Month: February 2019

  • Ürək xərçəngi necə yaranır? – Alimlər açıqladı

    Miçiqan universitetinin ürək-damar sistemi xəstəlikləri mərkəzinin kardioloqları ürək xərçənginin əsas səbəbini açıqlayıblar.

    Alimlərin tədqiqatının nəticəsinə əsasən, ürəkdə bədxassəli şiş çox nadir hallarda, 100 min insane 1.38 hadisə olaraq qeydə alınır. Bununla belə, bu xəstəlik insan ölümünə səbəb olur.

    Ürəkdə yaranan şişlər 75 faiz halda xoşxassəli olur. Ağ ciyər, sinə və digər orqanlarda şiş yaranması daha geniş yaranıb. Əgər ürəkdə şiş yaranıbsa, böyük ehtimal ki, bu, genetik xəstəlikdir.
    Həkimlər bildiriblər ki, bir çox hallarda ürək xərçəngini əməliyyat etmək olar. Əgər əməliyyat olmasa, xoşxassəli şiş infarktla nəticələnir. (ölkə.az)

  • Elmar Vəliyevi güllələyən şəxsdən XƏBƏR VAR

    Nəsimi Rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Y. Səfərovun həbs müddəti avqustun 3-dək uzadılıb.

    Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

    Rəsmi məlumata görə, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 12 nəfər barəsində axtarış elan olunub.
    //ona.az

  • Sürücülərə XƏBƏRDARLIQ: Bu yollarda xüsusilə diqqətli olun!

    Bakıda yolun rənglənməsilə bağlı sürücülərə xəbərdarlıq edilib.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Ukrayna dairəsindən Neapol dairəsinə kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

    “Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

    Öncədən təşəkkürümüzü bildiririk!”.

  • Azərbaycanda erməniyə məhkəmə quruldu – FOTO

    Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversant Karen Armeni Kazaryanın məhkəməsi davam edir.

    Median.Az  report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə sədrlik edən hakim Kəramət Əliyev sədrlik edib. 

    Dövlət ittihamçısı Pərviz Mirhəşimov K.Kazaryana 20 il həbs cəzası istəyib.

    Erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin –

    Həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) – 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1;

    İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) – 206.3.2;

    İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) – 214.2.1; 228.1; 214-3.1; 214.2.3;

    Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) – 282.1; 276;

    İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) – 318.2 təqsirli bilinir.

    Qeyd edək ki, K.Kazaryan Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədi ilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmək, Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün zəruri məlumatları toplayıb Ermənistanın xüsusi xidmət orqanlarına vermək məqsədi ilə 15 iyul 2018-ci il tarixdə, gecə saat 01 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin istintaqa məlum olmayan iki hərbi qulluqçusu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, onların müşayiəti ilə həmin odlu silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və partladıcı qurğuları qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qoşunların təmas xəttindəki minalanmış, tikanlı məftil və mühəndis maneələri ilə təchiz olunmuş sahədən keçirərək və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində müəyyən edilmiş sənədlər, yəni şəxsi pasportu və müvafiq qaydada rəsmiləşdirilmiş icazəsi- vizası olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni sərhəd, gömrük və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlərdən kənarda döyüş mövqelərinin yerləşdikləri yüksəkliklərin arasındakı çay yataqlarından piyada keçərək, Qazax rayonunun Kəmərli kəndi istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olub Qazax şəhərində odlu silahdan, döyüş sursatlarından, partlayıcı maddələrdən və partladıcı qurğulardan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayış törətməklə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına real təhlükə yaradaraq terrorçuluq törətmişdir.

    K.Kazaryan silah-sursatları, onların komplekt hissələrini, partlayıcı maddələri və partladıcı qurğuları gizlətdiyi ərazidən aralanıb Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində, təxminən, 50-100 metr məsafəni keçdikdən sonra, şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verildikdən sonra, həmin gün, 15 iyul 2018-ci il tarixdə səhər saat 07 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin “Balakənd” adlandırılan ərazisində tutulduğundan, öz cinayətkar niyyətini tam başa çatdıra bilməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə və sifarişlə, iki və daha çox şəxsi, terrorçuluqla əlaqədar və milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə və Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmə cinayətlərinin törədilməsinə cəhd edib.





  • Bakıda iki nəfər özünü beşmərtəbəli binanın damından atmaq istədi

    Bakıda iki nəfər intihar etmək məqsədilə beşmərtəbəli binanın damına çıxıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Vətəndaşlarla aparılan psixoloyi söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

  • “Silk Way”in biznes-jetinin qəzaya düşdüyü an (VİDEO)

    Moskvanın Şeremetyevo hava limanında “Silk Way”in biznes-jetinin qəzaya düşdüyü an kameraya düşüb.

