Month: February 2019

  • ““Papa, məni evə apar” dedi, o anda keçindi” – 3 ay əvvəl gəlin köçmüşdü…

    Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir.

    Median.Az xəbər verir ki, qafqazinfo-ya müraciət edən A.Şahverdiyevanın atası Valeh Şahverdiyev bildirib ki, fevralın 8-də qızının əri Ruvi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib: “Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət “papa, məni evə apar” dedi, o an da keçindi. Onun cənazasi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruvi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və “Semaşko”nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur iki dəfə boğazdan, bir dəfə də ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz.

    Afət noyabrın 12-də evlənmişdi, fevralın 12-si evliliklərinin 3 ayı tamam olacaqdı. Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruvi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

    Ruvi deyir ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri deyir ki, hadisədən əvvəl onlar deyib-gülüblər. Kefi yaxşı olan adam onda özünü niyə assın ki? Ruvinin Afəti öldürməsi barədə şübhələr olsa da, prokurorluq onu saxlamır. Hadisə günü Ruvi işdə olub, amma hərbi hissədən gəlib köhnə tarixlə ona məzuniyyət yazdılar”.

    Mərhumun valideynləri tərəfindən ittiham olunan Ruvi Axundovla əlaqə saxlamağa cəhd etdik. Lakin mobil telefonuna zəng çatmadığı üçün mövqeyini öyrənə bilmədik.

    Füzuli Rayon Prokurorluğundan bildirilib ki, iş tam obyektiv araşdırılır: “Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir”.

    V.Şahverdiyev bildirib ki, hələ meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.




  • “Ayrılmışıq” deyən Elnarla Ayselin toy dəvətnaməsi üzə çıxdı – FOTO

    Bir neçə gün əvvəl müğənni Elnar Xəlilov nişanlısı, şairə Aysel Nəcəflidən ayrılıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, onlar bu haqda sosial şəbəkədə paylaşım edərək, bir-birilərini tənqid ediblər.

    Əldə etdiyimiz məlumata görə, cütlük barışıb. Belə ki, onlar artıq 8 mart tarixində baş tutacaq toyları üçün dəvətnamələri də paylamağa başlayıblar.

    Qeyd edək ki, onların hansı səbəblə ayrıldığı bilinməsə də, Aysel Nəcəfli yazdığı statuslarda Elnarla əsla barışmayacağını, bu dəftərin onun üçün qapandığını vurğulamışdı. Bildirirdi ki, nişanlısı onun sosial şəbəkələrdə söyülməsinə rəvac yaradıb.

    “Üstümə “sevirəm”lərlə gəlmə, ömürlük bu kitabı bağladım” deyə, Aysel sosial media hesabında yazmışdı.

    Onu da bildirək ki, cütlüyün ümumiyyətlə küsmədiyi, bunu şou üçün etdikləri də iddia olunub. Belə ki, Elnarın Ayselə evlilik təklifi də şoulaşdırılaraq, sosial şəbəkədə səs-küy yaratmışdı.

    Ayrılıq xəbərini sosial mediada aləmə carc çəkən cütlük, nədənsə, barışdıqlarını gizli saxlayıblar.

  • Bakıda qadın özünü maşına belə çırpdı – VİDEO

    Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları “vuran” sürücülərdən pul tələb edirlər.

    Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.

    Görüntülər Yasamal rayonu ərazisində qeydə alınıb. Videodan da göründüyü kimi bir qadın yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən “Mercedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilin üstünə atılıb. Qadın maşına dəyib və yerə yıxılıb.

    Videodan da açıq-aydın görünür ki, qadın bilərəkdən özünü maşının üstünə atır. Göründüyü kimi bu hadisə intihara cəhd də deyil. Çünki qadın intihar etmək istəsəydi, maşının qarşısına atılardı. Həm də, ölmək istəyən şəxs yavaş hərəkət edən maşının yox, sürətlə gedən avtomobilin altına atılar.

    Maşının sürücüsü Elməddin Bayramov maşını saxlayıb və qadının vəziyyətilə maraqlanıb. Qadını həkimə aparmağı da təklif edib. Lakin piyada razılaşmayıb.

    Baş verən hadisənin görüntüsünü təqdim edirik:

  • Azərbaycanlı müğənni məhkəmə zalında həbs edildi – FOTO

    Mətbuatda özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

    Hökmə əsasən, Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunan Nurlan Kərimov 2 il azadlıqdan məhrum edilib.

    Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs olunub. Məhkum Şüvəlan istintaq təcridxanasına göndərilib.

    Qeyd edək ki, Elnur Nuriyev keçmiş arvadı Aygün Əmiraslanovanın şikayəti əsasında tutulub. O, illərdir uşaqlarına 16 min manatlıq aliment borcunu ödəməkdən yayınıb.

    Məhkəmə borcun ödənilməsi ilə bağlı qərar qəbul etsə də, Nurlan Kərimov məhkəmə qərarını icra etməkdən boyun qaçırıb.

    Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qərarına əsasən Nurlan Kərimov Aygün Əmiraslanovanın xeyrinə hər ay 416 manat aliment pulu ödəməli imiş.

    Aygün Əmiraslanova alimentin ödənilməməsinə etiraz olaraq 2016-cı ilin sentyabrında intihara cəhd etmişdi.

    Nurlan Kərimov psixoloq İlham Mirzəyevin dostu kimi də mətbuatda tanınıb.
     

     

     

     

  • “Dedilər “yaxşıya doğru gedir”, axırda uşağımızın meyitin verdilər” – Ölən uşağın əmisi (FOTO + VIDEO)

    Xəbər verdiyimiz kimi, Şabran rayonunda 7 yaşlı Gülnur Dadaşovaya antibiotik iynə vurulduqdan sonra dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşı uşağın ailə üzvləri ilə görüşüb.

    G.Dadaşovanın əmisi Elman Dadaşov bildirib ki, uşağın boğazı ağrıyıb və qızdırmalı olub. Buna görə həkimə aparılıb:

    “Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb. Ağzından köp gəlib, ciyəri partlayıb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bir gün yalvardıq ki, ya həkim gətirin, ya da verin bizə. Heç nə etmədilər. Elə dedilər “yaxşıya doğru gedir”. Axırda uşağımızın meyitini verdilər”.

    Qeyd edək ki, xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülüb. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeni polis bölməsi yaradılır

    Bakıda yeni polis bölməsi yaradılıb.

    Median.Az-ın ONA-ya istinadən məlumatına görə, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi açılacaq. Rayonun Binə qəsəbəsində yeni bölmə üçün inzibati bina da inşa edilib. Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.

    Yeni bölmənin mart ayında açılışı gözlənilir.

  • В Шеки задержаны лица, ограбившие 5 автомобилей

    Как сообщает Median.Az, сотрудники Шекинского РОП в результате проведенной операции задержали жителей города Э.Ахмедова и Э.Исмайылова, которые 19-го февраля украл из двух автомобилей магнитофон и усилители.

    В ходе разбирательства выяснилось, что кроме этого они 3-го февраля украли еще из трех автомашин магнитофон, флэшкарту и запасное колесо.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) и 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Şəkidə 5 avtomobildən oğurluq edən şəxslər tutulub

    Median.Az xəbər verir ki, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 19-da rayon ərazisində 2 avtomobildən maqnitofon və səsgücləndiricilər oğurlayan şəhər sakinləri E.Əhmədov və E.İsmayılov saxlanılıblar.

    Araşdırma zamanı onların, fevralın 3-də daha 3 avtomobildən maqnitofon, yaddaş kartı və ehtiyar təkər oğurlamaları məlum olub.

    ŞRPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bu ailə 14 ildir Bakıdakı qarajda yaşayır – VİDEO

    Allahyarovlar ailəsi düz 14 ildir ki, Bakıda qarajda yaşayır.

    Onlar əvvəl maşın qarajı kimi istifadə olunan yeri özlərinə sığınacaq seçiblər. Burada yaşamağa məhkum olmalarının səbəbi isə maddi imkansızlıqdır.

    Sona xanımın dörd övladı var. Yaşayış şəraiti bərbad olan bu komadan daha çox əziyyət çəkən isə onun azyaşlı uşaqları Xədicə və Muraddır. Belə ki, onlar nə normal yata, nə də dərs oxuya bilirlər.

    Qonşuların sözlərinə görə, burada bir həyətdə üç ailə yaşayır və onlar eyni hamamdan istifadə edirlər.

    //oxu.az

  • Sinoptiklər yağışlı və qarlı hava vəd edirlər

    Fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

    Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.