Month: February 2019

  • VAKANT YERLƏR – Ölkədə 700 direktor vəzifəsi boşdur

    Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var.

    Median.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

    Onun sözlərinə görə, həmin yerlərin yalnız 11-i Bakı şəhərinin payına düşür.

    E.Bağırov bildirib ki, vakant direktor yerlərinə işə qəbul üçün keçirilən müsabiqədə iştirak edən 1500-ə yaxın namizəddən 730 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə dəvət edilib: “Sabahdan direktorların işə qəbulu üzrə keçirilən müsahibə mərhələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq. Uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək. Hazırda nazirlik tərəfindən müsabiqənin yekun yerləşdirmə mərhələsi həyata keçirilir. Uzun davam edən müsabiqə dövründə yeni vakant yerlər yarandığı üçün namizədlərə elektron ərizələrinə qeyd edilən yerlərdən əlavə yeniləri də təklif oluna bilər”.

    Nazirlik rəsmisi əlavə edib ki, vakant yerlər namizədə göstərdiyi bilik və bacarığa uyğun təqdim ediləcək: “Ola bilər ki, bəzi hallarda namizədlərə şagird kontingenti az olan kənd məktəbləri təklif edilsin”.

  • Bakıda hoteldə azyaşlını zorlayan həbs edildi – ÖZƏL

    Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

    Bu barədə oxu.az-a azyaşlının atası R.T. (ad şərtidir) məlumat verib.

    Onun sözlərinə görə, hakim Nəriman Əhmədovun üç aylıq həbs edilməsinə qərar verib:

    “Ötən gün saat 10:00 üçün təyin edilən məhkəmə prosesi cinayət işi materialları ilə tanış olmaq üçün fevralın 5-nə keçirilmişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkilin iştirakı ilə şəxsin üç aylıq həbs edilməsinə dair qərar verib. Qərar əsasında N.Əhmədov məhkəmə zalından birbaşa Kürdəxanı həbsxanası göndərilib. İstintaq isə davam edir”.

    Zərərçəkmiş tərəfinin vəkili Elnur Nəcəfov N.Əhmədovun həbs edildiyini təsdiqləyib.

    Xatırladaq ki, iddiaya görə, “Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

    Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da qeyd edilirdi.

  • Rusiya və İran ödənişlərdə dollardan imtina etdilər

    Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək.

    TASS-ın məlumatına görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

    O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.

    “Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, – deyə diplomat vurğulayıb.

  • Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlanıb

    Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi ilə əlaqədar aparılan təmir işlərinə görə nəqliyyat vasitələri üçün alternativ yollar müəyyən olunub.

    Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, alternativ olaraq “boru keçidi” kimi tanınan ərazidən Babək prospekti istiqamətində hərəkət nəzərdə tutulub.

    V.Əsədovun sözlərinə görə, Babək prospekti ilə 10-cu zavod dairəsi istiqamətinə və yaxud həmin ərazi üzrə Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Afiyəddin Cəlilov küçəsi istiqamətində alternativ hərəkət müəyyənləşdirilib.

    Qeyd edək ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə “Azərsu” ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, bu sahədə ixtisaslaşmış Penetron-Azərbaycan şirkəti tərəfindən şaxta daxildən xüsusi materiallarla izolyasiyası edilərək şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.

    Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcəkdir. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaqdır.

    İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır.

  • Баку продвинулся в рейтинге спортивных городов мира

    Баку продвинулся на две строчки в рейтинге 50 лучших спортивных городов мира 2019 года.

    Как сообщает Median.Az со ссылкой на Report, рейтинг составлен глобальной коммуникационной фирмой “Burson Cohn & Wolfe” (BCW). Согласно таблице, столица Азербайджана заняла 38 место. В 2017 году Баку занимал 41 место, в 2018 – 40 место.

    В списке лидерство сохранила столица Великобритании, Лондон. Американский Лос-Анджелес, где состоятся летние Олимпийские и Паралимпийские игры 2028 года, занимает 2 место, организатор Олимпиады в 2024 году Париж – 3 место. Токио (Япония), который примет Олимпиаду в 2020 году, продвинулся по сравнению с прошлым годом на 1 строчку и занимает 4 место.

    Отметим, что рейтинг был составлен на основе мыслей и анализов международных федераций и спортивных СМИ. На этот раз обращалось внимание на то, как часто в каждом городе слово “спорт” употреблялось в социальных сетях, блогах и веб-сайтах. Результаты предыдущих лет основывались на опрос среди избранной группы экспертов и общественности.

  • В Баку прошла встреча с семьями шехидов – ФОТО

    Во вторник в исполнительной власти Пираллахинского района Баку прошла очередная встреча с семьями шехидов.