    “Qolfstrim” (“Gulfstream”) şirkətinə məxsus biznes-jet təyyarə Bakıdan Moskvaya uçub. Kadrlarda hadisənin necə baş verdiyi açıq-aydın görünür.

    “Silk Way Business Aviation” aviaşirkətindən verilən məlumata görə, təyyarə “Şeremetyevo” hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb. Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb.

    İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.

    //Baku.ws

  • У жителя Бейлагана изъяли гашиш и героин

    Как сообщает Median.Az, сотрудники Бейлаганского РОП на основании полученной оперативной информации задержали жителя города, ранее судимого Г.Мустафаева, у которого изъяли примерно 133 грамм гашиша и 2,008 грамм героина.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • Beyləqan sakinindən həşiş və heroin götürülüb

    Median.Az xəbər verir ki, Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mustafayevin evindən 133 qrama yaxın həşiş və 2,008 qram heroin götürülüb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Синоптики обещают дождь и снег

    В Баку и на Абшеронском полуострове 28 февраля ожидается переменная облачность. Ночью и утром в некоторых местах будет слабый туман, изморось, вечером возможны осадки. Будет преобладать умеренный северный ветер.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 3-6, днем – 7-9 градусов тепла, в Баку ночью – 4-6, днем – 7-9 градусов тепла.

    Атмосферное давление будет выше нормы и составит 754 мм ртутного столба, относительная влажность – 70-80%.

    Завтра в районах Азербайджана ожидаются переменные осадки, которые местами могут принять интенсивный характер, в горах – снег. Ночью и утром на отдельных территориях будет туман. Днем западный ветер временами усилится.

    Ночью температура воздуха 0-5, днем – 7-11 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 2-6 градусов тепла.

  • Evində ayı saxlayan iş adamı – “Məcbur qalıb bağıma gətirdim”

    Qubanın Mirzəqışlaq kəndindəki evində ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov haqqındakı məlumatlara münasibət bildirib.

    Median.Az xəbər verir ki, o, BakuPost-a açıqlamasında deyib ki, illər öncə bu ayı balasını yaralı halda rəhbəri olduğu restorana gətiriblər və o da saxlamağa qərar verib: “Mən illər öncə Qubada “Orman” adlı restoran işlədirdim. Həmin vaxt bu ayı balasını mənə gətirdilər. Anasını meşədə vurub öldürmüşdülər. Bu balanın da ayağı qırılmışdı, yaralı idi. Biz də onun qayğısına qaldıq, sağaltdıq, bir müddət elə restoranda qaldı. Sonra keçmiş nazir Hüseynqulu Bağırov həmin restoranı dağıtdığı üçün məcbur qalıb, ayı balasını Qubadakı bağıma gətirdim”.

    A.Zeynalov deyib ki, dəfələrlə Bakı Zooloji Parkının direktoru Azər Hüseynova bu ayını götürüb saxlamaları üçün müraciət edib: “Lakin, Azər müəllim hər dəfə ayının xəstə olduğunu bəhanə edib, heyvana sahib çıxmaqdan imtina etdi. Ayının tez-tez ürəyi gedirdi, qolu qırıq idi, indi də ayağı axsayır. Dövlət qurumları əgər bu heyvana sahib çıxmaq istəyirsə, məmnuniyyətlə bunu dövlətə verməyə hazıram. Mən sadəcə xəstə bir heyvana qulluq edib, onu saxlayıb böyütmüşəm. Bu elə heyvandı ki, açıb meşəyə buraxmaq da olmaz. Mən sadəcə insanlıq eləmişəm, yoxsa o mənim nəyimə lazımdı? Onun saxlanmasına bilirsiz nə qədər vəsait xərclənir?”.

    A.Zeynalov xalası oğlu olan keçmiş nazir Hüseynqulu Bağırovla münasibətlərindən də danışıb. Bildirib ki, onunla heç bir əlaqəsi yoxdur: “Mənim onunla heç bir münasibətim yoxdur. Hamı bilir ki, o mənim Qubadakı restoranımı yerlə-yeksan etdirib, mənə maddi və mənəvi ziyan vurub”.

    Hazırda ağır xəstəlikdən xaricdə müalicə olunan Abbas Zeynalov indiki məqamda bu ayı məsələsinin bu şəkildə təqdim olunmasını bəzi adamlar tərəfindən məqsədli şəkildə edildiyini bildirib: “Tamamilə cəfəngiyat iddialar yayırlar. Bunu yayan adamlara ayıb olsun. İnşallah onlarla o dünyada qarşılaşacağıq”.

    Qeyd edək ki, dünən mətbuatda belə məlumat yayılmışdı ki, iş adamı Abbas Zeynalov Qubadakı fərdi təsərrüfatında “Qırmızı kitab”a düşmüş və saxlanması qanunla qadağan edilən qonur ayı saxlayır.