, что российская армия перешла от штабных учений к маневрам на местности. Кроме того, войска целенаправленно повышают свою боеготовность, то есть способность переходить от повседневной деятельности в условиях мира к военным действиям.

    Авторы доклада также утверждают, что не столь важно количество участвующего в военных учениях личного состава, сколь то, какие задачи они отрабатывают.

    «Россия готовится вести региональные войны, которые могут затянуться, например, против Китая или НАТО», – указано в документе.

    В сентябре 2018 года Россия провела крупнейшие со времен распада СССР военные учения «Восток-2018». В них были задействованы около 300 тысяч военнослужащих, более тысячи самолетов, вертолетов и беспилотных летательных аппаратов, до 36 тысяч танков, бронетранспортеров и других машин, до 80 кораблей и судов обеспечения.

  • Azərbaycanlılarla əlbir olub saxtakarlıq edən Şri-Lanka vətəndaşları tutuldu – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

    DSX-nın Mətbuat mərkəzindən verilən məlumata görə, Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə dövlət sərhədini pozmağa cəhd edərkən 2 Şri-Lanka, 1 Özbəkistan, 1 Azərbaycan Respublikası vətəndaşı, həmçinin dövlət sərhədinin pozulması ilə əlaqədar cinayətlərin iştirakçısı olan 1 Şri-Lanka və 3 Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Belə ki:

    15 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-London” reysi ilə uçmağa hazırlaşan Şri-lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththirasekaram Panusam sənədlərin rəsmiləşdirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizaları saxta olduğundan saxlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı 1982-ci il təvəllüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətəndaşları 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılmışlar.

    18 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qəsəbəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu sərhəd pozucusu qismində saxlanılıb. 20 yanvar tarixində eyni ərazisindən və eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd edərkən Özbəkistan vətəndaşı 1951-ci il təvəllüdlü Nurmakhammadov Ramazon Nurmahammad oğlu sərhəd pozucusu qismində saxlanılıb. Hər iki şəxsin üzərində Rüsiya Federasiyasından deportasiya olunması barədə arayışlar aşkarlanıb.

    Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.












  • Gömrükdən “Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq” xəbəri ilə bağlı AÇIQLAMA

    Bu günlərdə ölkə mətbuatında xaricə gedib-gələn ölkə vətəndaşlarının vətənə dönərkən alıb gətirdikləri mallara görə yeni qadağa və məhdudiyyətlərlə üzləşdiklərinə dair materiallar dərc olunur. Bildirilir ki, vətəndaşların şəxsi istifadə üçün alıb gətirdikləri malların bir qisminin gömrükdən keçirilməsində problemlər yaradılır. Gömrük əməkdaşları şəxsi istifadə üçün gətirilən malların sayına, məbləğinə qanunvericilik əsasında məhdudiyyət tətbiq olunduğunu bildirirlər.

    “Haqqında bəhs olunan məhdudiyyətlər yeni deyil, 2013-cü ildən, Nazirlər Kabinetinin qərarı əsasında tətbiq olunur”

    Median.Az
    xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, haqqında bəhs olunan məhdudiyyətlər yeni deyil, 2013-cü ildən, Nazirlər Kabinetinin qərarı əsasında tətbiq olunur: “Biz bilmirik, niyə indi bü məsələni qaldırıblar. Nazirlər Kabinetinin 305 saylı qərarı beş ildir qüvvədədir”.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

    Qaydaların 2.1.2-ci bəndində isə qeyd olunur ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:

    – səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;

    – Bu əşyalar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;

    – Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

    – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);

    – Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;

    – Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;

    – hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;

    Qaydalara görə, fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

    Fed.az-ın yazdığına görə, xaricdən gələn şəxs limiti keçdiyi halda gətirdiyi əşyaları hətta vergisini ödəyib gətirmək istəsə də, bunu etmək çox çətindir: “Problem ondadır ki, həmin əşyaların rəsmiləşdirilməsi ilə bağlı çox qəribə, hətta anlaşılmaz qaydalar mövcuddur. Belə ki, qaydalara görə, xaricdən mallar kommersiya məqsədilə gətiriləndə (hətta 2-3 ədəd olsa da) onun rəsmiləşdirilməsi üçün yük daşınma kağızı (karqo sənədi) tələb olunur. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il tarixli 263 saylı qərarına görə, malın bəyan edilməsi zamanı onun daşınma xərcləri də göstərilməlidir. Daşınma xərcinin göstərilməsi üçün isə karqo sənədi tələb olunur. Bu, yük şirkətinə verilən sifarişin surəti və sair ola bilər. Bu sənəd olmasa, həmin malları rəsmiləşdirmək mümkün deyil, nəticədə həmin malların nəinki icazə verilən 2 ədəddən artıq olan hissəsi, ümumiyyətlə, hamısı müsadirə edilərək anbara vurulacaq, sonradan geri qaytarılacaq.