    Как передает Median.Az со ссылкой на Trend, на встрече приняли участие первый заместитель главы исполнительной власти района Везир Сафиханов, депутат Милли Меджлиса Рауф Алиев, представители семей шехидов, работники исполнительной власти района, руководители предприятий и представители общественности района. В начале встречи минутой молчания была почтена память о шехидах, которые отдали свои жизни за территориальную целостность нашей страны. Открывая мероприятие, первый заместитель главы районной исполнительной власти Везир Сафиханов рассказал о внимании и заботе, оказанных семьям шехидов.

    28 января 2019 года Президент Азербайджана Ильхам Алиев и Первая леди Мехрибан Алиева встретились с семьями шехидов в Президентском дворце, что является ярким примером заботы и внимания к людям из этой категории. Депутат Милли Меджлиса Рауф Алиев отметил, что внимание и забота, проявленные к семьям шехидов, являются одним из важных направлений политического курса Президента Ильхама Алиева. В результате особой заботы, проявленной Президентом Ильхамом Алиевым к семьям шехидов и инвалидам Карабахской войны, в 2018 году семьям этой категории было предоставлено 626 квартир, что в три раза больше по сравнению с предыдущим годом. На сегодняшний день в общей сложности гражданам этой категории предоставлено 6654 квартир и 6144 автомобиля. Количество президентских стипендий семьям шехидов и инвалидам войны, национальным героям, постоянно увеличивалось за прошедший период. В результате социальная защита семей из этой категории с каждым годом улучшается, и действия главы государства приветствуются общественностью.

    Затем слово было предоставлено представителям семей шехидов. Отец шехида Рзаев Maнaф, мать шехидов Светлана Багирова, Чимназ Ибрагимова, Сафа Мирзоева, супруги шехидов Сакина Гулиева, Натаван Рагимова, Хафиза Алигулиева, Джамиля Суворова и другие поблагодарили главу государства за оказанное им внимание и заботу.

    В конце мероприятия исполнительная власть района оказала гуманитарную помощь семьям шехидов.

  • Azərbaycanda həbsxana rəisinə SUİ-QƏSD PLANI – Şok məktub ÜZƏ ÇIXDI

    Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.

    Bu barədə “Report”a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumatda qeyd olunub.

    “Son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi, yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar – Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb. Bəzi informasiya saytları isə həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi Aftandil Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A.Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər. Bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər. Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib”, – deyə məlumatda vurğulanıb.

    Bildirilib ki, Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir və hal-hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası keçirilmir: “Əvvəllər olduğu kimi, Xidmətin fəaliyyəti ilə bağlı bütün məlumatlar dolğun şəkildə ictimaiyyətə çatdırılacaq. Ombudsman aparatının əməkdaşları, habelə Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri həm adı qeyd olunan məhkumlara, həm də Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə mütəmadi olaraq baş çəkir, cəza çəkənlərin saxlanma şəraiti və onların hüquqlarının qorunması ilə yaxından maraqlanırlar”.

  • Prezident bütün Rusiya Patriarxı Kirillə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

    Azərtac-ın məlumatına görə, Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli qarşılayıb.

    Sonra dövlət başçısı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə söhbət edib.

  • Президент Ильхам Алиев встретился с Патриархом Московским и Всея Руси Кириллом – ФОТО

    5 февраля Президент Азербайджана Ильхам Алиев встретился с Патриархом Московским и Всея Руси Кириллом.

    Об этом сообщает Median.Az.

    Президент Ильхам Алиев встретил Патриарха Московского и Всея Руси Кирилла.

    Затем глава государства побеседовал с Патриархом Московским и Всея Руси Кириллом.

    Новость обновляется

  • Anar Nağılbazın həyat yoldaşı: Haqqımda gəzən şayiələr…

    Mərhum repçi Anar Nağılbazın həyat yoldaşı Anjelika Cəbiyeva övladlarının atasının məzarını ziyarət etməsinə qadağa qoyması barədə gəzən şayiələrə aydınlıq gətirib.

    Median.Az xəbər verir ki, Cəbiyev “ölkə.az”ın əməkdaşı ilə söhbətində bildirib ki, oğlu Tamerlanı və qızı Şərqiyyəni tez-tez atasının məzarını ziyarət etməyə aparır:

    “Martın 28-də Anarın 43 yaşı tamam olur. Həmin gün də övladlarımla Anarın məzarını ziyarət edəcəyik. Uşaqlarımın babasıgillə də münasibətləri çox yaxşıdır. Yəni, haqqımda deyilənlər, gəzən şayiələr tamamilə əsassızdır”.

    Qeyd edək ki, Anar Nağılbaz 2018-ci ilin avqust ayının 4-də vəfat edib.