Month: February 2019

  • Yol qəzasında ölən müğənninin görüntüləri (VİDEO)

    Qax rayonunda yol qəzası zaman ölən müğənni Mehriban Mustafayeva çoxları tərəfindən tanınmır.

    Uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərən Mehriban zaman-zaman regional kanallarda da çıxış edib.

    Bölgələrdə məclislərdə iştirak etmiş xanım müğənni taxdığı eynəyi ilə izləyicilərin xatirəsində qalıb.

    Qeyd edək ki, report-a xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

    Faktla bağlı araşdırma aparılır.

  • Oqtay Şirəliyevin oğlu işdən çıxarıldı

    “Azərbaycan Beynəlxalq Bank” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.

    Median.Az report-a istinadən xəbər verir ki, M.Şirəliyev işdən ayrılmaqla bağlı ərizə yazıb.

    O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də keçirilən iclasında bu qərarını açıqlayıb. Şuranın həmin iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verilib.

    İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.

  • Xoşqədəmin verilişində aləm bir-birinə dəydi – efirə getməyən kadrlar (VİDEO)

    Xəzər TV-də Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişinin reklam fasiləsində gərgin anlar yaşanıb.

    Proqrama atasının axtarışı ilə bağlı qatılan Nigar adlı xanımın gözlənilmədən halı pisləşib.

    Qadının vəziyyətinin dəyişməsini görən X. Hidayətqızı dərhal ona kömək edib.

    Qeyd edək ki, baş verənlər aparıcının “Youtube” kanalında yayımlanıb.
    //Baku.ws

  • Ev ala bilməyən gənclərə ŞAD XƏBƏR – dövlət kömək edəcək

    Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək.

    Trend-in məlumatına görə, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilir.

    Dəyişikliklərə əsasən, gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələrinin sayı artırlııb.

    Bu vəzifələr aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi, gənclər arasında könüllülük fəaliyyətinin təşviqi, gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması, radikalizmin qarşısının alınması və digərləridir.

    Yeni layihə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Qubada ekskavator çaya düşdü, sürücünü su apardı

    Quba rayonunun Vəlvələ kəndi ərazisində – Vəlvələçayda aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində sürücü suya düşüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Məlumata görə, dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Qarabağ münaqişəsi zamanı girovluqdan azad edilənlərin sayı məlum oldu

    Dağlıq Qarabağ münaqişəsi zamanı girovluqda olan təxminən 700 nəfər geri qaytarılıb.

    Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsindən sonra 1992-ci ildən bu günə qədər ümumilikdə təqribən 700 nəfər Azərbaycan və Ermənistan tərəfinə geri qaytarılıb.

    Onlar arasında hərbçilərlə yanaşı mülki şəxslər də olub.
    //oxu.az

  • Sinoptiklər çiskinli yağış vəd edirlər

    Fevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

    Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

    Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

    Sinoptiklər xəbərdarlıq edirlər ki, fevralın 8-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

  • Müalicəyə pul tapmayan meyxanaçının səhhəti pisləşdi – VİDEO

    Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətində ciddi problemlər yaranıb.

    Median.Az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişində meyxanaçının oğlu Kamil bəy telefon vasitəsilə canlı efirə bağlanıb.

    O, atasının vəziyyətinin ağır olduğunu dilə gətirib.

    “Vəziyyəti bir aydır pisləşib. Ayaqları isə artıq iki həftədir tutulub. Özəl xəstəxanalardan birində müalicə etdirdik. Altı gün orada qaldı. Bir az maddi çətinlik çəkdiyimizə görə xəstəxanaya köçürdüyümüz məbləğ yetərli olmadı. Ona görə də müalicəsi yarımçıq qaldı, xəstəxanadan çıxarmalı olduq. Həkimlər deyirlər ki, xəstəxanada müalicəsi daha düzgün gedər, nəinki evdə. Xəstəxanada qalsa, iki aya ayağa qaldıra bilərlər onu. İki aylıq müalicəsi üçün 20-25 min manat lazımdır”.

    Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Xoşagəlməz hadisədən sonra o, efirlərdən uzaqlaşıb.

  • В Нардаране полицейские нашли оружие и боеприпасы

    Как сообщает Median.Az, на основании полученной оперативной информации сотрудники 42-го отделения полиции Сабунчинского РУП в дачном массиве в поселке Нардаран в пакете обнаружили охотничье ружье, пистолет марки “Наган”, ручную гранату марки “Ф-1” и 
    39 патронов.

    По факту ведется расследование. 

  • Nardaranda polis əməkdaşları silah-sursat aşkar ediblər

    Median.Az xəbər verir ki, daxil olan məlumat əsasında Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbəsi, bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

    Faktla bağlı araşdırma aparılır.