    Xaricə səyahət gedən və ölkəyə qayıdanda özü üçün bir neçə əşya alan şəxslər isə aldıqlarını özləri ilə gətirdiyinə görə (yəni 2-3 suveniri və əşyanı karqo ilə gətirmək mənasızdır), bu malları, ümumiyyətlə, rəsmiləşdirə bilməyəcək, çünki onların təbii olaraq karqo sənədi mövcud deyil. Yalnız ölkəyə təyyarə ilə gələn şəxslər özləri ilə gətirdikləri əşyaları təyyarədə ayrıca yük kimi gətirsələr və yük talonunu göstərsələr həmin əşyalar kommersiya məqsədilə gətirilən kimi rəsmiləşdiriləcək. Qalan hallarda onların ölkəyə buraxılmasında problem ola bilər”.

    DGK-dan isə bildirilib ki, Nazirlər Kabinetinin 305 saylı qərarının 1.5 bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir: “Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir”.

  • Килограмм за 11 тысяч долларов. Азербайджанский шафран в списке самых дорогих ингредиентов в мире

    Выращиваемый в Азербайджане Абшеронский шафран занял второе место среди 12 самых дорогих вегетарианских ингредиентов.

    Как передает Median.Az со ссылкой на Luxurylaunches, один килограмм абшеронского шафрана стоит 11 тысяч долларов.

    «Абшеронский шафран является не только экзотической пряностью, он также известен своей лекарственной ценностью, а также целебными и афродизиакальными свойствами. Говорят, что самый лучший в своем роде продукт производится в Азербайджане – одном из старейших центров выращивания шафрана в мире», – пишет Luxurylaunches.

    Также прогнозируется, что Азербайджан сможет зарабатывать более 142,6 миллиона долларов в год от промышленного производства шафрана. Более 75 тысяч цветов используется на производство 0,5 килограмма сухого шафрана. Высший сорт стоит почти 11 тысяч долларов США за килограмм, отмечается в материале.

    Выращиваемые в Японии дыни «Король Юбари» лидируют в списке самых дорогих вегетарианских ингредиентов (12 000 долларов за килограмм).

  • В Баку совершено нападение на душевнобольного парня

    На территории поселка Бакиханова Сабунчинского района Баку произошла поножовщина.

    Как передает Median.Az со ссылкой на Report, жителя поселка Анара Ильгар оглу Гараева (1990 г.р.) ударил ножом неизвестный.

    По сообщению близких потерпевшего, инцидент произошел вчера около 20:00. Узнав о происшествии, близкие А.Гараева обратились в скорую медицинскую помощь и на горячую линию МВД по телефону 102.

    Умственно отсталый и страдающий эпилепсией А.Гараев доставлен в Городскую клиническую больницу №3. По факту в 13-ом отделении Сабунчинского районного управления полиции проводится расследование.

  • Вопросы гражданства США для азербайджанцев будут решаться не в Москве, а в Афинах

    Служба гражданства и иммиграции США (USCIS) закрывает свой офис в Москве 29 марта из-за существенного спада объема работы, он прекратит работу уже 28 февраля, говорится в сообщении, распространенном в среду этим ведомством.

    «Из-за существенного снижения объема работы USCIS окончательно закрывает свой местный офис в Москве 29 марта 2019 года. Последний день, когда офис будет открыт для граждан и будет принимать заявки, — 28 февраля 2019 года», — говорится в сообщении.

    В будущем его функции будет выполнять местное отделение ведомства в столице Греции Афинах. Оно также будет отвечать за Армению, Азербайджан, Белоруссию, Эстонию, Грузию, Казахстан, Киргизию, Латвию, Литву, Молдову Таджикистан, Туркменистан, Украину и Узбекистан.

    «Посольство США в Москве примет на себя некоторое ограниченное количество услуг, которые ранее оказывала USCIS частным лицам, проживающим в России», — сказано в сообщении.

    Служба гражданства и иммиграции США отвечает за рассмотрение вопросов, связанных с прошениями об иммиграции и предоставлением убежища.

  • 230 новых эмодзи, которые появятся в смартфонах в 2019 году – ВИДЕО

    Emojipedia представила 230 новых эмодзи, которые будут выпущены в 2019 году.

    Как передает Median.Az со ссылкой на Life.ru, cреди новых смайликов появятся зевающее лицо, сжатая рука и держащиеся за руку люди, цвет кожи каждого отдельно можно будет менять. Обновления с новыми эмодзи начнут поступать в апреле и продолжат выходить до конца года.

    Также создатели смайлов не забыли о людях с ограниченными возможностями. Мы увидим эмодзи протезов, слуховых аппаратов, людей на инвалидных колясках разной формы и незрячих с тростью.

    В 2018 году новыми эмодзи особенно удивила iOS 12.1. В ней появилось больше 70 новых смайлов, а больше всех отрезонировало пьяное лицо.

  • PA rəsmisi: Bu il 800 əlil ailəsinə mənzil veriləcək

    2018-ci ildə özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə edib ki, bu da 2017-ci illə müqayisədə, 6,5 dəfə çoxdur. Bütövlükdə beş mindən çox ailə aktivlərlə təmin olunub.

    Bu fikirlər Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” adlı yazısında öz əksini tapıb.

    O qeyd edib ki, ötən il bu proqrama cəlb edilənlərin 1300 nəfərə qədərini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədərini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfərini şəhid ailəsi üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil edib:

    “Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha səkkiz min nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur”.

    PA rəsmisi qeyd edib ki, ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan üç dəfə çox – 626 mənzil təqdim edilib.

    “Ölkə başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcək”, – deyə S.İsmayılov yazıb.